1. SOYU (NƏSLİ)
Səid ibn əl-Müsəyyəb (r.ə)-dən edilən rəvayətə görə, Peyğəmbərimiz (s.ə.v) belə buyurur: “Mehdi, qızım Fatimənin nəslindəndir.” (Sünen-i Ibn Mace, 10/348)
Hz. Əlinin (r.ə)-in rəvayətinə görə Rəsulullah (s.ə.v) belə buyurdu: “Qiyamətin qopması üçün zamanda yalnız bir gündən başqa vaxt qalmasa da, Allah (c.c) mənim Əhli-beytimdən bir şəxsi (hz. Mehdi (ə.s) –ı)) göndərəcək.” (Sünen-i Ebu Davud, 5/92)
2. GÖZƏL OLMASI
Hz. İmam Hüseyn (ə.s)-ın belə buyurduğu rəvayət olunur: “Hz. Mehdi (ə.s) qiyam edəndə xalq onu tanımayacaqdır. Çünki o (HZ. MEHDİ (Ə.S)) xalqa gözəl simalı biri kimi gələcəkdir..." (Ikd-üd Dürer, səh. 41)
“Üzü parlayan ulduz kimi nurludur.” (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 33 Kitab-ül Burhan Fi Alamatil-il Mehdiyy-il Ahir Zaman, 22)
3. BURNU GÖZƏLDİR
“Onun alnı geniş, burnu isə incə olacaq.” (Tırmizi, Büyük Hadis Külliyatı, Rudani 5.Cild, səh. 365)
“O, geniş alınlı, kiçik burunlu...” (Muhammed B. Resul Al-Hüseyni El Berzenci, "Kıyamet Alametleri)
4. ALNI AÇIQ VƏ GENİŞDİR
“Mehdi məndəndir... AÇIQ (GENİŞ) ALINLIDIR.” (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 21)
“O, AÇIQ (GENİŞ) ALINLIDIR.” (Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi'si "Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar)
5. ALNINDA BİR XAL OLACAQ
Əbu Basirin dediyinə görə, İmam Məhəmməd Baqir və ya Cəfəri Sadiq əleyhissalam (tərəddüd edilən rəvayətçidən qaynaqlanır) belə buyurmuşdur: "Ey Əbu Məhəmməd! Qaimin iki əlaməti (və ya əlamətləri) vardır. BAŞINDA BİR XAL, bir iz var. İki kürək sümüyünün arasında da bir xal vardır. “ (Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani səh. 253)
6. ALNINDA BİR İZ (YARA İZİ) VARDIR
Humran ibn Ayan, İmam Məhəmməd Baqir əleyhissalama belə dediyini bildirir: “...Alnında İZ VARDIR, üzündə isə xal.” (Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani səh. 252)
Humran ibn Ayan, İmam Məhəmməd Baqir əleyhissalama belə dediyini bildirir: “...Alnında İZ VARDIR, üzü gözəllərin övladıdır (yəni gözəllər gözəlidir, üzü gözəldir)..." (Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani səh. 252-253)
7. HZ. MEHDİ (Ə.S)-IN ALNINDA YÜNGÜL BİR İÇƏ DOĞRU BATIQ VARDIR
“(Hz. Mehdi (ə.s)-ın) saçı sıxdır, alnı genişdir və alnında yüngül içə doğru batıq vardır. Burnu balacadır və tam körpü hissəsində çox kiçik bir diklik vardır. Yanağında çölə çıxıq bir xalı vardır (yəni ət xalı vardır).” (Bihar-ül Envar, 13-cü Cild)
8. ÇƏKİK (QIYIQ) GÖZLÜDÜR
Humran ibn Ayan, İmam Məhəmməd Baqir əleyhissalama belə dediyini bildirir: “...Mehdinin GÖZLƏRİ UZUNSOVDUR (yəni qıyıq gözlüdür)...” (Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani səh. 252)
9. YANAĞINDA XAL VARDIR
“Üzündə bir xal olacaq.” (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 41)
“Yanağında incini xatırladan, bir ulduz kimi üzünü işıqlandıran işarə vardır.” (Muhammed B. Resul Al-Hüseyni El Berzenci, "Kıyamet Alametleri" Pamuk Yayınları, Trc: Naim Erdoğan)
10. HZ. MEHDİ (Ə.S)-IN YANAĞINDAKI XAL, HZ. MUSA (Ə.S)-IN YANAĞINDAKI XAL KİMİDİR
“Hz. Mehdi (ə.s)-ın burnunun başlanğıcında, İKİ QAŞ ARASINDA KİÇİK BİR ÇUXUR VARDIR. YANAĞINDAKI XALI HZ. MUSA (Ə.S)-DA OLDUĞU KİMİ QABARIQ VƏ ULDUZ KİMİ PARLAQDIR. DƏRİSİ ÇOX PARLAQDIR.” (Bihar-ül Envar, Cild:13, Səh: 243 (Farsca tərcümə)
11. DİŞLƏRİ PARLAQDIR
“Dişləri parlaq olacaq.” (Nuaym b. Hammad, vr. 52a; El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 41)
12. QAŞLARI QÖVSVARİDİR
“Qaşı qövslüdür.” (B. Resul Al-Hüseyni El Berzenci, "Kıyamet Alametleri" Pamuk Yayınları, Trc. Naim Erdoğan, səh. 163)
“Hz. Mehdi (ə.s)-ın qaşları... araları açıq (yəni bir-birindən aralıdır)...” (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 41)
13. HZ. MEHDİ (Ə.S)-IN İKİ QAŞI ARASINDA KİÇİK BİR ÇUXUR VARDIR
“Hz. Mehdi (ə.s)-ın... İKİ QAŞI ARASINDA KİÇİK BİR ÇUXUR VARDIR...” (Bihar-ül Envar, Cild:13, Səh: 243 (Farsca tərcümə))
14. HZ. MEHDİ (Ə.S)-IN DƏRİSİ PARLAQDIR
“Hz. Mehdi (ə.s)-ın üzü qızıl-bürünc (indiki dövrdə “nikel” adlanır) bir metal kimi parlayar. ELƏ PARILDAYAR Kİ, DƏRİSİNİN ƏSL RƏNGİ BİLİNMƏZ.” (Bihar-ül Envar, Cild 13, səh: 263)
15. SAÇI QARADIR
“Qara saçlıdır. Qara saqqallıdır…” (Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi'si "Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar")
16. HZ. MEHDİ (Ə.S)-IN SAÇLARI GÖZƏLLİYİ İLƏ DİQQƏTİ CƏLB EDƏCƏK
Əhməd ibn Sinan Kirmani Dəməşqi (1019), hansı ki, Əhli sünnənin məşhur alimlərindən olub, "Ahbar-ud düvele" adlı kitabda belə yazmışdır: “... O (HZ. MEHDİ (Ə.S)) ORTA BOYLU, GÖZƏL ÜZLÜ, GÖZƏL SAÇLIDIR..." (Ahbar-ud Duvel, səh. 117-Hicri 1382 basımı)
Əbdülməlik İsam (1111), hansı ki, Məkkədə yaşayan tanınmış tarixçilərdəndir. O, "Sımt -ul nücum -il Aval" adlı tanınan dörd cildlik tarix kitabında belə yazmışdır: "... O (HZ. MEHDİ (Ə.S)) MÖTƏDİL (orta (boylu)), GÖZƏL ÜZLÜ, GÖZƏL SAÇLI, İNCƏ BURUNLU və GENİŞ ÜZLÜ BİR GƏNCDİR." (Sımt-ul Nucum-il Avali, c. 4, səh. 138) (Hz. Mehdi Aleyhisselam, Abdullah Turan, Al-i Taha, səh. 157)
17. SAQQALI SIXDIR
“Saqqalı sıxdır.” (Kıyamet Alametleri, 163)
“Saqqalı GUR VƏ SIX oacaq.” (El-Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 23)
18. HZ. MEHDİ (Ə.S) İNSANLARA GÖZƏL SİMALI BİRİ KİMİ GƏLƏCƏKDİR
Hz. İmam Hüseyn (ə.s)-ın belə buyurduğu rəvayət olunmuşdur: "Hz. Mehdi (ə.s) qiyam edəndə xalq onu tanımayacaq. Çünki o (HZ. MEHDİ (Ə.S)) xalqa gözəl simalı biri kimi gələcəkdir..." (Ikd-üd Dürer, səh. 41)
19. HZ. MEHDİ (Ə.S) GÖRÜNÜŞÜ İLƏ İSRAİL OĞULLARINA BƏNZƏYƏCƏK
Abdullah ibn Harris belə deyir: “Hz. Mehdi (ə.s) qırx yaşında ikən qiyam edəcək və (görünüş cəhətdən) İsrail oğullarına bənzəyəcək.” (Kitab-ul Havi li'l Feteva, c. 2, səh. 135)
20. DƏRİSİNİN RƏNGİ QIRMIZIMTIL AĞDIR
“Rəngi ərəb rəngidir.” (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman,24)
“Qarayanız (qaraşın) dedikdə, yəni dümağ deyil az qırmızıya çalan rəng nəzərdə tutulur. Çünki Rəsulu Əkrəm həzrətlərinin rəngi, hamamdan hələ yeni çıxmış və üzünə qırmızılıq gəlmiş ağ rəngli bir insanın o andakı rəngi kimidir. Yəni, Rəsulu Əkrəm Həzrətlərinin mübarək rəngi, qırmızı ilə qarışıq nurani ağ idi.” (Ibni Kesir, Semail-ür - Resul, 28)
21. ƏNDAMI
“Hz. Mehdi (ə.s)-ın boyu İsrailli kişilərin boyuna bənzəyir.” (El-Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 36 29)
22. BOYU
“Mehdi, orta boylu olacaq.” (Kıyamet Alametleri El-Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 41)
23. GENİŞ BƏDƏNLİDİR
“İri gövdəli...” (Ukayli "En-Necmu's-sakıb fi Beyanı Enne'l Mehdi min Evladı Ali b. Ebi Talib Ale't-Temam ve'l kamal")
“O, alnı geniş... qarnı böyük, iki ayaqlarının arası geniş...” (Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar, səh. 13)
“İki ayaqlarının arası geniş...” (Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi'si "Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar")
24. AYAQLARININ ARASI GENİŞDİR
“(Hz. Mehdi), alnı geniş... qarnı böyük (iri), İKİ AYAĞININ ARASI GENİŞDİR...” (Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar, səh. 13)
“AYAĞININ ARASI GENİŞ...” (Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi'si "Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar")
25. QARNI GENİŞDİR (İRİDİR)
“O, alnı geniş... qarnı böyük (iri), iki ayağının arası geniş...” (Fevaidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar, səh. 13)
26. YAŞI
"O gənc bir adamdır." (Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi'si "Feraidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar")
27. HZ. MEHDİ (Ə.S)-IN YAŞI ARTDIQCA, GƏNC BİR İNSAN GÖRÜNÜŞÜNDƏ OLACAQ
“Hz. Rza (ə.s), Rayyan ibn Saltının “Sən Sahib-ul Əmrsən?” sualına belə cavab verdi: “Bəli mən də Sahib-ul Əmrəm (əmr sahibiyəm), amma yer üzünü ədalətlə dolduracaq olan Sahib-ul Əmr mən deyiləm. Məndəki gördüyün bu gücsüzlük və zəiflik olduğu halda necə ola bilər ki, o Sahib-ul Əmr olum? VƏD EDİLMİŞ QAİM (HZ. MEHDİ (Ə.S)) YETKİN YAŞLARDA, AMMA GƏNC BİR SURƏTDƏ ZÜHUR EDƏCƏK.” (Bihar-ul Envar, c. 52, səh. 32; İsbat-ul Hudat, c. 6, səh. 19)
28. HZ. MEHDİ (Ə.S) YETKİN YAŞLARDA DA GƏNC SİMALI OLACAQ
“Uzunömürlü və GƏNC ÜZLÜDÜR (cavandır). Onu görən 40 yaşına yaxın bir kişi olduğunu fikirləşər və bir işarəsi də Allahın əmri gələnə qədər yaşlanmayacağıdır.” (Kemalüddin, səh: 625 ve Müntehabül Ezhar, 2. Cild, səh: 284)
29. SAĞ AYAĞINDA QARA BİR İZ VARDIR
“Mehdinin sağ ayağında qara BİR İZ VARDIR.”(Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani səh. 251)
30. KÜRƏYİNDƏ YARPAQ ŞƏKLİNDƏ BİR XAL VARDIR
Əbu Basar, İmam Məhəmməd Baqir və ya Cəfər-i Sadiq əleyhissalamın (hansı ki, tərəddüd edilən rəvayətçilərdən qaynaqlanır) belə buyurduğunu dedi: "... İki kürək sümüyünün arasında bir xal vardır. SOL KÜRƏK SÜMÜYÜNÜN SOL ALT TƏRƏFİNDƏ BİR YARPAQ (şəklində xal) VARDIR, eynilə mərsin yarpağı kimi." (Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani səh. 253)
31. ÇİYNİNDƏ PEYĞƏMBƏRLİK MÖHÜRÜ VARDIR
“Mehdinin çiynində Peyğəmbərimizdəki peyğəmbərlik möhürü olacaq.” (El-Kavlu Fi Muhtasarr Fi Alamatil Mehdiyy-il Muntazar,41)
“Çiynində peyğəmbərin nişanı vardır.” (Kıyamet Alametleri,163)
32. YERİŞİ
“Bir xüsusiyyəti də yeriyərkən ayağının arası iri (yəni addımları iri) və bir-birindən aralı olmağıdır.” (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 32)
33. DANIŞIĞI
“Dilində ağırlıq vardır. Yavaş və ağır danışdığı zaman sağ əlini sol dizinə vurar. Qırx yaşındadır.” (İmam Suyuti, Kıyamet Alametleri, Ölüm ve Diriliş, səh.1699, səh.174)
34. HEYBƏTLİ BİR ŞƏXSDİR
“Hz. Mehdi (ə.s) heybətli bir şəxsdir.” (İkdüd dürer)
“Hz. Mehdi (ə.s) sanki İsrail oğullarından bir adamdır. (Rəftarı onlara bənzəyər, yəni heybətli və cəsarətlidir).” (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 23-30)
35. MEHDİ (Ə.S)-IN BƏDƏNİ VƏ SƏSİ ÇOX GÜCLÜ OLACAQ, EYNİ ZAMANDA DA SÖZLƏRİ VƏ DANIŞIQLARI İLƏ DÜNYA SƏVİYYƏSİNDƏ ÇOX BÖYÜK TƏSİR OYANDIRACAQ
“Hz. Rza (ə.s), Rayyan ibn Saltının “Sən Sahib-ul Əmrsən?” sualına belə cavab verdi: “Bəli mən də Sahib-ul Əmrəm (əmr sahibiyəm), amma yer üzünü ədalətlə dolduracaq olan Sahib-ul Əmr mən deyiləm. Məndə gördüyün bu gücsüzlük və zəiflik olduğu halda necə ola bilər ki, o Sahib-ul Əmr ola bilərəm? VƏD EDİLMİŞ QAİM (HZ. MEHDİ (Ə.S)) YETKİN YAŞLARDA, AMMA GƏNC BİR SURƏTDƏ ZÜHUR EDƏCƏK.” (Bihar-ul Envar, c. 52, s. 32; İsbat-ul Hudat, c. 6, s. 19)
“O qədər güclüdür ki, DÜNYANIN ƏN BÖYÜK AĞACINA DA ƏL QALDIRSA ONU KÖKÜNDƏN ÇIXARDIB ATAR, DAĞLAR ARASINDA FƏRYAD EDƏCƏK OLSA SƏRT QAYALAR balacalaşar. Musanın əsası və Süleymanın üzüyü ondadır... Allah dilədiyi müddət ərzində onu gözdən uzaq tutar. Daha sonra zühur edər və yer üzünü əvvəldən zülmlə dolduğu kimi ədalətlə doldurar.” (Bihar-ul Envar, c. 52, s. 32; İsbat-ul Hudat, c. 6, s. 19)
36. FİTNƏLƏRİN ÇOXALMASI
"Qiyamət yaxınlaşdığı zaman və möminlərin ürəyi ölüm, aclıq, fitnələr, sünnələrin itməsi, bidətlərin ortaya çıxması, əmri bil maruf və nəhyi anıl münkər (yaxşılığı əmr edib pis şeylərdən uzaqlaşdırma) imkanlarının itməsi kimi səbəblərlə zəiflədiyi vaxt, mənim övladlarımdan hz. Mehdi (ə.s) vəsiləsi ilə Cənabı Haqq sünnələri canlandırar. Onun ədalət və bərəkəti ilə möminlərin ürəyi rahatlaşar, acəm (ərəb olmayan) və ərəb millətləri arasında ülfət və məhəbbət yaranar." (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s. 66)
"Məğribdə (qərbdə) qarışıqlıqlar, fitnələr və qorxu olacaq... Fitnələr çoxalacaq." (Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, s.440)
37. QURANDAN UZAQLAŞDIRAN FİTNƏLƏR
“Qiyamətdən öncə bir sıra qaranlıq gecələr kimi fitnələr vardır…” (Ramuz-El Ehadis, 121/5)
“Qiyamətə yaxın qaranlıq gecələrin parçaları kimi qarışıqlıqlar olacaq. Bu qarışıqlıqlar içində insan mömin olaraq sabahlayıb, kafir olaraq axşamlayacaq, mömin olaraq axşamlayıb, kafir olaraq sabahlayacaqdır.” (Kur'an ve Sünnette Kıyamet ve Ahiret, s. 155)
38. FİTNƏNİN HƏR TƏRƏFƏ YAYILMASI
“Heç bir tərəfin ondan məhfuz (gizli) qalmayacağı bir fitnə zühur edəcək, bu fitnə qaldığı yerdən dərhal başqa bir tərəfə yayılacaq...” (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 21-22)
"Qiyamətdən öncə bir sıra qaranlıq gecələr kimi fitnələr vardır." (Ramuz-El Ehadis, 121/5)
39. HARAMLARIN HALAL SAYILMAĞI
"Küfr hər yanı zəbt edib hökmü cəmiyyət içində aşkara işlənmədikcə hz. Mehdi (ə.s) zühur etməz. Bu vaxtda vaqe olan (baş verənlər) isə... küfrün istilasıdır (ələ keçirməsi). Onun qücüdür." (Mektubat-ı Rabbani, 2-259)
40. İRAN-İRAQ MÜHARİBƏSİ
"Faris" (farslar, İran) tərəfdən gələcək olan bir qövm belə deyəcək: "Ey Ərəblər! Siz çox qatı dinçiliyə qaçdınız! Siz bunlara gərəyi kimi haqq tanımasanız, sizinlə heç kim birlik qurmayacaq…" Bir gün onlara və bir gün də sizlərə verilsin sonra qarşılıqlı söz verilsin, verilən sözlər tutulsun..." Onlar "Mutık"-a (bölgədə bir dağ) çıxacaqlar, müsəlmanlar oradan Yazıya (düzənliyə) enəcəklər... Müşriklər o biri tərəfdəki Rakabe (neft quyuların çox olduğu bölgə) deyilən bir qapqara olan çayın kənarında dayanacaqlar... Aralarında döyüş olacaq: Hər iki ordudan, Allah, zəfəri qaldıracaq…” (Kıyamet Alametleri, Berzenci, s. 179)
41. ƏFQANISTANIN İŞĞALI
“Talikana (Əfqanıstana) təəssüf oldu. Şübhəsiz, Allah Təalanın orada qızıl və gümüş olmayan xəzinələri vardır. Orada Allahı haqqıyla tanıyan insanlar vardır. Onlar Axırzamanda hz. Mehdi (ə.s)-ın köməkçiləridirlər.” (Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axır Zaman, s. 59)
42. FƏRATIN SUYUNUN KƏSİLMƏSİ
Rəsulullah belə buyurur: “Fərat çayı qızıl bir dağ üzərindən üzə çıxmadıqca qiyamət qopmayacaq... " (Sahih-i Müslim, 11/320)
43. GÜNƏŞDƏN BİR ƏLAMƏTİN MEYDANA ÇIXMASI
"O, (hz. Mehdi (ə.s)), günəşdən bir əlamət görünənə qədər gəlməyəcək. " (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 47)
44. QUYRUQLU ULDUZUN DOĞULMASI
"Hz. Mehdi (ə.s)-ın çıxışından əvvəl, (hər tərəfi) işıqlandıran quyruqlu bir ulduz doğulacaq." (Kıyamet Alametleri, s. 200)
45. KƏBƏ BASQINI VƏ KƏBƏDƏ QAN AXIDILMASI
Onun çıxacağı il, insanlar həccə başlarında bir əmir (başçı) olmadan gedəcəklər. Birlikdə Beytül Şərifi təvaf edəcəklər (ziyarət edib ətrafında fırlanacaqlar), sonra Minaya endiklərində, itlər kimi bir-birinə hücum edəcək, hacılar soyulacaq, qanlar Akabə Cemrəsinin (Kəbədə Minaya endikdə olan təpə, şeytana daş atılan yer) üzərinə axacaq.(Kıyamet Alametleri, Berzenci, s. 168-169)
46. SİSTEMLƏRİN DƏYİŞMƏSİ
Zamanın inkitaa uğradığı bir dövrdə (yəni zamanın axrına az qaldığı dövrdə, Axırzamanda) hz. Mehdi (ə.s) deyilən bir şəxs gələcək... (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 14)
47. MÜSƏLMANLARIN TƏZYİQLƏRƏ MƏRUZ QALMASI
Axırzamanda ümmətimin başına sultanlarından (başçılarından) şiddətli bəlalar gələr, belə ki, yer müsəlmanlara dar gələr. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 12)
48. TOZLU, DUMANLI FİTNƏ
Tozlu, dumanlı, qaranlıq bir fitnə görünəcək, bunu digərləri izləyəcək... (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 26)
49. YAYILMIŞ QƏTL HADİSƏLƏRİ
Hz. Mehdi (ə.s)-dan əvvəl məşhur qırğınların baş verəcəyi böyük bir fitnə görünəcək. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 37)
50. HZ. MEHDİ (Ə.S)-DAN ÜMİDİN KƏSİLMƏSİ
İnsanların ümidsiz olduğu və "heç Mehdi filan yoxmuş" dediyi bir dövrdə Allah hz. Mehdi (ə.s)-ı göndərər. (Kitab-ul Burhan fi-Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 55)
51. KASIBLIĞIN VƏ ACLIĞIN ARTMASI
"Kasıblar çoxalacaq." (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s. 455)
52. İQTİSADİ VƏZİYYƏTİN PİSLƏŞMƏSİ
İnsanlar 95-ci ilə qədər malik olacaq, yəni işləri yaxşı gedəcək, 97 və ya 99-cu illərdə mülkləri yox olacaq. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 54)
53. ŞAM VƏ MİSİR MƏLİKLƏRİNİN ÖLDÜRÜLMƏSİ
Ondan əvvəl Şam və Misir məlikləri öldürüləcək... (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 49)
54. MİSİRİN ƏSİR DÜŞMƏSİ
"Şam əhli, Misirli qəbilələri əsir götürəcəklər. " (Beklenen Mehdi'nin Alametleri, s.49)
55. MƏHƏLLƏ ARALARINDA DÖYÜŞ
“Fərat çayı ilə Dəclə çayı arasında bir şəhər qurulacaq və orada Abbas oğullarının səltənətləri qurulacaq. Ora Zavra (yəni Bağdad şəhəridir) deyə adlandırılmışdır... Ey möminlərin əmiri, Rəsul-u Əkrəm oranı nə üçün Zavra adlandırmışdır? Çünki müharibə hər tərəfi əhatə etdiyinə və ən ucqar yerlərə qədər çatdığına görə Zavra deyə adlandırılmışdır.” (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s. 426, no. 776)
“Mənim gördüyüm həlak yerlərini sizlər də görə bilirsinizmi? Mən evlərinizin aralarına şiddətli yağış sellərinin açdığı yarğanlar (çuxurlar) kimi fitnə və fəlakət məhəllələrini görürəm” deyə buyurdu.” (Sahih-i Müslim, 4/2221; Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, s. 368, no. 671)
56. ALLAHIN AÇIQ-AŞKAR İNKAR EDİLMƏSİ
"Allah açıq-aşkar inkar edilmədikcə qiyamət qopmaz." (Son Zamanlarla İlgili Hadisler, s. 85; Kitabül Burhan Fi Alametil Mehdiyyil Ahir Zaman, s. 27)
57. MÜHARİBƏLƏR VƏ ANARXİYA
"Dünya hərc-mərclik içində qalanda, fitnələr zühur edəndə, yollar kəsiləndə, bəziləri bəzilərinə hücum edəndə..." (Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s.454)
58. KEÇMİŞ İORDANİYA KRALI ABDULLAHIN ÖLDÜRÜLMƏSİ
“Mehdinin çıxış əlamətlərindən biri də, Haşimilərdən yüksək səviyyəli birinin öldürülməsidir.” (Risalet-ül Huruc-ül Mehdi, səh.12)
59. DÖRDÜNCÜ SÜLH VƏ ƏRƏB-İSRAİL SÜLHÜ
“Əbu Naim, Əbu Umamədən etdiyi rəvayətə görə, Rəsulullah (s.ə.v)-in belə buyurduğunu dedi: “Sizinlə insanlar (bir nüsxədə isə romalılar deyilir) arasında dörd sülh olacaq, dördüncü sülh Herakl əhlindən bir adam vasitəsi ilə olacaq və bu yeddi il davam edəcək. Deyildi ki: "Ya Rəsulullah, o gün insanların imamı kimdir?" Buyurdu ki: "Övladımdan qırx yaşında olan Mehdidir." (Kıyamet Alametleri, Osman Çataklı, 299/8)
60. BİR ORDUNUN İTMƏSİ
“Bir ordu döyüşmək üçün gələr, səhraya girəndə baş və sonda olanlar batar, ortadakılar da xilas olmaz.” (Hanbel, Tirmizi, İbni Mace, Ebu Davud'dan; Geleceğin Tarihi 4, s.30)
“...Onlara bir ordu göndəriləcək. Bunlar yerin bir səhrasında olarkən yerə batırılacaqlar.” (Müslim'den; Geleceğin Tarihi 4, s.31)
61. İRAQLILARIN PULUNUN QALMAMASI
"İraqlıların əlində ölçə biləcəkləri bir çəki aləti və alış-veriş edə biləcəkləri bir pul demək olar ki, qalmayacaq." (Kenzul Ummal, Kitab-ul kıyame kısm-ul efal, c.5, s. 45)
62. BÖYÜK ŞƏHƏRLƏRİN YOX OLMASI: DÖYÜŞLƏR VƏ TƏBİİ FƏLAKƏTLƏR
“Böyük şəhərlər sanki dünən yoxmuş kimi məhv olar." (Kitabül Burhan Fi Alametil Mehdiyyil Ahir Zaman, s. 38)
63. MƏHV OLMUŞ ƏRAZİLƏRİN ABADLIĞI, ABADLAŞMIŞ YERLƏRİN YENİDƏN DAĞILMASI
“Dünyanın xarabalığa çevrilmiş yerlərinin abadlığı, abadlıq edilmiş yerlərinin dağılması qiyamətin şərtlərindən və əlamətlərindəndir.” (Kıyamet Alametleri, s.138)
64. ZƏLZƏLƏLƏRİN ÇOXALMASI
"Bu hadisələr meydana gəlmədikcə qiyamət qopmayacaq... zəlzələlər çoxalacaq..." (Ramuz-El Ehadis, 476/11)
65. CİNAYƏTLƏRİN ÇOXALMASI
"Cinayətlər çoxalmadıqca... qiyamət qopmaz." (Ölüm Kıyamet ve Diriliş, s. 468)
66. İNSANLARIN LİDERLƏRİNİ (BAŞÇILARINI) ÖLDÜRMƏSİ
“Liderlərinizi öldürmədikcə, dünyanızda pisləriniz varis olmadıqca qiyamət qopmaz.” (Kıyamet Alametleri, s. 141)
67. HZ. MEHDİ (Ə.S)-IN ÇIXIŞINDAN ƏVVƏL BÖYÜK BİR HADİSƏ BAŞ VERƏCƏKDİR
"Hz. Mehdi (ə.s) çıxmadan əvvəl Mədinədə qapqara daşların belə qan içində itəcəyi böyük bir hadisə olacaq. Bu hadisədə bir qadının öldürülməsi bir qamçının sallanması qədər asan olacaq və bu hadisə 2 kilometrə qədər yayılacaq." (EI-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-iI Muntazar, 41)
68. ƏXLAQİ ÇÖKÜŞ
"Fuhuş (fahişəlik) açıq şəkildə olmadan... qiyamət qopmaz." (Ramuz-El Ehadis, 91/7)
69. MÜSƏLMANLARLA YƏHUDİLƏRİN DÖYÜŞÜ
“Müsəlmanlarla yəhudilər müharibə etmədikcə qiyamət qopmaz... ” (Müslim, Tirmizi)
70. İKİ RAMAZANDA GÜNƏŞ TUTULMASI
“Şureykin rəvayət etdiyi hədis belədir: "Hz. Mehdi (ə.s)-ın zühurundan əvvəl, GÜNƏŞ İKİ RAMAZANDA tutulacaq." (Ölüm, Kıyamet ve Diriliş, İmam-ı Şa'rani, Pamuk Yayınları səh. 457)
71. AXIRZAMANDA İNSANLAR ARASINDAKI SEVGİSİZLİK
“Hər kəsə ümumi olaraq deyil, yalnız (tanıdığı, bildiyi) kəslərə salam verilmədikcə (verildiyi zaman gəlmədikcə)... qiyamət qopmayacaq.” (Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, İmam Şarani, Tezkiretil Kurtubi Bedir Yayınevi, İstanbul 1981, s. 461, no. 845)
72. HZ. MEHDİ (Ə.S)-IN ÇIXIŞ ƏLAMƏTLƏRİNDƏN BİRİ DƏ, İNSANLARIN DÜZGÜN YOLDAN AYRILIB SƏHV YOLU TUTMALARIDIR
Hz. Əli belə buyurur: “İNSANLAR AZĞINLIQ YOLUNU TUTMUŞ, DOĞRU YOLU bir kənara atmışlar.” (Nehc-ul Belaga, Hutbe 150)
73. HZ. MEHDİ (Ə.S)-IN İSTANBULA GƏLİŞİNİ İNSANLARA XƏBƏR VERƏN BÖYÜK ƏLAMƏTLƏR
Əbu Cəfər ibn Məhəmməd ibn Əli (r.ə)-dən belə rəvayət edildi:
“Siz üç və ya yeddi gün, ŞƏRQDƏN BİR ATƏŞİ (ALOVU) GÖRDÜYÜNÜZ VAXT AL-İ MƏHƏMMƏDİN (HZ. MEHDİ (Ə.S)-IN) ÇIXMAĞINI GÖZLƏYİN, inşaAllah-u Təala, bir münadi (nida edən, səslənən) Mehdinin adı ilə səmadan (göydən) nida edəcək ki, şərqdə, qərbdə olan hər kəs bu səsi eşidəcək. Belə ki, qorxudan yuxuda olanlar oyanacaq, ayaqda olan çökəcək, oturan isə dik atılacaq.” (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s. 32)
74. FƏRAT ÇAYININ SUYUNUN KƏSİLMƏYİNİN ARDINDAN BAŞ QALDIRAN PKK TERRORU, HZ. MEHDİ (Ə.S.)-IN ÇIXIŞ ƏLAMƏTLƏRİNDƏNDİR
"Fərat çayının suları çəkilərək altından bir dağ ortaya çıxacaq, İnsanlar bunu almaq üçün vuruşacaq və hər yüz adamdan yalnız biri həyatda qalacaq. Bu zaman gələnə qədər qiyamət qopmaz." (Müslim, Fiten, 29)
"Fərat çayının qızıl bir dağ üzərindən üzə çıxması yaxındır. İnsanlar bunu eşidəndə onun yanına gedəcəklər və onun yanında olan insanlar “burdan bir şey götürülməsinə icazə versək, bunun hamısını götürərlər” deyəcək. Ardınca buna görə müharibə edəcəklər və hər yüz adamdan doxsan doqquzu öldürüləcək." (Müslim, Fiten, 29)
“İnsanlar buna görə müharibə edəcək və hər yüz adamdan doxsan doqquzu öldürüləcək, onlardan hər biri “kaş ki, mən xilas olsaydım” deyəcək buyurmuşlar.” (Sahih-i Müslim, 11/320)
