Bu gün İslam coğrafiyasında tüğyan edən bütün münaqişə və problemlərin səbəbi dünya müsəlmanlarının birləşərək İslam Birliyi yaratmamasıdır. Belə bir birlik qurulsa bu günkü münaqişələr ya heç baş verməz, ya da qısa müddətdə həllini tapar.
Tarixə nəzər salsaq görərik ki, müsəlman dünyasını inkişafa, rifaha qovuşduracaq tək yol İslamın mənəvi dəyərləridir və bu mənəvi dəyərlərdən dövrümüz üçün fərz olanı Quranda bildirilən birləşmək əmridir. Hazırda İslam aləminin ən böyük problemi ümmətin pərən-pərən düşməsidir. Bütün müsəlmanların birləşərək İslam Birliyi yaratması isə məzhəblərin və əqidələrin aradan qaldırılması və müsəlman ölkələrinin müstəqilliyini itirməsi mənasına gəlmir. Müxtəlif əqidə və fərqliliklərin hər kəs tərəfindən qəbul edilməsi və hörmətlə yanaşılması Quran əxlaqının tələbidir.
Bütün cəmiyyətlərdə, hətta kiçik topluluqlarda belə əqidə, fikir fərqlilikləri mütləq vardır. Lakin irqi, dili, vətəni və məzhəbindən asılı olmayaraq, bütün müsəlmanlar qardaş olduqlarını əsla unutmamalıdırlar. İslam aləmi fərqlilikləri zənginlik kimi dəyərləndirməli, onları münaqişə və parçalanmaya səbəb olaraq əsas məsələlərdən, həlli vacib olan problemlərdən uzaqlaşdırmamalıdır. Bu məqalədə müsəlmanların birləşməsinin yollarını izah edəcəyik.
İki müsəlman ölkəsi olan İran və İraq arasındakı müharibədə minlərlə müsəlman həlak oldu.
Quran əxlaqı əskiksiz tətbiq olunmalıdır
Müsəlmanların birləşməməyinin ən ümdə səbəblərindən biri də bütün fərqliliklərə baxmayaraq, qardaş olduqlarını unutmalarıdır. Nəticədə pərən-pərən düşmüş müsəlmanlar Quran əxlaqından da uzaqlaşırlar.
19-cu əsrdə bəzi İslam alimləri Qərbdə meydana gələn dindən kənar fəlsəfə və ideologiyaların İslam aləmində inkişafa səbəb olacağını zənn etdilər. Belə səhv addımların nəticələri isə göz qabağındadır. İslam dini ədalət, fədakarlıq, mərhəmət, nəzakət, açıqsözlülük, uzaqgörənlik və s. gözəl əxlaqi xüsusiyyətlərin məcmusudur. 19-cu əsrdə insanlara dövrünün ən məşhur ideologiyası olan, lakin artıq əsassızlığı sübuta yetirilən darvinist- materialist fəlsəfə geniş şəkildə təbliğ edildi. Bu isə nizam-intizamın hakim olduğu İslam aləmində xaos və parçalanmaya səbəb oldu. Bu parçalanmanın qarşısını almaq üçün insanları əzən despotik rejimlər meydana çıxdı.
Bu gün İslam dünyasının gələcəyi naminə hər hansı addım atarkən mütləq tarixə nəzər yetirməli, eyni səhvləri təkrarlamamalıyıq. Tarix göstərir ki, İslam aləmi öz dəyərlərinə yiyələnsə sürətlə inkişaf edər. Bu dəyərlərdən ən əhəmiyyətlisi Quran əxlaqı və Peyğəmbərimizin (s.ə.v) sünnəsi üzərində qurulan birlikdir. İslam Birliyi başda müsəlman ölkələri olmaqla, bütün bəşəriyyəti rahatlıq və təhlükəsizliyə qovuşduracaqdır. Dünyanın istənilən bölgəsində, o cümlədən bütün müsəlman dövlətlərində siyasi, iqtisadi, demoqrafik problemlər mövcuddur. Hər biri fərqli həll yolu tələb etsə də, əslində, bütün bu problemlərin kökündə duran səbəb də, həlli yolları da eynidir. İnsanları sıxıntılara sürükləyən, rahatlıqlarını əllərindən alan əsas səbəb Quran əxlaqının dünyaya yayılmaması və layiqincə yaşanmamasıdır. Problemlərin həll olunmamasına səbəb isə Qurana uyğun dəyərləndirilməməsidir. Quran əxlaqının açıqfikirlilik, uzaqgörənlik, dürüstlük, fədakarlıq, ədalət, xoşniyyətlilik kimi gözəl xüsusiyyətləri, Allah’ın izni ilə, insanlara yol göstərəcəkdir.
Mərkəzləşdirilmiş hakimiyyət yaradılmalıdır
Demokratik və qanunun aliliyi prinsipinə əsaslanan mərkəzləşdirilmiş İslam hakimiyyətinin, yəni İslam Birliyinin yaradılması problemlərin həlli yolunda mühüm addım olacaqdır. Müsəlman aləminin bu günkü vəziyyətinə nəzər yetirdikdə, ilk diqqətimizi cəlb edən ixtilaf və münaqişələrdir. Bu münaqişələr tez-tez dünya mətbuatının da gündəmini məşğul edir. Yaxın keçmişdə baş verən İran-İraq müharibəsi, İraqın Küveyti işğalı, Pakistan və Banqladeş arasındakı müharibə buna misaldır. Əfqanıstan, Yəmən, Livan, İraq, Əlcəzair və s. müsəlman ölkələrində daha çox siyasi və etnik problemlərdən qaynaqlanan daxili münaqişələr bu birliyə ehtiyacı gözlər önünə sərir. Digər tərəfdən, hər bir müsəlman dövləti tək bir Kitaba - Qurana əsaslanan İslam dinini fərqli şəkildə şərh edir. Nəticədə ayrı-ayrı müsəlman ölkələrində fərqli İslam modelləri formalaşıb. Qurana və sünnəyə uyğun qərarlar qəbul edən mərkəzləşdirilmiş sistem yoxdur.
“Hamınız Allah’ın ipindən möhkəm yapışın və parçalanmayın! Allah’ın sizə olan nemətini xatırlayın...” (Ali İmran surəsi, 103)
Bu gün bütün İslam dünyasına doğru yolu göstərən çağdaş mərkəzləşdirilmiş hakimiyyət yaratmaq mümkündür. Bu birlik bütün müsəlmanları, yəni müxtəlif məzhəb və əqidələri tək dam altında toplamağı bacarmalıdır. İslam Birliyi İslamın dəyərlərinə əsaslanmalı, fərqli fikirlərə, inanclara hörmətlə yanaşmalı, bu fərqlilikləri mədəni zənginliyə çevirməlidir. Bu fərqliliklər siyasi qərarlara və fəaliyyətə mənfi istiqamətdə təsir göstərməməlidir. Müsəlman ölkələri arasındakı ixtilaflar, münaqişələr bu mərkəzdə müzakirə edilərək həll edilməlidir. Daxili problemlərindən xilas olan İslam aləmi digər mədəniyyətlərin nümayəndələri ilə olan problemləri də asanlıqla həll edəcək. Beləliklə, bütün müsəlmanları birləşdirən mərkəzləşdirilmiş hakimiyyətin vahid siyasi fəaliyyət yürütməsi mümkün olar.
