Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (24 dekabr 2011, 10:00)
Adnan Oktar: Şeytandan Allaha sığınıram, Ənkəbut surəsi, 10. Allah belə buyurur: "İnsanlar arasında: “Allaha iman gətirdik!” deyənlər də var". Yəni soruşsan, əlhamdulillah müsəlmanıq, iman gətirdik deyər. "Lakin Allah yolunda əziyyətə məruz qaldıqda", məsələn, həbsə atılır, yaxud iztirab çəkir, yaxud da təhqirə, böhtana məruz qalır, "insanların (özünə verdikləri işgəncə və) fitnəsini Allahın əzabı ilə eyni tutar". Allah: “Allaha üsyan etməyə təşəbbüs edər” deyir, "lakin Rəbbindən bir kömək və zəfər gəlsə", məsələn, zənginlik, üstünlük, hakimiyyət, güc gəlsə, "and olsun: “Biz də sizinlə idik!” deyərlər". Müsəlmanlara da bu dəfə deyirlər ki, Mehdi tələbələrinə, yaxud kimsə o vaxt, o dövrdəki insanlar: “Biz onsuz da sizinlə idik” deyirlər. Allah: "Məgər Allah, aləmlərin köksündə olanları daha yaxşı bilən deyil?" deyir, “yalan danışırlar” deyir. 11-ci ayə: "Allah mütləq iman gətirənləri və münafiqləri tanıyır".