75. AYIN YARILMASI
...Səid ibn Əbi Arube, Katadedən, o da Ənəs ibn Malik (r.ə)-dən belə rəvayət etdi: “Məkkə əhalisi Rəsulullahdan onlara bir ayə (möcüzə) göstərməyini istədilər. O da onlara Ayı iki bölük göstərdi, hətta məkkəlilər Hira dağını o iki hissə arasında gördülər.” (Sahih-i Buhari ve Tercemesi, cild 8, no.88)
76. İNSANIN QARDAŞINI ÖLDÜRMƏSİ
“İnsan, qardaşını öldürməyincə qiyamət qopmaz. ” (Kıyamet Alametleri, s. 141)
77. İRAQIN ÜÇ YERƏ BÖLÜNMƏSİ
“İraq xalqı üç təriqətə ayrılar. Bir qismi soyğunçulara qatılar, bir qismi ailələrini arxada buraxıb qaçarlar, bir qismi də döyüşər və öldürülərlər. Siz bunları gördüyünüz vaxt qiyamətə hazırlaşın.” (Fera İdu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar)
78. ŞAM, İRAQ, ƏRƏBİSTANDA QARIŞIQLIQ
Rəsulullah (s.ə.v) belə buyurmuşdur: "... Elə bəla və müsibətlər olacaq ki, heç bir kəs sığına biləcəyi bir yer tapa bilməyəcək. Bu bəlalar Şamın ətrafında dolanacaq, İraqın üzərinə çökəcək. Ərəbistan yarımadasının əlini və ayağını bağlayacaq... Onlar bəlanı bir tərəfdən rədd etməyə çalışarkən, digər tərəfdən o yenə ortaya çıxacaq." (Kenzul Ummal, Kitab-ul kıyame kısm-ul efal, c.5, s. 38-39)
79. ŞAMDA FİTNƏLƏR
“Şamda fitnələr bir tərəfdən sakitləşdikcə, digər tərəfdən də alovlanar. Göydən çağırıcı bir mələk "Mehdi əmirinizdir. Mehdi xəlifənizdir" demədikcə, fitnələr də bitməz.” (Risalet-ül Huruc-ül Mehdi, s. 63)
80. İRAQ XALQI ŞAMA, ŞİMALA QAÇAR
“Günahsız və təmiz İraq xalqı Şama qaçar.” (Risalet-ül Huruc-ül Mehdi, s. 210)
81. İRAQIN YENİDƏN QURULMASI
“… İraqa hücum edilməyənə kimi qiyamət qopmaz və İraqdakı günahsız insanlar Şama doğru sığınmaq üçün yerlər axtararlar. Şam yenidən qurular, İraq da yenidən qurular.” (Kenzul Ummal, Kitab-ul kıyame kısm-ul efal, c.5, s. 254)
82. İSRAİL-FƏLƏSTİN SÜLH DANIŞIQLARI
“Beyt-i Məqdisdə sülh razılaşması olacaq.” (Risalet-ül Huruc-ül Mehdi, cild 3, s. 184)
83. İRAQ VƏ ŞAMA EMBARQO (İRAQA VƏ ŞAMA TƏZYİQ ETMƏLƏR)
Əbu Nadre (r.ə), Cabir (r.ə)-in yanında ikən, belə dediyini buyurdu: "Elə bir zaman yaxınlaşır ki, İraq əhalisinə bir kafiz (ölçü vahidi), bir dirhəm (bir ağırlıq ölçüsüdür) sövq olunmayacaq (verilməyəcək)". Dedik ki: "Bunu kim edər?" Dedi ki: "Əcəmilər (Ərəb olmayanlar) bunu məhrum edərlər." Sonra dedi: "Şam əhalisinə bir dinar, bir müdy (bir ölçü vahididir) sövq olunmayacaq (verilməyəcək)". "Bunu kim edər?" dedik. "Romalılar edər" dedi.” (Et-Tac, Ali Nâsıf el-Hüseyni)
84. ANARXİYA VƏ QARIŞIQ GÜNLƏR
“Qiyamətə yaxın anarxiya və qarışıqlı günlər olacaq.” (Suyuti, Cami'üs Sagir, 3/211)
85. ALLAHDAN BAŞQA İLAHLAR QƏBUL ETMƏK
“Lat-Uzzaya (ən böyük büt) yenidən Allahdan başqa ilah kimi qəbul edilərək onlara sitayiş edilməyənə kimi qiyamət qopmaz…” (Kıyamet Alametleri, s.281)
86. MATERİALİST FƏLSƏFƏNİN YAYILMASINA İŞARƏ
“Bismillah hərflərinin dəyəri itdiyi zaman Mehdi zühur edər.” (Risalet-ül huruc-ül Mehdi, s. 29)
87. SÜLHÜN QALMAMASI
“Bütün qəlblərin içinə fəsad düşdüyünə görə bir qisim xalq digəriylə danışaraq sülh və ittifaq nümayişləri edərlər. Lakin ürəklərində sülh ilə ittifaqa müxalif bir vəziyyət olduğu bir dövr gəlmədikcə qiyamət qopmaz.” (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s. 382, no.701)
88. ÇEVRİLİŞLƏRİN OLMASI
“...(Həmin vaxtda) fitnələr, qarışıqlıqlar, qiyamlar çox olar, insanlar bir-birlərini öldürərlər. İnsanlar öz canlarına qıyarlar və yer üzünü bəlalar bürüyər.” (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s. 482, no. 901; Kitabü'n-Nihaye, İbn-i Kesir, 1/131)
89. İNSANLARIN BİR-BİRLƏRİNDƏN QAÇMASI
"Ey Allahın elçisi, Ahlas fitnəsi nədir? Qaçışmaq- yəni insanlar arasındakı həddindən artıq düşmənçiliklərə görə bir-birlərinə etibar edə bilmədikləri üçün bir-birlərindən qaçmaları və insanların mallarının talan edilməsidir buyurdu.” (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s. 386, no.714)
90. QARIŞIQLIĞIN VƏ ÇAXNAŞMANIN DÜNYANI BÜRÜMƏSİ
“Dünya hərc-mərclik içində qalanda, fitnələr zühur edəndə, yollar kəsiləndə, bəziləri bəzilərinə hücum edəndə, böyük kiçiyə mərhəmət etməyəndə, böyüyə təmkinli davranmadıqda Allah, həmin vaxt onlardan ədavətin (düşmənliyin) kökünü qazıyaraq dəlalət (iman və İslamiyyətdən ayrılmaq, azğınlıq) qalalarını fəth edəcək və əvvəllər mənim ayaqda tutuğum kimi, aAxırzamanda dini ayaqda tutacaq, əvvəldən zülmlə dolu olan dünyanı ədalətlə dolduracaq birini (hz.Mehdi (ə.s)-ı) göndərəcək.” (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s.12)
91. BÖYÜK HADİSƏLƏRİN VƏ HEYRƏTLƏNDİRİCİ ŞEYLƏRİN BAŞ VERMƏSİ
“Onun dövründə bir çox heyrətləndirici hallar zühur edəcək (baş verəcək).” (Mektubat-ı Rabbani, 2/258)
92. BƏZİ MÜSƏLMANLARIN VƏZİYYƏTİ
“Bəli, nəfsim əlində olan Allaha and içirəm ki, siz o fitnə zamanında yüksəlib bir-birinin boyunlarını buran ilanların vəziyyətinə düşəcəksiniz” deyə buyurdu.” (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s. 368, no. 672)
93. İSLAM DÜNYASININ MÖVCUD OLAN MÖVQEYİ
“Məni Haqq ilə rəhbər edən Allaha and içirəm ki, məndən sonra ümmətimin arasında fətrət dövrü olacaq. O dövrdə hər kəs halal axtarmadan mal tələb edəcək, qanlar axıdılacaq və şeir Qurana əvəz görüləcək (yəni Quran şeir kimi qiymətləndiriləcək).” (Deylemi; Geleceğin Tarihi I, s.50)
94. MÜSƏLMANLARIN BİR-BİRİ İLƏ DÖYÜŞMƏSİ
“İki böyük İslam ordusu bir-biri ilə müharibə etmədikcə qiyamət qopmayacaq.” (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s. 454, no.831)
95. MÜSƏLMANLARIN MƏRUZ QALDIQLARI ŞİDDƏTLİ BƏLALAR
“Axırzamanda ümmətimin başına sultanlarından (başçlarından) şiddətli bəlalar gələr, belə ki, yerlər müsəlmanlara dar gələr.” (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 12)
96. GÜNAHSIZ İNSANLARIN ÖLDÜRÜLMƏSİ
“Günahsız insanlar qətl edilənə qədər Mehdi çıxmayacaq və qırğınlara yerdəkilər və göydəkilər artıq dözülməz bir hala gəldiyində zühur edəcək...” (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 37)
97. GÜNAHSIZ UŞAQLARIN ÖLDÜRÜLMƏSİ
“Məhəmməd ümmətindən günahsız bir uşaq öldürüləndə, göydən bir mələk “haqq onda (Mehdidə) və onun yanında olandadır” deyə səslənər.” (Sabban İsafur Ragibin, s.154)
98. İNSANLARIN SƏBƏBSİZ YERƏ ÖLDÜRÜLMƏSİ
Əbu Hureyrə (r.ə), Rəsulullah əleyhissalatu vəssalamın belə buyurduduğunu bildirir: "İnsanlar elə günlər görəcək ki, qatil nə üçün öldürdüyünü, öldürülən də nə üçün öldürüldüyünü bilməyəcək." (Müslim, Fiten: 56, (2908))
99. HƏR YERDƏ QARIŞIQLIĞA SƏBƏB OLAN FİTNƏLƏR
“Bu, şübhəsiz ki, yaxın gələcəkdə (bir-birini təqib edən) bəzi fitnələr olacaq. Sonra təkrar fitnələr olacaq. Sonra yenə fitnələr olacaq.” (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s. 375, no.684)
100. QURAQLIQ
“Dəccal çıxmamışdan əvvəl səma üç il yağışını tutar. Birinci ildə normal yağışın üçdə birini tutub üçdə ikisini yağdırar. Yer üzü bitkisinin üçdə birini bitirməz. İkinci ildə səma normal yağışının üçdə ikisini yağdırmaz. Yer üzü də bitkisinin üçdə ikisini bitirməz. Üçüncü ildə isə səma yağışının hamısını kəsər, yer üzü də bitkisindən heç birini bitirməz.” (Ebu Davud, İbni Mace, Taberani; Geleceğin Tarihi 3, s.241)
101. KASIBLIQ VƏ ACLIQ
“Kasıblar çoxalacaq.” (Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, s. 455)
