Adnan Oktarın Gaziantep Olay telekanalında verdiyi canlı müsahibəsi (7 dekabr 2010)
Adnan Oktar: "Allaha və Rəsula itaət edin", Allaha itaət edin, Qurana tabe olun, Rəsula itaət edin, Peyğəmbər (s.ə.v)-ə tabe olun. O zaman müsəlmanlar Peyğəmbərimiz (s.ə.v)-ə imam olaraq, komandir olaraq iman gətirməklə mükəlləfdirlər, Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə uymaqla da həmçinin. "Əgər üz döndərsəniz, artıq Elçimizin üzərinə düşən (təkcə) açıq-aşkar təbliğ etməkdir (həqiqəti çatdırmaqdır)". Təkcə həqiqəti çatdırmaq, izah etməkdir. Yəni Peyğəmbər (s.ə.v) təzyiq göstərməklə mükəlləf deyil deyir. Bax: "Elçimizin üzərinə düşən (təkcə) açıq-aşkar təbliğ etməkdir". Dolayısilə İslamda təzyiq var, zorakılıq var deyirlər ha, məsələn, bu onun üçün dəlildir. Təkcə çatdırır. Edən edər, etməyən də etməz. İstəyən inanar, istəyən də inanmaz.