Türkiyədə darvinist jurnallar nəşrlərini bir-bir dayandırırlar. Böyük bir səs-küy ilə nəşrə başlayan həmin jurnallar indi səssiz sədasız geri çəkilirlər. Bu vəziyyət dünyada da eyni şəkildə yaşanır. Darvinist diktatura tərəfindən bütün maliyyə mənbələri tərəfindən dəstəklənsə də, hər cür maddi infrastrukturlarla təmin edilsə də nəşrə davam edə bilmirlər. Çünki problem maddiyyat deyil, problem artıq güc və inanclarının qalmamasıdır.
Darvinizmin əsassızlığını sübut edən elmi dəlillər darvinizmi təbliğ edənlərin bütün əməllərini bir anda alt-üst etdi. Əvvəl bütün dünyaya Yaradılış Atlası ilə fosillər təqdim edildi. Bunlar yaradılışın gerçək, təkamülün isə saxtakarlıq olduğunu sübut edən 300 milyondan çox fosilin yalnız bir qismi idi. Ancaq bu qədər miqdar belə bütün dünyanın təşvişə düşməsinə, darvinizmin qalası olan ölkələrin təlaşlanmasına və təkamülün ayaq altına alınmasına kifayət etdi. Bu dəlillərin ardından həyatın başlanğıcı mövzusunda mühüm bir həqiqət insanlara xəbər verildi. Bütün dünyada insanlar bu həqiqəti öyrəndilər:
BİR ZÜLAL MOLEKULU BAŞQA ZÜLAL MOLEKULLARI OLMADAN MEYDANA GƏLƏ BİLMƏZ.
Bu həqiqət bütün təkamülçü fərziyyələrə bir anda son qoydu. Darvinistləri sarsıdan bu həqiqət təkamül nəzəriyyəsinin tamamilə aradan qalxmasına səbəb oldu.
Bu iki əhəmiyyətli elmi dəlillə yanaşı, təkamülə qarşı təqdim ediləcək və əlbəttə ki, təkamül nəzəriyyəsini sarsıdacaq başqa bir çox elmi həqiqətlər də var: Məsələn, mutasiyaların əsla canlılara fayda verə bilməyəcəyini, DNT-nin möhtəşəmliyini, canlılardakı fövqəladə komplekslik, Kembri dövrü, təbii seleksiyanın əsla təkamülləşdirici bir təsirinin ola bilməyəcəyi, canlıların bir-birinə çevrilmə ssenarisinin elmi cəhətdən mümkünsüzlüyü, darvinist saxtakarlıqlar və s. mövzular da burada uzun-uzadı izah edilə bilər. Bunların hamısı eyni şəkildə təkamülə çox böyük bir zərbədir. Lakin başa düşüldüyü kimi bir zülal molekulunun mənşəyinin açıqlana bilməməsi və fosillərin yaradılışı sübut etməsi, gerçəkləri öyrənmək istəyən insanlar üçün də, darvinistlər üçün də məsələni tamamilə həll etmiş vəziyyətdədir.
Zülalların təsadüfən əmələ gələ bilməməsi həqiqətini görən darvinist jurnallara pul ayıran təşkilatlar ARTIQ PULUN ƏBƏS YERƏ GETDİYİNƏ İNANIRLAR. Çünki nə qədər jurnal çap etsələr də, nə qədər darvinist təbliğata vəsait ayırsalar da, məğlub olduqlarının fərqindədirlər.Cəmiyyətin də onları məğlub vəziyyətdə gördüklərini və yazdıqları heç bir mənbəyə inanmadıqlarını bilirlər.Təbliğat üsullarının artıq insanlara təsir etmədiyini başa düşürlər. Əvvəllər təbliğat materialları ilə insanları aldatmaq onlar üçün asan idi və darvinist jurnalların da burada böyük təsir gücünə sahib olduğuna inanırdılar.
LAKİN İNDİ JURNALLARININ HEÇ BİR DƏYƏRİNİN QALMADIĞINI ANLADILAR. BİR-BİR JURNALLARIN NƏŞRİNİ DAYANDIRMALARININ,TƏKAMÜL NƏZƏRİYYƏSİ ADINA BİR XƏBƏR BELƏ YAYIMLAMAMALARININ, YALNIZ PROVAKASİYA MƏQSƏDLİ İŞLƏR GÖRMƏLƏRİNİN YEGANƏ SƏBƏBİ DƏ BUDUR.
Darvinistlər artıq insanları aldada biləcəklərinə, saxtakarlıqlarının təsirli ola biləcəyinə və darvinizm yalanını yaya biləcəklərinə dair bütün inanclarını itiriblər.
Bütün bunlar daha yüksək sürətlə irəliləyəcək. Bütün darvinist təbliğat mənbələri bir-bir geri çəkiləcək. Darvinistlər heç vaxt keçmişdə insanları asanlıqla aldada bildikləri uğurlu dövrlərinə geri qayıda bilməyəcəklər.
Allahın izni ilə hazırda yaşadığımız dövr Mehdiyyət dövrüdür və Allahın vədi mütləq gerçəkləşəcək, yer üzünə Quran əxlaqı hakim olacaq və bütün insanlar yalan darvinist düşüncələrindən təmizlənib Allaha yönələcəklər.Rabbimiz ayələrində belə buyurur:
Allahın köməyi və qələbə gəldiyi zaman, insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə, həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir! (Nəsr surəsi, 1-3)