Hər gün gözümüzün önündə möhtəşəm gözəllik nümayiş etdirilir. Ucsuz-bucaqsız mavi dəniz, bu dənizi əhatə edən görkəmli dağlar, yüz illər boyunca budaqlarını göyə uzadan ağaclar, par-par parıldayan Günəş, ağappaq buludlarla bəzənmiş mavi səma və hər biri qar dənəsi kimi olan ağappaq qağayılar...
Bu görüntüləri hər gün yüzlərlə insan görür, hamısı eyni sahillərdə gəzir, hamısı təmiz dəniz havasını içinə çəkir, dənizin üzərində tonlarla yük daşıyan gəmiləri, qayıqları seyr edir. Dənizə baxdıqda müxtəlif nemətlər gözə dəyərkən, quruya baxdıqda da rəngarəng çiçəklər, bir-birindən gözəl uşaqlar, heyvanlar gözə dəyir. Nəticə etibarilə insan yüzlərlə nemətin bir arada nümayiş etdirildiyi yolun içindən keçir. Baxdığı hər yerdə Allah'ın sonsuz elmini və sənətini seyr edir. Allah ayələrində kainatdakı qüsursuz yaradılışı belə xəbər verir:
Bu bir həqiqətdir ki, küçəyə addımını qoyan hər kəs Allah'ın yüzlərlə ayəsi ilə, yüzlərlə neməti ilə bir anda qarşılaşır. Hara baxsa Allah'ın gözəlliyi və bənzərsiz sənəti qarşısındadır. Lakin buradakı önəmli sirr hər kəsin gördüyü görüntüdən imani dərəcəsində ləzzət almasıdır. İmanlı göz Allah'ın sonsuz sənəti ilə bəzənmiş təbiətə baxdıqda böyük zövq alır. Məsum və gözəl bir uşağın üzünü gördükdə həyəcanlanır. Rəngarəng bəzədilmiş quşla qarşılaşdıqda və onun səsini eşitdikdə qəlbində çox böyük sevgi yaranır. Əslində burada sevgi və heyranlıq Allah'a duyulan sevgi və heyranlıqdır. Mömin Allah'ın təzahürlərini gördükdə daima Ona yönəlir və bütün bu görüntülərin ancaq üzü üçün yaradıldığını bilir. Artıq ona düşən Rəbbimizin saysız nemətləri qarşısında şükür və səcdə etməkdir.
İnsanın imanının dərəcəsi nə qədər çoxdursa, gördüyü görüntülərin qəlbdə meydana gətirdiyi təsir də o qədər çox olur. Səmimiyyət, təslimiyyət və dərin iman görüntünün qəlbdəki təsirini qat-qat artırır. Mömin bu gözəl görüntüləri gördükcə davamlı şükür edir. Görüntüləri görmək, təfəkkür etmək və davamlı şükür etmək möminin həyatında bir-birinə bağlı zəncirlər kimidir. Mömin gördüyü bütün görüntülərdə dərhal Allah’ı zikr edər, qəlbindən də daima bağışlanma diləyib şükür edər. Heç bitməyən şükrü sayəsində qəlbində bir fərahlıq və gözəllik meydana gələr.
İnsan ancaq gördüyü bu görüntüləri Allah'a aid edərsə, qəlbində bu gözəl təsiri əldə edə bilər. Yoxsa dünyada bir çox insan Allah'ın ayələrini görüb, yollarına davam edir. Qəlblərində hər hansi bir təsir, sevgi, həyəcan və gözəllik meydana gəlmir. Onlar da çox gözəl süfrələrdə oturub nemətləri yeyib-içir, onlar da möhtəşəm mənzərəli evlərdə yaşayır, bir-birindən gözəl çiçəklərlə bəzənmiş bağlarda gəzirlər. Lakin Allah'ın sevgisi olmadığında qəlb bomboş olur. Belə bir həyatda təvəkkül, səbir olmadığı üçün ruh daima narahat, gərgin və bədbəxtdir. Dolayısilə o insanın gördüyü gözəl görüntülər möminin qəlbində meydana gətirdiyi təsir və həyəcanı yaratmır. O insan Allah’ın ayələrinin üzərində keçib gedərkən əslində nə qədər böyük bir itkiyə məruz qaldığının fərqində belə deyil. Allah “Yusif” surəsində bu insanların varlığını xəbər verir.
Dərin imanlı bir mömin gördüyü gözəl görüntülərdən olduğu kimi çətin imtahanlardan da zövq alar. Çünki bu imtahanların arxasında Allah üçün göstərilən səbir və dərin təfəkkür gizlidir. Mömin çətinlikdə böyük savab olduğunu, Allah'ın razılığı olduğunu bilir. Hadisələrə səthi şəkildə baxdıqda nəfsin xoşuna gəlməyən bir görüntü möminin ruhunda səbir və dözüm olduğu üçün böyük gözəlliyə çevrilə bilər. Gənc yaşında zindana atılan hz.Yusif zindan həyatını təvəkküllə qarşılayıb dərhal təbliğ etməyə başlamışdır. Hz.Nuh tək başına gəmini düzəldərkən, hz. Musa tək başına qövmünün yanından ayrılarkən, hz. Lut səhər vaxtı qövmünü tərk edib yola çıxarkən məruz qaldığı çətinlikləri hər zaman gözəlliklə qarşılamışdır.
Onlar gördükləri görüntülərin Allah tərəfindən xüsusi olaraq yaradıldığını, hər zaman imtahan olunduqlarını bilən, dərin imanlı insanlardı. Atdıqları hər addımda Allah’ın nəzarətini qəlblərində böyük bir coşğu ilə hiss edirdilər. Buna görə də Allah üçün yaşadıqları o gözəl həyatdan böyük ləzzət alır, ruhlarındakı sevgi və coşğunu daha da artırırdı. Onlar üçün hələ dünyada olarkən cənnət həyatı, nemət axını başlamışdı. Ölümlə birlikdə zahiri görüntü qalxacaq və nemətlərlə bəzənmiş cənnət qapıları saleh möminlər üçün açılacaqdır. Onlar bu gözəllikləri ruhlarında hiss edərək yaşadılar, Allah sevgisi ilə oyanıb, Allah sevgisi ilə gözlərini yumdular. Beləliklə, səmimiyyətlərinin qarşılığını həm dünyada, həm də axirətdə, məhəbbətin, sevginin, gözəlliyin ləzzətini ruhlarında ən dərindən hiss edərək aldılar. Bu şəkildə həm öz dövrlərində yaşayanlara, həm də özlərindən sonra gələnlərə çox gözəl nümunə oldular.