Peyğəmbərimiz (səv) qeyb məlumatının yalnız Allaha aid olduğunu açıqlamışdır.
ucgen

Peyğəmbərimiz (səv) qeyb məlumatının yalnız Allaha aid olduğunu açıqlamışdır.

854

Quranda "qeyb" sözü insanların bilmədikləri, görmədikləri gizli olan şeyləri ifadə etmək üçün istifadə edilmişdir. Məsələn, gələcəkdə olacaq hadisələr bizim üçün qeybə aid məlumatlardır. Ancaq gələcəyə dair bütün məlumatlar hər insanın, hər ölkənin, hər binanın, hər əşyanın gələcəyi hər anı ilə Allah qatında məlumdur. Peyğəmbərimiz (səv) qeyb məlumatının yalnız Allaha aid olduğunu insanlara belə açıqlamışdır:

 

De: “Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybi ancaq Ona məxsusdur. O, necə gözəl görür, necə də yaxşı eşidir! Onların Ondan başqa heç bir himayədarı yoxdur. O, Öz mülkünə heç kəsi şərik etməz!” (Kəhf surəsi, 26)

  

De: “Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini də bilməzlər”  (Nəml surəsi, 65)

    

De: “Rəbbim haqqı endirir. O, qeybləri biləndir” (Səba surəsi, 48)

 

Peyğəmbərimiz (səv) qeyb haqqında verilən suallara bu cavabı verərdi:

"Bilmirəm. Mən bir qulam; Mövlam nəyi bildirirsə onu bilirəm. Onun bildirmədiyini bilə bilmərəm ..."

Ancaq Allahın Öz qullarından istədiyinə, qeybin xəbərlərindən verdiyi də ayədə bildirilən bir həqiqətdir. Rəbbimiz ayədə belə buyurmuşdur:

 

“O, qeybi Biləndir və Öz qeybini heç kəsə açmaz; razı qaldığı elçidən başqa. Həqiqətən O, onların önündə və arxasında gözətçilər qoyur ki, (Cin surəsi, 26-27)

 

Başqa bir ayədə isə Allahın Öz qullarından istədiyinə qeyb xəbərlərindən verməsi belə bildirilir:

 

Bunlar qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik ...”   (Ali İmran surəsi, 44)

 

Belə ki, Allah Öz qullarından istədiyi kəsə qeybin xəbərlərindən verər və bu xəbərlərin hər biri Peyğəmbərin (səv) söylədiyi şəkildə reallaşmışdır.

 

Peyğəmbərimiz (səv) insanlara Allahın ən gizli danışıqları bildiyini xatırlatmışdır

 

Bəzi insanlar bir pislik düşünəndə, ya da tərəfdarları ilə bir pislik planlaşdıranda, qeybət edəndə bunların insanlardan gizlin olduğunu zənn edirlər. Halbuki, Allah hər insanın bütün düşündüklərini, ağlından keçirdiklərini, iki şəxs arasındakı pıçıldaşmaları, göylərdə və yerdə olan hər şeyi bilir. İnsanın hər an etdiyi hər şeyə şahiddir və hər insan gizli-gizli etdiyini və yadanışdığını zənn etdiyi hər şeyin hesabını axirətdə verəcək. Bəlkə o şəxs etdiyi mənfi söhbəti unudacaq, ancaq Allah insanların unutduqları hər şeyi hesab günündə önlərinə gətirəcək.

Peyğəmbərimiz (səv) də bu mövzuya diqqət çəkərək insanları verəcəkləri hesab üçün xəbərdar etmişdir. Bu mövzudakı ayələrdən bəziləri belədir:

 

De: “Kökslərinizdə olanı gizlətsəniz də, üzə çıxarsanız da, Allah onu bilir. O, göylərdə və yerdə olanları da bilir. Allah hər şeyə qadirdir”  (Ali İmran surəsi, 29)

 

De: “Mənimlə sizin aranızda Allahın şahid olması yetər. Həqiqətən, O, qullarından Xəbərdardır, (nə etdiklərini) Görəndir”. (İsra surəsi, 96)

 

Əgər onlar üz döndərsələr, de: “(Mən bu dini ) sizə olduğu kimi təbliğ etdim. Sizə vəd olunan şeyin yaxın və ya uzaq olduğunu bilmirəm. Söz yoxdur ki, Allah açıq deyilən sözü də, sizin gizlədib saxladıqlarınızı da bilir”  (Ənbiya surəsi, 109-110)

 

De: “Siz dininizi Allahamı öyrədirsiniz? ” Halbuki, Allah göylərdə olanları da, yerdə olanları da bilir. Allah hər şeyi bilir”  (Hucurat surəsi, 16)

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr