Üçüncü Dünya ölkələrindəki faşistlər nasist qətliamları xatırladan vəhşilikləri həyata keçirməkdən çəkinmədilər. Pinoçet nümunəsinə bənzər faşist diktaturalar Argentina, Qvatemala, Nikaraqua, Honduras, Paraqvay kimi Latın Amerika ölkələrində də iqtidara gəldi və dəhşətli terror hadisələri həyata keçirdi.
1973- cü ildə dövlət başçısı Allendeyə qarşı sui qəsd hazırlayan Çili diktatoru Pinoçet ölkəsini qan gölünə çevirdi. Pinoçet, Dövlət sarayını tanklar və reaktivlər vasitəsi ilə bombalayaraq Allendeni öldürtdü. Ancaq Çili xalqına Allendenin təslim olmaq istəmədiyi üçün intihar etdiyi açıqlandı. Ardınca, Allende ətrafındakılara və müxalifətə qarşı onların tam tabe olmaları üçün siyasət həyata keçirməyə başladı. Hərbi qruplaşma ilk hakimiyyəti dövründə minlərlə insan öldürüldü, 9 milyonluq Çilidə təxminən 90 min nəfər həbs olundu. İnsanları yola gətirmək üçün olan manevrləri, morglarda dəfn olunmağı gözləyən ölülər, cəsədləri Mapocho çayında güllələnmiş insanlar, şübhəlilərin “Santiago” stadionunda saxlanması, girov almaq kimi siyasəti, dərindən araşdırmaların aparılması, Pinoçet siyasətinin bir hissəsi idi. Məsələn, kadrlarda “təmizlik” apardı, universitetlərdə tədris proqramlarında olan tarix və coğrafiya sahələrini faşist idarəetmə rejiminin tələb etdiyi şəkildə istiqamətləndirdi.
Pinoçet sisteminə bənzər faşist diktaturalar Arjantin, Guatemala, El Salvador, Nikaragua, Honduras, Paraguay kimi Latın Amerikası ölkələrində də iqtidara gəldi və ağıl almaz vəhÇiliklər həyata keçirdi. Arjantindəki hərbi qruplaşma rejimi vaxtında minlərlə müxalif rejim “itirildi”. Sonradan müəyyən olundu ki, iki mindən artıq siyasi dustaq təyyaralərə mindirilərək, Arjantin səmalarından minlərlə metr yüksəklikdən dənizə atılmışdır. 1995-ci ilin aprel ayının 27 də Arjantin televizyasına çıxan Federico Talavera adında jandarma, hərbi qruplaşma rejimi vaxtında həyata keçirilən işgəncələri etiraf edərkən, doğum sancısı çəkən qadınların dənizə atılmalarından, insanların cinsi orqanlarına hücum edilməsi üçün xüsusi təlim keçmiş itlərə qədər çox yollardan istifadə edildiyindən bəhs etmişdir. Etiraf edən şəxsin bildirdiyinə görə, xüsusi təlim keçmiş itlər işgəncəyə məruz qalan siyasi məhbusların cinsi orqanlarını ağızlarında tutub əmir gözləyir, məhbus etiraf etmədiyi halda isə itlərə dişləməsi üçün işarə edilirdi.
Quatemalada yaşanan vəhÇiliklər də qorxunc idi. 1954- cü ildə ölkənin ilk və tək seçilmiş dövlət başçısı Jacobo Arbenzi yıxan faşist idarəetmə sistemi, 60-cı və 70 –ci illərdə ölkəni ölüm tarlasına döndərdi. Faşistlərin hədəfləri arasında isə faşizmin ənənəvi din düşmanlığına uyğun olaraq, din adamları dururdu. Amnesty International (Beynəlxalq Əfv Təşkilatı), yalnızca 1966-cı ilin oktyabrından 1968- ci ilin martına qədər olan müddətdə çox sayda din adamlarının yer aldığı 8 min Quatemala vətəndaşının rejimin yaratdığı “ölüm manqaları” tərəfindən edam edildiyi bildirilmişdi. 1972- ci ildə bu ölüm manqalarının sayı 12 minə, dörd il sonra isə 20 minə çatdı.
Roma Katolik Yepiskoplar Konfransı, hökumətin apardığı siyasəti bir sözlə “soyqırım” adlandırmışdır. Amerikalı yazıçı William Blumun, The CIA: A Forgotten History adlı kitabında Quatemala rejiminin işgəncə üsullarından bəhs edilir:
Rejimi tənqid edən insanlar haqqında və ya partizan qrupuna üzv olduğu düşünülən insanlar, gizlincə polis tərəfindən evlərindən zorla çıxardılaraq naməlum yerlərə aparılırdı. Əksəriyyətinin işgəncə çəkdiyi, yandırılmış cəsədləri bir neçə gün sonra yol kənarında əlləri bağlı şəkildə olaraq, ya da göl kənarında plastik torba içində rast gəlinirdi. Bəziləri də kütləvi şəkildə basdırılırdı. Bəzi cəsədlər də təyyarələr vasitəsi ilə Hind okeanına atılmışdır. Gualan ərazisində artıq heç kəsin balıq ovlamadığı söylənilir; çünki sular cəsədlərlə doludur. Sudan çıxan cəsədlər arasında gözlərinə iynə batırılmış olanlar da vardır... Bir kəndin partizanlarla əlaqəsi olduğu hesab edilərsə həmin kəndə basqın təşkil edilər və bütün kişiləri bir daha heç kəsin görə bilməyəcəyi şəkildə kənddən uzaqlaşdırılırdı. Ya da kənddəki hər kəs öldürülür və evlər bulduzerlər vasitəsi ilə dağıdılırdı. Ancaq bu qurbanların heç biri, partizan qrupunun üzvü olmurdu... Ən çox istifadə edilən işgəncə üsulu, içərisinə böcək dərmanı doldurulmuş torbanın insanın başına keçirilməsi və cinsi orqanları başda olmaqla bədəninə elektrik verilməsi idi. (William Blum, The CIA; A Forgotten History: US Global Interventions Since World War II, 4.b., London: Zed Books, 1991, s. 264.)
William Blum, kitabında Guatemalalı yerli qadının ifadələrini də yazmışdır. Ailəsi ilə birlikdə “rejimə müxalif” olmaq cinayətindən sorğulanmağa götürülən Rigoberta Menchu Tum adında qadın, 9 Dekabr 1979 –cu ildə başına gələn hadisələrdən bəhs edir:
16 yaşındakı qardaşımla məni Patrocino ilə Chajuldəki mərkəzə götürdülər və günlərlə işgəncə verdilər. Başçı Lucas Garcianın ordusundan subay kişiləri kənara ayırırdı… Bir müddət sonra Patrocinonu gördüm; dili kəsilmiş və dırnaqları çıxarılmış şəkildə! Bu məqamda zabit danışmağa başladı. Hər dayandığında əsgərlər, qardaşım və digər əsgərlər çubuqla döyülürdü. Daha sonra tanınmaz haldakı bədənləri çölə çıxardılaraq torpağın üzərinə atılır və üstlərinə neft tökürdülər. Daha sonra onları alova verdilər və canlı- canlı yandırdılar. Bütün bunları, bu vəhÇilikləri həyata keçirdikləri müddətdə də ətrafdakı insanları baxmağa məcbur edirdilər. . (William Blum, The CIA; A Forgotten History, s. 269)
Bunlar sadəcə bir neçəsidir. Quatemalada əvvəl General Romeo Lucas Garcia sonra da General Efrain Rios Montt tərəfindən aparılan faşist hərbi qruplaşma rejimi, bənzər şəkillərdə yüz minlərlə insanın həyatına son qoymuşdur. William Blum, rejimin təhlükəsizlik qüvvələri tərəfindən “gözləri oyulan, testisleri kəsilərək ağızlarına qoyulan, əlləri və qolları qoparılan” qurbanlardan, “ sinələri kəsilən” qadınlardan da bəhs etmişdir.
Bənzəri faşist rejimlər, Zairə, Uganda və Cənubi Afrika kimi Afrika ölkələrində də uzun illər iqtidarda qaldı. Cənubi Afrikadakı rejim, Nasist Almaniyasını xatırladacaq dərəcədə kəskin irqçi ideologiyaya sahib idi. Cənubi Afrika əhalisinin əksəriyyətini təşkil edən və ölkənin yerli əhalisi olan zəncilər, on illər ərzində iqtidardakı ağ irqə mənsub azlıq tərəfindən istismar edildi.
Qısacası, XX əsrin ikinci yarısı da, birinci yarısı qədər faşist dəhşətinin hədəfi olmuşdur. Avropada dağılan faşist rejimlərin bənzərləri, Latın Amerikası və Afrikada meydana gəldi və dünyanı “ güclülərin qalib gəldiyi, zəiflərin isə məğlub olduğu qarşıdurma sahəsi” vəziyyətinə gətirdilər.
Faşizmə qarşı tək həll yolu Quran əxlaqının yaşanmasıdır
Faşizmin bünövrəsi olan bu əxlaq, insanlara müharibəni, şiddəti, qan tökməyi, irqçiliyi təlqin edərkən, Allahın bizim üçün müəyyən etdiyi Quran əxlaqı, barış və sevgi dolu dünyanın təməllərini qoymaqdır.
Faşist xarakterinə baxdığımızda, dinin gətirdiyi sevgi, şəfqət, mərhəmət, təvazökarlıq, bir- birinə kömək etmək, qənaətçillik kimi əxlaqı xüsusiyyətlərə tamamilə əks olan əxlaq meydana çıxır. Şübhəsiz bu əxlaq, tarixin hər mərhələsində olmuşdur, ancaq faşizm bunu sistemli şəkildə müdafiə edən və Darvinizmin təsiri ilə “elmi” və ağıllı yaxınlaşma kimi göstərən tək fikir mənbəyidir. İlahi dinlər tərəfindən lənətlənmiş olan “zalımlıq” düşüncəsi, faşizm tərəfinədən sistemli şəkildə təriflənməkdə, qanuni göstərilməkdə və etina edilməkdədir.
Hitlerin törətdiyi soyqırımların, Mussolinin işğallarının, Franconun həyata keçirdiyi qanlı müharibənin, Pinoçetin işgəncələrinin, Miloseviçin Bonaklara və Albanlara qarşı insanlığa sığmayan vəhÇiliklərin və digər müasir faşistlərin cinayətlərinin altında da hər zaman bu zalım və mərhəmətsiz ideologiya yatır. Sadəcə bu kimi vəhÇiliklər deyil, gündəlik həyatda qarşımıza çıxan müxtəlif şiddət nümunələrinin də ardında bu ideologiya dayanır. Bir- birilərini sadəcə anlaşılmazlıq sonunda döyən, bıçaqlayan və ya güllələyən insanlar, şiddəti qəhramanlıq kimi görən və göstərən mədəniyyətin məhsullarıdır. Bu mədəniyyətin bünövrəsində isə, Darvin və Nietzsche kimi ideoloqların “həyat mübarizəsi” təlqinləri dayanır.
Bu xəstəliyin təməl qaynağı isə, bu insanların dinsiz olmalarıdır. Dolayısı ilə xəstəliyin həlli də, insanların Quran əxlaqını həqiqi mənada öyrənmələri, qavramalı və həyatlarında tətbiq etmələridir.
Faşizmin ortadan qaldırılması üçün, bu ideologiyanın elmi təməli hesab edilən Darvinizm çürütülərkən, bir tərəfdən də insanlara sevgi, şəfqət, mərhəmət, təvazökarlıq, ədalət kimi əxlaqı qavramların öyrədilməsi və aşılanması lazımdır. Bu qavramların qaynağı isə Qurandır. Faşizmin təməli olan əxlaq insanlara müharibəni, şiddəti, qan tökməyi, irqçiliyi təlkin edərkən, Allahın bizim üçün müəyyən etdiyi Quran əxlaqı, barış və sevgi dolu dünyanın təməllərini qoymaqdır.