HZ. MUSA (Ə.S.) HEKAYƏSİNDƏN AXIR ZAMANA İŞARƏLƏR
ucgen

HZ. MUSA (Ə.S.) HEKAYƏSİNDƏN AXIR ZAMANA İŞARƏLƏR

1808

Adnan Oktar:Cənabı Allah, Taha surəsində Hz. Musayadeyir ki,“Onu götür və qorxma, Biz onu ilk vəziyyətinə çevirəcəyik.”Yəni Cənabı Allah Hz. Musaya əsası üçün həmişəlik ”qorxma” deyir. Bir qorxu hakim olduğu dövr. Qorxu tərəfdənbilirsiniz ki, Hz. Mehdi (ə.s.), Hz. Musa (ə.s.)ya bənzəyir. Yəni həmişə qorxulacaq hadisələrin olacağı bir mühit olacaq. Hz. Mehdi (ə.s.) cəsur olacaq, lakin mühit qorxulacaq mühit olacaq. “Əlini sinənə apar, bir xəstəlik olmadan, başqa bir möcüzə (ayə) olaraq dümağ bir vəziyyətdə çıxsın.”Ağ bir ələ diqqət çəkilir axır zamanda. O əli, insanlar oturduğu yerdən görəcəklər. O, ağ bir əl, ki, bu Hz. Mehdi (ə.s.)nin əlidir inşaAllah. Axşam vaxtında çıxacaqHz. Mehdi (ə.s.). İnsanlar Hz. Mehdi (ə.s.)ni oturduğu yerdən görəcəklər.

 

Aparıcı:Oturduğu yerdən görə bilməsinin yolu da internet və televiziyadır.

 

Adnan Oktar:Dedi ki: “Rəbbim, mənim sinəmi aç.”çox həyəcanlıyam, sinəmi aç, yəni bəzən həyəcandan ürəyində şiddətli döyünmə olur Hz. Musa (ə.s.)nın. “Mənə işimi asanlaşdır. Dilimdəki düyünü aç.”Hz. Musa (ə.s.)nın həyəcandan hərdən dili tutulardı. Yəni, həyəcanlandığında danışmağa çətinlik çəkir. O vəziyyətdən xilas olmaq üçün deyir ki, “Ailəmdən mənə bir köməkçi ver. Qardaşım Harunu mənə köməkçi et.” Yanımda danışacaq biri olsun ki, həyəcanlı olduğumda yəni dilim dolaşanda ona sözü verim, o davam etsin. Hz. Mehdi (ə.s.)nin da belə bir xüsusiyyəti vardır. Sağ əlini sol dizinə vurar deyər, nəzərdə tutulan əslində belə bir hadisədir. Yoxsa sol dizinə dəqiq vurmaq deyil, məcazi mənada. Hz. Mehdi (ə.s.)nin də arada bir dilində bir tutulma olacaq. Yəni həyəcanla bağlı onunda dilində tutulma olacaq. Burada ona diqqət çəkilir. “Şübhəsiz Sən bizi görürsən.”deyir Hz. Musa (ə.s.). İndi də Allah bizi görür, hər tərəfdən, hər yerdən görür. “Şübhəsiz, qiyamət saatı yaxınlaşır.”Axır zamana diqqət çəkilir burada. Baxın deyir ki, “onun (qaçıb xəbərini) haradasa gizlədəcəyəm.”Qiyamətin vaxtını, baxın “onun (qaçıb xəbərini) haradasa gizlədəcəyəm.”Deməli zamanı gələndə açıqlanacaq. Allah gec xəbər verməyəcəm demir. Haradasa gizlədəcəyəm deyir. Buradan anlayırıq ki, Rəsulullah (s.ə.v)ın hədislərindən də, 7000 illə əlaqədar olan hədislərdən, digər hədislərdən də, bu hadisənin həyata keçəcəyini anlayırıq inşaAllah.

 

“Onu sandığın içinə qoy, suya burax, beləcə su onu sahilə buraxsın”Hz. Mehdi (ə.s.)yə burada işarə var. Deməli su olan bir yerdə, dənizin kənarında olacaq Hz. Mehdi (ə.s.). Baxın deyir ki, “su onu sahilə buraxsın”.Deməli sahilə yaxın bir yerdə olacaq Hz. Mehdi (ə.s.). Quranda bunlar boş yerə izah edilməmişdir. Bir şey izah edilər orada, bir sirr izah edilər. Bir hikmət vardır. Məsələn, Süleyman hekayəsində, Zülkarneyn hekayəsində, Kəhf hekayəsində hamısında bir hikmət vardır. “Gözümün qarşısında yetişdirilməyin üçün, Özümdən sənə bir sevgi yönəltdim.”Burada Hz. Mehdi (ə.s.) çox seviləcək amma sonradan. Başlanğıcda hər kəs qaçır Hz. Mehdi (ə.s.)dən. Necə idi hədis?

 

Oktar Babuna: Öz çobanından qaçan qoyunlar kimi deyir.

 

Adnan Oktar: Bəli, insanlar qaçacaqlar. “Beləcə, səni anana geri çevirmiş olduq.”Baxın burada atasını yox, anasını deyir. Yəni atası yox, anası var yalnız. Hz. Mehdi (ə.s.)nin da atası olmayacaq. Yəni, vəfat etmiş olacaq kiçik yaşında. Yetimdir Hz. Mehdi (ə.s.). Burada ona işarə edilir. “Beləcə, səni anana geri çevirmiş olduq ki, gözü aydın olsun və hüznə qapılmasın.”Deməli Hz Musa (ə.s.)anasıkədərlənən bir insandır. Bu da bir işarədir. “Sən və qardaşın ayələrimlə gedin.”Yəni, Hz. Mehdi (ə.s.) və Hz. İsa (ə.s.). İki qardaşdırlar, ayələrimlə gedin. “İkiniz Firona gedin, çünki o, yolunu azmışdır.”İndinin fironu nədir? Darvinizm, materializmdir. “Ona mülayim söz söyləyin. Ümid edilir ki, öyüd alıb düşünərvə ya içi titrəyər qorxar.”Yəni gözəl söz söyləyin sərt danışmayın, ağır danışmayın. Müsəlman təhqiredici danışmaz. Mülayim danışacaq.

Baxın, Cənabı Allah, deyir ki, “umulur ki öyüd alıb düşünər”,insanların qürurunu qırmaq çox təhlükəlidir.Allah bildirir biz də vəsilə oluruq, deyəcəksən. “Və ya içi titrəyər qorxar”bəlkə Allahdan qorxar. Baxın bir daha söyləyir, “Dedi ki: Qorxmayın çünki mən sizinlə birlikdəyəm, eşidir və görürəm.”Baxın bu ayəaxirət zamanına bir işarəsidir. Qorxu mühitində müsəlman Allahdan başqa heç bir şeydən qorxmayacaq. “Dedi ki: Bizim Rəbbimiz hər şeyə yaradılışını verəndir...”Firon Musaya sual verir , “Dedi ki, sizin Rəbbiniz kimdir Ey Musa? Dedi ki: Bizim Rəbbimiz hər şeyə yaradılışını verəndir...”Baxın, əvvəlcə nəyi izah edir, hansı mövzunu izah edir? Əlbəttə burada Yaradılışı izah edir. Biz nə edirik əvvəl yaradılışı izah edirik. Onun üçün yaradılışçılar deyirlər. Deyir ki, “bizim Rəbbimiz hər şeyə yaradılışını verən, sonra doğru yolunu göstərəndir.”Sonra da din izah edilir. Doğru yol dindir, haqq olan dindir.

“Firon dedi ki”,baxın diqqət yetirin, çox əhəmiyyətlidir; “Elə isə ilk çağlardakı nəsillərin vəziyyəti nədir”ilk insanlar necə yaradıldı?. Darvinistlər deyir ki, mağara adamları, o zaman da bunlar inanırlar buna. Darvinlə eyni inancdadırlar. Ona dəlil gətirir. O zaman onları açıqla mənə deyir.Onlar da belə primitiv varlıqlardan insanların inkişaf etdiyinə,yəni Nilin palçıqlarından meydana gəldiyinə və primitiv məxluqların sonradan təkamülləşib, inkişaf etdiyinə inanırlar. O zamanın təkamülçüsü bax Hz. Musa (ə.s.) ilə ilk danışdığı mövzu budur. Yaradılış mövzusundan danışır. Sualını verir. “Dedi ki, elə isə ilk çağlardakı nəsillərin vəziyyəti nədir?”,o zaman onu mənə izah et deyir.Hz. Musa (ə.s.) cavab verir, “bunun məlumatı Rəbbimin qatında bir kitabdadır.”Təbii ki, ayənin ilk mənası taledir,Allah Qatında müəyyəndir, hər şeyi Allah yaratmışdır, onları da Allah yaratmışdır. Taleyindəolduğu üçün bütün insanlıq yaradılır, onların da taleyio şəkildədir deyir. Amma ikinci işarə mənası isə Rəbbimin Qatında bir kitabdadır bunun cavabı. Bir kitab. Axır zamandakı hər hansı bir kitab ola bilər. Hər hansı bir əsər ola bilər. Yəni onu, Darvinistlərə xəbər verən hər hansı bir əsər. Buna da işarə edir eyni zamanda. Amma ilk mənası budur.

“Mənim Rəbbim, çaşmaz və unutmaz.”Onlar deyir ki, hər şey təsadüfən oldu. Cənabı Allah təsadüfün olmadığını bildirir, “Mənim Rəbbim çaşmaz və unutmaz”deyir, buna cavab verir. “Rəbbim yer üzünü sizin üçün bir beşik etdi.”Yəni yer üzünü, bu səfər də bax yaradılış, kainatın yaradılışını söyləyir.Biz nə edirik, Big Bang-iizah edirik, kainatın yaradılışını izah edirik. Baxın bütün peyğəmbərlər, yaradılışı, dünyanın quruluşunu, ilk onların ağlına gələnmövzuları izah edib razı salırlar. “Onda sizin üçün yollardöşədi və göydən su endirdi.”Yəni bütün hər şeyi Allah yaradar deyir, “beləliklə bununla hər növ bitkilər və cütlər çıxardıq.”Bu səfər bitkilərin yaranışını izah edir. “Və cütlər”,cüt olaraq bütün bitkilər yaradılmışdır deyir. Biologiya elmi hələ indi başa düşdü ki, bitkilər cütolaraq yaradılıb. Erkək, dişi orqan olduğunu daha yeni anladı. “Yeyin və heyvanlarınızı otladın. Şübhəsiz bunda ağılsahibləri üçün əlbəttə ayələr vardır.”Yəni Cənabı Allah deyir ki, ağlı başında normal düşünənlər üçün ayələr vardır. “Yeyin” deyir bütün nemətlərə, meyvələrə, tərəvəzlərə hər şeyə diqqət çəkir Cənabı Allah. “Heyvanlarınızı otladın”, bax əvvəl bitkilər sonra heyvanlardan. Yəni quzular, keçilər, qoyunlar artıq nə varsa hamısı. Heyvanlarınızı otladın yəni Allahın verdiyi nemətləri də düşünün deyir Allah. “Şübhəsiz bunda ağılsahibləri üçün əlbəttə ayələr vardır. Sizi ondan yaratdıq ona geri döndərəcəyik”yəni torpaqdan yaradıldınız,geri torpağa dönəcəksiniz. Burada ölümü izah edir. Sizi yenidənoradan çıxaracağıq. Yerdən qalxıb canlanacaqsınız axirətə keçəcəksiniz deyir. Baxın Cənabı Allah deyir ki, “And olsun biz ona ayələrimizin bütününü göstərdik lakin o yalanladı və dirəşdi.”İndi nə edirlər, həm yalanlayırlar həm də dirəşirlər. “Dedi ki: Ey Musa, sən bizi sehrinlə yurdumuzdan sürüb çıxarmağamı gəlmisən?”yəni bir təşkilat olaraq dövlətimi yıxacaqsan, bizəmi zərər verəcəksən, nədir yəni sənin çıxarın? “Ey Musa sən bizi sehrinlə, cadu edirsən”deyir yəni yalan etdiklərin deyir. “Yurdumuzdan”yəni milliyyətçi bir ifadə istifadə edərək ona qarşı bir psixoloji təzyiq etməyə çalışırlar. Saxtakarlıq edərək. “Sürüb çıxarmağa mı gəlmisən?”Bizə zərər verəcəksən deyir, yıxacaqsan, sistemimizi. Madam belə, biz də sənə buna bənzər bir sehrlə gələcəyik. İndi bizim qarşımıza onlar da uydurma izahlarla gəlirlər, baxın səfeh izahlarla gəlirlər görürsünüz. “İndi bir görüşmə zamanı və yeri təsbit et. Bizimlə sənin də qarşı ola bilməyəcəyimiz açıq və geniş bir yer olsun.”Biz nə edirik bu an. Bütün millətin gözünün qarşısında televiziyalarda mübahisə edirik. Baxın, ayədə nə deyilir? “Bizim də sənin də qarşı çıxa bilməyəcəyimiz açıq, geniş”,geniş nə üçün, bütün xalq eşitsin. “Musa dedi ki görüşmə zamanımız bayram günü və insanların toplanacağı quşluq vaxtı olsun.”Ən izdiham olduğu vaxtı seçək deyir. Ən çox kütləyə xitab edək deyir. “Beləliklə Firon arxasını dönüb getdi hiyləli nizamını bir yerə gətirdi sonra gəldi.”Yəni bir çox adamlarını, professorlarını, dosentləri nə varsa özbaşına, o dövrə görə onları yığır. “Musa onlara dedi ki, sizə təəssüflər olsun, Allaha qarşı yalan düzüb uydurmayın sonra bir əzab ilə kökünüzü qurudar”,Allah bir bəla verər sizə deyir, iqtisadi çöküntü ola bilər, hər şey ola bilər. “Yalan düzüb uyduran həqiqətən yox olub getmişdir”deyir: Hz. Musa. “Bunun üzərinə öz aralarında vəziyyətlərini müzakirəyə və gizli danışmalara başladılar”bu bir mason üsuludur. Bax,öz aralarında vəziyyətlərini müzakirəyə və gizli danışmalara başladılar. Masonluğun xüsusiyyəti gizlilikdir. O dövrün masonudur firon. Və o dövrdən qalma yazılarda, simvollarda bütün mason simvolları görürük. Yəni bütün mason simvolları vardır, Firon da o dövrün masonudur vəən yüksək dərəcəli massondur. “Dedilər ki, bunlar hər halda iki sehrbazdır.”Onların əleyhində təbliğata başlayırlar. O dövrün mətbuatı, televiziyası, radiolarıdır. “Sizi sehrləri ilə yurdunuzdan sürüb çıxarmaq”,böhtana bax yəni xalqı ən təhrik edəcək şey bu deyirlər. Yəni onlarsənin vətənini, millətini əlindən alacaq, yox edəcək səni deyir. “Və nümunə olaraq, tutduğunuz yolunuzu, dininizi yox etmək istəyir.”Axır zamanda çıxacaq İstanbuldakı adamnə deyəcəkdi Hz. Mehdi (ə.s.)yə?

 

Aparıcı: Bəli, dinimizi yox edir, dinsizliyə sövq edir deyəcəkdir.

 

Adnan Oktar: Bu nə deyir? Nümunə olaraq tutduğunuz yolunuzu dininizi yox etmək istəyirlər bax, dininizi yox etmək istəyirlər. Eyni, Hz. Mehdi (ə.s.)yə olan xitabın eynisi. Tarix dəyişir hadisələr dəyişmir. Allahın sünnəsi dəyişmir həmişə eynidir. “Bundan ötəri tələlərinizi bir yerə gətirin”,bax tələ hazırlayırlar Hz. Mehdi (ə.s.)yə. O zaman da Hz. Musa (ə.s.)ya edirdilər. “Sonra qruplar halında gəlin”,yəni Hz. Musa (ə.s.) onlara meydan oxuyur. “Bundan ötəri sonra tələlərinizi bir yerə gətirin, sonra qruplar halında gəlin”yəni hamınız gəlin deyir. Nə qədəriniz varsa gəlin. “Bu gün üstünlük təmin edən həqiqətən xilas olmuşdur.”

“Ey Musa dedilər əvvəlcə sən əsanı at və yaxud biz ataq.”Yəni ya sən müzakirəyə başla ilk dəlilini ver ya biz ataqdeyirlər. Bax “tələlərinizi bir yerə gətirin sonra qruplar halında gəlin, bu gün üstünlük təmin edən həqiqətən xilas olmuşdur.”Əvvəl bir oyun hazırlayırlar. O (Musa) dedi: “Xeyr, (əvvəlcə) siz tullayın!” (Sehrbazlar əllərindəkini yerə atan kimi) onların sehri üzündən birdən (Musaya) elə gəldi ki, onların ipləri və dəyənəkləri hərəkətə gəlib (ilan kimi qarnı üstə) sürünür." yəni darvinistlər də elə dəlillər verir ki insanlar həqiqətən varolduqlarını zənn edirlər. "(Musaya) elə gəldi ki, onların ipləri və dəyənəkləri hərəkətə gəlib (ilan kimi qarnı üstə) sürünür" deyir. “Musa buna görə öz özünə biraz qorxmağa başladı”yəni, bunlarla mən necə mübarizə aparacağam. “Qorxma dedik”deyir Allah bax bir daha qorxma dedik. “Şübhəsiz sən üstün gələcəksən.”Hz. Mehdi (ə.s.) də mütləq üstün gələcək.

“Sağ əlindəkini at onların atdıqlarınıudacaq. Çünki onların etdikləri yalnız cadugər hiyləsidir, cadugər isə hara getsə xilas ola bilməz.”Sağ əlindəkini atında nə isbat edir,Çünki hamısını udur, bir anda ilan meydana gəlir. Təkamülün olmadığını görürlər.“Çünki onların etdikləri yalnız cadugər hiyləsidir cadugər isə hara getsə xilas ola bilməz. Bunun üzərinə cadugərlər səcdəyə qapanrlar.”İmana gəlirlər. “Harunun və Musanın Rəbbinə iman etdik dedilər.”Harunun və Musanın Rəbbinə iman etdik. Yəni haqq peyğəmbər olduqlarına, deyir onların gətirdiyi haqq dinə iman etdik deyirlər. “Firon dedi ki, mən sizə icazə vermədən əvvəl ona inandınız eləmi?”O zamanın iddia edilən Ergenekon təşkilatı. O zamanın fironu və dəccalı. Bax, ona soruşulacaq yəni iman etmək üçün adamın iddiasını görürsən?

“Şübhəsiz o sizə cadunu öyrədən böyüyünüzdür.”Yəni burada Hz. Musa (ə.s.)nı hörmətdən salmağa çalışırlar. Cadunu sizə o öyrətdi deyir. Onsuz dacadu etdikləriniz yalan deyir və Hz. Musa (ə.s.)nı günahlandırırlar. “O halda mən də əllərinizi və ayaqlarınızı çarpaz olaraq kəsəcəyəm”tam iddia edilən ergenekon təşkilatının zülm üsullarından, “kəsəcəyəm və sizi xurma budaqlarında yelləndirəcəyəm.”Asacağam sizi deyir. “Siz də əlbəttə hansımızın əzabı daha şiddətli və daha daimiolduğunu öyrənmiş olacaqsınız”yəni Əstağfirullah Allahın əzabımı mənim əzabımmı o zaman anlayacaqsınız deyir. “Dedilər ki bizə gələn açıq-aşkar sübutlara”,indi biz də açıq-aşkar sübutveririk “və bizi Yaradana səni heç vaxt seçmərik.” Meydan oxuyurlar. Heç vaxt sənə bağlanmarıq deyirlər.

“Hökmünü icra edə biləcəksənsə dayanmadan hökmünü icra et.”Əlindən gələni əsirgəmə deyirlər. “Sən yalnız bu dünya həyatında hökmünü icra edə bilərsən.”Başqa da bir şey edə bilməzsən deyirlər. Ən çox şəhid edərsən. O da onsuz dahəmişə axtardığı bir şeydir. Maşallah. “Həqiqətən biz Rəbbimizə iman etdik”deyir, Əlhəmdülillah maşallah, “günahlarımızı və sehr səbəbindən bizi özünə qarşı məcbur edərək sürüdüyün cinayət bağışlasın.”İddia edilən Ergenekon təşkilatı necə insanlara cinayət törətdirir, cinayət işlədir, əxlaqsızlıq etdirir, bax deyir ki, “günahlarımızı və sehr səbəbindən bizi özünə qarşı məcbur edərək”,bu anda da məcbur edərək insanlara əxlaqsızlıq etdirirlər, iddia edilən ergenekon təşkilatına zorla üzv edirlər insanı. “Sürüdüyün”, bax sürümə nə deməkdir, məcbur etmək deməkdir. Günahımızı bağışlasın Allah”deyir. Daha xeyirlidir, daha daimidir. “Allah daha xeyirlidir və daha daimidirdeyir. Cənabı Allah. “Həqiqətbudur ki, kim Rəbbinə günahkar olaraq gəlirsə heç şübhəsiz onun üçün cəhənnəm vardır. Onun içində nə ölə bilər, nə də dirilə bilər.”Ölməyi diləyirlər lakin ölə bilmirlər. Xilas olmaq istəyir lakin xilas ola bilmirlər. Ayədə ona diqqət çəkilmişdir.

“Kim ona iman edib saleh əməllərdə olarsa və ona gəlirsə bax onlar üçün də yüksək dərəcələr vardır. İçlərində əbədi qalacaqları altından çaylar axan Adnan cənnətləri də onlarındır. Baxbu təmizlənmiş olanların qarşılığıdır.”Peyğəmbərimiz (s.ə.v) də bilirsən Əsli Adnandır. Bəli onun soyudur. Bəli gözəl bir ad. Quranda keçən bir ad. Öz adım olduğundan da çox xoşuma gəlirmaşallah.


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr