Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti
(20 sentyabr 2012, 23:00)
Adnan Oktar: “Biz bir ölkəni məhv etmək istədiyimiz vaxt, onun “var-dövlət və güc sahibi olan öndə gedənlərinə” əmr edərik. Beləliklə də, onlar orada fəsad törədərlər”. Yəni fitnəyə, rəzalətə, anarxiyaya, terrora şərait yaradarlar, təşviq edərlər; pullarıyla, imkanlarıyla dəstəkləyərlər. Hal-hazırda da terroru dəstəkləyənlərin bir hissəsi sərmayəçi insanlardır. Bütün sərmayəçilər deyil, lakin bir hissəsinə işarə edir Quran. "Artıq onun barəsindəki söz gerçəkləşər və onu darmadağın edərik". Allah: “Dəhşətli bir bəla göndərərik” deyir.