Elmin hər bir sahəsinin canlı və cansız hər şeyi yoxdan var edən tək bir Yaradıcı olduğunu göstərməsinə baxmayaraq Allahın varlığı bəzi insanlar tərəfindən inkar edilir. Bunun ibrətamiz bir nümunəsi ötən günlərdə baş verdi.
ABŞ-ın “PLOS One” adlı elmi jurnalında bir araşdırma redaktorlar tərəfindən qəbul edilib nəşr edildikdən qısa müddət sonra “geri götürüldü”. Bunun səbəbi isə tədqiqatda, “Əlin dizayn möcüzəsi olduğu və Yaradıcının icadı olduğu” nəticəsinə gəlinmişdi.
Tədqiqat insan əlindəki ecazkar funksiyaları araşdırır və məqalədə də bu mükəmməl dizaynın “yaradıldığı” bildirilirdi. “Gündəlik həyatda əşyaları tutarkən əl koordinasiyasının biomexanik xüsusiyyətləri” adlı araşdırmanın üç yerində “Yaradıcı” və “dizayn” ifadələrinə belə yer verilmişdi:
Tədqiqatı aparan çinli elm adamları Yaradılışı ortaya qoyan bu açıqlamaları səbəbi ilə çox ciddi etirazlara məruz qaldılar. Dizayn sözünü işlətmələri darvinistlərə görə tənqid edilərkən, Yaradıcı sözünü işlətmələri isə qırmızı xətti keçdikləri kimi qiymətləndirildi. Təkamül tərəfdarları tədqiqatı ağıllarınca, “utanc verici” elmi olmayan və “çox narahat edici olaraq” dəyərləndirdilər və bunu “PLOS One” jurnalı tərəfindən edilmiş zarafat kimi qəbul etdiklərini göstərən ifadələr də işlətdilər. Jurnalın “cəzalandırılması” üçün ilk addımın məqalənin “geri götürülməsi” olduğu bildirildi. Təbii ki, bütün bu reaksiyalar qarşısında, tədqiqatın müəllifləri çinli elm adamları da dərhal geri addım atıb özlərini müdafiə edərək; Ana dillərinin İngiliscə olmadığını, “Yaradıcı sözünü” təbiət mənasında işlətdiklərini, özlərini tam ifadə edə bilmədiklərini və hətta bir tərcümə xətası olduğunu bəyan etdilər.
Nəticədə bütün bu darvinist reaksiya qarşısında “PLOS One” jurnalının redaktorları məqaləni geri götürmək məcburiyyətində qaldılar. Jurnala məxsus saytda məqalənin geri götürülmə səbəbi kimi isə məqalədə “uyğunsuz bir üslubdan” istifadə edildiyi bildirilərək belə üzr istənilirdi:
Məqalənin nəşrindən dərhal sonar məqalədə “Yaradıcı”nın işarə edildiyi bir üslubdan istifadə edilməsi, ümumi məntiq və tapıntılar haqqında oxucular reaksiya göstərmişdirlər. Redaktorlar məqalədə istifadə edilən (guya) uyğunsuz üslub və qiymətləndirmə mərhələsindəki səhvlərə görə oxucularından üzr istəyir. (vurğu bizə aiddir)
Akademik dünyada hakim olan BÜTPƏRƏST DİN
Bu təbii ki, son dərəcə düşündürücü və darvinist diktatorluğun gücünün və əhatə dairəsinin başa düşülməsi baxımından bir o qədər də dəqiq bir nümunədir.
- Elmi faktlar yaradılışı sübut edirsə bu həqiqəti qəbul etmək lazım deyilmi?
- Elm adamına düşən obyektiv baxış aspektindən nəticələri qəbul etmək və bunu olduğu kimi əks etdirmək deyilmi?
Günümüzdə elm dünyası, avtoritar, cəzalandırıcı bir diktatura təzyiqi altında olduğu üçün bu sualların cavabı “Yox” - dur. Bu diktatorluq rəhbərliyi akademik sahədə Allahın adının çəkilməsinə icazə verməz. Dünya miqyasında ibtidai, orta və ali təhsilə təbiəti tanrı olaraq qəbul edən bütpərəstlik dini hakimdir. Əgər bir alim Allahdan bəhs edərsə dərhal təklənir, qınanır və universitetdən atılır. Materialist dünyagörüşünə malik olmayan, “təsadüflərin yaradıcı gücünə” inanmayan birinə akademik dünyada həyat yoxdur.
