Adnan Oktarın 3 aprel 2011 A9 tv-dəki canlı söhbətindən
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram, Rad surəsi, 22; "Və onlar Rəblərinin üzünü (məmnuniyyətini)", yəni razılığını istəyərək, "səbr edərlər". İlk növbədə, mömin səbirli olacaq. "Namazı doğru qılarlar". Gülnihal, eşidirsən, deyilmi? Bax, Allahın açıqdır hökmü; "namazı doğru qılarlar". Doğru namaz necə qılınar? Sırf dəstəmazla, sırf üzünü qibləyə tutmaq, onlar deyil. İslam Birliyini istəməyən adamın namazı da namaz olmaz. "Orucu qəbul etmirəm" desə bir adam, namaz qılsa namazı etibarlı olarmı? Olmaz. İslam Birliyini istəməyən bir adamın da namazı qəbul olmaz. Namazın şərtlərindəndir bu. "Özlərinə ruzi olaraq verdiklərimizdən gizli və açıq infaq edərlər". Paylayarlar, yəni səxavətlidirlər. Kasıba, ehtiyacı olana, hamısına Allah rizası üçün paylayırlar. "Və pisliyi yaxşılıqla dəf edərlər". Yəni tərs bir sözə tərs bir sözlə cavab vermir, gözəl cavab verir. Qanla deyil, sevgiylə cavab verir. "Məhz onlar bu yurdun (dünyanın gözəl) nəticəsi (axirət xoşbəxtliyi) onlar üçündür". Bu yurdun nəticəsi nədir, dünya yurdunun? Bir dünyada var, bir axirətdə var. Dünyadakı nəticəsi; dünya hakimiyyətidir, İslam Birliyidir, Türk-İslam Birliyidir. Axirətdə də cənnətdir qarşılığı, inşaAllah.
"Onlar, Ədn cənnətlərinə girərlər. Atalarından, yoldaşlarından və soylarından, ""babaları, yoldaşları", "nəsli" deyir Allah; yoldaşları və nəsilləri. "Saleh davranışlarda olanlar da (Ədn cənnətlərinə girər). Mələklər onlara hər bir qapıdan girib (belə deyərlər:) “Səbr etdiyinizə qarşılıq salam sizə. (Dünya) Yurdun(un) sonu nə gözəldir”". Cənnətə girdikləri üçün. Deməli, kimlər olurmuş cənnətdə? Ataları, salehdirlərsə, yoldaşları (xanımları) və soylarından kim varsa bərabərdirlər, inşaAllah. Ayə nə üçün evlənildiyinin də bir dəlilidir. İnsanın yoldaşıyla nə gözəldir sonsuza qədər birlikdə olması, dünyada nə qədər ola bilər ki? Çox qısa davam edir, amma cənnətdə sonsuza qədər, nə gözəldir. Birlikdə gəzəcəklər, inşaAllah; hər yerdə birlikdədirlər, inşaAllah. Təbii, çox gözəldir.