Yüzlərlə qüdsi (müqəddəs) qəhrəmanları yetişdirən və minlərlə mənəvi başçını ümmətin başına gətirən, Quran həqiqətlərinin (Quranın əsasının) mayası ilə, imanın nuru ilə, İslamiyyətin şərəfi ilə bəslənən (yetkinləşən, kamala çatan) əhli Beyt əlbəttə axır zamanda şəriəti Məhəmmədiyəni (Peyğəmbərimizin (s.ə.v.) yolunu) və həqiqəti furkaniyəni (Quranın əsası və mahiyyəti) və sünnəti Əhmədiyəni (Peyğəmbərimizi (s.ə.v.)) əhya ilə (yenidən canlandırmaqla), elan ilə (hər kəsə eşitdirməklə), icra ilə (tətbiq etməklə) başçıları olan Böyük Hz. Mehdinin kəmali ədalətini (yüksək ədalətini) və düzgünlüyünü (haqq və ədalətə uyğunluğunu, doğruluğunu) dünyaya göstərmələri çox məqbul olmaqla birlikdə çox lazım, zəruri və həyati-ictimaiyəni insaniyədəki (insanların cəmiyyət həyatındakı) düsturların muktezasıdır (qaydaların tələbidir). (Şüalar, s. 456)
Bədiüzzaman, Hz. Mehdinin baş komandanlıq vəzifəsini boynuna götürərək və Peyğəmbərimizin (s.ə.v.) nəslindən gələn Əhli Beytin köməkliyi ilə bütün dünyaya ədalət və düzgünlük gətirəcəyini bildirir. Belə bir ədalət dünyada hələ ki, mövcud deyil. Quran həqiqətlərinin və Peyğəmbərimizin (s.ə.v.) sünnəsinin yaşandığı dövr isə Allahın izni ilə Hz. Mehdi ilə birlikdə başlayacaq.
Bədiüzzaman "Baş komandanları olan "Böyük Hz. Mehdi"nin kamalı ədalətini və haqqaniyətini dünyaya göstərmələri" sözləri ilə Hz. Mehdinin ədalətinin, haqqdan və düzgünlükdən ayrılmayacağına, mükəmməlliyinə "bütün dünyanın şahid olacağını" ifadə edir. Bütün insanlar, bu mübarək şəxsi görüb tanıyacaqlar, Allahın ədalətli sifətinin yer üzündəki təcəllilərini Hz. Mehdidə görəcəklər. Hz. Mehdinin böyük fikri mübarizəsi nəticəsində bəlkə də bütün dünyada ilk dəfə zülm və qarışıqlıq tamamilə bitəcək, dünya səviyyəsində sülh, əminamanlıq və ədalət olacaq. Bədiüzzaman bu izahları ilə Allahın bu hadisələrlə Hz. Mehdini insanlara tanıdacağını bildirir.