Türkiyədə Soma fəlakəti, Ukraynada referendumlar, Suriyada vətəndaş müharibəsi, Nigeriyada Boko Haram dünya mətbuatında əsas xəbər başlıqlarıdır. Yəmən mətbuatının əsas xəbərləri isə yenə də terror hadisələridir.
Yaxın vaxtlarda baş verən terror hadisələrindən biri İranın Yəməndəki iqtisadi attaşesi Əli Əşqar Əsadinin yoldan keçən avtomobildən açılan atəş nəticəsində sinəsindən və çiynindən vurularaq həyatını itirməsi oldu. Yəməndə terror hadisələri səngimək bilmir, bir neçə həftə ərzində baş verənlərdən bəziləri:
Polkovnik Saleh ibn Sabit evinin önündə naməlum şəxslər tərəfindən güllələnərək öldürüldü. Beydada silahlı dəstənin hərbi patrul nəqliyyatına hücumu nəticəsində bir əsgər öldü, ikisi yaralandı.
Yəmənin müdafiə naziri general mayor Muhamməd Nasir Əhmədin də iştirak etdiyi hərbi konvoy Şəbvə bölgəsində sui-qəsdə məruz qaldı.
Sanada prezident iqamətgahının yaxınlığında təhlükəsizlik qüvvələri ilə atışma nəticəsində dörd Əl-Qaidə üzvü öldürüldü.
Yəmən təhlükəsizlik qüvvələrinin ölkənin cənubundakı Azzan qəsəbəsində “Terrorsuz Yəmən üçün birlikdə” adı altında həyata keçirdiyi əməliyyatlarda 30-dan çox Əl-Qaidə üzvü öldürüldü.
Bir tərəfdə Yəməndə, Əfqanıstanda, Pakistanda, Nigeriyada, hətta Avropa və Amerikada adını “İslam üçün mübarizə” qoyub terror aktları törədən insanlar, digər tərəfdə isə İslamın sülh və qardaşlıq dini olduğunu, insanlara mərhməti və ədaləti əmr etdiyini deyən müsəlmanlar.
Bəzi dünya liderləri, İslam alimləri, məşhur mətbuat orqanları, televiziya və radiolar öz cəmiyyətlərinə dəfələrlə İslamda zorakılığın qəti qadağan olunduğunu, əksinə, sülhün, dostluğun, qardaşlığın, ədalətin əmr olunduğunu çatdırımışlar. İslam dini ilə yaxından tanış olan və Allah`ın Quranda əmr etdiyi əsl İslamı tanıyan insanlar “İslam” və “terror” sözlərinin yanaşı işlənməsinin belə mümkün olmadığını, İlahi dinlərin əsla belə bir vəhşiliyi qəbul etmədiyini açıq şəkildə bildirirlər.
Ancaqbütün bu cəhdlərin arzulanan nəticəni vermədiyi danılmazdır. İslam adı altında terror hadisələri törədənlər hələ də müsəlmanlar arasında gizlənir və dəstəklənirlər. Yəməndəki Əl-Qaidə liderlərindən Cəlal Baidinin silahlı qəbilə üzvlərinin onlarla birlikdə orduya qarşı vuruşduğunu dilə gətirməsi buna nümunədir. Müsəlmanlar bunun səbəbini düşünməli və həll yolları üçün cəhd etməlidirlər.
İslam aləmi terror bəlasından xilas olmaq üçün birləşməli və mənəvi səfərbərlik elan etməlidir. İstər İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlar, istərsə də bütün müsəlman ölkələri Əl-Qaidə və Boko Haram kimi qruplaşmaların Qurana tamamilə zidd olduğunu, Quranda məsum bir insanın öldürülməsinin bəşəriyyətə qarşı törədilmiş cinayət kimi qəbul edildiyini, İslam dininin terroru, şiddəti, təzyiqi, zorakılığı qəti qadağan etdiyini, Quranın sülh, sevgi, anlayış, ədalət, fədakarlıq və qardaşlıq əlaqələrinə təşviq etdiyini dilə gətirməlidir. Texnologiyanın imkanlarından ən yüksək səviyyədə istifadə etməklə, kitab, jurnal və filmlər hazırlamaqla, sosial medianın hər sahəsində aktiv fəaliyyət göstərməklə, qəzetlər, televiziya proqramları və könüllü aparıcılarla İslam coğrafiyasının ən ucqar yerinə belə sülh və sevgiyə əsaslanan İslam əxlaqını çatdırmaq müsəlmanların ən böyük fərz vəzifələrindəndir.
Hərbi əməliyyatlarla, pilotsuz təyyarələrlə terror bəlasından xilas olmaq mümkün deyil. Terrora qarşı fikri və elmi mübarizə aparılmalıdır. Müsəlman ölkələrinin bütün televiziyaları, radioları, qəzetləri, bir sözlə, bütün mətbuatı bu böyük mübarizəyə qoşulmalıdırlar.
Dünyaya müsəlman adı daşımağından, şəxsiyyət vəsiqələrində müsəlman yazılmağından asılı olmayaraq terroristlərin cinayətlərini “İslam terroru” adlandırmağın çox böyük səhv olduğu çatdırılmalıdır. Eyni zamanda xristian olduğu üçün terror cinayətinin “Xristian terroru” və ya yəhudi olduğu üçün “Yəhudi terroru” adlandırılmasının yanlış olduğu açıqlanmalıdır. İlahi dinlərdə məsum insanların öldürülməsi qadağandır. Çünki din əxlaqı insanı Allah`ın ruhunu daşıyan varlıq kimi yüksək dəyərləndirir.
Günahsız insanları öldürmək (Allah`ın bağışlaması istisna olmaqla) cəhənnəm əzabı ilə nəticələnəcək günahdır. İslam əxlaqına yiyələnmiş, qəlbində Allah qorxusu olan insan heç vaxt belə vəhşiliklər törədə bilməz. Dünyadakı ən kiçik əməlin belə hesabını Allah`ın hüzurunda verəcəyini bilmək müsəlmanları Quran əxlaqına zidd əməllərdən, Allah`ın haram buyurduğu hərəkəti etməkdən, zorakılığa, terrora əl atmaqdan çəkindirər.
Belə bir vəhşiliyi törədənlər hansısa dinə mənsub olduqlarını iddia etsələr də “din” adı altında həyata keçirilən bütün cinayətlər əslində dinə qarşı yönəldilmişdir. Din sevgini, mərhəməti, sülhü əmr edir. Terror isə dinə tamamilə ziddir, amansız, qəddardır. Qan tökmək, öldürmək, əzab vermək arzusundadır. Beləliklə, terrorun səbəbini əsl dindarlıqda deyil, xurafatçılıqda və dinsizlikdə axtarmaq lazımdır. Terroristlərin adlarının və ya şəxsiyyət vəsiqlərindəki məlumatların heç bir əhəmiyyəti yoxdur. Allah`dan qorxmayan, tək məqsədiqan tökmək, əzab vermək olan cinayətkardır. Məsum insanların ölümünə səbəb olan terror hadisələri ancaq insanı maddə yığını kimi görən dinsiz, ateist əqidənin məhsulu ola bilər.
Quran əxlaqına əsaslanan İslam dinində terror tamamailə qadağandır. Əksinə, İslamda “terror” adlandırılan bütün hadisələr (yəni məsum insanlara qarşı törədilən cinayətlər) böyük günahdır və müsəlmanlar bu vəhşiliklərə son qoymaq, dünyada sülhü, rifahı və ədaləti bərqərar etməklə məsuldurlar.
Cənab Adnan Oktarın National Yemen'də yayımlanan məqaləsi: