Hz. Mehdinin (a.s.) köməkçilərinin Allah haqqında zərrə qədər şübhələri olmayacaq və Allahı necə tanımaq lazımdırsa o şəkildə tanıyacaqlar.
(əl-Bəyan Fi-Akbarı Hz. Mehdi (ə.s.) Axır Zaman (ə.s.), hissə: 5; Mikyal əl-Mekarim, cild: 1, səhifə: 65)
Hədisdə Hz. Mehdinin (a.s.) tələbələrinin imanlarının dərinliyindən bəhs edilir. Axır Zamanda Hz. Mehdi (ə.s.) dövrünün əvvəlində insanlar arasında Allahı inkar edən fəlsəfələr geniş şəkildə hakim olacaq. Bu səbəbdən həqiqi mənada Allaha iman edən, Allahın isimlərini lazımi şəkildə tanıyıb Allahdan qorxan şəxslər çox az olacaq. Mehdinin tələbələri isə heç bir şübhə duymadan Allaha qarşı dərin iman sahibi olacaqlar. Bu yönləri ilə içində olduqları cəmiyyətdə diqqət çəkəcəklər.