Aban bin Tağlib deyir ki: imam Cəfəri Sadiq (ə.s.)-ın belə buyurduğunu eşitdim, elə bil Qaimi (Hz. Mehdi (ə.s.)-ı) görürəm, müxtəlif məmləkətlərdə yaşayanlar ONU ÖZ MƏMLƏKƏTLƏRİNDƏ GÖRƏCƏK, o Rəsulullah (səv)-in bayrağını açacaq... (Zamanın İmamını Tanıyaq, İmam Mehdi, Ali İrfan, səh. 94)
Hədisi şərifdə Hz. Mehdi (ə.s.)-ın başqa şəhərlərdə və ölkələrdə yaşayan insanların belə sanki öz şəhərlərindəymiş, yanlarındaymış kimi onu görəcəklərini, yəni dövrün texnologiyasıyla canlı televiziya, radio və internet vasitəsi ilə onu dinləyəcəklərini də bildirilmişdir. Hz. Mehdi (ə.s.) eyni Peyğəmbərimiz (s.ə.v.) kimi İslam əxlaqını bütün dünyaya yayacaq və Topqapı Sarayında mühafizə edilən mübarək bayrağı da Peyğəmbərimiz (s.ə.v)-dən sonra ilk dəfə onun zamanında açılacaq. (Bilindiyi kimi Hz. Mehdi (ə.s.) Peyğəmbərimiz (s.ə.v)-in mübarək bayrağı və digər müqəddəs əmanətlərinin olduğu İstanbulda zühur edəcək.)