Bir az maddə götürün, qarışdırın, isidin və gözləyin. Bu, həyatın mənşəyinin müasir versiyasıdır. Cazibə, elekromaqnit, zəif və güclü nüvə qüvvələri kimi "başlıca" güclər, gerisini həll edəcək... Yaxşı, amma bu asan hekayənin nə qədəri möhkəm təməllərə dayanır və nə qədəri ümidə əsaslanan fərziyyələrə bağlıdır? Əslində ilk kimyəvi maddələrdən canlı hüceyrələrə qədər gedən mərhələlərin bütün mexanizmləri ya müzakirə mövzusudur, ya da tamamilə qaranlıq içindədir.
Təkamülçü bioloq Andrew Scott.
"Canlılar aləminin ilk olaraq necə ortaya çıxdığı" sualı təkamül nəzəriyyəsi cəhətdən elə böyük çıxılmaz vəziyyətdir ki, təkamülçülər bu mövzuya əllərindən gəldiyincə toxunmamağa çalışırlar. Mövzunu "ilk canlılar təsadüfən bəzi faktorların təsiriylə suda meydana gəldi" kimi sözlərlə ört-basdır edirlər. Çünki bu mövzuda içinə düşdükləri çıxılmaz vəziyyət, heç bir şəkildə içindən çıxılacaq vəziyyət deyil. Paleontoloji təkamül mövzularının əksinə, əllərində bu mövzuda təhriflər və tərəf tutan açıqlamalarla nəzəriyyələrinə sübut gətirə biləcəkləri qalıqlar da yoxdur. Bu səbəblə təkamül nəzəriyyəsi daha başlanğıc nöqtəsində çökür.
Bir cəhəti ağılda saxlamaqda fayda var: Təkamül müddətinin hər hansı bir mərhələsinin qeyri-mümkün olmasının ortaya çıxması, nəzəriyyənin kökdən səhv olduğunu və etibarsızlığını göstərməsi üçün kifayətdir. Məsələn: sadəcə zülalların təsadüfən meydana gəlməsinin qeyri-mümkün olduğunun sübut edilməsi, təkamülün daha sonrakı mərhələlərə aid bütün digər iddialarını da çürütmüş olur. Bu nöqtədən sonra insan və meymunu götürüb üzərlərində fərziyyələr aparmağın da heç bir mənası qalmır.
Canlılar aləminin cansız maddələrdən necə meydana gələ bildiyi, uzun müddət təkamülçülərin yaxın durmaq istəmədikləri problem idi. Ancaq davamlı olaraq gözardı edilən bu problem, gedərək qaçılması mümkün olmayan bir hala gəldi və 20-ci əsrin ikinci yarısında başlayan silsilə tədqiqatla aşılmağa çalışıldı.
İlk cavablandırılması lazım olan sual bu idi: Primitiv dünyada, ilk canlı hüceyrə necə ortaya çıxa bilərdi? Daha doğrusu, təkamülçülər bu sual qarşısında hansı cavabı verməliydilər?
Sualların cavabını təcrübələrlə tapmağa çalışdılar. Təkamülçü elm adamları və tədqiqatçılar bu sualları cavablandırmaq üçün, lakin yenə çox maraq oyandırmayan bəzi laboratoriya təcrübələri etdilər. Həyatın mənşəyi mövzusunda təkamülçülərin ən çox etibar etdikləri iş isə 1953-cü ildə Amerikalı tədqiqatçı Stanley Miller tərəfindən aparılan Miller Təcrübəsi oldu. (Təcrübə, Millerin Chicago Universitetindəki müəllimi Harold Ureyin kömək etməsi səbəbilə "Urey-Miller Təcrübəsi" olaraq da bilinir.)