İslam Birliyi böyük məsuliyyət daşıdığı üçün mərkəzləşdirilmiş hakimiyyət daha fəal çalışmalıdır.
Birliyin nizamlı fəaliyyəti üçün daimi mərkəzi olmalı, sistemli çalışan idarəçilik mərkəzləri yaradılmalı, lazımi təşkilatlar qurulmalı və davamlı fəaliyyətdə olmalıdır. Vaxtında doğru qərar qəbul etmək üçün nizamlı sistem qurulmalıdır. Birlik fəaliyyətləri etibar qazanmalı, üzvlər də öz hüquqlarının bu birlik tərəfindən qorunduğuna əmin olmalıdırlar.
İslam Birliyi siyasi dəyişikliklərlə uyğunlaşmalı, uzaqgörən və strateji siyasət yürütməlidir. Dünyada baş verən hadisələrlə bağlı qınamaq və ya fikrini bildirməklə kifayətlənən təşkilatlara deyil, təşəbbüs göstərən fəal mərkəzə ehtiyac var. Bu mərkəz bütün işlərə nəzarət etməli, hər addımında üzvlərinin mənfəətlərini ön planda tutmalıdır. Bütün prosesləri obyektiv dəyərləndirməli, müsəlmanların tələbini diqqətdə saxlamalıdır. Üzvlər arasındakı münaqişələri, mənfəət mübarizəsini dinc və ədalətli yolla həll edən və müsəlmanları qoruyan siyasət seçən İslam Birliyi İslam dünyasının mədəni, iqtisadi və siyasi fəallığını inkişaf etdirəcək.
Bir məqamı da qeyd edək ki, İslam Birliyinin inkişaf üzrə fəaliyyəti Qərbdəkindən fərqlənəcək. Qərbin inkişafı ədalətsizlik üzərində qurulmuşdur. Məsələn, Qərbin inkişaf etmiş ölkələrindən olan İngiltərə yüksəliş dövrünə qədəm qoyduğu 18-19- cu əsrlərdə dəhşətli istismarlar həyata keçirdi. Sənayeləşmə dövründə qərb ölkələrinin əzab-əziyyətə məruz qaldığı, milyonlarla kasıb insanın əzildiyi tarixi həqiqətdir.
İslam əxlaqının hakim olduğu cəmiyyətdə sosial ədalətə söykənən irəliləyiş, inkişaf məfhumu da daxildir. Qərbdəki ədalətsizliklər o dövrdə hakim olan yanlış məntiq irəli sürərək yanlış açıqlamalar edən materialist fəlsəfədən qaynaqlanır. İslam əxlaqı isə insanları həm cürətli və ünsiyyətcil, həm də mərhəmətli, fədakar və ədalətli olmağa təşviq edir. Tarixdə də elə bu cür olub. İslam mədəniyyəti yüksəldikcə, müsəlmanlar həm də iqtisadiyyatda üzrə dünyada lider olub, xüsusilə də, ticarətdə çox böyük nailiyyətlər əldə ediblər. Ancaq bu nailiyyətlər müasir Qərbdə olduğu kimi məhdud şəkildə bir qrup zənginin əlində qalmayıb, İslam əxlaqı bütün cəmiyyətə yayılmışdır. Allah Quranda həm iqtisadi, həm də sosial baxımdan sevgi, ədalət, həmrəy olan dövlət və cəmiyyətin olmasını belə əmr edir:
“Allah’ın Öz Peyğəmbərinə kəndlərin əhalisindən verdiyi qənimətlər Allah’a, Peyğəmbərə, qohum-əqrəbaya, yetimlərə, yoxsullara və müsafirlərə məxsus edilmişdir ki, o, aranızdakı zənginlərin dövləti olub qalmasın. Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allah’dan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir. (Qənimət həmçinin) yurdlarından qovulmuş və mallarından məhrum olunmuş yoxsul mühacirlərə məxsusdur. Onlar Allah’ın mərhəmətini və razılığını qazanmağa can atır, Allah’a və Onun Elçisinə kömək edirlər. Doğru olanlar da məhz onlardır. (Mühacirlərdən Mədinədə) əvvəl (orada) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.” (Həşr surəsi, 7-9)
İslam mədəniyyətinin sosial yardım fondları, məscidlər, türbələr, yeməkxanalar, karvansaralar , əhalinin istifadəsinə verilmiş hamamlar, kitabxanalar İslamda rifahın, zənginliyin sadəcə zənginlər üçün deyil, hər kəs üçün yaradıldığının sübutudur. Dövrümüzdəki İslam Birliyinin inkişaf modeli bu olmalıdır.
İqtisadi, mədəni və texnologiya sahəsində irəliləyiş olmalıdır
İslam Birliyinin ən birinci hədəfi İslam aləmini inkişaf etdirmək, kasıb ölkələrə dəstək olub problemlərini həll etmək olmalıdır. Bütün müsəlman ölkələrində;
- Yoxsulluqla mübarizə aparılmalı
- Yeni investisiyalar təşviq edilərək iş yerləri artırılmalı
- Cəmiyyətdə nizam və sabitlik yaradılmalı
- Sosial ədalət qurulmalı, iqtisadi bərabərsizlik yox edilməli
- Beynəlxalq və yerli əlaqələr və iş münasibətləri gücləndirilməlidir.
İslam dünyasındakı maddi fərqlərə görə yaranan sıxıntıları azaltmaq lazımdır. İqtisadiyyatda, siyasətdə ən vacibi də mədəni sahədə müsəlman ölkələr arasında yaradılacaq birlik geridə olanların inkişaf etməsinə, güclülərin isə əllərində olanları səmərəli şəkildə istifadə etmələrinə imkan yaradacaq. Belə birlikdən yaranan faydalardan biri də iqtisadiyyatda böyümə, elm və texnologiyada yaranacaq inkişafdır.
İqtisadi böyümə, elm və texnologiyaya ayrılan sərmayənin artmasına, texnologiyanın inkişafı iqtisadiyyatın daha sürətlə genişlənməsinə səbəb olacaq. İqtisadiyyat inkişaf etdikcə təhsil səviyyəsində də təbii artım olacaq, cəmiyyət hər tərəfli inkişaf edəcək. İslam Birliyi damı altında toplananlar viza və sərhəd problemləri ilə qarşılaşmadan rahat hərəkət edə biləcək, ticarət sərbəstliyinin olduğu, sahibkarlığın dəstəkləndiyi sistem İslam aləminin inkişafını sürətləndirəcək. Belə inkişaf, əlbəttə ki, müsəlman ölkələrinin müasirləşməsinə və inkişaf etmiş cəmiyyətlərin səviyyəsinə çatmasına imkan yaradacaq.
