Hörmətli Adnan Oktarın yeni izahları (15 mart 2013; 11:00)
ucgen

Hörmətli Adnan Oktarın yeni izahları (15 mart 2013; 11:00)

2313

HÖRMƏTLİ ADNAN OKTARIN AYƏ İZAHLARI

 

Ali-İmran surəsi, 104-cü ayə

 

“Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır”.

Allah: “Hamınız nicata qovuşarsınız” demir. Təbliğ edənlər, İslamı yayanlar, izah edənlər. “Məhz onlar nicata qovuşanlardır”. Aydın olmayacaq kimi deyil. Çox açıqdır

 

Ənkəbut surəsi, 68-ci ayə

 

“Allaha qarşı yalan uydurub böhtan atan və yaxud özünə haqq gəldikdə onu yalan sayan kəsdən daha zalım kim ola bilər? Cəhənnəmdə kafirlər üçün yermi yoxdur”.

“Allah haqqında yalan uydurub böhtan atan”. Yəni “Peyğəmbər (s.ə.v) belə dedi” deyə hədis uydurur. Allah adına yalan danışır. Bu haramdır. “Özünə haqq gəldikdə onu yalan sayan”. Quranın hökmünü söyləyirik, onu da yalan sayır. “Elə bir şey yoxdur” -deyir. Allah söyləyir, deyirik; “Elə bir şey yoxdur” -deyir. Allahın Quran kifayətdir dediyini deyirəm; “Yox, elə bir şey yoxdur” -deyir. Onu da yalan sayır. “Özünə haqq gəldikdə onu yalan sayan kəsdən daha zalım kim ola bilər?” Allah: “Ən zalım olan odur” -deyir. Yəni onlar cəhənnəmin dibinə gedəcək tiplərdir. Müşriklər, yəni mövhumatçı-xurafatçı dəstəsidir. “Cəhənnəmdə kafirlər üçün yermi yoxdur”. Allah bunu inkar etmə olaraq qəbul edir. Onsuz da adam inkar edir, Allahın hökmünü dəyişdirir.

 

Məryəm surəsi, 12-ci ayə

 

“Ey Yəhya, Kitabı qüvvətlə tut. Hələ uşaq ikən ona hikmət verdik”.

“Ey Yəhya, Kitabı qüvvətlə tut”. Axırzamanda da hz. Mehdi (ə.s) Quranı qüvvətlə tutacaq. Qurana sahib çıxacaq. “Hələ uşaq ikən ona hikmət verdik”. Demək ki, Mehdi (ə.s) da daha uşaqkən gözəl əxlaqlı olacaq. Mərhəmətli və şəfqətli olacaq.

 

Məryəm surəsi, 13-cü ayə

 

“Üstəlik Öz tərəfimizdən bir şəfqət və paklıq da (bəxş etdik). O, müttəqi idi”.

“Üstəlik Öz tərəfimizdən bir şəfqət və paklıq da (bəxş etdik)”. Demək ki, hz. Mehdi (ə.s) sevgi insanı olacaq. Həm sevməkdən, həm sevilməkdən çox xoşlanacaq. “Və paklıq da (bəxş etdik)”. Demək ki, Mehdi (ə.s) çox pak, təmiz olacaq. Ayə buna da işarə edir. “O, müttəqi idi”. Demək ki, Mehdi (ə.s) da dinə çox həssas olacaq. Xurafatçılığa deyil, Qurana həssas olacaq.

 

Ənfal surəsi, 73-cü ayə

 

İnkar edənlər bir-birlərinin dostudurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə kömək etməz və dost olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər.

 

“İnkar edənlər bir-birlərinin dostudurlar”. Yəni yaxşı olmayan insanlar bir-birlərinin vəliləridir. “Əgər siz bunu etməsəniz (bir-birinizə kömək etməz və dost olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər”. Mövhumatçılar nə edir? Ən kiçik səbəbdən müsəlmanların aralarını vururlar. Məsələn şiə deyir, ara vururlar. Bektaşi deyir, vurur. Şiə deyir, vahhabi deyir, ara vurur. Və yaxud deyir ki, “Qadının başı açıqdır”. Başı açıq olan qadınları haradasa kafir hökmünə gətirmişlər. Ayənin hökmü budur. “Əgər siz bunu etməsəniz (bir-birinizə kömək etməz və dost olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər”. Hal-hazırda bu fitnə də, təxribat da oldu. Bunlar mövhumatçıların səhv davranışlarından qaynaqlandı. Bu ayənin hökmünə girdilər. Məsələn, televiziya proqramlarına baxıram. Bir-birlərinə əcaib təcavüzkar bir üslubla yaxınlaşırlar. Çox nadir halda bir-birini sevən olur, amma inkar edənlərə baxdığımızda həqiqətən bir-birlərini qoruduqlarını görürük. Amma müsəlmanlarda bu bir-birlərinə düşkünlük yoxdur. Bunun nəticəsində də fitnə və təxribat olur.

PAYLAŞIN
logo
logo
logo
logo
logo