2017-ci ilin yanvar ayında Yaxın Şərq Sülh Konfransı təşkil edildi. Konfransdan sonra yayımlanan birgə bəyanatda İsrail-Fələstin probleminin "ədalətli", "daimi" və "hərtərəfli" həlli mövzusunda razılıq əldə olunduğu açıqlandı.
Bəyanat mətnində iki dövlət tərəfindən aparılacaq müzakirələrin daimi sülh şəraitini təmin edə bilməyin yeganə yolu olduğu bildirilmişdir. Bundan başqa, bəyanatın maddələrinin arasında “iki tərəfin qanuni tələblərinin təmin edilməli olduğu” da qeyd edilmişdir.1
İsrail və Fələstin arasında sülh prosesinə təsir edən bir çox məsələlər var. Əlbəttə ki, bunlar gündəmə gətirilməli və həll yolları axtarılmalıdır. Bu məsələlərdən biri olan “musəvilərin müqəddəs torpaqlarda yaşamaq hüququ” Qüdsün statusu, su problemi, musəvilərin məskunlaşması, fələstinli qaçqınların vəziyyəti, Fələstin dövlətinin qurulması və səlahiyyətləri kimi mövzular qədər əhəmiyyətlidir.
Musəvilər müqəddəs torpaqlarda yaşamaq hüququna sahibdirlər. Bu hüquq onlara Uca Rəbbimiz tərəfindən verilmişdir və yalnız Tövratda deyil, Quranda da bu həqiqət açıq şəkildə bildirilmişdir. Müqəddəs torpaqlar yalnız müsəlmanların və xristianların deyil, hər üç din mənsublarının müqəddəs məkanıdır.
Qüdsün üç səmavi din baxımından daşıdığı əhəmiyyət hər kəsə məlumudur. Qüds kimi Məscidül-Əqsa (Haram əl Şərif) da musəvilər, xristianlar və müsəlmanlar üçün müqəddəs bir məkandır. Peyğəmbərlər burada minlərlə il dinləri təbliğ etmişlər. Hz. Musa (əs) bu torpaqlarda ibadət etmiş, hz. İsa (əs) dinini bu torpaqlarda yaymış, İslam dini də bu bölgədən dünyaya yayılmışdır. Qüds bu üç dinin ortaq mirasıdır, peyğəmbərlərin yurdudur. Bu səbəbdən bu problemin tam həll edilməsi üçün hər iki tərəfin də müqəddəs torpaqlarda yaşamaq hüququ tanınmalıdır.
Quranda peyğəmbərlər arasında ayrı-seçkilik etməmək əmr edilmişdir. Allah bizlərə bütün Haqq Kitabları və haqq dinləri sevməyi, qorumağı, kitab-əhlinə (xristianlar və musəvilər) şəfqətlə yanaşmağı buyurmuşdur. Quran musəviləri düşmən elan etməyi deyil, onlarla dost olub ittifaq etməyi və "Allah Birdir" deyənlərlə qardaş olmağı əmr edir.
İsrail və Fələstin arasında baş verən münaqişələrin böyük bir qismi də Quranın bu hökmlərinin tam tətbiq edilməməsindən qaynaqlanır. Musəvilər Qurana əsasən, müqəddəs torpaqlarda eynilə müsəlmanlar və ya xristianlar kimi olmalı və o torpaqlarda ibadətlərini yerinə yetirməlidirlər. Qurana uyğun olan bu müqəddəs məkanlarda müsəlmanların və musəvilərin dostluq və sülh içində yaşamalarıdır. Allah musəvilərin müqəddəs torpaqlarda yaşayacaqlarını Quranda belə bildirmişdir:
“Bundan sonra İsrail oğullarına: 'Bu yerdə yaşayın! Axirət vədi gəlib yetişdiyi zaman sizin hamınızı (məhşərə) gətirəcəyik'– dedik”. (İsra surəsi, 104)
O zaman Musa öz qövmünə demişdi: 'Ey qövmüm! Allahın sizə olan nemətini xatırlayın. O, sizin aranızdan peyğəmbərlər göndərdi, sizi hökmdarlar təyin etdi və aləmlərdən heç kəsə vermədiyini sizə verdi. Ey qövmüm! Allahın sizin üçün müəyyən etdiyi müqəddəs torpağa daxil olun və arxa çevirməyin ki, ziyana uğrayaraq dönməyəsiniz.” (Maidə surəsi, 20-21)
“O zaman Biz dedik: 'Bu kəndə daxil olun və orada istədiyiniz yerlərdə, rahatlıqla yeyin için. Qapıdan səcdə edərək daxil olun və: 'Bizi bağışla!'– deyin ki, sizin günahlarınızı bağışlayaq'. Biz yaxşı işlər görənlərə (mükafatlarını) artırarıq.” (Bəqərə surəsi, 58)
Allah bu torpaqları həqiqi iman sahibləri üçün gözəl bir məkan etmiş və Quranda da, Tövratda da onlar üçün sülhü əmr etmişdir. Bu səbəbdən, bu torpaqlarda yaşayan gerçək musəvi və gerçək müsəlmanlar hər zaman sülh tərəfdarı olmalıdırlar. Belə olduqda bu torpaqlar bütün dinlər üçün sülh yurduna çevriləcəkdir.
Nə yaxşıdır, nə xoşdur Qardaş olub bir yaşamaq! (Məzmurlar, 133/1)
"…bütün torpaqlar və çayın bu tayındakı bütün padşahlar üzərində Süleyman hökmranlıq edirdi və bütün ətraf ölkələrlə sülh şəraitində yaşayırdı. " (Birinci Padşahlar, 4/24)
Müqəddəs torpaqlarda yaşanan problemlərin əsas səbəblərindən biri də sionizm termininin bir çox müsəlmanlar tərəfindən yanlış başa düşülməsidir. Sionizm müsəvilərin müqəddəs torpaqlarda qonşuları ilə birlikdə sülh içində yaşamaq hüququnu ifadə edir. Bir qisim müsəlmanlar arasında bu mövzu yanlış başa düşüldüyü və çox vaxt müxtəlif kütlələr tərəfindən yanlış izah edildiyi üçün bəzi müsəlman cəmiyyətlərdə lüzumsuz bir sionizm qorxusu yaşanır. Buna görə də hər fürsətdə bu mövzu barədə doğru olanların izah edilməsi olduqca mühümdür.
Musəvilərin müqəddəs torpaqlarda olmaları çox gözəldir və müsəlmanlar üçün sevinc vəsiləsidir. Dörd min ildən bəri hz. Musaya (əs) sadiq qalan və dinlərinə bağlı yaşayan bu insanlar Müqəddəs torpaqların bəzəyi, gözəlliyidirlər. Eynilə, xristianlar və müsəlmanlar kimi.
Müsəlmanlar və musəvilər birlikdə sülh içində yaşamalıdırlar. Bu isə birinin digərini yurdundan çıxmağa məcbur qoymaması deməkdir. Müsəlmanlar və musəvilər birlikdə sülhü yarada bilər, hz. Süleyman (əs) məscidini yenidən inşa edə bilər və bölgəni əvvəlki möhtəşəm vəziyyətinə yenidən qaytara bilərlər. Bu mümkündür və hökmən olacaq.
Müqəddəs torpaqlara sevinc və bərəkət hakim olmalıdır. Müharibələr sona çatmalı və sevgi hakim olmalıdır. Artıq bunun zamanı gəlmişdir.
Musəvi qardaşlarımız Allaha sadiq nur kimi tərtəmiz insanlardır. Bizlər isə müsəlmanlar olaraq musəvilərlə ittifaq edib o bölgədə dostluğu, sülhü bərpa edə bilərik. Qiyamətə qədər bu sülhü mühafizə etmək isə hər birimizin vəzifəsidir.
1. "İsrail-Filistin Sorunu: Fransa'da Barış Konferansı"
http://www.bbc.com/turkce/haberler-dunya-38627858
Adnan Oktarın“Jerusalem Online” və “News Rescue”da yayımlanan məqaləsi:
http://www.jerusalemonline.com/blogs/adnan-oktar/op-ed-who-has-the-right-to-live-in-the-holy-land-27542
http://newsrescue.com/right-live-land-milk-honey