Hz. Mehdinin (ə.s) gəlişi və varlığı barəsində bəzi səf məlumatlar irəli sürülmüşdür. Bunlardan bəziləri belədir:
1. Hz. Mehdi (ə.s.) gəlmiş və getmişdir, qədimdə yaşamışdır.
2. Hz. Mehdi (ə.s.) şəxsi-mənəvidir, yəni görünməz bir ruh kimidir. Buna görə də Hz. Mehdini şəxs qismində gözləməyin heç bir mənası yoxdur.
3. Hz. Mehdi (ə.s.) gələcək, amma bir neçə əsr sonra.
4. Hz. Mehdi (ə.s.) adi bir insan olacaq. Hz. Mehdi (ə.s.) Bədiüzzamanın əsərlərində "Hz. Mehdinin (ə.s.) üç vəzifəsi vardır" deyə bildirdiyi vəzifələrdən 2-ci və 3-cü vəzifələri yerinə yetirəcək, materialist, Darvinist və ateist fəlsəfələrlə fikri mübarizə aparmayacaq, iman həqiqətlərini izah etməyəcək, sadəcə olaraq yalnız Risaləleyi-nur oxuyan hər hansı siyasi lider olacaq. Buna görə də çox diqqət çəkməyəcək.
5. Hz. Mehdi (ə.s.) deyə bir insan yoxdur və heç bir zaman da gəlməyəcək.
6. Hz. Mehdi (ə.s.) gələ bilər amma bu mövzuları araşdırmaq doğru deyil. Hz. Mehdi (ə.s.) gəldiyində bizi vəzifə başında tapması lazım olduğundan araşdırmağa ehtiyac yoxdur.
7. Başının üstündəki bir mələyin bütün insanların görəcəyi şəkildə "Bu Mehdidir, ona səcdə et" deməsi, Hz. Mehdiyə (a.s.) tank, top, silahın təsir etməməsi deməkdir. Belə xüsusiyyətləri olmayan adam isə onsuz da Hz. Mehdi (ə.s.) deyil.
8. Axır zamanda çox sayda Mehdi gələcək. Üç, beş, on və daha çox Mehdi gələ bilər. Hamısı da səssiz-səmirsiz Mehdilik vəzifələrini icra edib vəfat ediklərinə görə bu həqiqəti çox az adam bilər.
Hz. Mehdinin (a.s) gəlişi ilə əlaqədar Rəsulullah (s.ə.v)-in bu qədər açıq hədisi-şərifi, Bədiüzzaman Səid Nursi həzrətlərinin bu qədər dəqiq və aydın sözü varkən, bu mövzunu bu qədər qarışıq və anlaşılmaz hala gətirmək, ört-basdır etməyə çalışmaq, axırzamanın qəribə xüsusiyyətlərindən birdir.
Hz. Mehdinin (ə.s) gəlişi və varlığı ilə əlaqədar yuxarıda izah etdiyimiz səflərə yol verən yüz milyonlarla insan vardır. Hz. Mehdi (ə.s)-ın bu əsrdə gələcəyini düşünən isə əvvəlcə 313 nəfər olacaq. Hal-hazırdakı ümumi vəziyyətin də bu şəkildə olduğu aydın olur. Rəsulullah (s.ə.v.) hədisi-şəriflərində hz. Mehdi (ə.s)-ın yanında 313 nəfər möminin toplanacağını bildirmişdir.
Açıq-aydın hədislərə görə Hz. Mehdi (ə.s)-ı tanıya biləcək 313 adam xaricində kimsə olmayacaq. Tanımamalarının səbəbləri isə yuxarıda sadaladığımız səhv fikirlərdir. İnsanların bir qisimi Hz. Mehdi (ə.s)-ın varlığını həqiqətən anlamayacaq, bir qismi də şeytani bir məqsəd ilə özünü bilməməzliyə vuracaq və Hz. Mehdi (ə.s)-ın zühuruna qədər bu vəziyyət belə davam edəcək.
Bədiüzzaman Səid Nursi də Hz. Mehdi (ə.s)-ın imanın nuru ilə tanınacağını və onun fərqinə vararaq yanında olacaq insanların çox az sayda olacağını belə bildirmişdir:
Bu vəzifənin istinad etdiyi qüvvət və mənəvi ordu ixlas, sədaqət və təsanüd (birlik, qardaşlıq) xüsusiyyətlərinə tam sahib olan bir qisim şagirdlərdir. Nə qədər az olsalar da, mənəvi cəhətdən bir ordu qədər qüvvətli və qiymətli sayılarlar. Beləliklə, o, çox qüvvətli, o müqtədir ordu, Ali Məhəmməd Əleyhissalatu Vəssalamdır və Hz. Mehdinin ən xas ordusudur. (Emirdağ Lahikası, s. 259) |
Hz. Mehdi (a.s.)ın zühuruna aid bütün əlamətlərin ortaya çıxmasına və bu işarələrin son dərəcə açıq olmasına baxmayaraq, Hz. Mehdi (ə.s.)-ın tanına bilməməyi çox böyük möcüzədir. Demək ki, insanların böyük hissəsinin gözünə pərdə çəkilmişdir və insanlar bu açıq həqiqətlərə baxmayaraq, Hz. Mehdi (ə.s)-ı tanıya bilmirlər. Bu vəziyyət axırzamandakı ümumi vəziyyətin şiddətini, vahiməsini, bəsirətin necə ortadan qalxdığını, insanların hansı düşüncələrə xidmət etdiyini göstərir.
Ancaq bütün dünya çox yaxında Hz. Mehdi (ə.s.)-ın həqiqətən bir şəxs olduğunu və bu əsrdə zühur edəcəyini Allahın izniylə anlayacaq.