Yusif surəsi, 2 (hər kəs Quranı ayrı-ayrılıqda düşünmək məcburiyyətindədir)
ucgen

Yusif surəsi, 2 (hər kəs Quranı ayrı-ayrılıqda düşünmək məcburiyyətindədir)

1256

Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (29 dekabr 2011, 11.00)

Adnan Oktar: "Həqiqətən, Biz, ağlınızı işlədərsiniz deyə, onu ərəbcə Quran olaraq endirdik", (Yusif surəsi, 2). Yəni Allah: “Başınızı işlədərsiniz, hikmətlərini düşünərsiniz, təfərrüatları görərsiniz deyə, ərəbcə Quran olaraq endirdik” deyir. Lakin düşünməsən, tapa bilməzsən, anlaya bilməzsən. Bax: "Ağlınızı işlədərsiniz deyə" deyir, "ağıl". Deməli, hər kəs Quranı ayrı-ayrılıqda düşünmək məcburiyyətindədir. “Məni maraqlandırmaz, mən hazır götürərəm” deyə bir şey yoxdur, mütləq araşdırmalıdır.

PAYLAŞIN
logo
logo
logo
logo
logo