Bir ayə bir açıqlama: "İsra" surəsi, 11
ucgen

Bir ayə bir açıqlama: "İsra" surəsi, 11

1046
İnsan özünə xeyir dilədiyi kimi, şər də diləyir. Doğrusu, insan tələsəndir. (İsra surəsi, 11)

Dua hər insan üçün çox qiymətli bir ibadət və böyük bir nemətdir. Çünki Allah insana dua vasitəsilə Özünün xeyirli və gözəl gördüyü hər şeyə yetişmə imkanı vermişdir.

İnsan bəzən özünə zərəri toxunacaq bir mövzuda dua edib, bunun heç fərqində olmaya bilər. Allah ayədə bu mövzuya diqqət çəkir. Allah duasına istədiyi istiqamətdə razılıq etmədiyi üçün, duasının qəbul olmadığını zənn edənlər, böyük bir yanlış düşüncədədirlər. Çünki Allah mərhəmətindən ötəri, qulunun xeyirinə olacaq şəkildə duasına razılıq edir. Allah, bu insanın duasını eşidər və duasına ən xeyirli şəkildə cavab verər. Hadisələrin insanın istədiyi kimi olmaması bu nəticəni dəyişdirməz. Bu çox əhəmiyyətli bir sirdir. Buna görə dua edərkən istənilən şeyin şübhəsiz istənildiyi şəkildə baş verməsi deyil, xeyirli olacaqsa istənilməsi əhəmiyyətlidir.

Ayənin davamında insanların tələskən bir fitrətə sahib olduğu bildirilir. Dua mövzusunda bəlkə də ən böyük təhlükə, qəbul olmayacağı narahatlığıyla dua etməkdən imtina etməkdir. Bu bir çox istiqamətdən səhv, hətta cahilcə bir davranışdır. Allahdan bir şeyi istədiyində, reallaşması üçün tələsik davranmamalı, təqdiri Allaha buraxmalı və Allahdan hər şərtdə razı olmuş bir şəkildə səbirlə gözləməlidir. Duada istənilən şeyin gecikdirilərək verilməsi, ya da istənilən istiqamətdə razılıq edilməməsinin hikməti Allahın, qullarının səbrini və təvəkkülünün bir sınağı və onları imani istiqamətdən kamilləşməsi mənasına gələ bilər. (Doğrusunu Allah bilir.)

İnsan, hər duanın Allah tərəfindən bir ibadət olaraq qəbul edildiyini bilməli və duasının, ən xeyirli zamanda və ən xeyirli şəkildə qarşılıq görəcəyinə iman etməlidir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr