Adnan Oktarın 11 yanvar 2010-cu il tarixindəki Kral Karadəniz, Adıyaman Asu və Ekin TV-dəki reportajından
ADNAN OKTAR: "Vay mənə" dedi (qadın). "Mən yaşlanmış bir qadın ikən və bu ərim də bir qoca ikən doğacağammı? Həqiqətən bu, möcüzəvi bir şeydir!" deyir. Bax, qadın deyir ki, mən yaşlanmışkən, artıq yaşlanmış qadınkən, ərim də qoca ikən doğacağammı? Normalda yaşlılıqda insanın cinsi gücü qalmaz, yəni qadın olsun, kişi olsun, çoxunda elədir.
OKTAR BABUNA: Onsuz da ovulyasiya da sona çatır.
ADNAN OKTAR: Ovulyasiya, yəni doğuma əlverişli olmur, doğa bilmirlər. "Dedilər ki: "Allahın əmrinə mi təəccüblənirsən? Allahın rəhməti və bərəkətləri sizin üzərinizdədir, ey ev xalqı şübhəsiz O, təriflənməyə layiq olandır, Məciddir." Bu da eyni zaman da Əbdülməcid dövrünə işarə edən bir ayədir. İnşaAllah. "İbrahimdən qorxu getdiyi və ona müjdə gəldiyi zaman," qövm mövzusunu müzakirə etməyə davam edir. Lakin burada diqqət çəkən budur; yenə bir insan imanlı olsa, Allah möcüzəvi şəkildə yaradar. Məsələn, Oktar normalda 100 % ölməli olan bir xəstə idi. Yəni 100 %, o ən azğın xərçəng növünə tutulmuşdu və dünyada heç bir xəstənin sağala bilmədiyi bir xəstəlik növü idi.
APARICI: Nə xərçəngi idi?
ADNAN OKTAR: Qan xərçəngi idi, amma ən azğın növü. Yəni dünyada heç müalicəsi yoxdur.
OKTAR BABUNA: Richter sindromu.
ADNAN OKTAR: Richter sindromu, bir də ən azğın olanıdır. Xilas olan da ən çox bir neçə il yaşayırdı, yəni bir neçə il içində keçici xilas olurdu. Bax, Oktar tam mənasıyla xilas oldu, Əlhəmdülillah. Yəni əvvəlkindən daha sağlam oldu.
APARICI: Necə xilas oldu?
OKTAR BABUNA: Sizin vəsilənizlə, hocam, inşaAllah.
ADNAN OKTAR: Əgər imanı olmasa, əgər təvəkküllü olmasaydı, çökərdi.
APARICI: Amma imanlı olan hər kəs də xilas olmur ki.
ADNAN OKTAR: İmanlı olan insanın da bəzən Allah əlbəttə ki, canını alar, amma iman ümumiyyətlə həmişə qurtuluş səbəbidir. Məsələn, az sayda insanla müvəffəqiyyətli olarsan. Məsələn, fərz edək Axırzamanda indi Mehdi (ə.s) çıxacaq. Bunların xüsusiyyəti nədir, imanlı olmaları, azdırlar, İslamı dünyaya hakim edirlər, hakim olur. Müvəffəqiyyət əllə tutula bilən bir şeydir. Bu, bütün insanların gözüylə görəcəyi bir şeydir, bu dəqiqdir. Məsələn, Rəsulullah (s.ə.v), imanlı idi, çox imanlı bir insan idi, dörd tərəfdən düşmən əhatə etdiyi halda və döyüşdə məqsəd yalnız onu şəhid etməkdir, döyüşün məqsədi budur. Və müşriklər ətrafını əhatə etdi, onların arasında qaldı və çox uzun müddət qaldı. Yəni döyüş anında. İnsanlarda mizraq var, ox var, qılınc var, yəni insan öldürməyə yarayan hər cür alət var. Buna baxmayaraq, üstündə zireh olmadığı halda ona orada heç bir şey edə bilmədilər. Bunu necə açıqlaya bilərik? Və buna tarix şahiddir, yəni müşriklərin özü də şahiddirlər. Bu nədir? Bu iman gücüdür. Amma məsələn, hz. Yəhya (ə.s)-ı da şəhid etdilər. İmanlı idi, amma şəhid oldu, ağac qovuğunda gizləndi. Ağac qovuğunu biçdilər, o da içərisindəykən Allahı zikr edə-edə şəhid edildi. Amma onun qədəri elə idi. Bilirsiniz, hz. Yəhya (ə.s)-ın qolu müqəddəs əmanətlərdədir. Topqapıdadır. Belə bir qızıl mühafizənin içərisindədir, əlbəttə ki, zamanın təsiriylə bir az çürüyüb, amma sümükləri olduğu kimi qalır. O, hz. Yəhya (ə.s)-ın qoludur. Amma onun qədərində şəhidlik var. Şəhidlik də bir qazancdır. Yəni itki deyil, çünki şəhidlik axirətdə fövqəladə bir nemətdir, yəni şərəfdir. Cənnətdə böyük bir şərəfdir, bu onun üçün bir xoşbəxtlik vəsiləsidir. Amma bax, sənin üçün ən diqqətə çarpan şeyi söyləyirəm. Yəni imanlı olan insan, məsələn, fərz edək qrip olsa, qripi çox daha rahat sovuşdurar. Yəni bədəni daha müqavimətlidir, daha sağlamdır. Bu bütün dünyada bilinən bir şeydir. Hətta imam qüvvəti deyərlər, yəni imam qüvvəti. Hətta indi nümunə vermək istəməzdim, amma madam elə deyirsiniz verim. Bölmədə bizim uşaqların hamısı ilə hakim Sərdar Saçan tərəfindən nəzarətə alınmışdıq. Hamısı orada onlara hərbi nizamla idman etdirirdilər, nəzarətdəykən belə ördək yürüşü mi deyirlər, bir şey deyirlər, timsah gedişi.
OKTAR BABUNA: Əl arabası, ördək yürüşü.
ADNAN OKTAR: Çox ağır idmanlar etdirirdilər. Mən də orada dayanırdım. Hocam dedilər sən də idman etməlisən. Mən onları etməyim, dedim, mən sizə jim edim, dedim. O zamanlar çox kök idim. Dayanmadan 50 dəfə jim etdim. 50 dəfə etdim, sayın dedim. Polislər, maşaAllah imam qüvvəti dedilər.
OKTAR BABUNA: Onu edərkən də o günlərlə yatmadan etdiyiniz bir şey idi.
ADNAN OKTAR: Əlbəttə, 7 gün yuxusuz qoymuşlardı. Əllərim arxadan qandallı idi. Bax, 50 jim, yəni mümkün deyil, o zaman mən çox kök idim.