Qeyd edək ki, müsəlmanların iqtisadi mədəniyyəti Qərbdə hakim olan hedonizmin (həzz almaq) iqtisadi mədəniyyətindən fərqli anlayışdır. Xüsusi mülkiyyət hüququ var və hər kəs istədiyi şəkildə hərəkət edə bilər. Amma İslam əxlaqı əldə edilən qazancın dəyərləndirilməsində insanlar üzərinə vicdani məsuliyyətlər qoyaraq sosial ədaləti təmin edir. Zənginlərin qazancında kasıbların da payı var. Amma bilməliyik ki bu, zənginlərdən zorla toplanılan vergi deyil, könüllü olaraq, inanclarına görə könüllü olaraq verdikləri hədiyyədir. İslamda sosial ədalət sosialist sistemlərin tətbiq etməyə çalışdıqları mərkəzdən planlamaq və yaxud məcburiyyətə deyil, əxlaqi dəyərlərə əsaslanılır. Digər tərəfdən isə İslam əxlaqı zənginləri israfdan çəkindirir.
Radikalizm İslam əxlaqına uyğun deyil
Müsəlmanların yenidən dünyaya istiqamət verən, ədalət, sülh gətirən, özünə qibtə edilən mədəniyyət yaratması üçün lazım olan şey İslam dünyasında əxlaqi, elmi, imani cəhətdən inkişafa təkan vermək və bir tərəfdən də müsəlmanların siyasi birliyini yaratmaqdır.
Radikalizm hansısa mövzuda sərt, kökdən, inqilab yönümlü reformasiyaları müdafiə etmək, bu istiqamətdə siyasət izləmək deməkdir. Radikallar qatı, hətta təcavüzkar şəxs kimi tanınırlar.
Allah Quranda möminlərin gözəl sözlü, münaqişə etməyən, hətta əks mövqedə dayanan insanlara qarşı mülayim münasibət göstərən, mehriban xarakterli olduqlarını bildirir.
Hər şeydə olduğu kimi, bu mövzuda da müsəlmanın əsas meyarı Quran və sünnət olmalıdır. Quran əxlaqında radikalizm üslubunun Allah’ın möminlərə əmr etdiyi üsluba uymadığını görürük.
Allah Quranda möminlərin gözəl sözlü, münaqişə etməyən, hətta əks mövqedə dayanan insanlara qarşı mülayim münasibət göstərən, mehriban xarakterli olduqları bildirilir. Bu haqda bizə yol göstərən ən yaxşı nümunə Allah’ın hz.Musaya və hz. Haruna Firona təbliğ etmək üçün göndərilərkən tapşırılan “gözəl sözlü olun” əmridir:
“Fironun yanına gedin. Çünki o, həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!” (Taha surəsi, 43-44)
Firon öz dövrünün ən zülmkar və üsyankar adamı idi. Allah`ı inkar edib özünü bütləşdirən (Allah`ı tənzih edirik), iman gətirənlərə zülm edən despot idi. Amma belə bir düşmənin qarşısına çıxanda belə Allah peyğəmbərlərinə “ona yumşaq söz deyin” buyurur. Diqqət etsək, Allah`ın bildirdiyi üsul mülayim üslubla münasibət qurmaqdır. Bunun ən gözəl örnəklərindən birini tarixdə Səlahəddin Əyyubidən görürük.
İslamın güclü sərkərdəsi olan Səlahəddin Əyyubi tarixdə İslam Birliyinin ən gözəl örnəyini qurmuşdu. Quran əxlaqı ilə yaratdığı nizamın cəlbedici başqa yönü də öz tərəfindəki radikalların da qarşısını alması idi. 3-cü Xaç yürüşünün başçısı İngilia kralı Riçardın Akra qalasında üç min müsəlmanı vəhşicəsinə qətl etməsi ilə bəziləri intiqam almaq və Yafa şəhərindəki (bu günkü Təl- Aviv) xristianlara qarşı kütləvi qiyam etmək istədilər. Səlahəddin Əyyubi öz ordusu içindəki bu radikallaşma cəhdinə mane olmaq və Yafadakı xristianların təhlükəsizliyini təmin etmək üçün böyük cəhd göstərdi və bunu bacardı.
Nəhayət Səlahəddin Əyyubi xaçlılara bəzi imtiyazlar, imkanlar verərək müqəddəs torpaqlara sülh gətirməyi də bacardı. 28 avqust 1192-ci ildə xaçlılarla müsəlmanlar arasında sülh müqaviləsi imzalandı. Bundan sonra Səlahəddin Əyyubi bu şəhəri ələ keçirmək üçün minlərlə müsəlmanı öldürən xaçlı komandirləri özünün qonağı kimi Qüdsə dəvət etdi. Qüdsə səfər edən xaçlı komandirlər müsəlmanlarda gördükləri bu böyük bağışlayıcı, anlayışlı və ədalətli üslub qarşısında heyranlıqlarını gizlədə bilmədilər.
Bir dəfə Səlahəddin Əyyubi düşməni ingilis kralı Riçardın xəstə olduğunu öyrəndikdə öz həkimini və temperaturunun düşməsi üçün qar göndərmişdir. Səlahəddin Əyyubinin Quran əxlaqına əsaslanan bu gözəl əxlaqı onu bütün Avropada tanıtdı. Şübhəsiz, Əyyubinin bu əxlaqı Quranda Allah`ın Peyğəmbərimizi (s.ə.v) təriflədiyi əxlaqın davamçısı olmasındadır:
“Həqiqətən də, sən böyük əxlaq sahibisən!” (Qələm surəsi, 4)
Səlahəddin Əyyubinin yaratdığı İslam Birliyi müsəlmanlara həm qalibiyyət gətirib, həm də İslam əxlaqına uyğun olaraq ədalətli davranmağa şərait yaratmışdır. Müsəlmanlar həm İslama xidmət etmək üçün təşviq edilib, həm də radikallığın qarşısı alınaraq əsl müsəlman xüsusiyyəti nümunə göstərilmişdir.
Səlahəddin Əyyubinin yaratdığı İslam Birliyindən bu günə qədər 8 əsr keçib. Amma indi də eynilə onun dövründəki səbəblərə görə İslam Birliyinə ehtiyac var. İslam aləmi müxtəlif yerlərdə fərqli təhdidlərlə üz-üzədir. Hətta İslam dünyası digər mədəniyyətlərdən geri qalaraq, elm, texnologiya, mədəniyyət, düşüncə, sənətkarlıq kimi sahələrdə uzun müddət öndə getsə də, geriləmişdir. Digər tərəfdən, digər mədəniyyətlərə məxsus fəlsəfə və ideologiyalar 19-cu əsrdən etibarən İslama gətirilir. Bu Quran əxlaqını çox da yaxşı bilməyən bəzi müsəlmanlara da təsir edib. İslam adına yaradılan, lakin İslam əxlaqına zidd olan bəzi radikallar isə İslam ilə digər mədəniyyətlər arasında münaqişə yaratmaq istəyənlərə çox zaman özləri də bilmədən xidmət edirlər.
Bütün bunlara son qoymaq, qibtə edilən bir mədəniyyət yaratmaq üçün isə Səlahəddin Əyyubinin yolunu izləmək lazımdır.