102. TİCARƏTİN VƏ YOLLARIN KƏSİLMƏSİ
“Ticarətin və yolların kəsildiyi və fitnələrin çoxaldığı dövr...” (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s.52)
103. QAZANCIN AZALMASI
“Hər kəsin az qazancdan şikayətlənməsi... Pullarına görə zənginlərin hörmət görməsi...” (Kıyamet Alametleri, s. 146)
104. MİLLİ SƏRVƏTLƏRİN ZƏNGİNLƏR ARASINDA BÖLÜŞDÜRÜLMƏSİ
"...On beş şeyi etməyə başlayanda ona böyük bəlanın gəlməsi vacib olar (ona böyük bir bəla gələr)!"- buyurmuşdu. (Yanındakılar:) "Ey Allahın Rəsulu! Bunlar nələrdir?" -deyə soruşdular. Əleyhissalatu vəssəlləm saydı: "Qənimət (yəni milli sərvətlər, fağır-füqəraya çatmadan yalnız zəngin və mövqe sahibi olan kəslər arsında) tədavül edən (hissə kimi) bir əmtəə halına gələr." (Tirmizi, Fiten: 39, (2211)
105. EVLƏRİN MƏZAR OLMASI
"İnsanlara ölüm çatanda və evlər məzar olduğu zaman halın necə olar?" deyə buyurdu. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s. 392, no. 726)
106. YER ÇÖKMƏLƏRİ
“(Qiyamət) əlamətlərinin ilki yer çökmələridir.” (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s.518)
107. KÜLƏKLƏR VƏ QASIRĞALAR
“Qiyamətdən əvvəl on əlamət görünmədən o, qopmayacaq. Onuncusu, insanları dənizə atacaq olan qasırğa.” (Kıyamet Alametleri, s.288)
108. ŞİDDƏTLİ BİR YAĞIŞIN YAĞMASI
“Ev və daxma buraxmayan şiddətli bir yağış yağana qədər qiyamət qopmaz.” (Kıyamet Alametleri, s. 253)
“Göydən şiddətli yağış yağıb daş binalardan başqa bütün kərpic evləri dağıtmadıqca qiyamət qopmaz.” (Ahmed b. Hanbel, Müsned 13/291, hadis no. 7554)
109. İLDIRIMLARIN ÇOXALMASI
“Qiyamətin yaxınlaşdığı vaxt ildırımlar o qədər çoxalacaq ki, insanlar (bir-birlərinə belə) deyəcəklər: "Dünən kimi ildırım vurdu?" Onlar da (belə) cavab verəcəklər: "Dünən filankəsləri ildırım vurdu." (El-Hakim, Müstedrek, 4/444)
“Evlərinizi zəlzələlər yıxacaq, heyvanlarınızı ildırımlar yandırıb kül edəcək.” (Naim bin Hammad; Geleceğin Tarihi 4, s. 69)
110. HƏR YERİ ƏHATƏ EDƏN BİR FİTNƏ
“Heç bir tərəfin ondan məhfuz (gizli) qalmayacağı bir fitnə zühur edəcək, bu fitnə olduğu yerdən dərhal başqa bir tərəfə yayılacaq və bu vəziyyət bir münadinin səmadan səslənərək: "Ey insanlar, əmiriniz artıq Mehdidir" deməyinə kimi davam edəcək.” (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 23)
111. QURANIN LAZIMİ QƏDƏR DÜŞÜNÜLMƏMƏSİ
Peyğəmbər (s.ə.v) belə dedi:"Elm insanlardan alınacaq". Ziyad belə dedi: "Ey Allahın elçisi, biz Quranı oxuduq və oxuyuruq, xanımlarımıza və uşaqlarımıza da oxuduruq. Bu elm bizdən necə alınacaq?" Peyğəmbər belə buyurdu: "Yəhudilərin Tövratı və xristianların İncili haqqında məlumatın yoxdur? Onlar o qədər Tövrat və İncil oxudular, hanı, onlarda bundan bir şey qaldımı?" (Ölüm Kıyamet ve Diriliş, s. 483)
112. AZƏRBAYCANIN İŞĞALI
“... Əbu Basir, İmam Əbu Abdullah Cəfər-i Sadiq əleyhissalamın belə buyurduğunu dedi: “Atam mənə belə buyurdu: AZƏRBAYCANDAN MÜTLƏQ BİR ATƏŞ ÇIXACAQ və heç bir şey onun qarşısında dayana bilməyəcək. BELƏ BİR ŞEY OLANDA EVİNİZDƏ OTURUN. Biz nə etsək siz də onu edin. (Yəni biz evdə oturarkən siz də oturun) və bizim qiyam edənimiz (hz. Mehdi (ə.s.)) hərəkət edəndə sürətlə və heç dayanmadan ona doğru tələsin...” (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani s. 311)
113. MÜSƏLMANLARIN MÜSƏLMAN OLMAYANLARA MEYL ETMƏSİ
“(Axırzamanda) Sizdən əvvəlki millətləri qarış-qarış, arşın-arşın izləyəcəksiniz, hətta onlar (yəhudi və xristianlar) kərtənkələ deşiyinə girsələr, siz də onların ardınca girəcəksiniz.” (Ölüm Kıyamet ve Diriliş, s. 470)
114. İSLAM ƏXLAQINDAN UZAQLAŞDIRAN TƏBLİĞATÇILAR
“…O dövrdə xalqı cəhənnəm qapılarına çağıran bəzi dəvətçilər (təbliğatçılar) olacaq. Hər kim o dəvətçilərin dəvətini qəbul etsə onu cəhənnəmə atacaqlar. Ya Rəsulullah, o dəvətçilər zümrəsinin xüsusiyyətlərini bizə bəyan edin. Yaxşı edim, onlar bizim millətimizdən olan, bizim dilimizdə danışan bir zümrədir, buyurdu.” (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s. 382, no. 698)
115. İKİÜZLÜ VƏ SAXTAKAR DİN ADAMLAR
“Axırzamanda qurd (kimi) oxucular olacaq. Kim o dövrə yetişsə, şərlərindən Allaha sığınsınlar. Onlar çox murdar insanlardır. Riyakarlıq (ikiüzlülük) hakim olacaq, riyakarlıqdan və göstərişdən utanılmayacaq.” (Ölüm Kıyamet ve Diriliş, s. 470)
116. SİYASƏT ADAMLARINDAKI DEGENERASİYA
“Axırzamanda, zalım əmirlər, fasiq nazirlər, xain qazılar, yalançı müəllimlər olacaq. Bunlara hər hansı biri yetişsə onların yanında müttəfiq olmasın, köməkçi olmasın, istiqamət verən olmasın...” (Risalet-ül huruc-ül Mehdi, s. 182)
117. "YAXŞILIĞI ƏMR ETMƏ, PİSLİKLƏRDƏN ÇƏKİNDİRMƏ" İBADƏTİNİN TƏRK EDİLMƏSİ
“Yaxşılıq tərk edilib əmr edilməyəndə, pislik işlənib gözardı ediləndə qiyamət yaxınlaşacaq.” (Ölüm Kıyamet ve Diriliş, s. 480)
118. MARUF (YAXŞILIQLA, DÜZGÜNLÜKLƏ) İLƏ MÜNKƏRİN (PİSLİYİN) bir-biriylə qarışdırılması
“Peyğəmbər (s.ə.v): "Əmr-i bil-marufun olmadığı (yaxşılığın əmr edilmədiyi), nəhyi-anıl-münkər etmədiyiniz (pisliyi qadağan etmədiyiniz) vaxt halınız necə olar?"-deyə soruşdu. "Yəni bu olacaqmı?" dedilər. "Bəli, hətta daha da betəri olacaq!" buyurdu, və soruşmağa davam etdilər: "Münkəri pisliyi əmr edib, yaxşı işlər görməyi, yaxşılığı qadağan etdiyim zaman halınız necə olar?" (Yanında olanlar heyrətlənərək): "Ey Allahın Rəsulu! Bu mütləq olacaq?"-dedilər. "Bəli, hətta daha da betəri olacaq!"- buyurdu və davam etdilər: "Marufu (yaxşı işlər görməyi) münkər, münkəri də maruf kimi adət etdiyiniz vaxt halınız necə olar?" Yanındakı səhabə: "Ey Allahın Rəsulu! Bu mütləq olacaq?"-deyə soruşdular. "Bəli, olacaq!" -buyurdu.” (Ebu Ya'lâ, Müsned; Taberâni, el-Mu'cemu'l-Evsat; Heysemi, Mecma'u'z-Zevaid, 7, 281)
119. MƏSCİD VƏ MƏDRƏSƏLƏRİN MÜXTƏLİF MƏQSƏDLƏRLƏ İSDİFADƏ EDİLMƏSİ
“Məscidlər namaz qılınmayan, gəlib keçilən bir yol halına gəlmədikcə qiyamət qopmaz.” (Son Zamanlarla İlgili Hadisler, s. 87)
120. İNSANIN YAXINLARI TƏRƏFİNDƏN PİSLİYƏ TƏŞVİQ EDİLMƏSİ
“İnsanın həlakı valideyinlərinin əlində, ya arvadının əlində, ya da qohumunun əlində olacaq. Beləcə, onu dolanışığın çətin olduğuna görə ayıblayacaqlar, taqət gətirmədiyi işlərə vadar edəcəklər, nəticədə o dözə bilməyib qaranlıq və təhlükəli işləri edər və həlak olub gedər.” (Ebu Naim; Geleceğin Tarihi 1, s.29)
121. HƏQİQİ MÖMİNLƏRİN SAYLARININ ÇOX AZ OLMASI
“İnsanlara elə bir zaman gələr ki, məscidlərində toplanıb namaz qılarlar, amma aralarında mömin tapılmaz.” (Hakim; Son Zamanlarla İlgili Hadisler, s. 19)
122. PEYĞƏMBƏRİMİZ (S.Ə.V) AXIRZAMANDA FƏLƏSTİNDƏ ZÜLM YAŞANACAĞINI XƏBƏR VERMİŞDİR
Naim, Kaabdan belə rəvayət etdi:
“Dəccal, Beytül Məqdisdə (Məscidi-Əqsaya yaxın yerdə, Fələstində) möminləri mühasirəyə ALAR VƏ ONLAR (MÖMİNLƏR) ELƏ BİR ACLIQ ÇƏKƏRLƏR Kİ, aclıqdan yaylarının ipini (ox atmaq üçün silahın bağını) belə yemək məcburiyyətində qalarlar.” (Celaleddin Suyuti'nin Tasnifinden Hadisler, Ahir Zaman Mehdisinin Alametleri, sf 48)
123. QURANI MƏNFƏƏTLƏRİ ÜÇÜN OXUYANLARIN ÇIXMASI
“Kim Quran oxusa (mükafatını) Allahdan istəsin. Çünki Axırzmanda Quran oxuyub (mükafatını) insanlardan istəyən bəzi insanlar törəyəcəkdir.” (Tirmizi; Son Zamanlarla İlgili Hadisler, s. 12)
124. ULDUZ FALINA İNANILMASI VƏ QƏDƏRİN İNKAR EDİLMƏSİ
“Axırzamanda ümmətim haqqında ən çox narahat olduğum şey, onların ulduzlara inanmağı, qədəri yalanlamalarıdır.”(Ramuz-El Ehadis, 1/1540)
125. HƏCCƏ ALLAHIN RAZILIĞINDAN BAŞQA MƏQSƏDLƏRLƏ GEDİLMƏSİ
“İnsanlara elə bir zaman gələr ki, zənginlər tənəzzöh (səyahət) üçün, orta səviyyəlilər ticarət üçün, onların dindarları (alimləri) riya və göstəriş üçün, kasıbları isə dilənmək üçün həccə gedərlər.” (Ramuz-El Ehadis, 503/8)
126. İNSANLARIN NƏFSANİ İSTƏKLƏRİNƏ ƏHƏMİYYƏT VERMƏSİ
“İnsanlara elə bir zaman gələcək ki, qayğıları qurşaqları, şərəfləri malları, qiblələri qadınları olacaq. Dinləri də qızıl və gümüş olacaq. Bunlar xalqın şərliləridir və Allah yanında onların payları yoxdur.” (Sülemi; Geleceğin Tarihi 1, s.19)
127. İCTİMAİ DEGENERASİYA
"İnsanların ixtilaf və ictimai sarsıntılar içində olduqları zaman." (Ramuz-El Ehadis, 7/7)
128. XAİNLƏRƏ ETİMAD (ETİBAR) EDİLMƏSİ, HAQLILARIN XAİN SAYILMASI
İnsanlara aldadıcı illər gələcək. O illərdə xainə etimad (etibar) ediləcək, haqlı adam xain sayılacaq. (Ölüm Kıyamet ve Diriliş, s. 476)
129. ETİBARLI İNSANLARIN AZALMASI
“Axırzamanda ümmətim arasında ən az tapılan şey halal pul və etibarlı yoldaşdır.” (Suyuti, Camiü's-Sagir, 2/71)
130. ƏMANƏT ƏHLİNDƏN OLAN İNSANLARIN AZALMASI
“Qənimət müəyyən insanların inhisarında (idarəsində) olduğu, əmanət qənimət sayıldığı, zəkat ağır bir yük kimi qəbul edildiyi zaman...” (Kıyamet Alametleri, s. 114)
131. ZƏKATIN TƏRK EDİLMƏSİ
“Zəkat ödəməyi ibadət bilməyib bir biyar (cərimə) etdikləri zaman…” (Tirmizi, Fiten: 39, 2211)
132. NAMAZ İBADƏTİNİN TƏRK EDİLMƏSİ
“Hz. Huzeyfənin dediyinə əsasən, Rəsulullah (s.ə.v) belə buyurmuşdur: "Ey Huzeyfə! O gündə onlar riddə (dindən çıxmaq üzrə) olacaqlar..., namaz da qılmayacaqlar." (Ukayli, En-Necmu's-sakıb fi Beyanı Enne'l Mehdi min Evladı Ali b. Ebi Talib Ale't-Temam ve'l kamal)
133. YALANÇI ŞAHİDLİYİN VƏ BÖHTANIN YAYILMASI
“Qiyamətdən əvvəl yalançı şahidlik yayılar, haqqa şahidlik isə gizlənər.” (Ramuz-El Ehadis, 1/121)
134. ÜSTÜNLÜYÜN TƏQVADA DEYİL, ZƏNGİNLİKDƏ GÖRÜLMƏSİ
Zənginə etibar edilib, ondan daha üstün olanlar ona görə ayağa qalxanda və ona salam verəndə qiyamət yaxınlaşmış olacaq. (Ölüm Kıyamet ve Diriliş, s. 480-481)
135. HEYVANLARA İNSANLARDAN ÇOX DƏYƏR VERƏN İNSANLAR
“Qiyamət yaxınlaşanda insanlar it (balası) bəsləyəcək. Bu iş, ona öz uşağını böyütməkdən daha yaxşı görünəcək.” (Taberani, Hakim)
136. MƏHSUL ARTIMI
“İnsanlar bir ölçü (qab) buğda əkdiklərində qarşılığında yeddi yüz ölçək (qab) alacaqlar... İnsan bir neçə ovuc toxum atacaq (əkəcək), 700 ovuc məhsul götürəcək... Çox yağış yağmasına baxmayaraq bir damlası belə boşa getməyəcək.” (El Kavlul Muhtasar Fi Alamatil Mehdiyyil Muntazar, s. 43)
137. AİLƏVİ MÜNASİBƏTLƏRİN POZULMASI
“İnsanın anasına üsyan etməyi, atasına əziyyət verməyi...” (Tirmizi, Fiten: 38)
138. İNSANİ ƏLAQƏLƏRİN POZULMASI
“Qəlblər bir-birinə yad olmadan, sözlər bir-birindən ayrılmadan, ana, ata bir, uşaqlar isə başqa dinlərdən olmadan qiyamət qopmaz…” (Deylemi; Geleceğin Tarihi 1, s.32)
“İnsanın yalnız tanışlarına salam verməyi qiyamət əlamətlərindəndir.” (Ramuz -El Ehadis, 121 /4)
“Salam xalqa deyil, xüsusi insanlara verilməyənədək qiyamət qopmaz...” (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s. 470)
139. İNSANLAR ARASINDA SEVGİ VƏ HÖRMƏTİN AZALMASI
“Böyüklər kiçiklərə mərhəmət etmədikcə, kiçiklər də böyüklərinə hörmət göstərmədikcə, uşaq qəzəbli olduğunda qiyamət yaxınlaşmış olacaq.” (Ölüm Kıyamet ve Diriliş, s. 480)
“Böyüyə hörmət, kiçiyə mərhəmət qalmayacaq.” (Kıyamet Alametleri, s.140)
140. AİLƏ QURULMASININ ZƏİFLƏMƏSİ
Boşanmaların çoxalması qiyamət əlamətlərindəndir. (Ölüm -Qiyamət- Axirət və Axırzaman Əlamətləri, s. 455)
“Qiyamət yaxınlaşdıqca qeyri-qanuni uşaqlar çoxalar.” (Ramuz-Əl Ehadis, 33/ 7)
141. DÜNYA EHTİRASININ ARTMASI
“İnsanlarda xəsislik və ehtiras artacaq.” (Müslim, İmare: 176)
142. SAXTAKARLIQ VƏ RÜŞVƏTİN ARTMASI
“Məndən sonra ümmətim arasında fətrət dövrü olacaq. O dövrdə hər kəs halalı axtarmadan mal tələb edəcək, qanlar axıdılacaq və şeir Qurana əvəz görüləcək (yəni Quran şeir kimi qiymətləndiriləcək).” (Deylemi; Geleceğin Tarihi 1, s.50)
143. RİYAKARLIQ VƏ GÖSTƏRİŞİN HAKİM OLMASI
“... Həmin gündə riyakarlıqdan utanmayacaqlar və çəkinməyəcəklər.” (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s. 458, no. 835)
144. ZİNANIN ARTMASI
“Zinanın çoxalması qiyamət əlamətlərindəndir.” (Buhari, Tecrid: 1/16)
“Qiyamət yaxınlaşdıqca... qadınla yolun ortasında cinsi əlaqədə olacaq dərəcədə həya qalmayacaq.” (Taberani, Hakim; Son Zamanlarla İlgili Hadisler, s. 111)
145. KOBUD SÖZÜN VƏ KÜFRÜN YAYILMASI
“Axırzamanda törəyən bir-birləriylə qarşılaşdıqları zaman salamları lənətləşməkdən ibarət olan sərxoş və üsyankar bir nəsil…” (Ahmed bin Hanbel, Hakim; Son Zamanlarla İlgili Hadisler, s. 54)
146. HOMOSEKSUALLIĞIN QƏBUL EDİLMƏSİ
“Kişilər qadınlara bənzəyəcək, qadınlar kişilərə bənzəyəcək.” (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s. 451)
147. YOLXUCU XƏSTƏLİKLƏR
"Ey Malik oğlu Avf! Qiyamətdən əvvəl altı əlamət sayım? " Dedim ki: "Onlar nələrdir ya Rəsulullah?" O da belə buyurdu: "... Sizin aranızda vəba və qarayara kimi ölümcül iki xəstəlik yayılacaq." (Sahih-i Buhari; Beklenen Mehdi, 3. baskı, s.147)
148. ANİ ÖLÜMLƏRİN ÇOXALMASI
“Ani ölümlər də qiyamət əlamətlərindəndir.” (Kıyamet Alametleri, s.147)
149. DEDİ-QODU VƏ İSTEHZANIN ARTMASI
“Qiyamət yaxınlaşdıqca o dövrün ən etibarlıları yaltaqlıq və alçaqlıq edənlərdir.” (Taberani, Deylemi; Son Zamanlarla İlgili Hadisler, s. 111)
150. İNTİHAR HADİSƏLƏRİNİN ARTMASI
“İnsanlar öz canlarına qıyarlar və yer üzünü bəlalar bürüyər.” (Kitabü'n-Nihaye, İbn-i Kesir, 1/131)
151. VƏTƏNDAŞ MÜHARİBƏLƏRİ, İXTİLAFLAR
Bu yaxın gələcəkdə fitnə, qarışıqlıq və ixtilaflar salan bəzi insanlar olacaq. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s. 376, no. 685)
152. BƏZİ GƏNCLƏRİN DİN ƏXLAQINDAN UZAQLAŞMASI
“Hz. Əli (r.ə) belə buyurur: "Rəsulullah əleyhissalatu vəssəlləm bir gün: "Gənclərinizin günaha düşdüyü, qadınlarınızın azdığı vaxt halınız necə olar?"-deyə soruşmuşdu.” (Kütüb-ü Sitte, hadis no: 4752; Heysemi, Mecma'u'z-Zevaid'de kaydetmiştir (7, 281))
153. ŞƏHƏRLƏŞMƏDƏ İNKİŞAF (İNSANLARIN ŞƏHƏRLƏRƏ KÖÇMƏSİ, ŞƏHƏRLİ OLMASI)
"Ey Ənəs! İnsanlar şəhərləşəcəklər, o şəhərlərdən bəzilərinə "Bəsrə və Kusayrə" deyiləcək." (Ölüm, Kıyamet ve Diriliş, İmam Şarani, s.490)
154. ZAMANIN QISALMASI
“Bu hadisələr baş vermədikcə qiyamət qopmayacaq. Zaman qısalacaq və vasitələrlə məsafələr qısalacaq.” (Buhari, Fiten: 25; Ahmed bin Hanbel, Müsned, 2/313)
155. HÜNDÜR BİNALARIN İNŞA EDİLMƏSİ
“Hündür-hündür binalar inşa edilmədikcə qiyamət qopmaz.” (Ölüm, Kıyamet ve Diriliş, s. 468)
156. BAZARLARIN YAXINLAŞMASI
“... Bazarlar yaxınlaşmadıqca qiyamət qopmaz.” (Mecmeu'z-Zevaid, 7/327)
157. ADAMIN QAMÇISININ UCUYLA DANIŞMASI
“İnsanla qamçısının ucu danışmadıqca qiyamət qopmaz.” (Ölüm, Kıyamet ve Diriliş, s.47)
158. ADAMA ÖZ SƏSİNİN DANIŞMASI
“Adama (öz) səsi danışmadıqca qiyamət qopmaz.” (Ölüm, Kıyamet ve Diriliş, s.471)
159. SƏMADAN BİR ƏL
“Səmadan bir əl uzanacaq, insanlar da ona baxacaq və görəcəklər.” (El Kavlul Muhtasar Fi Alamatil Mehdiyyil Muntazar, s.53)
160. ÇÖLLƏRİN YAŞILLAŞDIRILMASI
“Ərəbistanda da çaylar və bağçalar meydana gəlmədikcə qiyamət qopmaz.” (Ahmed b. Hanbel, Müsned, 17/22, hadis no: 8819)
161. ÖMÜRLƏRİN UZANMASI
“Onun zamanında ömürlər uzanacaq.” (El Kavlul Muhtasar Fi Alamatil Mehdiyyil Muntazar s. 43)
162. HAQQ DİNİN VƏ QURAN ƏXLAQININ TƏRK EDİLMƏSİ
“Elə bir zaman gələr ki, Qurani Kərim bir
vadidə (yerdə), insanlar başqa bir vadidə olarlar.” (Hakim, Tirmizi; Son Zamanlarla İlgili Hadisler, s.25)
“İnsanlara bir zaman gələcəkdir ki, Qurani Kərimin yalnız şəkli, İslamın yalnız adı qalacaq. Onlar İslamdan ən uzaq insanlar olduqları halda İslami adlarla adlanacaqlar, məscidləri görünüşcə gözəl, hidayət cəhətdən isə xarab olacaq.” (Hakim, Deylemi; Son Zamanlarla İlgili Hadisler, s.27)
163. SAXTA PEYĞƏMBƏRLƏRİN ORTAYA ÇIXMASI
“Hər biri Allahın Elçisi olduğunu iddia edən otuza yaxın yalançı göndərilmədikçə qiyamət qopmayacaq.” (Tirmizi, Fitən: 43; Əbu Davud, Melahim: 16)
164. ŞƏRQ TƏRƏFDƏN BİR ALOVUN GÖRÜNMƏSİ
“Şərqdən üç və ya yeddi gün ard-arda böyük bir alov zühur edəcək, göydə qaranlıq görünəcək, göydə alışılmış olan qırmızılığın yerinə tam fərqli bir qırmızılıq yayılacaq. Yer üzünün eşidib anlaya biləcəyi bir dillə nida ediləcək.” (Kıyamet Alametleri, s. 166)
165. BÖYÜK BİR QİTİSADİ BÖHRANIN OLMASI
“Hər kəsin az qazancdan şikayətlənməsi... Zənginlərin pullarına görə hörmət görməsi...” (Kıyamet alametleri, s. 146)
“Bazarın durğun olması, qazancların azalması...” (Kıyamet alametleri, s. 148)
“İşlərin kasad getməsi. Hər kəs "sata bilmirəm, ala bilmirəm, qazana bilmirəm!" deyə şikayətlənəcək.” (Kıyamet alametleri, s. 152)
166. HZ. MEHDİ (Ə.S)-IN GEYİMİ DƏ, DƏRİSİ DƏ PARLAQ OLACAQ
“(Hz. Mehdi (ə.s)-ın) paltarları alov kimidir. Üzü bəzən açıq rəngdə və qızıl kimi parlaq, bəzən daha tünd rəng və ay kimi parlaqdır...” (Bihar-ül Envar, 13-cü Cild)
167. ÇİNDƏ BAŞ VERƏN ZƏLZƏLƏ VƏ SEL FƏLAKƏTİ AXIRZAMAN ƏLAMƏTİDİR
“Göydən şiddətli yağış yağıb, daş binalardan başqa bütün kərpic evlər dağılmadıqca qiyamət qopmaz.” (Ahmed b. Hanbel, Müsned 13/291, hadis no. 7554)
"Yağışın çoxalması, otların azalması... qiyamətin yaxınlaşmasındandır." (Kıyamet Alametleri, s.137)
“(Salamat) Ev və daxma qoymayan şiddətli yağış yağana kimi qiyamət qopmaz.” (Kıyamet Alametleri, s. 253)
168. HZ. MEHDİ (Ə.S)-IN DÖVRÜNDƏ AZĞIN SİSTEMLƏR DAĞILACAQ
Naim və Əbu Naim, Əbu Səiddən etdiyi rəvayətə görə Rəsulullah (s.ə.v) belə buyurdu: “Zamanın İNKİTAA uğradığı (zamanın axrına az qaldığı, Axırzamanda) bir dövrdə, Mehdi deyilən bir şəxs gələcək və ehsanı bol və gözəl olacaq.” (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler, Ahir Zaman Mehdisinin Alametleri, Səh. 14)
169. RƏSULULLAH (S.Ə.V), HZ. MEHDİ (Ə.S)-IN DÖVRÜNDƏ ATOM BOMBASINDAN İSTİFADƏ EDİLƏCƏYİNİ 1400 İL ƏVVƏL BİLDİRMİŞDİR
“Böyük şəhərlər, dünən sanki yoxmuş kimi məhv olar...” (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler, Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, Səh. 38)
170. HZ. MEHDİ (Ə.S)-IN DÖVRÜNDƏ KORLAR YAXŞILAŞACAQ, XƏSTƏLƏR ŞƏFA TAPACAQ, UZUNÖMÜRLÜLÜK YAYILACAQ
“İmam-ı Zaman (hz. Mehdi (ə.s)-ın) dövründə korlar görəcək və xəstələr şəfa tapacaq.” (Bihar-ül Envar, Cild 51, Səh. 70)
171. HZ. MEHDİ (Ə.S)-IN DÖVRÜNDƏ HƏM DÜNYANIN QURULUŞU, HƏM DƏ KAİNAT HAQQINDA MƏLUMATLAR ÇIXACAQ
“Hz. Mehdi (ə.s)-ın dövründə insanlar yerin 7-ci qatına da, göyün 7-ci qatına da çatmış olacaqlar.” (Bihar-ül Envar cild:52, səh: 321)
172. HZ. MEHDİ (Ə.S), XALQIN, ARTIQ ÖZLƏRİNİ İDARƏ EDƏCƏK TƏK BİR ADAM BELƏ TAPA BİLMƏYƏCƏKLƏRİ BİR DÖVRDƏ ZÜHUR EDƏCƏK
Hişam ibn Salim, İmam Sadiq (ə.s)-ın belə buyurduğunu rəvayət edir:
"XALQIN BÜTÜN ƏHATƏ DAİRƏSİ İQTİDAR OLMADIQCA HZ. MEHDİ (Ə.S) ZÜHUR ETMƏYƏCƏK. Beləcə heç kim "ƏGƏR BİZ SUVEREN OLUB HÖKUMƏT QURSAYDIQ ƏDALƏTLƏ DAVRANARDIQ" deməyəcəkdir.” (Bihar-ül Envar, c.52, s.244)
173. HZ. MEHDİ (Ə.S) ZÜHUR EDƏNDƏ ƏKSƏRİYYƏT NAMAZ QILMAYACAQ, İSLAMDA ŞƏRAB HARAM EDİLDİYİNƏ BAXMAYARAQ BUNDAN XƏBƏRSİZ OLACAQLAR.
Hz. Huzeyfənin dediyinə görə, Rəsulullah (s.ə.v) belə buyurmuşdur:
"Ey Huzeyfə! O gündə (hz. Mehdi (ə.s) zühur edəndə)) onlar riddə (dindən çıxmaq) üzrə olacaqlar. Şərabın halal olduğunu zənn edəcəklər və namaz da qılmayacaqlar." (Ukayli "En-Necmu's-sakıb fi Beyanı Enne'l Mehdi min Evladı Ali b. Ebi Talib Ale't-Temam ve'l kamal)
174. QURAQLIĞIN ARDINDAN GÖRÜNƏN BOL YAĞIŞLARIN YAĞMASI HZ. MEHDİ (Ə.S)-IN ÇIXIŞ ƏLAMƏTLƏRİNDƏNDİR
“Hz. Mehdi (ə.s)-ın zühurunda iki quyruqlu, bir quyruqlu ulduz çıxacaq və elə parıldayacaq ki, bütöv ay kimi görünəcək. Bu ulduzun çıxışından sonra elə çox yağış yağacaq ki, böyük ziyan olacaq. Lakin, xalq bu yağışları sevinclə qarşılayacaq. Çünki bundan əvvəlki 3 ildə heç yağış yağmamış olacaq.” (Murtaza Lakha, R &K Tyrell Basımevi, Londra, 1993)
175. HZ. MEHDİ (Ə.S)-IN SEVƏNLƏRİ DÜNYANIN MÜXTƏLİF YERLƏRİNDƏKİ TELEVİZİYA VƏ RADİO YAYINLARI VASİTƏSİLƏ ONUN DANIŞIQLARINI EŞİDƏCƏKLƏR, TƏYYARƏ, YA DA DİGƏR SÜRƏTLİ NƏQLİYYAT VASİTƏLƏRLƏ ÇOX QISA BİR MÜDDƏT ƏRZİNDƏ HZ. MEHDİ (Ə.S)-IN YANINA GEDƏCƏKLƏR
“İmam Sadiq (ə.s) belə buyurmuşdur: “(Hz. Mehdi (ə.s) rükun və mövqe arasında dayanar, yüksək səslə belə səslənər: "Ey mənim təmsilçilərim, xüsusi dostlarım, ey mən zühur etmədən Allahın, mənə kömək etməsi üçün yer üzündə hazırladığı kəslər, itaət edərək yanıma gəlin." Onlar dünyanın şərqi və ya qərbində mehrab və ya yataqlarında olduqları halda imam Mehdi (ə.s)-ın səsini eşidərlər. Bu bir tək səs onların hamsının qulağına çatar və hamsı ona tərəf hərəkət edərlər. Çox keçmədən göz açıb yumana kimi hamısı hüzuruna çatarlar. Bu (əzəmətli yığıncaq) rükun və mövqe arasında (günəş doğulmadan əvvəl) reallaşacaq." (Bihar-ül Envar, C. 53, S. 7)
176. HZ. MEHDİ (Ə.S)-IN TƏLƏBƏLƏRİ DÜNYANIN İSTƏDİKLƏRİ HƏR YERİYLƏ İNTERNET VASİTƏSİLƏ BİR NEÇƏ DƏQİQƏDƏ ƏLAQƏ QURA BİLƏCƏKLƏR
“... Onlar (hz. Mehdi (ə.s)-ın tələbələri) BÜTÜN DÜNYANI DƏQİQƏLƏR İÇƏRİSİNDƏ QƏT ETMƏ GÜCÜNƏ SAHİBDİRLƏR.” (Bihar-ül Envar, Cild 52, Səh. 318; Mikyaal al-Makaarem, Cild 1, Səh. 148 Basaaer al-Darajaat’dan köçürülür)
177. HZ. MEHDİ (Ə.S)-IN TƏLƏBƏLƏRİ ÖLÜ HEYVAN VƏ BİTKİ QALIQLARINI CANLI OLANLARIYLA MÜQAYİSƏ EDƏRƏK İNSANLARA GÖSTƏRƏCƏKLƏR, BU ŞƏKİLDƏ ALLAHIN İCAZƏSİYLƏ DARVİNİZMİ VƏ MATERİALİZMİ TƏSİRSİZ HALA GƏTİRƏCƏKLƏR
“Allahın izni ilə onlar (hz. Mehdi (ə.s)-ın tələbələri) ÖLÜLƏRİ CANLANDIRARLAR...” (Bihar-ül Envar, Cild 52, Səh. 318; Mikyaal al-Makaarem, Cild 1, Səh. 148 Basaaer al-Darajaat’dan köçürülür)
178. HZ. MEHDİ (Ə.S) ROMANI MƏNƏVİ (CƏHƏTDƏN) FƏTH EDƏCƏK, VATİKANDA BÖYÜK BİR ZƏLZƏLƏ OLACAQ
"... Hz. Mehdi (ə.s) və tələbələri... (Romanı) təsbih və təkbirlə fəth edəcəklər... O şəhərin (Vatikanın) divarları bir-bir yıxılacaq..." (Muhammed B. Resul El Hüseyin El Berzenci, Kıyamet Alametleri, sf. 204)
179. HZ. MEHDİ (Ə.S)-IN DÖVRÜNDƏKİ GÖRÜNTÜLÜ ÜNSİYYƏT SİSTEMLƏRİ
“Hz. Mehdi (ə.s)-ın dövründə, şərqdəki bir müsəlman qərbdəki müsəlman qardaşını görə biləcək, qərbdəki də şərqdəkini görə biləcək.” (Bihar-ül Envar, cild: 52, səh. 391)
180. HZ. MEHDİ (Ə.S) CƏMİYYƏTDƏ ŞİRKİN HAKİM OLDUĞU BİR DÖVRDƏ ZÜHUR EDƏCƏK
“İman edənlərin ən hörmətlisi (s.ə.v) belə buyurur: "... Bundan əmin olun ki, HZ. MEHDİ (Ə.S)-I, SİZİN ŞİRK (cahiliyyə) HİYLƏLƏRİNİZİN TƏSİRİ QARŞILAYACAQ. Çünki o gün İLAHİ RƏHMƏT göstərilənlər istisna olmaqla-bütün ümmət şirk qoşanlar olacaq..." (Kitab-ül Gaybet, [Bihar-ul Envar, cild 51], Ansariyan Yayıncılık, derleyen: Muhammed Bakır el-Meclisi, İran-Kum, 2003, sf. 182.)