Təkamül müddətinin ilk mərhələsi olaraq qarşıya qoyulan "molekulyar təkamül" tezisini guya sübut etmək üçün istifadə edilən yeganə "sübut" bu təcrübədir. Aradan haradasa yarım əsr keçməsinə və böyük texnoloji irəliləyişlər olmasına baxmayaraq, bu mövzuda heç bir yeni cəhd edilməyib. Bu gün hələ də dərs kitablarında canlıların ilk meydana gəlməsinin təkamüllə açıqlaması olaraq, Miller Təcrübəsi oxudulur. Çünki bu cür cəhdlərin özlərini dəstəkləmədiyinin, əksinə, davamlı yalanladığının fərqində olan təkamülçülər, bu cür təcrübələrə girişməkdən xüsusilə qaçırlar.
Müvəffəqiyyətsiz Cəhd: Miller Təcrübəsi
Stanley Millerin məqsədi, milyardlarla il əvvəlki cansız dünyada, zülalların elementləri olan amin turşularının "təsadüfən" meydana gələ biləcəklərini göstərən təcrübi tapıntı ortaya qoymaq idi.
Millər, təcrübəsində primitiv yer atmosferində olduğunu fərz etdiyi -daha sonralar isə olmadığı aydınlaşacaq- ammonyak, metan, hidrogen və sudan ibarət olan qaz qarışığından istifadə etdi. Bu qazlar təbii şərtlərdə bir-birlərilə reaksiyaya girə bilməyəcəklərindən xaricdən enerji ötürdü. Primitiv atmosfer mühitində ildırımlardan qaynaqlanmış ola biləcəyini düşündüyü enerjini, süni elektrik qaynağından təmin etdi.
Miller bu qaz qarışığını bir həftə ərzində 100 °C istilikdə qaynatdı, bir tərəfdən də qarışığa elektrik cərəyanı verdi. Həftənin sonunda Miller qabın dibində olan qarışıqdakı kimyəvi maddələri ölçdü və zülalların elementlərini meydana gətirən 20 növ amin turşudan üçünün sintez edildiyini müşahidə etdi. Təcrübə təkamülçülər arasında böyük sevinc yaratdı və çox böyük müvəffəqiyyət kimi göstərildi. Hətta müxtəlif nəşrlər, hadisənin sərxoşluğu içində, "Miller həyatı yaratdı" şəklində başlıqlar yazacaq qədər özlərindən getdilər. Halbuki Millerin sintez etdiyi, bəzi "cansız" molekullar idi. Bu təcrübədən aldıqları cəsarətlə təkamülçülər dərhal yeni ssenarilər çıxardılar. Amin turşulardan sonrakı mərhələlər də dərhal hazırlandı. Çəkilən ssenariyə görə amin turşular daha sonra təsadüflər nəticəsində uyğun quruluşlarla birləşmiş və zülalları meydana gətirmişdilər. Təsadüfən meydana gələn bu zülalların bəziləri də özlərini "bir şəkildə", meydana gəlmiş hüceyrə qılafına bənzər strukturların içinə yerləşdirərək hüceyrəni meydana gətirmişdilər. Hüceyrələr də zamanla yan-yana gəlib birləşərək canlı orqanizmləri meydana gətirmişdilər. Halbuki bu ssenarinin ən böyük dayağı olan Miller təcrübəsi, hər tərəfli etibarsızlığı sübut edilmiş yalandan başqa bir şey deyildi.
Miller Təcrübəsini Etibarsızlaşdıran Həqiqətlər
Millerin primitiv dünya şərtlərində amin turşularının öz-özlərinə meydana gələ biləcəklərini sübut etmək məqsədilə apardığı təcrübə bir çox cəhətdən əsassızdır. Bunları belə sıralaya bilərik:
1- Miller, təcrübəsində "soyuq tələ" (cold trap) adlı bir mexanizm istifadə edərək, amin turşularını meydana gəldikləri anda bu mühitdən təcrid etmişdi. Çünki əks halda amin turşularını meydana gətirən mühitin şərtləri, bu molekulları meydana gəldikdən dərhal sonra məhv edəcəkdi.