Radikal millətçilik və müsəlmanlar arasındakı dostluğun zədələnməsi
İslam aləmindəki parçalanma 20-ci əsrin əvvəlində yaranan vəziyyətdir. Bundan əvvəl isə fərqli məzhəbdən, irqdən və dildən müsəlmanlar müxtəlif imperatorluqların idarəsində birlikdə, rahat, təhlükəsiz yaşayırdılar. Hətta güclü idilər.
Lakin 19-cu əsrin ən dağıdıcı cərəyanlarından biri olan radikal millətçilik İslam aləminə də təsir etdi. Müsəlmanların bir qismi Qərbin fikri cərəyanlarının təsirinə düşərək özlərinə təlqin edilən ideologiyanı mənimsədilər. Bu zamanlarda İslam imperiyalarının zəifləməsi ilə müsəlmanların çoxu Qərb qüvvələrinin işğalı altına düşdülər. İşğalçılar İslam torpaqlarından geri çəkiləndə də bu torpaqları süni sərhədlərə ayırıb müxtəlif dövlətlər qurdular. Bu vəziyyət bəzi müsəlmanlar arasında yayılan radikal millətçilik hərəkatları ilə birləşdikdə qarışıq bir mənzərə yarandı. Müsəlman cəmiyyətlər içindəki etnik fərqliliklər münaqişələrə səbəb oldu. Eyni torpaqlarda birlikdə yaşayan xalqlar birdən-birə fərqli sərhədlərdə yaşayan, aralarında anlaşmazlıqlar yaşanılan, bir-birinə düşmən olan dövlətlərə çevrildilər. Demək olar ki, bütün ölkələrlə aralarında ən çox da sərhədlə bağlı problemlər yarandı. (Bu anlaşmazlıqların bir qismi başda İraq-İraq münaqişəsindəki kimi iki müsəlman dövlətin bir-biri ilə müharibə aparmasına səbəb oldu). Beləcə, İslam aləmi bir əsr davam edən qeyri-sabit bir dövrə girdi. Müsəlmanların aralarındakı münasibətdə əsas meyarları irq, millət, dil kimi xüsusiyyətləri, sahib olduqları mövqe deyil, imanı və gözəl əxlaqıdır.
Qeyd edək ki, millət və vətən sevgisi olduqca gözəl duyğulardır. Millətçilik duyğusu sevgini asılılığa çevirdikdə qeyri-qanuni hala gəlir. İnsan millətini sevərkən digər millətlərə qarşı səbəbi olmadan düşmənçilik etməyə başlayarsa, öz millətinin mənfəətləri üçün digər millətlərin və xalqların haqqını tapdalamağı, məsələn onların torpaqlarını ələ keçirməyi, mallarını qarət etməyi planlayırsa deməli, qanunlara zidd davranır. Yaxud da, öz millətinə olan sevgisini irqçiliyə çevirdikdə, yəni öz millətinin digər millətlərdən üstün olduğunu iddia etdikdə yanlış fikir irəli sürəcək. Millətçiliyin iki müsəlman cəmiyyət arasındakı qardaşlıq münasibətini zədələməsi və bununla da düşmənçilik yaradacağını düşünmək yanlışdır. Allah bu yanlış anlayışa Quranda diqqət çəkir. Ayələrdə “təkəbbürlə nəsil qorumaq”kimi ifadə edilən bu düşüncə cahillərə xas xüsusiyyət kimi göstərilir:
Kafirlər öz qəlbində təkəbbürlüyə – cahiliyyə lovğalığına qapıldıqları zaman Allah Öz Elçisinə və möminlərə (mənəvi) rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu. Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi bilir. (Fəth surəsi, 26)
Diqqət etsək, ayədə təkəbbürlə nəsil qorumaqdan danışılır, amma Allah buna baxmayaraq, möminlərə güvən hissini verir. Deməli, öz millətinə olan sevgi nəticəsində təcavüzkarlaşan insanların ruh halı Quran əxlaqına ziddir. 10-cu əsrdə materialist Avropada inkişaf edən müsəlman aləminə də oradan yayılan millətçilik anlayışı ifrat millətçilikdir. Sadəcə İslam aləmində deyil, bütün dünyada münaqişələrə və qanunsuzluqlara səbəb oldu.
Halbuki insanlar arasında irqi ayrıseçkilik, etnik fərqliliklərə görə münaqişə salmaq Quran əxlaqına ziddir. Allah ayədə belə buyurur:
“Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.” (Hucurat surəsi, 13)
Həm də Allah, “Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun dəlillərindəndir. Həqiqətən, bunda bilənlər üçün ibrətamiz dəlillər vardır!”(Rum surəsi, 22) ayəsi ilə insanların fərqli irqlərdən və millətlərdən olmasının Özünün ayələrindən biri olduğunu bildirib. Bu fərqliliklər münaqişə mövzusu deyil, əslində zənginlikdir.
Tarixə nəzər yetirdikdə görərik ki, İslam həmişə etnik qrupları bir-birinə yaxınlaşdırıb. Hz.Muhəmməd (səv) səhabələrini irq və qəbilə ayrıseçkiliyi salmaqdan, onları millətinə, cinsiyyətinə, dilinə, qohum-əqrəbasına görə fərqləndirməkdən, maddiyyata görə siniflərə ayırmaqdan çəkindirib.
Peyğəmbərimiz (səv) vida xütbəsində “Ey insanlar! Mütləq ki, Rəbbiniz bir və əcdadınız birdir. Hamınız Adəmdən, Adəm də torpaqdandır. Allah Qatında ən üstün olanınız Ondan ən çox qorxanınızdır. Ərəbin əcəmə, əcəmin də ərəbə, bəyazın qaradan, qaranın da bəyazdan heç bir üstünlüyü yoxdur təqvadan başqa” deyərək müsəlmanları bu mövzuda diqqətli olmağa çağırıb.
Peyğəmbərimiz (səv) və dörd xəlifə dövründə ard-arda davam edən fəthlər İslam aləminin sərhədlərini şərq və qərbə tərəf genişlədib, fərqli millətlərdən bir çox insan İslam bayrağı altında birləşib.
Qəbilələr arasında qanlı münaqişələrin yaşandığı Yaxın Şərq İslam əxlaqı yayıldıqdan sonra rahatlıq tapıb, sadəcə ərəblər arasındakı qəbilə münaqişələri deyil, müsəlmanların fəth etdiyi hər yerdə münaqişələrə son qoyulub. Bəzi xristian məzhəbləri arasında münaqişələr də müsəlmanların hakim olduğu torpaqlarda sülhlə nəticələnib. Bir- birləri ilə münaqişə edən qəbilələr, qruplar İslam bayrağı altında birləşərək sevgi və hörmətlə yaşayacaq.
