ADNAN OKTAR-IN A9 TV-DƏKİ CANLI SÖHBƏTİ
(11 MAY 2011; 12:30)
Zumər surəsi 22. Şeytandan Allaha sığınıram. "Allah, kimin sinəsini İslama açmışdırsa, artıq o, Rəbbindən bir nur üzərinədir, (elə) deyilmi?" deyir Allah. Nə gözəl, bax tam əbcədi 1990 tarixini verir şəddəsiz, şəddəli 2022. "Allah, kimin sinəsini İslama açmışdırsa," kimə hidayət vermişdirsə "artıq o, Rəbbindən bir nur üzərinədir, (elə) deyilmi?" Risalə-i Nura da işarə vardır burada da, inşaAllah, inşaAllah. "Lakin" deyir Allah, dəccaliyyətə də işarə edir. Ayənin ikinci qismi dəccaliyyətdir. Birinci qismi mehdiyyətə, ikinci qisim dəccaliyyətə işarə edir. "Lakin Allahın zikrindən (yana) ürəkləri qatılaşmış olanların vay halına." "Məhv edəcəyəm dəccaliyyəti" deyir Allah. "Məhz onlar, açıq-aşkar bir pozğunluq içindədirlər." "Açıq-aşkar azğındırlar" deyir. Darvinist, materialist, ateist sistemi Allah işarə edir.