Möminlər üçün uca Rəbbimizin rizasını qazanmaq və din əxlaqına xidmət etmək məqsədilə görülən hər iş sevinc mənbəyidir.
Möminlər Allah`ın varlığına imanla böyük xoşbəxtlik və mənəvi güc qazanırlar. Allah`ı dost tutmaları və Onun rizasına uyğun davranmalarının əvəzində Allah`ın onlara verdiyi mənəvi güclə daima şövqlü olurlar. İmanın gücü həmişə daha üstün, öndə gedən, nümunəvi insan olmalarına səbəb olur.
Allah`ın rizasını və cənnətini qazanmağa ümid bəslədiklərinə görə mənəvi gücləri getdikcə artır və Allah`ın Quranda tərif etdiyi üstün əxlaqı mənimsəyirlər. Yaxşı işlər görməyin sevinci onları başqa yaxşı işlər görməyə sövq edir. Nə qədər çox çalışsalar da, yorulmazlar. Daima çevik, fəal və şən olurlar. Allah Onun rizası üçün səmimi cəhd edən qullarının imanına iman qataraq güclərini daima artırar. Allah Quranda möminlərə dayanmadan çalışmağı belə əmr edir:
Elə ki azad oldun, çalış! Və Rəbbinə üz tut! (Şərh surəsi, 7-8)
Allah`ın Vədud ismi müsəlmanın həyatına məna verir
Allah`ın Vədud ismi “çox sevən” mənasını verir. İnsanı yaradan, ona ruzi verən, sevdiyi hər şeyi ona verən, güldürən, görməsini, eşitməsini, düşünməsini təmin edən, dua etdikdə dualarını eşidib qəbul edən və ona çoxlu nemətlər verən Allah`dır.
Allah iman gətirənlərə həm bu dünyada, həm də axirətdə böyük nemətlər vəd verib. İnsan da Allah`a etibarı, yaxınlığı, təslimiyyəti və səmimiyyəti ölçüsündə bu nemətlərə qovuşmağa ümid bəsləyər. Hər hadisənin ancaq Allah`ın izni ilə baş verdiyini bildiyi üçün heç nəyə görə kədərlənməz, bədbinliyə, ümidsizliyə qapılmaz. Allah`ın möminlərin dualarına qarşılıq verdiyini bildiklərinə görə, ən pis görünən hadisənin belə imtahan olduğunu və gec-tez möminlər üçün mütləq xeyirə çevriləcəyinə şübhə etməz. Bunu dərk edən mömin ən pis şərtlərdə, sıxıntı kimi görünən vəziyyətlərdə belə Allah`ın rəhmətindən və köməyindən ümidini üzməz. Çətinliklərə səbir edən, Allah`dan ümidini üzməyən və əsla Allah`ın hökmlərini pozmayan möminin həyatı böyük məna qazanar və dünyada da, axirətdə də hər şeyin ən gözəlini, ən xeyirlisini Allah`dan gözləyər. Quranın bir çox ayəsində Allah`ın möminlərə dünyada və axirətdə gözəl mükafat verəcəyi bildirilib. Allah iman gətirənlərə rəhm edəcəyini və nemət verəcəyini bəzi ayələrində belə müjdələyir:
Allah`ın varlığını və hər an möminləri qoruduğunu bilmək möminlərin həyatına məna verir
Möminlər Allah`ın varlığından və hər an onları qoruduğundan əmin olduqlarına və imanın gücündən aldıqları sevinc hissinə görə tükənməz enerjiyə, şövqə malikdirlər. Günbəgün Allah`ın rizasını daha çox qazanmaq üçün daha çox yaxşı işlər görmək istəyirlər. Bitirdikləri bir işlə kifayətlənməzlər, əksinə, bu, onları daha da şövqləndirər, yeni saleh əməllər etmələrinə vəsilə olar. Üzərilərinə düşən işi ən yaxşı, ən gözəl, insanlara ən faydalı şəkildə görmək üçün Allah`a dua edər, düşünər və bunun üçün səmimi cəhd göstərərlər. Bütün bunların nəticəsində ortaya ən yaxşı nəticə çıxar. Bu, Allah`ın möminlərə verdiyi müvəffəqiyyətin sirridir.
Qısa dünya həyatında Allah`ın rizasını qazanmaq üçün nə qədər çox saleh əməl etsələr, axirətdəki mükafatlarının o qədər böyük olacağını bildiklərinə görə, heç vaxt aza qane olmayıb daha çox yaxşı işlər görməyə çalışar, Allah`a: “...Sənin razı qalacağın yaxşı işlər görmək üçün ilham ver...” (Əhqaf surəsi, 15) - deyə dua edərlər. Allah möminlərin bu ixlaslı davranışının əvəzində qəlblərinə rahatlıq hissi verərək imanlarını günbəgün artırır. Allah möminlərə olan rəhmətini Quranda belə bildirir:
Allah`ın hər hadisəni qədərdə yaratdığını bilmək müsəlmanın həyatına məna qatır
Allah`a iman gətirən, axirətin varlığına inanan və Allah`dan qorxan müsəlman hər şeyi yaradan Rəbbimizə özünü təslim edər. Yəni başına nə iş gəlsə də, Allah`a təslim olar. Çünki hər şey Allah`ın nəzarəti altındadır. Rəbbimiz onun ən böyük dostu və vəkilidir. Müsəlman hər hadisənin Allah`dan gəldiyinə iman gətirdiyi üçün təşvişə düşməz, ümidsizliyə qapılmaz, belə davranışın yanlış olduğunu bilər. Allah`ın hər şeyi mükəmməl yaratdığını dərk edir, başına gələn hadisənin mükəmməl yaradıldığını bilir. Bəzən hadisələr onun əleyhinə görünsə də, yenə özü üçün bir xeyir olduğunu bilir. Möminin qədərinə təslim olması, başına gələn hadisələrdə daima xeyir axtarması, kədərlənməməsi, ümidsizliyə qapılmaması və hər zaman şükür etməsi Qurana görə ən gözəl, ən doğru davranışdır.