Dövrümüzdəki müsəlmanların düşüncə tərzi də bu yöndə olmalıdır. Müsəlmanların bir–birləri ilə münasibətlərində əsas meyar qarşılarındakı insanın irqi, milləti, məqamı, yaxud da maddiyyatı deyil, imanı və gözəl əxlaqı olmalıdır. Səmimi iman gətirən insanlar arasındakı sevgi qarşısındakı insanın Allah’dan qorxmasına, Rəbbimizə qarşı duyduğu sevgisinə, saleh əməllərinə, gözəl əxlaqına görə yaranmalıdır. Əgər bir insan həyatını tamamilə Allah’a həsr etdiyini bütün davranışları ilə sübut edir, hər an Allah’ın razılığını qazanmaq üçün saleh əməllər edirsə, o zaman möminlər o insanı sevirlər. Bu insanın dərisinin rəngini, millətini, maddi imkanını əsas meyar kimi qəbul etməz, bunlar sevgilərinə müsbət, yaxud da mənfi heç bir təsir etməz. Eyni ölçü müsəlmanlar arasında da olmalıdır. İki müsəlman cəmiyyət arasında münasibət Quranda bildirildiyi kimi olmalıdır. Müsəlmanlar bir- birlərinin köməkçisi və dostudur.
İsrailin Yaxın Şərq ölkələrini parçalamaq siyasəti
Yaxın Şərqin İsrail üçün təhlükəsizliyi və sabitliyi təmin edəcək “hinterland”a (sərhəddən uzaq bölgə), yəni bir növ “yaşam məkanı”na çevrilməsi nəzərdə tutulmuşdur.
İsrailin Yaxın Şərq strategiyalarından biri olan ətraf-mühit strategiyası aşkar elan edilmiş bir siyasətdir. Yəhudi dövləti özünə strateji baxımdan yaxın hesab etdiyi ölkələrlə yaxınlaşmaq istəmişdi və bunu gizli saxlamağa ehtiyac yox idi.
Halbuki Yaxın Şərq strategiyasının daha da əhəmiyyətli olan digər hissəsi bu cür rahat və aşkar şəkildə ifadə edilə biləcək məzmuna malik deyildi. Çünki strategiyanın bu hissəsi İsrailin ərəb dövlətlərini necə parçalaya biləcəyi sualına cavab axtarırdı və belə planı diplomatiyada bəyan etməsi, şübhəsiz ki, böyük bir qalmaqal olardı. Buna görə də Yaxın Şərq strategiyasının, başqa sözlə, “davamlılıq strategiyasının” bu hissəsi gizlicə hazırlandı və tətbiq edilməyə başlandı.
Bu mövzuda da siyasətdə də tez-tez rast gəlinən bəzi “sızmalar” oldu və davamlılıq strategiyasının bu gizli hissəsi ilə bağlı bəzi məlumatlar dolayı yollarla İsrail dövləti çərçivəsindən kənara çıxıb dünyaya yayıla bildi.
Əvvəllər İsrail Xarici İşlər Nazirliyində xidmət etmiş Oded Yinonun 1982-ci ildə Dünya Sionist Təşkilatına bağlı İnformasiya Dairəsinin ibrani nəşr orqanı “Kivunim”də yazdığı hesabat məhz bu “sızmalar”ın ən əhəmiyyətli nümunəsi idi. Çünki “1980-ci illərdə İsrail üçün strategiya” başlıqlı yazı İsrailin bütün Yaxın Şərqi öz davamlılıq strategiyasına uyğun olaraq tənzimləmək istəyini və bütün bölgəni “yaşam məkanı”na çevirmək məqsədini üzə çıxarırdı...
Yinonun hesabatı Yaxın Şərq ölkələrinin demoqrafik quruluşuna əsaslanırdı.Yinona görə Yaxın Şərq ölkələrinin hər birində dini və etnik azlıqlar var idi və İsrail bu ölkələri parçalamaq üçün azlıqlar arasında anlaşmazlıq və münaqişələr yarada bilərdi. Yinon belə bildirmişdir:
“Ərəb dünyası orada yaşayan insanların razılığı nəzərə alınmadan yad qüvvələr tərəfindən yaradılmışdır. O, kartondan düzəldilmiş bir evə bənzəyir. Özbaşına 19 dövlətə bölünmüşdür. Bir-birlərinə düşmən kəsilmiş azlıqlardan və etnik qruplardan yaradılmışdır. Buna görə də hazırda hər ərəb müsəlman dövləti etnik çökmə təhlükəsi altındadır, hətta bəzilərində vətəndaş müharibəsi artıq başlamışdır.” 1
Yaxşı bəs belə qarışıq vəziyyətdə olan Yaxın Şərqdə İsrailin davamlılıq strategiyası necə bir şey olacaq? Cavab sadədir: parçala və hökmranlıq et, yəni bu süni dövlətləri parçalamaq. Yinon bütün ərəb ölkələrinə bir-bir toxunur və necə parçalana biləcəyini izah edirdi.
Oded Yinonun 1982-ci ildə “İsrail üçün strategiya” başlıqlı bu ssenarisinə nəzər yetirsək, çox ciddi, əhatəli və uzunmüddətli bir “Yaxın Şərq strategiyası” üzə çıxar. Bu, eyni zamanda İsrailin davamlılıq strategiyasıdır. Yəhudi dövlətinin Yaxın Şərqdə davamlı qala bilməsi, xaçlıların aqibətinə düşməməsi, bir daha “Hattin” (1187-ci ildə Əyyubilərlə xaçlılar arasında olan və Əyyubilərin qalib gəldiyi döyüş) kimi bir döyüş yaşamaması üçün bütün Yaxın Şərqi yenidən tənzimləməsi planlaşdırılır. Yaxın Şərqin yəhudi dövlətinə təhlükəsizlik və sabitlik təmin edən “hinterland”a, yəni bir növ “yaşam məkanı” na çevrilməsi planlaşdırılmış siyasətdir.
Unutmaq olmaz ki, bütün bölgəni yenidən qurmağa cəhd etmək, həm də bunun üçün fərqli qruplar arasında münaqişəni alovlandırmaq, ölkələri parçalamaq əsla təhlükəsizlik və sabitlik yaratmaz. Təhlükəsizlik və sabitlik sadəcə ədalətli siyasət yürüdülərək yaradıla bilər. Maraqlı bir sual meydana çıxır: “Yinonun yazdıqları, həqiqətən, İsrail dövlət aparatının həqiqi və etibarlı strategiyasıdırmı, yoxsa öz xəyal dünyasının məhsuludurmu?
Bu mövzu bir sıra mühüm şəxsləri maraqlandırmışdır və dərhal hər biri də Yinonun yazdıqlarının İsraildəki “dərin dövlət” in gerçək strategiyası olduğu fikrindədirlər. Qüds İbrani Universiteti professoru İsrael Shahak Yinonun hesabatına əsaslanaraq yazdığı “The Zionist Plan for the Middle East” (Yaxın Şərq Üçün Sionist Plan) adlı araşdırmasında hesabatda yazılanların İsrailin uzunmüddətli strategiyasının bir xülasəsi olduğunu vurğulayır. 2
Hesabat barəsində fikir irəli sürən digər məşhur şəxs isə əslən yəhudi olan amerikalı dilçilik professoru və politoloqu Noam Xomskidir. (Noam Chomsky) O da eyni fikirdədir. “Bertrand Russel Sülh Vəqfi”nin sabiq baş katibi Ralf Şonmən (Ralph Schoenman) isə Oded Yinonun sözügedən hesabatının sadə bir sənəd olmadığını, “İsraildə istər ordu, istərsə də kəşfiyyat təşkilatının yüksək vəzifəsinə hakim olan düşüncəni” bəyan etdiyini bildirir. 3
Baş verən hadisələr bunun ən yaxşı sübutudur. Bəhs etdiyimiz “davamlılıq üçün parçala” strategiyası Oded Yinonun 1982-ci ildə yazdığı hesabatı ilə yayılmışdır, əslində isə 1950-ci illərin ortalarından bəri yəhudi dövlətinin gündəmindədir və yavaş-yavaş feli siyasətə də çevrilmişdir. İsrailin ərəb ölkələrindəki üsyan və daxili münaqişələrdə oynadığı gizli rol bunu aşkar şəkildə göstərir.
İSRAİLİN AZLIQLARI QIZIŞDIRMAQ STRATEGİYASI
Yəhudi dövlətinin Yaxın Şərqdəki bütün bu vətəndaş müharibələrindəki rolu, şübhəsiz ki, çox əhəmiyyətli strateji məzmun daşıyır. Livan, Yəmən, Oman, Çad və Sudandakı vətəndaş müharibələrinin hər birində “İsrailin əlinin” nın olması bizlərə bu “davamlılıq üçün parçala” strategiyasının necə həqiqi olduğunu və israillilər tərəfindən necə israrlı şəkildə tətbiq olunduğunu göstərir.
Aydın olur ki, Yaxın Şərq ölkələrindəki hər bir daxili münaqişə Qərbi Qüdsdə strategiya baxımından böyük fürsət kimi dəyərləndirilir.
Yaxın Şərq ölkələrindəki bu daxili qarşıdurmalar bir ölkənin parçalanmasına səbəb ola bilər ki, İsrailin də ən böyük məqsədi elə məhz budur. Bununla yanaşı, parçalanma ilə nəticələnməsə belə, hər daxili münaqişə ən azından qeyri-sabitlik yaradır və ölkələri zəiflədir. Ərəb ölkələrindəki qeyri-sabitlik, gücsüzləşmə isə Qərbi Qüds baxımından əhəmiyyətli, amma bir o qədər də yanlış strateji məqsəddir.
İsrail qonşularını davamlı təhdid obyekti kimi görməkdən imtina etsə, həm daxildə, həm də kənarda dincliyi və sabitliyi təmin edər.
İsrailin davamlılıq üçün parçalama strategiyasından imtina etməsi sadəcə qonşularına qarşı dost münasibəti yaratmaqla mümkün ola bilər. Qonşularını davamlı təhdid obyekti hesab etməkdən imtina edən İsrail həm öz cəmiyyətinə dinclik təmin edər, həm də bölgənin sabitliyə qovuşmasına vasitəçi olar. Beləliklə, aparılan sülh danışıqları da “vaxt qazanmaq üçün” deyil, həqiqətən sülhün bərpa edilməsi üçün dəyərləndirilə bilər. İsrail həqiqi sülhə yönəlməsə, Yaxın Şərq dövlətlərindəki azlıqları qızışdırmağa bu şəkildə davam edəcək.
İsrailin bu siyasəti İslam dövlətlərində tamamilə qarışıqlıq yaratmaq məqsədilə irəli sürməsi müsəlmanların birliyinə mane olan mühüm xarici amildir.
1. Israel Shahak, The Zionist Plan for the Middle East, səh. 5
2. Israel Shahak, The Zionist Plan for the Middle East, səh. 9-10
3. Ralph Schoenman, Sionizmin gizli tarixi, səh. 103
Müsəlmanlar arasındakı münasibətlər
Birlik düşüncəlilik, fədakarlıq, vəfa və sədaqət tələb edir. Allah Quranda müsəlmanlara birlik olmalarını, şeytanın aralarını vurmağa çalışacağını, bu birliyə mane olmaq üçün səy göstərəcəyini bildirmişdir.
Müsəlmanlar din qardaşları ilə aralarındakı münasibətdə qarşı tərəfi incidəcək bir söz söyləmək, hirslənmək, hörmətsizlik etmək kimi hər cür rəftardan çəkinməlidirlər, bunlar birliyin ruhunu zədələyəcək ünsürlərdir. Hər mömin digərinə qarşı daha fədakar olmalı, səbirli davranmalı, onun yaxşılığı üçün çalışmalı, sadiq və vəfalı olmalıdır. Bu üstün əxlaq bütün möminlərdə olmalıdır.
Buna ən gözəl nümunələrdən biri hz. Muhəmməd (səv) ilə birlikdə Məkkədən hicrət edən möminlər və Mədinədə onlara gözəl yurd hazırlayan müsəlmanlar arasındakı münasibətlərdir. Məkkəli müşriklərin zülüm və təzyiqinə görə Allah yolunda öz yurdlarından hicrət edən möminləri Mədinədə hz. Muhəmmədə (səv) beyət etmiş müsəlmanlar ən gözəl şəkildə qarşılamışlar və onlara qarşı böyük məhəbbət və maraq göstərmişlər.
Bir-birlərinə yad iki camaat olmalarına, cahiliyyə ərəbləri arasında tək vacib meyar sayılan "qəbilə münasibəti"nə sahib olmamalarına baxmayaraq, imanları və itaətləri səbəbindən nümunəvi qardaşlıq nümayiş etdirmişlər. Mədinəli müsəlmanlar hicrət edənlərə hər cür imkanı təmin etmiş, onlara evlərini açmış, yeməklərini onlarla bölüşmüş, öz ehtiyaclarından əvvəl onların ehtiyaclarını düşünmüş, mömin qardaşlarının nəfslərini öz nəfslərindən üstün tutmuşlar. Rəbbimiz mədinəli möminlərin bu gözəl əxlaqını Quranda belə bildirmişdir:
“(Mühacirlərdən Mədinədə) əvvəl (orada) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.” (Həşr surəsi, 9)
Bu, nümunə götürüləsi üstün bir əxlaqdır və iki mömin cəmiyyətin bir-biri ilə əlaqə qurmasının vacib olduğunu göstərən çox əhəmiyyətli bir misaldır. Peyğəmbərimiz (səv) isə müsəlmanlar arasında həmrəyliyin necə olacağını aşağıdakı hədisində belə təsvir etmişdir:
Müsəlmanların öz aralarındaki mərhəmət, hörmət hisləri və birlikləri eynilə bir bədən kimidir. Bədənin bir hissəsi xəstə olduğunda digərləri də onunla birlikdə eyni ağrını çəkər və yatmazlar.
Müsəlmanların bir-birlərinə qarşı sevgiləri və qəlblərində bir-birlərinə qarşı heç bir mənfi hissin qalmaması, Allah’ın möminlərə bəxş etdiyi böyük lütf və nemətdir. Axirətdə tam şəkildə yaşanacaq bu nemət Quranda belə bildirilir:
“Biz onların köksündəki kin-küdurəti çıxarıb kənar etdik. Onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlar olacaqlar.” (Hicr surəsi, 47)
Dolayısilə, müsəlmanlar, həmrəyliyin, qardaşlığın və birlik hissinin böyük bir nemət olduğunun şüurunda olmalı və bu birliyi qorumaq üçün səbirli və iradəli olmalıdırlar. Ənfal surəsinin “...Əgər möminsinizsə Allah’dan qorxun, aranızdakı münasibətləri düzəldin, Allah’a və Rəsuluna itaət edin” şəklindəki 1-ci ayəsi müsəlmanlara birlikdə fəaliyyət göstərmələrinin əhəmiyyətini bildirən başqa bir ayədir. Peyğəmbərimiz hz. Muhəmməd (səv) isə müsəlmanların birlikdə fəaliyyətdə olmalarının əhəmiyyətini bir hədisində belə bildirmişdir:
“...Bir-birinizə həsəd (paxıllıq) etməyin. Bir-birinizə düşmənçilik etməyin. Bir-birinizlə yaxşı əlaqələri kəsməyin. Bir-birinizdən üz çevirib küsməyin və ey Allah’ın qulları, qardaş olun. (Macə Cild 10, s. 32)
Mömin hər vəziyyətdə bağışlayıcı və mərhəmətli olmaqla məsuldur, qarşısındakı şəxs müsəlmandırsa, onunla din qardaşı olduğunu, hər ikisinin də Allah’dan qorxub çəkindiyini, Peyğəmbərimizə (səv) itaət etdiyini, halal və harama diqqət göstərdiyini düşünərək daha çox səbirli davranmalıdır. Müsəlman din qardaşının hər zaman üçün yaxşılığını istəməlidir, özünü düşündüyü qədər onu da düşünməlidir, hər hansı bir mübahisə yarananda da səbirlə, şəfqətlə və sevgi ilə qarşılıq verməli olduğunu dərk etməlidir. Quranın bir ayəsində nümunəvi müsəlmanların öz din qardaşları üçün belə dua etdikləri bildirilir:
“(Səhabələrdən) sonra gələnlər deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!” (Həşr surəsi, 10)
“Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allah’dan qorxun ki, sizə rəhm edilsin.” (Hucurat surəsi, 10)
Birləşmək
Quran əxlaqı möminlərə çox güclü birlik və bərabərlik ruhu qazandırır.
Rəbbimiz iman gətirənlərə Özünün yolunda “Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb..” (Saff surəsi, 4) mübarizə aparmalarını əmr edir. Bu mübarizə inkarçı fəlsəfə və ideologiyalar əleyhinə edilməli olan fikri mübarizədir və bütün müsəlmanların üzərinə düşən mühüm məsuliyyətdir. Bu fikri mübarizəni boynuna götürüb dünyanı qaranlıqdan aydınlığa çıxarmaq əvəzinə, öz daxili dünyasında itib-batmaq, içinə qapalı vəziyyətdə qalmaq, şübhəsiz ki, böyük yanlışdır. Hazırda başda dünyanın bir çox ölkəsində zülmə məruz qalan müsəlmanlar olmaqla, bəşəriyyət bu vəziyyətdən xilas ola biləcək çıxış yolu axtarır və dünyaya sülh, dinclik, ədalət gətirən və yaranma məqsədini xatırladan bir yol göstəricini gözləyir. Bu yol göstəricilik İslam cəmiyyətinin məsuliyyətidir. Bütün müsəlmanlar bu düşüncə ilə davranmalıdırlar.
Şiddətin, terrorun, zülmün, saxtakarlığın, fırıldaqçılığın, yalançılığın, əxlaqsızlığın, münaqişələrin, yoxsulluğun bütün dünyada yayılması yer üzünün “fitnə” ilə dolu olduğunu göstərir. Bu vəziyyətə baxdıqda müsəlmanların öz aralarında problemlərin nə qədər əhəmiyyətsiz olduğu görünür. Bütün zülm və degenerasiya Allah’ın varlığını və təkliyini inkar edən, axirət gününə inanmayan insanların yaratdıqları batil sistemlərdən öz gücünü alır və inkişaf edərək yayılır. Buna qarşılıq vicdanlı insanların etməli olduqları ən mühüm şey ittifaq yaratmalarıdır.
Allah’ın iznilə bu ittifaq inkarçı ideologiyaların fikri yolla məğlub olmasının ən əhəmiyyətli mərhələlərindən biri olacaq. Rəbbimiz inkarçıların ittifaqına Quranda diqqət çəkmiş və iman gətirənlərin də bir-birləri ilə dost olmaları və bir-birlərinə kömək etməli olduqlarını bildirmişdir. Bu, yer üzündə fitnə-fəsada son qoyulması üçün vacibdir. Ayədə belə buyurulur:
“Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər.” (Ənfal surəsi, 73)
Bu cür mühüm məsuliyyət daşıyan müsəlmanlar birlik və ittifaq halında olmalıdırlar. Müsəlmanlar birlik olmalarına mane olan vəziyyətlər yarandıqda bu suallar üzərində düşünməlidirlər:
Əgər İslam dünyası güclü, sabit, çiçəklənən mədəniyyətə sahib olmaq, dünyaya hər sahədə istiqamət vermək və işıq salmaq istəyirsə, birlik halında fəaliyyət göstərmək məcburiyyətindədir.
“Bu məsələ İslam ittifaqını zədələyəcək qədər əhəmiyyətlidir?”
“Üzərində uzlaşılması mümkün olmayan bir mövzudur?”
“İnkarçı ideologiyalara qarşı fikri mübarizə aparmaq əvəzinə, başqa müsəlmanlarla münaqişə etmək doğrudur?”
Bu suallara cavab verən vicdanlı hər kəs sonu olmayan münaqişələrdən çəkinməyin və müsəlmanlar arasındakı birliyi qorumağın daha vacib olduğunu deyəcək. Həm də müsəlmanlar şeytanın da davamlı birliyi pozmaq, müsəlmanların arasında düşmənçilik yaratmaq üçün fəaliyyətdə olduğunu unutmamalıdır. Rəbbimiz “Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir.”(İsra surəsi, 53) ayəsi ilə iman gətirənləri xəbərdar edib. Bu ayə müsəlmanların bir –birlərinə qarşı münasibətlərində diqqətcil olmağın, incidici, sərt, kinayəli, qınayan üslublardan çəkinmələrinin vacib olduğunu göstərir.
Quranda birlikdən başqa vacibliyi bildirilən başqa amil isə münaqişələrin müsəlmanların gücünü zəiflətməsidir. Rəbbimiz belə buyurur:
“Allah’a və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir.” (Ənfal surəsi, 46)
Bu əvvəlcə də qeyd etdiyimiz kimi, ayrı-ayrı fərdlərlə yanaşı müsəlman cəmiyyətlərinə və bütün millətlərə aiddir. İslam aləmi güclü, möhkəm, firavan mədəniyyət yaratmalı, dünyaya hər sahədə yön verməyi bacarmalı, birlikdə hərəkət etməlidir. Müsəlman dövlətləri arasında parçalanma, birliyin olmaması məzlum müsəlmanları daha da zəiflədir. Fələstində, Kəşmirdə və bir çox yerdə məsum qadınlar, uşaqlar və yaşlılar möhtac vəziyyətdədirlər və xilas edilməyi gözləyirlər. Bütün İslam aləmi bu insanlardan məsuldur. Müsəlmanlar Peyğəmbərimizin (səv) “müsəlman müsəlmana zülm etməz və ona zərər verməz” sözünü əsla unutmamalıdır.
Parçalanma, ixtilaf və ayrılma meyilindən uzaqlaşmaq
Müsəlmanlar ittifaqda bir-birlərini dəstəkləməli, ixtilaflı mövzularda mülayim olmalı, nəzakətli davranmalıdırlar.
Müsəlmanların birlik olmağı sadəcə mövcud vəziyyətin sona çatması üçün ehtiyac duyulan siyasi tələbat deyil. Bundan daha da vacibi odur ki, birlik müsəlman olmağın şərtlərindən biridir. Müsəlmanlar həyatlarının hər anında olduğu kimi, həm daxili, həm də xarici siyasətdə Quran əxlaqına görə davranmalıdırlar. Quran əxlaqı isə ilk olaraq İslam dünyasının birləşməsini tələb edir. Quran əxlaqının əsas götürülməsi bu ittifaqın uzunmüddətli olmasını və mühüm rolu öz üzərinə götürməsini təmin edəcək.
İslam əxlaqı müsəlmanların daim həmrəylik ruhunda olmasını tələb edir. Allah Quranda möminlərə "bir-birləri ilə mübahisə etməmələrini"(Ənfal surəsi, 46) əmr edir və bunun müsəlmanları zəiflədən xüsusiyyət olduğunu bildirmişdir. Ayədə belə bildirilmişdir:
“Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir.” (Ali-İmran surəsi,105)
Vicdanlı davranan, öz mənfəətlərini deyil, ədaləti əsas götürən möminin digər möminlərlə yola getməməsi, mübahisə vəziyyətində olması mümkün ola bilməz. Bu, fərdlər arasında olduğu kimi, cəmiyyətlər, millətlər arasında da belədir. Allah Quranda bu həqiqətə də diqqət çəkmiş, müsəlman birliklərin bir-birlərinə qarşı ədalətsiz davranmalarını və düşmənçilik etmələrini qadağan etmişdir. İnsanları həmin fikirlərdən daşındırmaq və müsəlman cəmiyyətləri barışdırmağın vacib olması Quranda belə bildirilmişdir:
“Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüzkar dəstə ilə, o, Allah’ın əmrini (yerinə yetirməyə) qayıdanadək, vuruşun. Əgər o qayıtsa, hər iki dəstəni ədalətlə barışdırın və insaflı olun. Sözsüz ki, Allah insaflıları sevir.” (Hucurat surəsi, 9)
Əlbəttə hər müsəlman cəmiyyəti arasında region, adət-ənənə fərqləri vardır. Fərqli adət-ənənələr, fərqli fikirlər, fərqli məzhəblər vardır. Bu, çox təbii haldır. Məhz bu fərqlərə görə insanların bir-birlərinə düşmən kəsilmələri xoşagəlməz və Qurana uyğun olmayan haldır.
Təkəbbür müsəlmanlari bir-birinə düşmən etməməlidir
İnsanların birlik ola bilməmələrinin səbəbi Allah’ın əmr etdiyi əxlaqı layiqincə yaşamamalarıdır. Bu əxlaqda ən vacib olan şey təvazökarlıqdır. Təvazökarlıqdan uzaqlaşanlar öz fikirlərini qəti şəkildə doğru olaraq qəbul edir, özlərindən fərqli düşünənləri aşağı səviyyəli hesab edir və onlara düşmənçilik bəsləyirlər. Öz fikirlərinin mütləq doğru olduğundan heç vaxt şübhə etmədikləri üçün özlərini heç vaxt mühakimə etmirlər və buna görə də daha yaxşı olanı, daha doğrunu görmürlər. Allah yalnız öz ağlını bəyənib bununla qürrələnənləri Quranda “…onlar öz dinini aralarında parçalayıb firqələrə bölündülər. Hər firqə öz təriqətinə sevinir.” (Hucurat surəsi, 9) ayəsi ilə bildirmişdir.
İslam dünyası fikir ayrılıqlarını bir kənara buraxıb, bütün müsəlmanların “qardaş” olması həqiqətini xatırlamalı və bu mənəvi qardaşlığın gətirdiyi gözəl əxlaq ilə bütün dünyaya nümunə olmalıdır.
Bu, Allah’dan qorxub çəkinənlər və axirət günündə hesab verəcəyinə iman gətirənlərin qəti şəkildə çəkinməli olduqları davranışdır. Bunun əhəmiyyətini dərk edənlər digər möminləri də dağılmaqdan, ayrılmaqdan çəkindirməli, müsəlmanların birliyini təmin etmək üçün cəhd etməlidirlər.
Əsl müsəlmanlar insanlara Rəbbimizin təzahürləri kimi baxar və şəfqətlə yanaşarlar. Özləri ilə eyni inancda olan, Qurana iman gətirən və Allah’ın əmrlərini yerinə yetirən, Peyğəmbərimizin sünnəsinə itaət edənləri qardaşları hesab edər və bir-birlərinə yaxın olduqlarını unutmazlar. Müsəlmanlar fikir ayrılıqlarını, ənənə müxtəlifliklərini bir kənara buraxıb bölünməkdən uzaqlaşmalı, hər zaman birləşməyi dəstəkləməlidirlər. Müsəlmanlar birlik barədə bir-birlərini müdafiə etməli, mübahisəli mövzularda da nəzakətli olmalı, ağıllı davranmalıdırlar. Bu mövzunun vacibliyini dərk edən səmimi müsəlmanlar və İslam dünyasının qabaqcıl insanları, ziyalıları ciddi çalışmalı, müsəlmanları birlik və bərabərliyə təşviq etməlidirlər. Dağılmış İslam aləmi əsası sevgi, hörmət, mərhəmət olan İslam Birliyini qurmalıdır, birləşməlidir.
Müsəlmanlar qardaşdır
Müsəlmanlar ayrılığı bir kənara buraxıb “qardaş” olduqlarını, bir ailə olduqlarını unutmamalı və bu mənəvi qardaşlığın gətirdiyi gözəl əxlaq ilə bütün dünyaya nümunə olmalıdırlar.
“Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahэdan qorxun ki, sizə rəhm edilsin.” (Hucurat surəsi, 10)
İman gətirənlərin bir-birləri ilə qardaşlığı Allah’ın lütfü və nemətidir. Bir daha xatırladaq ki, İslam əxlaqının əsasında ixtilaf və ayrılıqlar deyil, inanc birliyi və ortaq dəyərlər var. Hz. Mгhəmməd (səv), "Sizə iki şey buraxıram, onlardan möhkəm yapışdıqca əsla dəlalətə düşməyəcək və yolunuzu azmayacaqsınız: Quran və mənim sünnətim” sözləri ilə müsəlmanlara doğru yolu göstərmişdir. Bizim üzərimizə düşən isə bu yola tabe olmaqdır. Rəbbimizin bütün inananlara əmri haqq dinə tabe olmaq, ayrılığa düşməkdən çəkinməkdir. Bir ayədə belə buyurulmuşdur:
“(Allah) Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” Sənin dəvət etdiyin (tövhid) müşriklərə ağır gəldi. Allah istədiyi kəsi Özü üçün seçər və (Ona) üz tutanı Özünə tərəf yönəldər.” (Şura surəsi, 13)