Halbuki primitiv dünya şərtlərində əlbəttə, bu növ şüurlu qurğular yox idi və mexanizm olmadan hər hansı növ amin turşu əldə edilsə belə, bu molekullar eyni mühitdə dərhal parçalanacaqdılar. Kimyagər Richard Blissin ifadə etdiyi kimi, "bu soyuq tələ olmasa, kimyəvi məhsullar elektrik qaynağı tərəfindən korlanmış olacaqdı". Necə ki, Miller soyuq tələ yerləşdirmədən etdiyi daha əvvəlki təcrübələrdə bir amin turşusu belə əldə edə bilməmişdi.
2- Millerin təcrübəsində canlandırmağa çalışdığı primitiv atmosfer mühiti həqiqi deyildi. 1980-ci illərdə elm adamları primitiv atmosferdə metan və ammonyak əvəzinə azot və karbon 4 oksid olduğu fikrinə gəldilər. Necə ki, uzun çəkən səssizlikdən sonra Millerin özü də istifadə etdiyi atmosfer mühitinin həqiqi olmadığını etiraf etdi. (s. Miller, Molecular Evolution of Life: Current Status of the Prebiotic Synthesis of Small Molecules, 1986, s. 7.)
Yaxşı, Miller niyə bu qazlar mövzusunda israr etmişdi? Cavab sadə idi: Ammonyak olmadan amin turşunun sintez edilməsi qeyri-mümkün idi. Kevin Mc Kean Discover jurnalında nəşr etdiyi məqalədə bu vəziyyəti belə izah edir: Miller və Urey dünyanın qədim atmosferini metan və ammonyak qarışdıraraq kopyaladılar… Halbuki, son çalışmaların nəticəsində, o zamanlar dünyanın çox isti olduğu və ərimiş nikel ilə dəmirin qarışığından meydana gəldiyi aydın olmuşdur. Beləcə, o dövrdəki kimyəvi atmosferin daha çox azot, karbon 4 oksid və su buxarından meydana gəlməsi lazımdır. Halbuki, bunlar təbii molekulların meydana gəlməsi üçün ammonyak və metan qədər uyğun deyillər. (Kevin Mc Kean, Elm və Texniki, say 189, s. 7.)
Belə ki, Amerikalı elm adamları J. P. Ferris və C. T. Chen karbon 4 oksid, hidrogen, azot və su buxarından ibarət olan qarışıqla Millerin təcrübəsini təkrarladılar və tək bir molekul amin turşu belə əldə edə bilmədilər. (J. P. Ferris, C. T. Chen, "Photochemistry of Medhane, Nitrogen, and Water Mixture As a Model for the Atmosphere of the Primitive Earth", Journal of American Chemical Society, cild 97:11, 1975, s. 2964.)
3- Millerin təcrübəsini etibarsız edən başqa bir əhəmiyyətli cəhət də, amin turşularının meydana gəldiyi iddia edilən dövrdə, atmosferdə amin turşularının hamısını parçalayacaq sıxlıqda oksigen olması idi. Millerin gözardı etdiyi bu həqiqət, yaşları 3.5 milyard il olaraq hesablanan daşlardakı oksidləşmiş dəmir və uran yığınlarıyla aydın oldu. Oksigen miqdarının bu dövrdə təkamülçülərin iddia etdiyindən çox olduğunu göstərən başqa qalıqlar da ortaya çıxdı.
Araşdırmalar o dövrdə yer səthinə təkamülçülərin təxminlərindən 10 min qat daha çox ultrabənövşəyi şüa çatdığını göstərdi. Bu sıx ultrabənövşəyi şüanın atmosferdəki su buxarı və karbon 4 oksidi parçalayaraq oksigen əmələ gətirməsi isə qaçınılmaz idi. Bu vəziyyət oksigen nəzərə alınmadan aparılan Miller təcrübəsini tamamilə etibarsız edirdi. Əgər təcrübədə oksigen istifadə edilsəydi, metan karbon 4 oksid və suya, ammonyak isə azot və suya çevriləcəkdi. Digər tərəfdən oksigenin olmadığı bir mühitdə - ozon təbəqəsi hələ olmadığından- ultrabənövşəyi şüaya məruz qalacaq amin turşularının dərhal parçalanacaqları da açıq idi. Nəticədə primitiv dünyada oksigenin olması da, olmaması da amin turşuları üçün yoxedici mühit demək idi.
4- Miller təcrübəsinin nəticəsində canlıların quruluş və funksiyalarını pozan təbii turşulardan da, çox miqdarda meydana gəlmişdi. Amin turşularının təcrid edilməyib, bu kimyəvi maddələrlə eyni mühitdə saxlanması halında isə bunlarla kimyəvi reaksiyaya girib parçalanmaları və fərqli birləşmələrə çevrilmələri qaçınılmaz idi. Bundan başqa, təcrübə nəticəsində ortaya bol miqdarda sağ-əlli amin turşusu çıxmışdı. Bu amin turşularının varlığı belə təkamülü öz məntiqi içində çürüdürdü. Çünki sağ-əlli amin turşularıcanlı quruluşunda istifadə edilməyən amin turşular idi. Nəticə olaraq, Millerin təcrübəsindəki amin turşularının meydana gəldiyi mühit canlılar üçün əlverişli deyil, əksinə ortaya çıxacaq yararlı molekulları parçalayan, yandıran turşu qarışığı xüsusiyyətində idi.
Bütün bunların göstərdiyi konkret həqiqət var: Miller təcrübəsi, canlıların primitiv dünya şərtlərində təsadüfən meydana gələ biləcəyini sübut etmir. Təcrübə, amin turşu sintez etmək üçün şüurlu və idarəli laboratoriya işidir. İstifadə edilən qazların cinsləri və qarışıq nisbətləri amin turşularının meydana gələ bilməsi üçün ən ideal ölçülərdə təyin olunmuşdur. Mühitə verilən enerji miqdarı nə az, nə çox, tamamilə istənilən reaksiyaların reallaşmasını təmin edəcək şəkildə həssaslıqla nizamlanmışdır. Təcrübə cihazı, primitiv dünya şərtlərində mövcud ola biləcək heç bir zərərli, korlayan, ya da amin turşu meydana gəlməsinə maneə törədən ünsürü saxlamayacaq şəkildə təcrid edilmişdir. Primitiv dünyada mövcud olan və reaksiyaların seyrini dəyişdirəcək heç bir element, mineral, ya da mürəkkəb, təcrübə şüşəsinə qoyulmamışdır. Oksidləşmə səbəbilə amin turşularının varlığına imkan verməyən oksigen bunlardan yalnız biridir. Qaldı ki, hazırlanan ideal laboratoriya şərtlərində belə, "soyuq tələ" (cold trap) deyilən mexanizm olmadan amin turşularının eyni mühitdə parçalanmadan varlıqlarını davam etdirə bilmələri mümkün deyil.
Əslində təkamülçülər Miller təcrübəsiylə təkamülü öz əlləriylə çürüdüblər. Çünki təcrübə, amin turşularının, ancaq bütün şərtləri xüsusi olaraq nizamlanmış bir laboratoriya mühitində, şüurlu müdaxilələrlə əldə edilə biləcəyini sübut etmişdir. Yəni canlılar aləmini ortaya çıxaran güc şüursuz təsadüflər deyil, "yaradılış"dır.
Təkamülçülərin bu açıq həqiqəti qəbul etməmələri, elmə tamamilə zidd, bəzi şəxsi mühakimələrə sahib olmalarından qaynaqlanır. Belə ki, Miller Təcrübəsini şagirdi Stanley Millerlə birlikdə təşkil edən Harold Urey bu haqda bu etirafı edir: Biz həyatın mənşəyi mövzusunu araşdırarkən bu mövzunu nə qədər çox araşdırsaq belə, həyatın haradasa təkamülləşmiş ola bilməyəcək qədər kompleks olduğu nəticəsinə çatırıq. (Ancaq) Hamımız inancımız olaraq həyatın bu planetin üzərində ölü maddədən təkamülləşdiyinə inanırıq. Lakin kompleksliyi o qədər böyükdür ki, necə təkamülləşdiyini xəyal etmək belə bizim üçün çətindir. (W. R. Bird, The Origin of Species Revisited, Nashville: Tomas Nelson Co., 1991, s. 325)
ƏN SON TƏKAMÜLÇÜ QAYNAQLAR MİLLER TƏCRÜBƏSİNİ YALANLAYIR
Türkiyədəki təkamülçü çevrələrin hələ də böyük dəlil kimi göstərdikləri Miller Təcrübəsi, bu dövrdə təkamülçü elm adamları arasında tamamilə etibarlılığını itirmiş mövzudur. 1998-ci ilin fevral ayında nəşr olunan məşhur təkamülçü elm jurnalı Earth-dəki "Həyatın Potası" başlıqlı məqalədə bu ifadələr var:
Bu gün Millerin ssenarisi şübhələrlə qarşılanır. Bunun bir səbəbi geoloqların primitiv atmosferin başlıca karbon 4 oksid və azotdan meydana gəldiyini qəbul etmələridir. Bu qazlar isə 1953-cü ildəki təcrübədə (Miller təcrübəsində) istifadə edilənlərdən daha az aktivdirlər. Qaldı ki, Millerin fərz etdiyi atmosfer olsaydı belə, amin turşular kimi sadə molekulları daha kompleks birləşmələrə, zülallar kimi polimerlərə çevirəcək lazımlı kimyəvi reaksiyalar necə meydana gələ bilərdi? Millerin özü belə problemin bu nöqtəsində əllərini irəli uzadıb, "bu problemdir " deyərək təəssüflənir, "polimerleri necə edəcəksiniz? Bu o qədər asan deyil..." ( Earth, "Life's Crucible", February 1998, p. 34)
Göründüyü kimi, Millerin özü də, bugün təcrübəsinin həyatın mənşəyini izah üçün heç bir məna ifadə etmədiyinin fərqindədir. Belə bir vəziyyətdə təkamülçü elm adamlarımızın bu təcrübəyə belə möhkəm bağlanmaları çarəsizliklərinin açıq göstəricisidir.
National Geographicin 1998-ci il mart sayındakı "Yer üzündə Həyatın Yaranması" başlıqlı məqalədə isə mövzuyla əlaqədar bu sətirlərə yer verilir: Bir çox elm adamı bu gün primitiv atmosferin Millerin qarşıya qoyduğundan fərqli olduğunu təxmin edir. Primitiv atmosferin hidrogen, metan və ammonyakdan çox, karbon 4 oksid və azotdan meydana gəldiyini düşünürlər.
Bu isə kimyaçılar üçün pis xəbərdir! Karbon 4 oksid və azotu prosesə qatdıqda əldə edilən təbii birləşmələr olduqca az miqdarda olur. Sıxlığı böyük olan üzmə hovuzuna atılan bir damla qida rəngləndiricisiylə eyni nisbətdədir... Elm adamları bu dərəcə seyrək gözlü şorbada həyatın ortaya çıxmasını xəyal etməyi belə, çətin hesab edirlər.( National Geographic, "The Rise of Life on Earth", March 1998, p. 68)
Qısacası, nə Miller Təcrübəsi, nə də başqa heç bir təkamülçü səy yer üzündə həyatın necə meydana gəldiyi sualını cavablandıra bilmir. Bütün tədqiqatlar həyatın təsadüflərlə ortaya çıxmasının qeyri-mümkün olduğunu isbat edir və beləliklə həyatın yaradılmış olduğunu göstərir.
Primitiv Dünya Mühiti və Zülallar
Daha əvvəl saydığımız bütün əsassızlıqlarına baxmayaraq, təkamülçülər amin turşularının primitiv dünya mühitində öz-özlərinə necə meydana gəlməsi sualını, Miller təcrübəsi ilə ört-basdır etməyə çalışırlar. Bu etibarsız təcrübəylə problem çoxdan həll edilibmiş kimi təəssürat verərək bugün belə, insanları yanıltmağa davam edirlər.
Canlılar aləminin mənşəyini təsadüflərlə izah etmə səyinin ikinci mərhələsində təkamülçüləri amin turşulardan daha böyük problem gözləyir: yüzlərlə fərqli amin turşusunun müəyyən bir sıra içində bir-birlərinə əlavə olunaraq meydana gətirdikləri, canlılar aləminin elementləri - "Zülallar".
Təkamülçülərin ən böyük səhvlərindən biri də yuxarıda təmsil edilən, şəkli görülən və primitiv dünya olaraq xarakterizə etdikləri mühitdə, canlılar aləminin özbaşına meydana gələ biləcəyini düşünmələridir. Miller təcrübəsi ilə bu iddialarını sübut etməyə çalışıblar. Ancaq elmi kəşflər qarşısında yenə uduzublar. Çünki 1970-ci illərdə əldə edilən nəticələr primitiv dünya olaraq xarakterizə edilən dövrdəki atmosferin, həyatın meydana gəlməsi üçün heç bir şəkildə uyğun olmadığını sübut etmişdir.
Zülalların təbii şərtlərdə təsadüfən meydana gəldiklərini iddia etmək, amin turşularının təsadüfən meydana gəldiklərini iddia etməkdən daha da ağıl və məntiqdən kənar iddiadır. Amin turşularının zülalları meydana gətirmək üçün uyğun vəziyyətdə düzülmələri, təsadüfən birləşə bilmələrinin, riyazi qeyri-mümkünlüyünü əvvəlki səhifələrdə ehtimal hesabları ilə araşdırmışdıq. Ancaq zülalın kimyəvi olaraq primitiv dünya şərtlərində meydana gəlməsi mümkün deyil.
Suda Zülal Sintez Edilməsi Mümkün Deyil
Daha əvvəl də ifadə etdiyimiz kimi kimyəvi birləşmə zamanı amin turşular zülal meydana gətirərkən aralarında "peptid əlaqəsi" deyilən xüsusi əlaqə qururlar. Bu əlaqə qurularkən bir su molekulu ortaya çıxır.
Bu vəziyyət, primitiv həyatın dənizdə ortaya çıxdığını iddia edən təkamülçü izahı tamamilə çürüdür. Çünki kimyada "Le Chatêlier Prinsipi" olaraq bilinən qaydaya görə suyun ayrılması ilə geden reaksiyanın (neytrallaşma reaksiyası) su olan mühitdə baş verməsi mümkün deyil. Sulu mühitdə bu cür reaksiyanın baş verə bilməsi kimyəvi reaksiyalar içində "baş vermə ehtimalı ən zəif olanı" olaraq xarakterizə edilir.
Buna görə də təkamülçülərin həyatın başladığı və amin turşularının meydana gəldiyi yerlər olaraq söylədikləri okeanlar, amin turşularının birləşərək zülalları meydana gətirməsi üçün qətiyyən uyğun olmayan mühitlərdir. Kimyaçı Richard E. Dickinson bunun səbəbini belə açıqlayır:
"Əgər zülal və nuklein turşu polimerləri kiçik monomerlərdən meydana gələcəksə, polimer zəncirinə hər bir monomer birləşdiyi zaman bir molekul su ayrılması vacibdir. Bu halda suyun varlığı polimer əmələ gətirməkdənsə, mühitdəki polimerleri parçalamağa təsir edir. Bu həqiqət qarşısında sulu mühitdə polimerləşmənin necə getdiyini təxmin etmək çətindir." (Richard Dickerson, "Chemical Evolution", Scientific American, Cild 239:3, 1978, s. 74.)
Bundan başqa təkamülçülərin bu həqiqət qarşısında iddia dəyişdirib, primitiv həyatın quruda meydana gəldiyini qarşıya qoymaları da qeyri-mümkündür. Çünki primitiv atmosferdə meydana gəldikləri fərz edilən amin turşularını ultrabənövşəyi şüalarından qoruyacaq yeganə mühit dənizlər və okeanlardır. Amin turşuları quruda ultrabənövşəyi şüaların təsirində parçalanarlar. Le Chatêlier prinsipi isə həyatın dənizdə meydana gəlmə iddiasını çürüdür. Bu da təkamül cəhətdən bir başqa çıxılmaz vəziyyətdir.
Bir Başqa Nəticəsiz Səy: Fox Təcrübəsi
Yuxarıda açıqladığımız çıxılmaz vəziyyətlə qarşı-qarşıya qalan təkamülçü tədqiqatçılar, bütün nəzəriyyələrini çürüdən bu "su problemi"-nə əsasən inanılmaz ssenarilər qurmağa başladılar. Bu tədqiqatçılardan ən tanınmış Sydney Fox, problemi həll etmək üçün maraqlı bir nəzəriyyə ortaya atdı: Ona görə, ilk amin turşuları primitiv okeanda meydana gəldikdən dərhal sonar, bir vulkanın yanındakı qayalıqlara süründürülmüş olmalıydılar. Sonra da tərkibində amin turşular olan su, qayalıqlardakı yüksək istilikdən buxarlanmış olmalıydı. Beləliklə, "quruyan" amin turşular zülalları meydana gətirmək üçün birləşə bilərdilər.
Lakin bu "qarışıq" çıxış yolu da çox adam tərəfindən qəbul edilmədi. Çünki amin turşular Foxun iddia etdiyi istiliyə qarşı davamlı ola bilməzdilər: Aparılan tədqiqatlar amin turşularının yüksək istilikdə dərhal məhv olduqlarını göstərirdi. Ancaq Fox qorxmadı. Laboratoriyada "çox xüsusi şərtlərdə" saflaşdırılmış amin turşularını quru mühitdə isidərək birləşdirdi. Amin turşuları birləşdirilmiş, ancaq zülallar yenə əldə edilməmişdi. Əldə etdikləri bir-birinə təsadüfi bağlanmış sadə və nizamsız amin turşu halqalarıydı və hər hansı bir canlı zülalına oxşamaqdan çox uzaq idi. Bununla yanaşı, əgər Fox amin turşularını eyni istilikdə saxlasaydı, ortaya çıxan yararsız halqalar da parçalanacaqdı. Təcrübəni mənasızlaşdıran bir başqa cəhət isə Foxun daha əvvəl Miller təcrübəsində əldə edilmiş amin turşularını deyil, canlı orqanizmlərdə istifadə edilən saf amin turşularından istifadə etməsiydi. Halbuki Miller təcrübəsinin davamı olduğunu iddia etdiyi təcrübə Millerin əldə etdiyi nəticənin davamı olmalı idi. Amma nə Fox, nə də başqa heç bir tədqiqatçı Millerin əldə etdiyi yararsız amin turşularından istifadə etmədi. ( Richard B. Bliss & Gary E. Parker, Origin of Life, Kaliforniya: 1979, s. 25. )
Foxun bu təcrübəsi təkamülçü çevrələrdə belə, müsbət qarşılanmadı. Çünki Foxun əldə etdiyi mənasız amin turşu zəncirlərinin (polipeptidlərin) təbii şərtlərdə meydana gəlməyəcəyi çox açıq idi. Bununla yanaşı, canlıların elementləri olan zülallar, hələ əldə edilməmişdi. Zülalların mənşəyi problemi, başlanğıcda olduğu kimi hələ aydınlaşmamışdı. 1970-ci illərin məşhur elm jurnalı Chemical Engineering News-da nəşr olunan məqalədə Foxun reallaşdırdığı təcrübə haqqında belə deyilirdi: Sydney Fox və digər tədqiqatçılar xüsusi isitmə texnikalarından istifadə edərək dünyanın ilk dövrlərində heç olmamış şərtlərdə amin turşularını "polipeptidlər" şəklində bir-birinə bağlamağı bacarıblar. Bunlar canlılarda olan çox nizamlı zülallara heç bənzəmirlər. Bunlar heç nəyə yaramayan nizamsız ləkələrdən başqa bir şey deyillər. Əgər həqiqətən ilk dövrələrdə bu molekullar meydana gəlmiş olsaydılar belə, bunların parçalanmamaları mümkün deyil. (S. W. Fox, K. Harada, G. Kramptiz, G. Mueller, "Chemical Origin of Cells", Chemical Engineering News, 22 İyun 1970, s. 80.)
