İnsanları maraqlandıran mövzulardan biri də qiyamət saatının nə vaxt gələcəyidir. Halbuki, Allah qiyamət saatını Özündən başqa kimsənin bilməyəcəyini bildirmiş və hz. Muhəmmədə (səv) bu mövzuda ona verilən suallara belə cavab verməsini əmr etmişdir:
“Camaat sənə o Saat barədə sual verir. De: “Onu yalnız Allah bilir!” Nə bilirsən, bəlkə də, o Saat lap yaxınlaşmışdır” (Əhzab surəsi 63)
De: “Mən sizə vəd olunmuş (əzabın) yaxın olduğunu və yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin etmiş olduğunu bilmirəm” (Cin surəsi, 25)
Əgər onlar üz döndərsələr, de: “(Mən bu dini ) sizə olduğu kimi təbliğ etdim. Sizə vəd olunan şeyin yaxın və ya uzaq olduğunu bilmirəm” (Ənbiya surəsi, 109)