Son dövrdə bəzi Nurçu məzhəbindən olan qardaşlarımız Bədiüzzaman Səid Nursi Həzrətlərinin hz. Mehdi (ə.s)-ın gəlişi ilə əlaqədar çox açıq bəyanlarında son dərəcə səhv şərhlər edirlər. Bu şərhlər Bədiüzzaman həzrətlərinin mehdiyyətlə bağlı açıq və dəqiq izahlarıyla açıq-aşkar ziddiyyət təşkil edir. Həm də, peyğəmbər əfəndimiz (s.ə.v)-in hədislərində xəbər verdiyi məlumatlara da uyğun deyil.
Xüsusilə, Nur tələbələrindən bəziləri Ustadın hz. İsa (ə.s) və hz. Mehdi (ə.s) ilə əlaqədar açıq-aydın izahlarını, dünyagörüşləri geniş olmadığına görə səhv qiymətləndirirlər. Halbuki, Ustad risalələrində keçən ifadələrini peyğəmbərimiz (s.ə.v)-in hədislərinə və böyük İslam alimlərinin fikirlərinə istinad edərək bildirmişdir. Açıq bir şəkildə hz. Mehdi (ə.s)-ın hicri 1400-cü ildə, yəni hal-hazırda yaşadığımız dövrdə gələcəyini izah etmişdir. Ancaq Nur tələbələri Ustadın son dərəcə aydın şəkildə etdiyi izahları sanki bir-birinin bənzəri, başa düşülməsi çətin ifadələr kimi qiymətləndirib təkrar olaraq Ustadın sözlərini şərh etməyə cəhd etmişlər. Bu çox böyük bir səhv və Ustadın şəxsinə qarşı edilmiş bir saymamazlıqdır. Ustad son dərəcə hikmətli danışan, risalələrində çox aydın və dəqiq ifadələr istifadə edərək hadisələri izah edən bir mücəddiddir. Onun şərhlərini təkrar olaraq təfsir etməyə cəhd etmək- təfsirin təfsirini, şərhin şərhini etmək kimi alınır, bu da heç düzgün bir üsul deyil.