Allah`ın varlığı və iman möminin həyatına məna verir, sevinc qazandırır
Möminlər Allah`a və Onun yaratdığı qədərə iman gətirdikləri üçün daima sevinc içindədirlər. Bu, onların gündəlik həyatına da əks olunur və möminlərin xarakterinin əsas mənbəyini təşkil edir.
Möminlərin Allah`a sevgisi, bağlılığı və qədərə təslimiyyəti onları maddi və mənəvi cəhətdən narahat edəcək hər cür səbəbi aradan qaldırır. Çünki mömin üçün həyatı boyu pis bir şey yoxdur. Quran əxlaqı ilə Allah`ın bütün pis kimi görünən şeyləri onun üçün xeyirə və yaxşılığa çevirəcəyini çox yaxşı bilir. Bu da möminin həmişə imandan qaynaqlanan sevinc içində olmasına səbəb olur. Hər kəsin kədərləndiyi, bədbin olduğu mühitdə onu kədərləndirəcək hər hansı səbəb olmadığına görə, sevincini itirməz.
Möminin sevinci imanından qaynaqlandığına görə, davranışları da həmişə səmimi olur. Hər an Allah`a təvəkkül etdiyinə görə, hərəkətləri və rəftarları qarşısındakı insana da rahatlıq və sevinc bəxş edir. Ona görə də hər kəs bir möminlə danışmaqdan və dostluq etməkdən böyük zövq alır. Çünki əsl mənada səmimi olan, əsl mənada sevinən ancaq möminlərdir. Ətrafındakı hər kəs onun əhval-ruhiyyəsini açıq-aydın görür. Mömin Allah`ın ona verdiyi saysız-hesabsız nemətlər sayəsində yaşamaqdan zövq alan, həqiqi mənada əylənən və gülən yeganə insandır, çünki möminlər hər şeyin Allah`ın nəzarəti altında olduğunu bilirlər. Allah bir ayədə bu barədə belə buyurur:
Həyatları boyu Allah`ın rizasını qazanmaq üçün fasiləsiz çalışan möminlər həm dünyada, həm də axirətdə xoşbəxt yaşayarlar. Allah möminlərin dünyada və axirətdə xoşbəxtliklə müjdələndiyini Quranda belə bildirir:
Allah`ın Quranda verdiyi vədlər müsəlmanın həyatını daha da gözəlləşdirir
Allah iman gətirənlərə həm bu dünyada, həm də axirətdə çox böyük nemətlər verəcəyini vəd verir. Mömin Allah`a imanı, yaxınlığı, təslimiyyəti və səmimiyyəti dərəcəsində bu nemətlərə qovuşmağa ümid bəsləyir. Nemətləri də Allah`a yaxınlaşmağa, şükür etməyə, Onun sonsuz sifətlərinin təcəllilərinə, gözəlliklərinə şahid olmaq üçün bir vəsilə hesab edir. Odur ki, Allah`dan çoxlu nemət içində olmağı istəyir. Allah gözəl davrananlara gözəl mükafat verəcəyini bildirdiyi üçün möminlər nemətlərin daima artmasını istəyir və bunlarla Allah`a yaxınlaşırlar.
Allah`a yəqinliklə iman gətirən və Onun əmrlərini yerinə yetirən insanın vicdanı çox rahat olur. Dünya həyatı boyu Allah`a bağlılığının əvəzində Rəbbimizin onu cənnətlə mükafatlandıracağına dərin ümid bəsləyir. Bu ümid həyatının hər anına əks olunur. Hələ dünyada ikən cənnətə qovuşmuş kimi şəndir. Çünki Allah`ı özünə dost tutmuş, Onun rizasını qazanmaq üçün çalışıb-cəhd etmiş, nəfsini pisliklərdən təmizləmiş və daima xeyir işlər görmüşdür. Sonda da Rəbbimizə qovuşacaq. Bunun həyəcanı ilə yaşayan mömin axirətdə Allah`ı razı etmiş olaraq Ona qovuşmağa ümid bəsləyir.
Allah bir çox ayəsində iman gətirənləri dəstəyi ilə və cənnətlə müjdələyir. Allah Onun yolunda xidmət edən bütün müsəlmanları mütləq mükafatlandıracaq. Bu həqiqəti bilən müsəlmanlar da gördükləri hər yaxşı işin, hər cür yaxşılığın, gözəl əxlaqın və Qurana bağlılıqda qətiyyətli olmağın əvəzində mütləq Allah`dan mükafat alacaqlarını bildiklərinə görə təvəkküllü, təslimiyyətli, səbirlidirlər.
Bu düşüncəyə malik mömin daima Rəbbimizə qarşı ümidvardır. Dünyada da, axirətdə də hər şeyin ən gözəlinə, ən xeyirlisinə ümid bəsləyir. Quranın bir çox ayəsində Allah`ın möminlərə gözəl mükafat verdiyini, onlara rəhm etdiyini görürük: