Peyğəmbərlərin sahib olduğu yüksək imanda qorxaqlıq, təlaşa qapılmaq, kədərlənmək, küsmək, hirslənmək kimi hallar yoxdur
ucgen

Peyğəmbərlərin sahib olduğu yüksək imanda qorxaqlıq, təlaşa qapılmaq, kədərlənmək, küsmək, hirslənmək kimi hallar yoxdur

2003
Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır! Məhz belələri sadiq olanlardır! (Hucurat surəsi, 15)

 Ayədə bildirildiyi kimi “heç bir şəkk-şübhəyə düşmədən iman etmək” həqiqi imanın təməl əsaslarından biridir. Müsəlman Allahın varlığına qəti olaraq inandığı kimi, imanında heç vaxt tərəddüdə düşməz, Allahın hər an onu gördüyü və eşitdiyinin şüurunda olar, həyatı boyu Allahın əmr və tövsiyələrinə əməl edər, Onun əmr etdiyi gözəl əxlaqı qeydsiz-şərtsiz tətbiq edər. Digər tərəfdən mömin axirətin varlığından elə əmindir ki, hər an ölümlə qarşılaşacaq və hesaba çəkiləcəkmiş kimi yaşayar. Belə iman, Allahın Quranda bütün müsəlmanlara əmr etdiyi iman formasıdır.

Ayədən də göründüyü kimi, Allah, Özünə və Peyğəmbərə iman edən və sonra heç bir şübhəyə düşmədən Öz yolunda dinsizliyə, ateist düşüncələrə qarşı fikri mənada mübarizə verənlərin yüksək iman gücünü tərifləyir. Lakin iman etdiyini söyləyən hər insan, burada bəhs edilən iman dərinliyinə sahib olmaya bilər. Allah Quranın bir çox ayəsində zəif imanlı insanlardan da bəhs edir, bu insanları lazımı şəkildə iman etmədikləri üçün belə xəbərdar edir:

 İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib (küfrə) qayıdar. O (şəxs) dünyanı da itirər, axirəti də. Gerçək zərər də elə budur. (Həcc surəsi, 11)

Şübhəsiz, həqiqi mənada iman edən insan Allaha bütün varlığı ilə təslim olar və Allahın razı olduğu əxlaqdan həyatının heç bir anında zərrə qədər də olsa güzəştə getməz. Yuxusuz, ehtiyac içində, fiziki yorğunluq halında olsa da Allahın razı olmasını umduğu ən dərin, ən gözəl əxlaqı göstərər. İstənilən şəraitdə ən gözəl sözü söyləyən, ən mülayim, ən bacarıqlı, ən ağıllı, ən cəsur, ən səbirli rəftar göstərər. 

Tarix boyu yaşamış bütün peyğəmbərlərin sahib olduğu bu iman dərinliyinə Allahı çox sevən, Allaha olan sevgisindən dərin zövq alan, Allahdan lazımı kimi qorxan və yalnız Ona yönələn hər müsəlman nail ola bilər. Möminin Allaha yaxınlıqda daimi qətiyyətlə səy göstərməsi, Allahdan başqa heç bir gücün olmadığını unutmaması, həyatının hər bir anında özünə yalnız Onu dost və vəkil etməsi vacibdir. Həqiqi imanın bütün bu xüsusiyyətlərini ürəkdən və eşqlə yerinə yetirən hər bir mömin dünya həyatını sanki Cənnətdən gəlmiş insan kimi yaşayar. Küsmək, hirslənmək, təlaşa qapılmaq, panikaya düşmək, qorxmaq, kədərlənmək kimi Quran əxlaqına zidd olan davranışları yaxına buraxmaq. Beləliklə peyğəmbərlərin, vəlilərin iman dərinliyinə bənzər imana çatar.

Heç bir şübhəyə qapılmadan, dərin eşq və qətiyyətlə əldə edilən yüksək iman dərinliyini anlamaq üçün Allahın Quranda bizlərə nümunə verdiyi peyğəmbərlərin həyatlarını araşdıra bilərik. Məsələn, Hz. İsa (ə.s) həqiqi imana sahib insanın davranış formasını həyatının bütün mərhələlərində göstərmişdir. Başına gələn çətinliklər qarşısında həmişə Allaha bağlı qalmış, hər hadisədə xeyir görərək əsla təlaşa qapılmamış, ağıllı və yetkin rəftarını həmişə göstərmişdir. Həvarilərindən (yardımçılarından) bəzilərinin zəif imanı qarşısında onları o şəkildə yaradanın Allah olduğunu bilərək yetkinliklə davranmış, onları şəfqətlə doğru yola çağırmış, imanlarının güclənməsi üçün Allaha yönəlmişdir:

 Onu da xatırla ki, o zaman həvarilər demişdilər: “Ya Məryəm oğlu İsa! Rəbbin bizə göydən (yeməklə dolu) bir süfrə göndərə bilərmi? O (İsa): “Əgər möminsinizsə, Allahdan qorxun!” – demişdi. Məryəm oğlu İsa dedi: “Ya Allah , ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram və Səndən bir möcüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!” (Maidə surəsi, 112-114)

 Allah onu hesaba çəkdikdə isə çox gözəl qarşılıqla Allaha yönəlmiş, Onu tərifləyib anmış, hörmət və təslimiyyət dolu sözləriylə Ona olan dərin sevgisini və bağlılığını göstərmişdir. Aşağıdakı ayələr araşdırıldığında Hz. İsanın (ə.s) üslubundakı səmimiyyət, Allaha bəslədiyi dərin hörmət və güclü Allah sevgisi dərhal sezilir. Bu səmimiyyət və dərinlik Allaha olan dərin sevginin, güclü Allah qorxusunun, yüksək iman dərəcəsinin açıq göstəricisidir:

 Allah: Xatırla ki, o zaman (qiyamət günü) Allah belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!” – demişdin? “(İsa cavabında) deyəcək:” Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatından ola bilmərəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən! Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən” (Maidə surəsi, 116-118)

 Peyğəmbərləri özünə nümunə götürən bir mömin də qarşılaşdığı hadisələrdə həmişə Allaha yönələr, Allahın bəyənməyəcəyi davranışdan çəkinər, qorxmaq, hirslənmək, əsəbiləşmək, küsmək kimi bəsit davranışları özünə əsla yaraşdırmaz və hər zaman yüksək imanla möminə yaraşan şəkildə kübar, nəcib və yetkin davranaraq Allaha və Qurana bağlı qalar.

PAYLAŞIN
logo
logo
logo
logo
logo