Adnan Oktarın 16 yanvar 2011-ci il Kanal Avropa və Çay Tv-dəki canlı söhbətindən
Adnan Oktar: Quranda mehdiyyətin necə hakim olduğunu göstərmək istəyirəm. Bismillah. Şeytandan Allaha sığınıram. Saffat surəsi, hansı ayəyə baxsaq həmişə mehdiyyət var. 154-cü ayədən başlayım. “Sizə nə olub, bu necə mühakimədir yürüdürsünüz?” Biz də deyirik ki, darvinistlərə; “Sizə nə olub, bu necə mühakimədir yürüdürsünüz? Məgər düşünüb ibrət almayacaqsınız?”. Ayə nə deyir? “Məgər düşünüb ibrət almayacaqsınız? Yoxsa sizin aydın bir dəliliniz vardır?” “Gətirin dəlilinizi” -deyirik, “fosil (daşlaşmış qalıntı) varsa, zülallarla əlaqədar dəlil varsa, gətirin” -deyirik. Ayə nə deyir? “Yoxsa sizin aydın bir dəliliniz vardır? Əgər doğru deyirsinizsə, kitabınızı gətirin! Onlar Allahla cinlər arasında qohumluq olduğunu uydurdular. Həqiqətən, cinlər onların Cəhənnəmə gətiriləcəyini bilirlər”. Yəni “cinlər də onların bəlanın içinə girəcəyini bilir” -deyir. İndi şambalacı komandası filan cinlərlə bağlantıdadırlar. “Allah onların Ona aid etdikləri sifətlərdən uzaqdır”. Yəni darvinistlər “Allah yoxdur” -deyirlər. “Təsadüfən olduq” -deyirlər. “Allah onların Ona aid etdikləri sifətlərdən uzaqdır” -deyir. “Yalnız Allahın seçilmiş səmimi qullarından başqa”. Səmimi olan qulları başqa. Bu, məhz mehdiyyətə baxır. “Ey müşriklər! Nə siz, nə də sizin tapındıqlarınız heç kəsi Allaha qarşı yoldan çıxara bilməzsiniz”. Darvinistlər artıq heç kimi fitnəyə sürükləyə bilmirlər. “Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi”. Yəni “Mehdi olaraq göndərilən qullarımıza bu sözümüz deyilmişdi”. “Həqiqətən, onlara kömək göstəriləcəkdir. Bizim əsgərlərimizin mütləq qələbəsi labüddür”. Hakim olacaqlar. Mehdiyyət nədir? Dünyaya hakim olacaq, kömək və zəfər xüsusiyyətləri olacaq, inşaAllah. Allahdan onlara təqdim ediləcək. Əbcədi neçədir? 1994. Hara baxsaq mehdiyyətdir. “Bizim əsgərlərimizin mütləq qələbəsi labüddür”. “Allahın ordusu hakim olacaq” -deyir. Bu nə deməkdir? Dünya hakimiyyəti. Bax, “mütləq” -deyir, "şübhə yoxdur" -deyir, Allah. “Bizim əsgərlərimizin”, Mehdi ordularının, “mütləq qələbəsi labüddür”. “Sən bir müddət onlardan üz çevir!”. Yəni oturub həmsöhbət olmağına ehtiyac yoxdur, it-köpək sürüsü, deyil mi? “Sən bir müddət onlardan üz çevir! Onlara bax! Onlar tezliklə əzabı görəcəklər”. Biz də deyirik ki, “On il sonra görəcəklər”, inşaAllah. “Onlar əzabımızın tezliklə gəlməsinimi istəyirlər?” Onlarda deyirlər ki; “tez olsun”. “Əzab onların yurdlarına endiyi zaman qorxudulanların sabahı necə də pis olacaq!”-deyir Allah. “Onların yurduna enəcək” -deyir. “Elçilərə salam olsun!” Mehdi (ə.s) göndərilmiş, İsa Məsih (ə.s) göndərilmiş. Bax, Allah onlara “salam olsun” -deyir. “Aləmlərin Rəbbi olan Allaha həmd olsun!”
“Biz onu yüz mindən də daha çox insana peyğəmbər göndərdik”. “Mehdi (ə.s) kimi göndərdik”. Bir şəhərə göndərilir. “Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək firavanlıq nəsib etdik”. Mehdiyyət Qurana hakim imiş mi? Hakimmiş. Mənə “niyə mehdiyyətdən bəhs edirsən?” -deyirlər. Hara baxsaq mehdiyyət var. İslam Birliyi ən böyük fərzdir. Namaz, oruc, həcc, zəkat, hamısının üzərindədir. Ən əhəmiyyətli ibadətdir. İslam Birliyini kim müdafiə etmirsə, Quranı müdafiə etmir deməkdir. Quranın hamısına hakimdir İslam Birliyi, Türk-İslam Birliyi də meydana gələcək inşaAllah.