Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni minbərdə ayaq üstə olduğun halda tərk etdilər. De: “Allah yanında qazanacağınız savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ən yaxşı ruzi verəndir”. (Cümə surəsi, 11)
Münafiq mənfəət arxasınca gedər. Əvvəlcə mal-mülk, pul qazanmağı hədəfləyər, bu yolları qoruyar. Maneə törədəcək hər şeydən qaçar. Müsəlmanların yanında düşünər, “bu mühit mənə zərər verər” deyər. “Mən buradan qaçım” deyər. Bir mağara, bir ev olsun, torpağın altında hər hansı bir yer, mütləq ki, qaçmaq istəyir, elə orada da gələcəyini planlayır.
Münafiq malları olsun, uşaqları olsun, zənginləşsin istəyir. Allah onların malına, mülkünə qibtə etmə, canları əzab içində çıxsın deyə bunlar verilir deyir. Münafiq anasını miras üçün sevər, atasını miras üçün sevər, babasını miras üçün sevər, qardaşını mal-mülk üçün sevər. Atasına baxar, mal çıxmayacaqsa onu qocalar evinə göndərmək üçün bir yol tapar, Qurandan dəlil axtarar.