Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (2 dekabr 2011, 20:00)
Adnan Oktar: Münafiqlər: "Bizi mallarımız və ailələrimiz məşğul etdi". "Malımızın dərdinə düşdük, ailəmizin dərdinə düşdük". "Buna görə də, bizim üçün bağışlanma dilə". "Allah bizi bağışlasın. Sən də bizə dua et" deyirlər. Həm münafiqlik edir, həm də Allahdan bağışlanma diləyir. Allah: "Onlar, qəlblərində olmayan şeyi dilləriylə söyləyirlər" deyir. "Onsuz da inanmaz onlar" deyir. Allah: "Dua etməyini onsuz da istəməz. Lakin oyun olsun, müsəlman kimi görünmək üçün, yəni bir növ göstəriş olması üçün, taktika olaraq bunu söyləyərlər" deyir. Allah: "Yoxsa içindən gəldiyi üçün bunu söyləməz" deyir. Fəth surəsi, 11.