Əbu Abdullah ( İmam  Cəfəri  Sadiq (ə.s) )   buyurdu ki: “Ey Hişam! Mənə  Əmr  bin Ubeydə nə etdiyini və  ona necə bir sual verdiyini xəbər ver”. Hişam ( verilən bu sual üzərinə Əmr  bin Ubeyd ilə aralarında keçən dialoqu danışdı) dedi ki: “Bəli! Allah Təbərakə və Təalə sənin bədəninin orqanlarını öz başlarına buraxmamış, onlara doğruyu göstərən, şübhəli şeylərlə əlaqəli  dəqiq inancı ortaya qoyan bir imam var etmişdir. Bunu edən Allah bütün insanları çaşqınlıq, şübhə və ixtilaflar içində qoyarmı? Onlar üçün müraciət edəcəkləri, şübhələri üçün  həll yolları axtaracaqları, çaşqınlıqlarını aradan qaldırmaq üçün sığınacaqları  bir İmam təyin etməzmi? Sənin orqanlarının çaşqınlığını və şübhələrini aradan qaldırmaq üçün müraciət edəcəyi bir imam təyin edərkən bütün insanları çaşqınlıq və şübhələr içində unudarmı?

Əbu Abdullah (İmam  Cəfəri  Sadiq (ə.s)) güldü və belə dedi: “Ey Hişam! Bunları sənə kim öyrətdi?” Dedim ki: “Bunları səndən öyrənərək bir araya gətirdim”. İmam buyurdu ki: “Allaha  and içirəm ki, bu İbrahim və Musanın suhuflarında yer alan həqiqətlərdir”. (Üsuli-kafi,Yəqub ibn İshaq əl-Kuleyni,cilt 1, səhifə 229  )