Tənhalıq həyatın təbii bir hissəsi deyil
ucgen

Tənhalıq həyatın təbii bir hissəsi deyil

2364

Channel 4 News TV-nin hazırladığı sənədli filmdə milyonlarla yaşlı insanın yalnızlıq səbəbindən yaşadığı sıxıntılı həyat təsirli şəkildə ekranda göstərilmişdi. Marqaret Nikles "Əgər heç tək qalmamısınızsa, tənhalığın necə bir hiss olduğunu bilmirsiz" sözləri ilə gözlərində yaş həyatını təsvir edirdi.Roy Kraçer isə "Hər dəfə evə gələndə bomboş evə qayıdırsınız, tənhalığın sizi yenidən bürüyəcəyini bilirsiniz və bütün gününüz telefonun bir dəfə də olsun çalmasını gözləməklə keçir" sözləri ilə tənhalığını dilə gətirmişdi.1

Dövrümüzdə tək yaşayan insanların sayı dünyada 300 milyona çatır. Üstəlik bu rəqəmin hər il getdikcə artdığı bildirilir. Xüsusilə inkişaf etmiş Qərb cəmiyyətlərində tək yaşayan, ya da özlərini tək hiss edən insanların sayında sürətli artım elm adamlarının diqqətini çəkən mövzulardan biridir.Amerika bir çox mövzuda olduğu kimi, bu mövzuda da öndə gəlir.Ölkədə 32 milyondan çox tək yaşayan insan mövcuddur. Ailələrin 28%-ində tək yaşayan insan var.2

Nyu-York universitetinin sosiologiya üzrə professoru Erik Klinenberq məsələyə fərqli münasibət bildirir və tənhalığın dünyanın yeni "trendi" olduğunu irəli sürür.Demək olar ki, bəzi markalar tənhalığı tendensiya halına gətirib.Yalnız yaşayanlar üçün istehsal edilən məhsullar bütün dünyada özünə yer tapır.Dünyaca məşhur markalar yalnızlara xitab edən məhsullara üstünlük verirlər.Qısası, tək yaşayanlar mühüm "iqtisadi bazar" kimi görünür.Bunun səbəbi tək yaşayan insanların əksəriyyətininaktiv həyat sürmələridir.Məsələn, evdən kənarda daha tez-tez yemək yeyirlər, konsert, teatr, kino kimi tədbirlərə, idman zallarına daha çox rəğbət edirlər.Tənhalığın qarşısını alacaq tədbirlər görmək əvəzinə, insanlar sanki tənhalığa sövq edilir.Əlbəttə ki, bu siyasət tənha yaşayanların sayının ciddi artımasına səbəb olur.

Digər təəccüblü məqam isə insanların əksəriyyətinin artıq məcburiyyətdən deyil, öz istəkləri ilə tək yaşamalarıdır.Amerikalı sosioloq Klinenberq bunu insanların tək yaşayacaq maddi imkana sahib olmaları ilə əlaqələndirir.Başqa sözlə, məşhur sosioloq iqtisadi gücləri artan insanların tək yaşamaq potensiallarının da artdığını bildirir. Gənclərin tək yaşamağa üstünlük vermələrinin səbəbi isə məşhur sosioloqa görə, şəxsiyyətlərini tapma arayışlarıdır.3

Tənha yaşayanların sayındakı artımla bağlı digər amil də texnologiyadır. İnsanların internet və sosial media sayəsində başqaları ilə daim ünsiyyət qurmaları tənha həyatı artıran başlıca səbəblər arasında görünür.

Halbuki dünyada bu qədər yalnız insan olmasının günahkarı nə texnologiya, nə nəqliyyat, nə də rabitə sahəsindəki inkişafdır. Gün keçdikcə böyüyən bu problemin yeganə səbəbi var: o da dünyanı məhv edən sevgisizlik. Yaşlı və ya gənc insanların tənhalığa məhkum olmasının və ya öz razılığı ilə tənhalığı seçməsinin arxasında bütün dünyaya hakim olan sevgisizlik durur.İnsanlar bir-birini sevmir, bir-birinə dəyər vermir, bir-birilərinin problemləri ilə maraqlanmırlar.Nəticə etibarilə yaşlılar tərk edilir, onların dünyadan təcrid olunaraq yaşamalarına göz yumulur.Ətraflarından qayğı və diqqət görməyən gənclər zərərli vərdişlərə yönəlirlər.Tənhalıqdan, sevgisizlikdən boğulan insanlar əlacı itlər, pişiklər, quşlar, balıqlarla dost olmaqda tapırlar. Axtardıqları sevgini tapa bilməyən insanlar həyat sevinclərini itirir və yalnız yaşamağa qərar verirlər.Bu siyahını daha da artıra bilərik.

