Əbu Cəfər b. Məhəmməd b. Əlidən (r. a. ) rəvayət edildi.
Siz üç və ya yeddi gün ŞƏRQDƏN BİR ALOVU GÖRDÜYÜNÜZ ZAMAN ALİ MƏHƏMMƏDİN (HZ. MEHDİNİN (Ə.S.)) ÇIXMASINI GÖZLƏYİN, inşaAllah bir münadi (göydən bir mələk) Mehdinin adı ilə səmadan (göydən) səs edəcək ki, şərqdə, qərbdə olan hər kəs bu səsi eşidəcək. Belə ki, qorxudan yuxuda olanlar oyanacaq, ayaqda olan çökəcək, oturan isə yerindən fırlayacaq.
(Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axır Zaman , s. 32)
Hədisdə "şərq tərəfindən bir alov göründüyü zaman insanların Hz. Mehdinin (ə.s.) çıxışını gözləməyə başlamaları" bildirilmişdir. Bilindiyi kimi 15 Noyabr 1979-cu il tarixdə dünyanın dördüncü böyük tankeri olan 150 min grostonluk Independenta adlı 95.530 ton neft yüklü Rum tankerinin İslam aləminin son mərkəzi olan İstanbula gələrkən Yunan gəmisiylə toqquşması nəticəsində neft alovlanmış və Heydərpaşa yaxınlığında dənizdə günlərlə davam edən böyük alov meydana çıxmışdır.
Hədisdə verilən məlumatlara görə bu Hz. Mehdinin (ə.s.) İstanbula ayaq basdığı günlərdə reallaşacaq hadisədir. Bu hadisə ilə Hz. Mehdinin (ə.s.) İstanbula gəlişi bir müjdə olaraq hər kəsin eşidəcəyi şəkildə həm bütün dünyaya, həm cinlər aləminə, həm də insan aləminə elan ediləcək. Beləliklə, göy gurultusu kimi şiddətli səslə, həm də günlərlə davam edən nəhəng alov, işıq və tüstü buluduyla və ara-ara meydana gələn partlayışlarla Hz. Mehdinin (ə.s.) İstanbula gəldiyi Allah tərəfindən insanlara xəbər verilmiş olacaq.
Bundan əlavə, Hz. Mehdinin (ə.s.) fəaliyyətinə başlamaq üçün İslam aləminin son mərkəzi olan İstanbula gəldiyi bu tarixdə İslamın və müsəlmanların lehinə daha bir çox əhəmiyyətli hadisə reallaşmışdır.