Həqiqətən də Foxun əldə etdiyi " polipeptidlər" həqiqi zülallardan quruluş və funksiya cəhətdən tamamilə uzaq idi. Polipeptidlərlə zülallar arasında, kompleks texnoloji cihazla, emal olunmamış metal yığını arasındakı qədər fərq vardı. Bununla yanaşı, bu nizamsız amin turşu yığınlarının belə, primitiv atmosferdə həyatda qalma imkanı yox idi. Dünyanın o günkü şərtlərində yer üzünə çatan sıx ultrabənövşəyi şüaları və idarəsiz təbiət şərtlərinin doğurduğu zərərli, korlayıcı fiziki və kimyəvi faktorlar, bu polipeptidlərin də varlıqlarını davam etdirmələrinə imkan vermədən parçalanmalarına səbəb olacaqdı. Amin turşularının ultrabənövşəyi şüalarının çata bilməyəcəyi şəkildə suyun altında olmaları isə Le Chatelier prinsipinə görə mümkün deyildi. Bu məlumatlar işığında elm adamları arasında, polipeptidlərin həyatın başlanğıcını meydana gətirən molekullar olduqları fikri gedərək təsirini itirdi.
Cansız Maddə Canlı Aləmi Meydana Gətirə Bilməz
Təkamülçülərin Miller Təcrübəsi, Fox Təcrübəsi kimi səylərlə sübut etməyə çalışdıqları iddia, cansız maddənin öz-özünü düzəldib, təşkil edib kompleks canlı varlıq meydana gətirə biləcəyi şəklindəki inancdır. Bu, tamamilə elmə zidd inancdır, çünki bütün müşahidə və təcrübələr maddənin bu cür qabiliyyəti olmadığını göstərir. Məşhur İngilis astronom və riyaziyyatçı Sir Fred Hoyle maddənin öz-özünə həyatı meydana gətirə bilməyəcəyini belə bir misalla izah edir: Əgər həqiqətən maddənin içində onu həyata doğru itələyən daxili-prinsip olsaydı, bunun laboratoriyada asanlıqla göstərilməsi lazım idi. Məsələn: tədqiqatçı primitiv şorbanı təmsil edən üzmə hovuzunu təcrübə üçün istifadə edə bilərdi. Belə hovuzu istədiyiniz hər cür cansız kimyəvi maddə ilə doldurun. Ona istədiyiniz hər cür qazı nasosla vurun, ya da üzərinə istədiyiniz hər cür radiasiyanı verin. Bu təcrübəni bir il boyunca davam etdirin və (həyat üçün lazımlı olan) 2000 fermentdən neçəsinin sintez edildiyinə nəzarət edin. Mən sizə cavabı indidən verim və beləliklə bu təcrübəylə zamanınızı itirməyin:
Qətiyyən heç nə tapa bilməzsiniz, bəlkə bir neçə amin turşusu və digər sadə kimyəvi maddələr meydana gələcək, başqa heç nə yaranmayacaq.