Həqiqətən, sevgisizlik ən böyük ictimai bəlalardan biridir.Tənhalıq isə sevgisizliyin meydana gətirdiyi ən təhlükəli xəstəlikdir və insana ən acı verən şeydir.Belə ki, beynəlxalq hüquq cinayətkarlara ən böyük cəza kimi tək qalmağı müəyyən etmişdir.Həbsdə cinayətkarlar törətdikləri cinayətin əvəzində tənhalığa məhkum edilirlər.Həbs müddəti nə qədər çoxdursa, cəza da o qədər ağır qiymətləndirilir.Ömürlük həbs ömür boyu tənhalıq deməkdir.

Yoldan ötən insanlardan ən çox çəkindikləri şeyin nə olduğunu soruşun: bir çoxunun cavabı tənhalıq olacaq. Kimsə təkbaşına qocalmaq və qocalanda da unudulmaq istəmir.Hər insan sevilmək və qayğı görmək istəyir.Sevilmək, qorunub himayə olunmaq, vəfa və sədaqət görmək bu dünyanın ən böyük nemətidir.Qadın-kişi, yaşlı-gənc, bir sözlə, bütün insanlar sevgi həsrəti ilə yaşayırlar, onları sevən, əsla tərk etməyən insanlar istəyirlər.Sevgi və sədaqət hər bir insanın sanki qidası, can damarıdır.

Bir çox akademik insanların iddiasının əksinə, tənhalıq qətiyyən həyatın adi bir hissəsi deyil.İnsanların sevgi, dostluq, qardaşlıq içərisində birlikdə yaşamaları, bir-birilərinə dəstək vermələri həyatın mənasıdır.Sevgi, dostluq, birlik olmadan təkliyə üstünlük vermək və başqalarını da belə yaşamağa məcbur etmək insanlığayaraşan davranış deyil. İnsan yaradılışına uyğun olaraq ətrafında daim gözəllik görmək istəyən və gözəlliklərdən zövq alan varlıqdır. Qəlbindək güclü iman və Allah sevgisi Allahın təzahürlərinə qarşı dərin sevgi yaradır.Ruhu ancaq Allahın təcəllilərini görəndə rahatlıq tapır.Heyvanlar, bitkilər, ağaclar, çiçəklər, cürbəcür meyvələr, yeməklər, gözəl mənzərələr - hər biri Allahın varlığının möhtəşəm təzahürləridir.Amma Allahın ən çox təzahür etdiyi varlıq insandır.Allahın əxlaqı, sevgisi, şəfqəti ən çox insanda təcəlli edir.Beləliklə, Allah aşiqi olan insan davamlı insan sevgisi axtarır, bütün ruhu ilə sevmək və sevilmək istəyir.İnsan ruhunda belə səmimi sevgi yaşayanda tək qalmağı düşünmür, digər tərəfdən də tək insanların yalnız və bədbəxt olmasına da şərait yaratmır.Hər kəsin sevgi və qardaşlıqla bir yerdə sağlam, şən yaşamasını istəyir, insanların xoşbəxtliyi ona əvəzsiz sevinc bəxş edir.

Sevgi yaşandıqda dünyadakı bir çox problem kimi tənhalıq da aradan qalxacaq. Bütün insanlar sevgi ətrafında toplaşacaq, böyük-kiçik hər kəs sevgi və hörmət görəcək, heç kim tək yaşamağa məhkum olmayacaq və tək yaşamaq istəməyəcək. Hər günü bayram kimi sevincli və xoşbəxt yaşayacaqlar.Bu gözəl günlər üçün cəhd etmək hamımızın borcudur.

 

[1] https://www.facebook.com/Channel4News/videos/10153317764816939/
[2] http://www.smithsonianmag.com/science-nature/eric-klinenberg-on-going-solo-19299815/
[3] https://toe.prx.org/2015/02/when-youre-lonely-life-is-very-long-rebroadcast/

 

Adnan Oktarın “New Straits Times”da dərc edilən məqaləsi:

http://www.nst.com.my/news/2015/12/118496/solitude-new-trend

 


PAYLAŞIN
logo
logo
logo
logo
logo