Bir çox insan üçün “münafiq” sözü elə bir məna kəsb etmir. Bəziləri isə bu sözün xalq dilindəki “ikiüzlü” və ya “yalançı” mənalarını bilir, lakin Qurandakı qarşılığından xəbərdar deyillər. Bir az dini məlumatı olanlar isə münafiqlərin Peyğəmbərimizin (səv) dövründə yaşamış inkarçı qrup olduğunu düşünürlər.
Halbuki, Allah Quranda yüzlərlə ayəsi ilə münafiqlərə diqqət çəkmiş və onlara qarşı olduqca diqqətli və təmkinli olmağı bildirmişdir. Münafiqlər az rast gəlinən bir qrup deyil, əksinə hər inanan cəmiyyətdən çıxan bir qrupdur.
Qurana baxdığımız zaman bu qrupun hər dövrdə mövcud olduğunu görürük: hz. Musanın birliyinin içində də, hz. Süleymana inananların arasında da, hz. İbrahimin ümmətində də, Peyğəmbərimizin (səv) 1400 il əvvəl yaşamış qövmünün içində də... Qısası, Quranda bəhs edilən hər hansı bir müsəlman birliyinin içində münafiqlərin olduğundan bəhs edilir. Çünki Quranda "Əvvəllər olub-gedənlər barəsində də Allahın hökmü belə idi. Sən Allahın qanunlarında heç bir dəyişiklik tapa bilməzsən." (Əhzab surəsi, 62) ayəsində də bildirildiyi kimi, Allah hər ümməti bənzər hadisələrlə sınaqdan keçirir. Əgər mömin birliyi varsa, şübhəsiz, onun içində münafiq qrupu da olacaq. Bu, Allahın tarix boyu dəyişməyən qanunudur. Allah möminlər üçün təhlükəli olan bu birliyə tez-tez diqqət çəkmişdir. Quranda ən çox təsvir edilən insan xarakterlərindən biri də münafiqlərdir.
Münafiqlərin ən diqqət çəkən xüsusiyyətlərindən biri özlərini ehtiyacsız hesab etmələridir. Münafiq xarakterli bir insan özünün “münəzzəh” olduğunu, yəni “heç nəyə ehtiyacı olmadığını” düşünür və hər zaman ən doğru yolda olduğuna inanır. Və "Xeyr! İnsan, doğrudan da, həddini aşır, özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə"(Ələq surəsi, 6-7) ayələri ilə də bildirildiyi kimi, azğınlığı və inkarı get-gedə artır. Özünü hər şeydən müstəqil, hər kəsdən üstün qəbul etdiyi üçün də nə Allahın ayələrinə təslim olur, nə də öyüd-nəsihət alır. Münafiqlərin əsl xarakterlərini və azğın məntiqlərini daha yaxşı anlamaq üçün əvvəlcə münafiqliklə klassik inkarçının fərqini bilməliyik.
İnkarçılarla münafiqlərin fərqi
Yuxarıdakı ayədə xəbər verildiyi kimi, insanların əksəriyyəti iman gətirmirlər. Allaha inanmayanlar hər zaman çoxluq təşkil edirlər. “İnkarçılar” adlandırdığımız bu qrupa Allahı açıqca inkar edən dinsizlər, münafiqlər, müşriklər və qəlblərində xəstəlik olanlar daxildir. Onların ortaq xüsusiyyəti Allahdan lazımi kimi qorxmamaları və Allahın kitabından uzaq həyat sürmələridir. Ancaq inkarçılar içərisində yuxarıda adı keçən bir qrup vardır ki, bunlar Allahın “cəhənnəmin ən aşağı təbəqəsində” (Nisa surəsi, 145) olduqlarını söylədiyi münafiqlərdir.
Bəs münafiqləri digər inkarçılardan daha aşağı mövqeyə salan bu fərq nədən ibarətdir?
İnkarçı Allaha inanmır, Onun varlığını tamamilə inkar edir. Təbii ki, din əxlaqını və Quranı da... Münafiq isə Allahı birbaşa inkar etmir, dinə və Qurana inandığını söyləyir. Lakin məqsədi inananları aldatmaqdır. Qəlbində iman yoxdur. İnkarçı Allahı inkar etdiyini elan edərkən, münafiq əksinə, inkarını gizləyib iman gətirmiş kimi görünür. Öz iddiasına görə, iman da gətirir, Allahdan da qorxur. Ancaq münafiqin doğrunu söyləmədiyini, qəlbində “əsl iman”ın olmadığını Allah bizə ayələri ilə bildirmişdir. Bəqərə surəsində belə buyurulur:
Münafiq iman gətirdiyini iddia etdiyi üçün mömin birliyinin içində olur. Möminlərin arasında bəzən bütün həyatını keçirir. Ancaq inkarını içində gizlədiyi üçün möminlər arasında daim fitnə çıxarmağa, Allaha inanan səmimi insanlara zərər verməyə, onları zəifliyə sürükləməyə çalışır. Münafiqlərin bu fitnəkar xarakterlərinə Quranda belə diqqət çəkilmişdir:
İnkarına baxmayaraq, münafiq heç vaxt “mən münafiqəm” deməz. Əksinə, özünün son dərəcə “təqvalı” olduğunu iddia edər. Ona görə də möminləri səhv, özünü isə ən doğru yolda zənn edər. Bu səbəbdən məqsədinin möminləri doğru yola yönəltmək olduğunu bildirər. Bu da onun fitnə çıxarma metodlarından biridir.
Münafiqlərin axirətdəki vəziyyətləri
Münafiqlərin cəhənnəm əzabı, əslində, dünyada yaşadıqları müddətdən başlamışdır... Böyük bir alçaldılma ilə yanaşı, yüzlərlə əzab növü hələ dünyada ikən onları gözləyir. Lakin ən böyük əzab cəhənnəm əzabı olacaq: sonu olmayan, əsla bitməyən bir atəşin əzabı...