...Əbu Basar deyir ki: İmam Əbu Abdullah Cəfər Sadiq əleyhissalam belə buyurdu: Atam mənə belə buyurdu: AZƏRBAYCANdan MÜTLƏQ BİR ATƏŞ ÇIXACAQ VƏ HEÇ BİR ŞEY ONUN QARŞISINDA DAYANA BİLMƏYƏCƏK. BELƏ BİR ŞEY OLUNCA EVİNİZDƏ OTURUN. Biz nə etsək, siz də onu edin. (Yəni biz evdə oturarkən siz də oturun). Və bizim qiyam edənimiz (Hz. Mehdi (ə.s.)) hərəkət etdiyində sürətlə və heç dayanmadan ona doğru qaçışın...
 
(Şeyx Məhəmməd b. İbrahimi Numanı, Gaybeti Numanı s. 311)
 
 
 
Peyğəmbərimizin (s.ə.v.) hədisində 1400 il əvvəl verdiyi bu xəbər keçdiyimiz illərdə reallaşan Azərbaycan işğalına baxır. Bilindiyi kimi, Ermənilərin Dağlıq Qarabağ üzərində haqq iddia etməyə başlamasından sonra Azərilərin müstəqillik istəklərini dilə gətirməyə başladıqları Azerbeycanda tarixi bir qırğın yaşanmışdır. 1990-cı il Yanvarın 20-də Masonların və ateist sionistlərin sui-qəsdi nəticəsində yüzlərlə Azəri Müsəlman şəhid olmuşdur.
 
Qorbaçov rəhbərliyindəki Qırmızı Ordu tərəfindən tank və əsgəri qüvvələrdən istifadə edilərək Bakının bütün giriş nöqtələrində Rus tanklarının önünü kəsən vətəndaş və silahsız Azərilərin üzərinə atəş açılmış, Xəzər Dənizindəki Rus donanmasından şəhərə bombalar yağdırılmışdır.
 
Şəhərə girən əsgərlər yüzlərlə insanı tank, ya da donanma gəmilərinin atəşi ilə şəhid etmiş, minlərlə Azəri yaralanmışdır. Bir çox Azəri Rus tankları altında şəhid olmuş, küçələr şəhid qanı ilə sulanmış, yaralıların və şəhidlərin toplanmasına icazə verilməmişdir. Kömək edənlərə atəş açılmış, xəstəxanaların elektrikləri kəsilmiş, yaralılar şam işığında əməliyyat edilmişdir.
 
Rus tankları müstəqillik hərəkətlərinin mərkəzi sayılan Azadlıq Meydanında önünə gələn hər şeyə atəş açaraq məhv etmişdir. Ölkədə fövqəladə vəziyyət elan edilmiş, minlərlə müstəqillik tərafdarı olan Azəri həbs olunmuşdur.
 
Azərbaycan bu hadisələr əsnasında böyük fəlakətlər yaşamışdır. Bu da Peyğəmbərimizin (s.ə.v.) hədisdə bildirdiyi kimi, Hz. Mehdinin (ə.s.) çıxış əlamətlərindən biridir.
 
Dünya Masonluğu və ateist Sionistlər tətbiq etdikləri bu şiddət və provakasiya ilə Ermənilərlə Azərbaycanın arasını vurmuşdur. Ancaq Hz. Mehdinin (ə.s.) çıxışı ilə birlikdə bu hadisə tamamilə dostluq, qardaşlıq, sülh və salamatlığa cevriləcək. Yaşanan bütün bu ağrılar qapanacaq: qardaşca, dostca, gözəl, işıqlı bir çağ başlayacaq.