Cəzalandırıcı darvinist diktatorluq
Müasir elm anlayışı Allahın varlığını sorğulatmayan, hətta elmi dəlillərin Allahın varlığını bizə göstərməsinə baxmayaraq, bunu qəbul etməməkdə israr edən bir mentalitetə malikdir. Allah adı, hətta Yaradıcı termini belə elm kitablarından çıxarılmış vəziyyətdədir. Bunun səbəbi elm dünyasına bu gün hakim olan darvinist ideologiya və darvinist diktatorluqdur.
Yuxarıda təsvir etdiyimiz qəribə və elmdən uzaq reaksiyanın bənzərləri indiki vaxtda tez-tez baş verir. Yaradılışı müdafiə edən elm adamları institutlardan atılır, yaradılış həqiqətini müdafiə edən kitablar qadağan olunmağa çalışılır, canlıların əcdadı olmadan bir anda ortaya çıxdığını yəni yaradıldıqlarını göstərən 600 milyona yaxın fosil ictimaiyyətdən gizlədilir, olmayan ara-keçid növlərinə dair saxta fosillər hazırlanır, Hekkelin saxta rüşeym rəsmləri kimi saxtakarlığı açıq şəkildə bilinən xəyali təcrübələr hələ də fənn kitablarında yer alır, təkamülçülərin belə saxta olduğunu etiraf etdikləri atın təkamülü seriyası hələ də muzeylərdə nümayiş etdirilir və dünyadakı bütün təhsil müəssisələrində təsadüflər təkamülə səbəb olur yalanı dövlət əli ilə tədris olunur.
Elmi deyil, tək tərəfli darvinist təhsil
Darvinist fəlsəfə insanlara tək tərəfli olaraq, əks elmi tənqidə icazə verilmədən təbliğat şəklində təlqin edilir. Dünya miqyasında universitetlərdə rəsmi olaraq yaradılış həqiqətinin oxudulması və “Allah var” deyilməsi qadağandır. Universitet professorlarının darvinizmə inanması və müdafiə etməsi şərt qoyulur. Bu Qərb ölkələrinə xas bir hal olmayıb, Səudiyyə Ərəbistanı, İran, Misir də daxil olmaqla bütün İslam ölkələrində də belədir. Məktəblərdə şagirdlər darvinizmi mühakimə edə bilməzlər. Hətta imtahan kağızında mövzu ilə əlaqədar bir suala yaradılış açıqlaması ilə cavab verə bilməzlər. Verdikləri təqdirdə cavabları səhv qəbul edilir və qiymət ala bilmirlər. Təkamül nəzəriyyəsini mühakimə edən və ya rədd edən bir universitet professoru isə vəzifəsindən atılır, akademik karyera əldə etməsinə yol verilmir.
Allah inancının aydınlatdığı dünya
Din elmə təşviq edər. Elmi tədqiqatlar Allahın yaratma sənətini dərk etməyin ən yaxşı üsuludur. Göyləri, yeri, ətrafındakı canlıları və öz bədənini araşdıran insan Allahın yaratma sənətini görür və Allahın gücünü təqdir etmə fürsəti tapır. Dinin təşviqi ilə kainatı, canlıları tədqiq edən müsəlman alimlər dünyanın ən qabaqcıl mədəniyyətlərinə rəhbərlik etmişlər. İlk olaraq IX əsrdə Bağdad fizika, tibb və astronomiyanın mərkəzi olmuş, daha sonra ərəb dilində kitablar Əndəlüs vasitəsilə qaranlıq Orta Əsr Avropasına yayılmışdır.
Elmi tədqiqat aparmaq, o dövrdə, Allahı daha yaxşı tanıyıb şüurlu bir şəkildə ucaltmaq cəhdinin təzahürü olan bir ibadət qəbul edilirdi. Bu anlayışın yayılması nəticəsində, Qərbdə də fizika, kimya, astronomiya, biologiya, paleontologiya kimi elm sahələrində, Allahın varlığına inanan və Onun yaratdıqlarını araşdırmaq məqsədilə tədqiqat aparan elm adamları ortaya çıxmışdır.
