Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (29 dekabr 2011, 11.00)
Adnan Oktar: "Bir yolçu-karvanı gəldi". Bu karvan, xüsusi gələn bir karvandır, yəni hər hansı karvan deyil. Bu əvvəlcədən Allahın yaratdığı bir karvandır. İxtiyari karvan gəlmir. Hz. Yusif (ə.s)-ı oradan çıxardacaq karvan xüsusi karvandır. "Suçularını (su almaları üçün) göndərdilər. O da", baxın Quran bir incəlik verir; "dolçasını salladı". Dolça. Quran bu incəliyi verməyə bilər. "İpi salladılar" deyər, "qabı salladılar" deyə bilər və yaxud "hər hansı şəkildə quyunun içindən aldılar" deyər hər hansı şəkildə. Lakin incəliyə girir bax: "Dolçasını salladı" deyir. Çünki hz. Mehdi (ə.s) dolça dövründə gəlir. Dolça dövrünə xüsusi diqqət çəkilib. İncildə də su küpünə diqqət çəkilər, su qabına. Eynisidir, eyni şəkil. O da dolça dövrünə işarə edir.
"O da dolçasını salladı. "Ey müjdə... Bu bir uşaqdır" dedi". Hz. Mehdi (ə.s)-a işarə edir. "Və onu (quyudan çıxardıb) "satılacaq bir mal" kimi saxladılar". Hz. Mehdi (ə.s)-ın müəyyən müddət saxlanılacağını bilirsiniz, hədislərdə də var. Bax: "Saxladılar" deyir, buna işarədir. "Halbuki, Allah, etdiklərini bilirdi". Allah: "Onsuz da Mən yaradıram" deyir. Onlar, özləri etdiklərini zənn edirlər, lakin taledə yaradan Allahdır.