Qlazqo Universitetindən professor Robert Devis, Riçard Dokinz kimi ateistlərin Skot tədris planı üzərindəki təzyiqinə qarşı tədrisçiləri xəbərdar etmişdir.
İngiltərədə fəaliyyət göstərən “The Chirstian İnstitute” adlı qurumun internet saytındakı bir xəbərə əsasən, Qlazqo Universistetindən Robert Devis adlı tədris mütəxəssisi Riçard Dokinz kimi ateistlərin Şotlandiya məktəblərində digər fikirləri aradan qaldıraraq tədris planını birtərəfli təhsilə məcbur etdiklərini bildirmiş və tədrisçilərə ciddi xəbərdarlıq etmişdir.
Professor Robert Devis Şotlandiya tədris planının sözügedən ateist lobbinin təzyiqi altında olduğunu belə ifadə etmişdir:
“Ateizmdən başqa fikirləri aradan qaldırmağa çalışır və bu fikirlərin səhv və əsassız olduğunu, təhsil sistemində heç bir yerinin olmadığını deyirlər. Bu təqdirdə, yaradılış inancının tədris planına daxil edilmə haqqı alınır. Şübhəsiz ki, Şotlandiya tədris planı təzyiq altındadır. Bu insanların tədrisçilər üzərində güclü təsiri var və buna görə, mütləq ittiham olunmalıdırlar”.
Məlum olduğu kimi, Cənab Adnan Oktar illərdən bəri dünyanın hər yerində – bütün məktəb və universitetlərdə darvinizmin rəsmi surətdə tədris edildiyini, məktəb idarə heyətinin, hətta dövlət məmurlarının buna səssiz qaldığını bildirir. Cənab Oktar istər yazdığı əsərlərdə, istərsə də yerli və xarici mediaya verdiyi müsahibələrində təkamülün dünyanın hər ölkəsində bir növ rəsmi ideologiyaya çevrildiyini dəfələrlə qeyd etmişdir. Bütün dünyada tələbələr heç bir elmi dəlillə dəstəklənmədiyinə və elmi cəhətdən tamamilə əsassız edildiyinə baxmayaraq, bütün dərsliklərdə təkamül nəzəriyyəsini oxuyurlar. Bir sözlə, bütün dünyada birtərəfli təhsil verilir, dərslərdə elmi dəlillərlə yaradılış həqiqətindən bəhs edilmir. Halbuki, təhsilin azad olması dərslərdə təkamüllə birlikdə yaradılışın da öyrədilməsini tələb edir.
Devid Kopec adlı elm adamı təkamülü inkar etdiyinə görə, NASA-dakı vəzifəsindən azad edildi
Devid Kopec adlı elm adamı kainatın üstün güc tərəfindən yaradıldığını, həyatın təkamüllə əmələ gəlməyəcək qədər mürəkkəb olduğunu söylədiyinə görə, NASA-dakı 15 illik vəzifəsindən azad edilmişdir.
Saturnu və çox sayda peykini kəşf edən qrupun rəhbəri olan Devid Kopec həmkarları ilə təkamülün əsassızlığı haqqındakı söhbətləri və bununla bağlı payladığı DVD-lərə görə ona ayrı-seçkilik edildiyini deyir.
Sietl Diskaveri İnstitutundakı Elm və Mədəniyyət Mərkəzinin köməkçi direktoru olan Con Uest: “Bu, bir prosesin tərkib hissəsidir. Darvinin fikirlərinə qarşı olan insanlara qarşı mübarizə aparılır və bunu uzun illərdən bəri görürük. Halbuki, hər kəsin inanc və söz azadlığı olmalıdır”, – deyir.
Bu vəziyyət Cənab Adnan Oktarın istər kitablarında, istərsə də söhbətlərində xüsusi diqqət çəkdiyi darvinist diktatorluğun dünya səviyyəsində təzyiqini və bu diktatura sisteminə qarşı çıxan insanların dərhal vəzifələrindən uzaqlaşdırıldıqlarını bir daha nəzərə çatdırır.
Genetik mutasiya piylənməyə səbəb olur
Elm adamları müəyyən gendə baş verən mutasiyanın piylənməyə səbəb olduğunu aşkar ediblər.
Ankara BBC-in verdiyi məlumata əsasən, Corctaun Universiteti Tibb Mərkəzində siçanlar üzərində keçirilən təcrübələr mutasiyaya məruz qalan beyinin iştaha hormonlarının dəyişikliyə reaksiya verməsini dayandırdığını, bununla beyinə “artıq yemək yeməmə” xəbərinin göndərilməsinin qarşısının alındığını göstərmişdir.
Elm adamları Beyin Mərkəzli Neytrofik Faktor (BDNF) adlandırılan genin mutasiyaya məruz qalması nəticəsində siçanların normadan 80% artıq yemək yediyini müəyyən etmişlər.
Yemək yedikdən sonra insulin və leptin kimi hormonların beyinə “artıq yemək yeməmə” xəbəri göndərdiyini bildirən elm adamları mutasiyaya məruz qalan siçanlarda hormonların göndərdiyi xəbərin beyinin doğru mərkəzinə çatdırılmaq üçün qana keçmədiyini aşkar etmişdir.
Tədqiqata rəhbərlik edən prof. Baoji Xu BDNF geni mutasiyaya məruz qaldıqda neyronların bir-birləri ilə əlaqə qura bilmədiyini, leptinlə insulin mesajlarının göndərilmədiyini, ona görə, iştahanın azalmadığını deyir.
“Nature Medicine” jurnalında dərc olunan tədqiqatın piylənmənin qarşısının alınmasında yeni cığır açacağı bildirilmişdir.
Həddindən artıq qızan kompyuterlər tarixə qarışacaq
Hörümçək ipəyi kompyuterlərin çox işləyərkən qızmasının qarşısını almaqda böyük irəliləyişə səbəb olacaq.
Elm adamları hörümçək ipəyinin dünyadakı bütün materiallarla müqayisədə temperaturu daha yaxşı keçirdiyini müəyyən ediblər.
Ayova Universiteti tərəfindən hörümçəklər üzərində aparılan tədqiqata əsasən, hörümçəyin ipəyi əvvəllər sınaqdan keçirilmiş bütün üzvi materiallarla müqayisədə temperaturu 800 dəfə çox keçirir.
Hörümçək torunun bu xüsusiyyəti temperaturu paylama xüsusiyyətinə malik maddələrdən istehsal edilmiş kompyuterlərdə ilk dəfə üzvi materialdan istifadə edilməsi fikrini ortaya çıxardı.
“Advanced Material” jurnalında dərc olunan tədqiqatın rəhbəri Xinvey Vanq hörümçək ipəyinin 416 v/m-K (vatt/metr-Kelvin) qədər temperatur payladığını ölçmüşdür. Bu ölçü misdə 401 v/m-K-dir. İnsan dərisi isə elektriki 0.6 v/m-K ölçüsündə paylayır.
Dünyada temperaturu ən yaxşı paylayan materiallardan biri olan misi ötüb keçən hörümçək ipəyi silikon alüminium və saf dəmirlə müqayisədə də üstün gəlməyi bacarıb. Vanq hörümçək ipəyinin təkcə almaz və gümüşdən geri qaldığını bildirmişdir.
Elm adamları hörümçək ipəyinin keçirici xüsusiyyətinin səbəbinin özünəməxsus molekulyar quruluşundan qaynaqlandığını bildirmişdir. Hörümçək ipəyi özünü tez bərpa edən bərk, kristal hissələrlə dinamik və elastik hissələrin birləşməsindən əmələ gəlir.
Vanq və tədqiqat qrupu hörümçək ipəyinin quruluşunu tədqiq edərək keçiricilik xassəsinin daha yaxşı müəyyən ediləcəyini düşünür. Beləliklə, bir gün elektronikadan yaz paltarlarının hazırlanmasına qədər bir çox sahədə hörümçək ipəyindən istifadə edilə bilər.