Dünya tarixində özünəməxsus yeri olan ən önəmli elm adamlarından biri olan və Allah inancı ilə tanınan Eynşteyn, insanların hədəflərini müəyyən edərkən dini həqiqətlərdən yola çıxmalı olduqlarını belə ifadə etmişdir:
İnsanın həqiqi hədəfini din müəyyən edər. Ancaq hansı vasitələrə əl atılmalı olduğu nöqtəsində elmin də deməyə sözü var. Elm, həqiqəti qüsursuz öyrənmək istəyənlər tərəfindən formalaşdırılıb müəyyən çərçivələrə salınaraq qurulur. Amma, əslində bunun mənbəyində də böyük ölçüdə yenə din vardır. Mən dərin bir imana sahib olmayan hər hansı bir elm adamı təsəvvür edə bilmirəm.
(Albert Einstein, Science, Philosophy, And Religion: A Symposium,- 1941, ch1)
Ancaq, XIX əsrin ortalarından bu yana, elm dünyası bu ilahi təməldən uzaqlaşdırılmış və materialist fəlsəfənin təsiri altına düşmüşdür.
Qərb mədəniyyətinin tarixi keçmişə malik universitetlərinə baxanda da bu mənfi dəyişikliyə şahid olarıq. Məsələn, darvinizmin diqqətlə himayə edildiyi İngiltərədə təhsil Allahın yaratma sənətini anlamaq və öyrənmək məqsədi ilə başlamışdır. Oksford Universiteti bunun əyani nümunəsidir.
Elm Allah inancı ilə başlayar
Əsas qurucuları arasında baş rahib Uilyam Durham, Roçester yepiskopu Volter de Merton olmuş və ilk müəllim tarixçi keşiş Valeli Qeralddır. Hazırda universitet nəzdindəki kolleclərin çoxu hz. İsanın adı, ya da xristian müqəddəslərin adları ilə çəkilir. Universitetin emblemində İncilin Məzmurlar 27-ci ayəsi yazılıdır: “Rəbbim Nurumdur” (Dominus illuminatio mea). 1866-ci ilə qədər, Oksfordda məzun olmaq üçün Allah inancı və kilsəyə mənsub olmaq şərti vardı. Tələbələr arasında dini keçmişə sahib olmaq axtarılan bir xüsusiyyət idi. Tələbələr zəruri olaraq gündəlik ibadətlərdə iştirak edirdilər. Dini elementlərə verilən bu dəyər və prioritetlər XX əsrdə Kral Məşvərət Məclisinin aldığı bir qərarla aradan qaldırılmışdır.
Nəticə: Elm tərəfsiz olmalıdır
Aparılan bir hesablamanın, tədqiqatın, ya da bir təcrübənin nəticəsi bəzən əvvəlcədən təxmin edilə bilər, amma proqnozlardan və ya arzu ediləndən başqa bir nəticə də təbii ki, çıxa bilər. Belə bir vəziyyət təcrübə aparan elm insanının daha əvvəl doğru zənn etdiyi şeylərin səhv olduğunu ortaya qoya bilər. Həqiqi bir elm adamı əvvələ aid səhvlərini və xətalarını qəbul edər və doğru nəticələrə görə fikrini dəyişər. Bunun əksinə tədqiqat nəticələrindən fərqli göstəricilər təqdim edilirsə, burada aparılan elm olmaqdan çıxar, yalan olar.
Elmin hər sahəsi Allahın kainatı, “Ol” deməsi ilə mükəmməl və bənzərsiz şəkildə yaratdığını ortaya qoyur. Elmin işığı ilə aydınlanan XXI əsrdə saxtakarlıqlar, elmdən uzaq inadlar və orta əsr xurafatları ilə dik tutulmağa çalışılan darvinist ideologiyaya indiki vaxtda artıq yer yoxdur, yaradılışı sübut edən məqalələrin gizlənməsi, fosillərin muzeylərdə saxlanması və ya elmi həqiqətlərin təhrif ediləsi də bu həqiqəti dəyişdirməyəcək.