Onlar Allahın nurunu (dəlillərini, islam dinini, Quranı) ağızları (batil sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq istər. (Tövbə surəsi, 32)
1.
Onlar Allahın nurunu (dəlillərini, islam dinini, Quranı) ağızları (batil sözləri) ilə söndürmək istəyirlər... (Tövbə Surəsi, 32)
Allaha iman etməyən, materialist və ateist zehniyyətə sahib şəxslər İslam əxlaqının dünyada yayılmasına var gücləriylə maneə olmağa çalışırlar. Bu şəxslər, xüsusilə keçən əsrdə təkamül nəzəriyyəsi kimi heç bir elmi dəlilə söykənməyən boş sözlərlə insanları kainatın təsadüfən meydana gəldiyini ağla və məntiqə zidd yalanlarla məcburən inandırmağa çalışırlar. Allahın bütün kainatı yoxdan yaratdığı həqiqətini maddi-mənəvi hər cür imkanlarını səfərbər edərək bütün insanlardan gizlətməyə çalışır və insanları Allah inancından uzaqlaşdırmağı özlərinə hədəf seçmişlər. Bu şəkildə guya İslamiyyətin yayılmasını, güclənməsinin qarşısını alacaqlarını zənn edirlər.
2
.... Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq istər (Tövbə Surəsi, 32)
Halbuki, İslam dini Allahın qulları üçün seçib bəyəndiyi, qiyamətə qədər qüvvədə olan son haqq dindir, Allahın nurudur. İçində olduğumuz əsr də İslamiyyətin çiçəklənəcəyi əsrdir.
Allah hər yeri əhatə etmişdir, bu səbəbdən Allahın nuru da hər yeri örtmüşdür. İslam əxlaqı indiki dövrdə sürətlə yayılır, dünyanın dörd bir tərəfində insanlar axın-axın İslamiyyəti qəbul edirlər. İman etməyənlər hər nə qədər istəsələr də, İslam əxlaqının yayılmaması üçün səy göstərsələr də, Allah öz dinini yer üzündə hakim edəcək və Öz nurunu tamamlayacaq. Buna mane olmağa heç vaxt, heç kimin gücü çatmayacaq.
İslam əxlaqının dünya hakimiyyəti Allahın qədərdə yazdığı bir müjdədir və Allah haqq kitabımız olan Qurani Kərimdə də bütün möminləri bununla müjdələyir.