181. HZ. MEHDİ (Ə.S)-IN TƏLƏBƏLƏRİ OLAN GƏNCLƏRİN BİR QİSİMİ GÖRDÜKLƏRİ ZÜLM VƏ TƏZYİQ ÜZÜNDƏN DƏCCALIN FİTNƏSİNƏ QAPILAN AİLƏLƏRİNDƏN AYRILACAQDILAR
Buyurdu ki: "Onları yer üzündə kənarda axtar. Onların həyatları sadədir, evləri kürəklərindədir, əgər hazır olsalar tanınmazlar, əgər İTSƏLƏR AXTARILMAZLAR, XƏSTƏ OLSALAR KİMSƏ ONLARIN ZİYARƏTİNƏ GƏLMƏZ, əgər evlənmək istəsələr kimsə onlara gəlməz. Əgər ÖLSƏLƏR CƏNAZƏLƏRİNƏ KİMSƏ QATILMAZ. Onlar mallarını aralarında bərabər olaraq paylaşarlar və bir-birlərini qəbirlərində ziyarət edərlər, ayrı şəhərlərdə olsalar belə istəkləri həmişə eynidir." (Gaybetul Numanı, səh 23)
182. HZ. MEHDİ (Ə.S), İNSANLARIN BİR-BİRLƏRİYLƏ ƏN DOLANIŞIQSIZ VƏ ƏN DAVAKAR OLDUQLARI DÖVRDƏ ORTAYA ÇIXACAQ
Mufazzal İBN Ömər deyir ki: İmam Əbu Abdullah Cəfəri Sadiq əleyhissalam belə buyurdu: ... XALQIN ƏN ŞİRRETLİLERİ OLDUĞUNDA, ZÜHUR EDƏCƏK (HZ. MEHDİ (Ə.S.) ORTAYA ÇIXACAQ). (Şeyx Məhəmməd b. İbrahimi Numanı, Gaybeti Numanı, səh. 187)
183. HZ. MEHDİ (Ə.S)-IN ZÜHURUNDAN ƏVVƏL CƏMİYYƏTDƏ NARKOTİKLƏ VƏ CİNAYƏTLƏ BAĞLI ÖLÜMLƏR ARTACAQ
Hz. Əli (ə.s) belə buyurmuşdur:"Mehdinin qiyamının əvvəlində QIRMIZI ÖLÜM VƏ AĞ ÖLÜM OLACAQ...” (Ikdü'd-Dürer, s. 98, Gaybet-i Numani, s. 397, Gaybet-i Şeyh Tusi, s. 267, Biharü'l-Envar, c. 52, s. 211)
184. HZ. MEHDİ (Ə.S.)-IN DOĞUMU EVDƏ OLACAQ
İmam Zeynul Abidin əleyhissalam belə buyurmuşdur: "Bizim qaimimiz (Mehdi) ilə Allahın rəsulları arasında bir sıra oxşarlıqlar vardır. Nuh, İbrahim, Musa, İsa, Əyyub və Məhəmməd sallallahu əleyhi və alih, peyğəmbərlərin hər biri ilə bir bənzərliyi vardır. Nuh ilə uzunömürlü olmağında, İbrahim ilə doğumunun gizli olmağında (doğumunun evdə olmağında) və xalqdan uzaq olmağında, Musa ilə, qorxu halında (Hz. Mehdiyə qarşı təhlükələrin çoxluğu, öldürmə, tələ qurma, həbs olunma, nəzarət altına alınma, sürgün kimi hər cür təhlükəylə üz-üzə olmasıyla) və qeybətdə yaşamasında (həmişə gizlənərək yaşamağında), İsa ilə xalqın onun haqqındakı ixtilafa düşməyində (bir qisim insanların “Mehdi gələcək”, bir qisminin də “gəlməyəcək” deməsində), Əyyub ilə, bəladan sonra qurtuluşa çatmasında (hz. Mehdi də bir çox çətinliklərdən, xəstəlik və dərdlərdən ancaq eyni ilə hz. Əyyub kimi Allahın rəhmətiylə hamısından xilas olmasında), Məhəmməd sallallahu əleyhi və alih ilə də qılıncla qiyam etməyində (Peyğəmbərimiz (s.ə.v)-in müqəddəs əmanətləri olan mübarək bayrağı, qılıncı və köynəyinin, Mehdinin yanında olmasıyla), bənzərliyi vardır." (Kəmalud -Din s. 322, 31. babın 3. hədis)
185. HƏDİSLƏRDƏ BİLDİRİLƏN “GÖYDƏN DAŞ VƏ BƏNZƏR GÖY CİSİMLƏRİNİN YAĞMASI'', DÖVRÜMÜZDƏ DÜNYANIN BİR ÇOX YERİNİ HƏDƏF ALAN BOMBARDMANLARLA REALLAŞIR
Aişə (r.ə) belə buyurur:“BU ÜMMƏTİN SONUNDA, HASF (YERƏ BATMA), MƏSH (SURƏT DƏYİŞMƏ) VƏ KAZİF (DAŞ YAĞMASI) OLACAQ…” (Muhammed B. Resul El Hüseyin El Berzenci, Kıyamet Alametleri, s. 111)
Əli ibn, Əbu Talib və Əbu Hureyrə (r.ə)-dən nəql edildiyinə görə Allahın Rəsulu səllallahu əleyhi və səlləm belə buyurmuşdur:
“... Zəlzələ, yerlə yeksan olan fəlakətlərin baş verməsini, surətlərin meymun və ya donuza dönməsini, göydən daş və bənzərlərinin yağmasını gözləyin!” (Tirmızi)
186. TƏKAMÜL İLƏ MEYMUNDAN ƏMƏLƏ GƏLDİKLƏRİNƏ İNANAN BƏZİ İNSANLAR, MEYMUN VƏ DONUZ XARAKTERİNDƏ VƏ GÖRÜNÜŞÜNDƏ OLACAQLAR
“Məhəmməd (s.ə.v)-in nəfsi yeddi qüdrətində olana kasem (and içirəm) edirəm ki, ümmətimdən bir CAMAAT,... Səhər qalxanda DONUZ VƏ MEYMUN surətində qalxacaqlar...” (Hz. Ubade RA) (Kıyamet Alametleri, Râmûz el-Ehàdîs'ten Dersler, 459/2)
"Nəfsi yeddi qüdrətində olana and içirəm ki, ümmətimdən bir qisim insanlar... MEYMUN VƏ DONUZUN halına dönəcəklər." (Râmûzu'l-Ehadîs, Hadîs no: 5711)
187. AXIRZAMANDA İNSANLARIN SURƏTLƏRİNDƏ POZULMA VƏ ÇİRKİNLƏŞMƏ OLACAQ
Aişə (r.ə)-dən belə rəvayət olunur: “BU ÜMMƏTİN SONUNDA, hasf (yerə batma), Məsh (surət dəyişməsi) və kazif (daş yağması) olacaq...” (Muhammed B. Resul El Hüseyin El Berzenci, Kıyamet Alametleri, s. 111)
“Axırzamanda yerə batmalar, daş yağmaları zühur edəcək və insan cildindən çıxmalar olacaq.” (Hz. Sehl İbni Saad, Ramuz El Ehadis, cild 2, s. 302/8)
188. MEHDİNİN BİR ƏLAMƏTİ DƏ SUBAY OLMASIDIR
Məsudi belə nəql edir:"Əli ibn Hazma, ibn Sirac və ibn Əbi Səid, bir ara imam Rza (ə.s)-ın hüzuruna çatanda Əli ibn Hazma İmama belə dedi: "Ey Rəsulullahın oğlu, biz, sizdən (Əhli-beyt imamlarından) belə nəql etmişik ki, HƏR İMAM ÖLMƏMİŞDƏN ƏVVƏL MÜTLƏQ ÖVLADINI GÖRƏR. (Görəsən bu doğrudurmu?) İmam (ə.s) belə cavab verdi: "(HZ. MEHDİ) QAİM İSTİSNA olduğunu bu hədisə əlavə etdinizmi?" (İsbât-ül Vasiye (Mes'udî), s. 201)
“... Allah ona (hz. Mehdiyə) Romanı, Deyləmi, Sindi, Hindistanı, Kabilşahı və Xəzəri FƏTH ETDİRƏCƏKDİR.” (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani s. 274)
189. HZ. MEHDİ (Ə.S), CƏHƏNNƏMİN ƏN AŞAĞI TƏBƏQƏSİNDƏ OLACAĞINI BİLDİRİLƏN MÜNAFİQLƏR İLƏ MÜBARİZƏ APARACAQ
O (hz. Mehdi (ə.s.)) bir müddət onlardan uzaqlaşacaq, beləcə dəlalət əhli ayrılacaq və cahil belə deyəcək: “Allaha çatmaq haqqında ali Məhəmmədə (Peyğəmbərimiz (s.ə.v)-in soyundan birinə)) ehtiyac yoxdur." (Gaybet-i Numani, sf. 161)
190. AXIRZAMANA DAİR TEXNOLOJİ İŞARƏLƏR:
YAĞIŞ BOMBASI
Müslimin Nüvvas ibn Səmandan nəql etdiyi bir hədisdə belə bildirilmişdir:
"Göyə əmr edib yağış yağdıracaq...” (Kıyamet alametleri nəşr 10 sf. 219)
SÜD İSTEHSALINDA ARTIM
Bu hədis, ibnil-Münadi, Əli (r.ə)-dən rəvayət etmişdir. Müslimin Nüvvas ibn Semandan nəql etdiyi bir hədisdə belə bldirilmişdir:
''Bir qisim insanlara gəlib dəvət edəcək, onlar ona inanacaqlar... Göyə əmr edib yağış yağdıracaq... Yerə əmr edib əkin bitirəcək... Heyvanları da çoxaldacaq… Məmələrini də südlə dolduracaq.” (Kıyamet Alametleri 10-cu nəşr, s. 219)
XƏZİNƏ DETEKTORU (METAL AXTARMAQ ÜÇÜN İSTİFADƏ OLUNAN CİHAZ)
“Dəccal dağılmağa az qalmış bir xarabalığın yanından keçərkən: "Dərhal altında gizli olan xəzinəni çıxart!"-deyə əmr edəcək, dərhal xəzinə üzə çıxacaq...” (Müslim, Nuvvas'da nəql edilmişdir) (Kıyamet alametleri, sf 219)
TORLA (edilən) OVÇULUQ
“Onun (dəccalın), heyrətləndirici işlərindən biri də budur. Gündə üç dəfə dənizə girəcək. Əllərinin biri uzundur. Uzun olan əlini dənizin dibinə soxacaq, digər əlini də dənizin dibinə soxacaq, digər əlləriylə də dərinliklərdəki balıqlardan istədiyini tutub çıxaracaq...” (Ebu Nuaym Hüzeyfe (r.a)’dan nəql edilmişdir). (Kıyamet Alametleri, 10-cu nəşr, s. 216)
ÖMÜRLƏRİN UZANMASI
“Onun (hz. Mehdi (ə.s)-ın) dövründə ömürlər uzanacaq. Ömürlərin uzanması onun (hz. Mehdi (ə.s)-ın) da uzunömürlü olacağını bildirir.” (Kıyamet Alametleri, s. 184)
“Onun (hz. Mehdi (ə.s)-ın) dövründə... ömürlər uzanacaq və əmanət itməyəcək...” (El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 43)
“Ömürlər uzanacaq, əmanətlər yerinə təslim ediləcək.” (İmam Suyuti, Kıyamet Alametleri, Ölüm ve Diriliş, sf. 1699, Sf. 179)
GÜNƏŞ OCAQLARININ KƏŞFİ
“Havada uçan quşu tutacaq və həmin anda Günəşin altında qızarda biləcəklər.” (Muhammed B. Resul El Hüseyin El Berzenci, Kıyamet Alametleri, 8-ci çap, mütercim: Naim Erdoğan, Pamuk Yayıncılık, s. 216.)
DUMAN BULUDLARI
“Dəccal: "Mən Aləmlərin Rəbbiyəm... Məhz bu günəş mənim iznimlə seyr edər, istəyirsinizsə onu həbs edim!”-deyəcək. “Yaxşı, həbs et baxaq hələ”-deyə cavab verəcəklər. Bundan sonra günəşi həbs edəcək, bir günü bir ay kimi, bir həftəni də bir il kimi edəcək." (Nuaym b. Hammad ve Hakim İbni Mes'uttan (R.A.) rəvayət edilmişdir) (Kıyamet Alametleri, 10-cu nəşr, s. 219, 220)