Çinin şimal-şərqində, darvinistlərin uzun zaman haqqında ara fosil təbliğatı etdikləri Tiranazours reksin (Tyrannosaurus rexin) kiçik bir oxşarı tapıldı. Raptoreks kriqstein (Raptorex kriegstein) adı verilən fosil, mətbuatda ilk olaraq, tam da
darvinistlərdən gözlənildiyi kimi, T. Reksin əcdadı olaraq bütün dünyaya tanıdıldı. Lakin fosil ilə əlaqədar detallar açıqlandıqca, bu qalığın, T. Reks haqqında edilən bütün darvinist spekulyasiyaları ortadan qaldırdığı aydın oldu. Yeni fosil, darvinistlərin öz deyimiylə, təkamül nəzəriyyəsinə zərbə endirmişdi.
Çinin şimal-şərqində, darvinistlərin uzun zaman haqqında ara fosil təbliğatı etdikləri Tiranazours reksin (Tyrannosaurus rexin) kiçik bir oxşarı tapıldı. Raptoreks kriqstein (Raptorex kriegstein) adı verilən fosil, mətbuatda ilk olaraq, tam da darvinistlərdən gözlənildiyi kimi, T. Reksin əcdadı olaraq bütün dünyaya tanıdıldı.
Lakin fosil ilə əlaqədar detallar açıqlandıqca, bu qalığın, T. Reks haqqında edilən bütün darvinist spekulyasiyaları ortadan qaldırdığı aydın oldu. Yeni fosil, darvinistlərin öz deyimi ilə, təkamül nəzəriyyəsinə zərbə endirmişdi.
125 milyon illik Raptoreks, T. Reksdən tam 60 milyon il əvvəl yaşamışdı. T. Reksdən 100 dəfə daha yüngül idi. 15 metr uzunluğunda və 4 ton ağırlığındakı T. Reks ilə müqayisə edildikdə, Raptoreks 3 metr uzunluğunda, 60 kq ağırlığında idi. Canlının kiçik ölçüdə olmasını və 60 milyon illik tarixini fürsət bilən darvinistlər bu fosilin T. Reksin əcdadı olaraq önə sürülə biləcəyini düşündülər. Lakin fosil üzərində edilən araşdırmalar, bu hiyləgər planları tamamilə alt-üst etdi.
Fosil T. Reksdən 60 milyon il daha yaşlı olmasına baxmayaraq, T. Reks ilə birə-bir eyni anatomik xüsusiyyətlərə sahib idi. Bir başqa deyişlə canlı, 60 MİLYON İL BOYUNCA HEÇ DƏYİŞMƏMİŞDİ, T. Reksin bütün kompleks xüsusiyyətlərini EYNİ ŞƏKİLDƏ üzərində daşıyırdı. Yəni canlı T. Rekslə eyni növdən olan 125 milyon il əvvəl yaşamış fərqli ölçüdəki bir canlıdan başqa bir şey deyildi.
Sözü gedən fosil üzərində çalışan Nyu Yorkdakı Amerikan Təbiət Tarixi Muzeyindən Stefan Brusatte (Stephen Brusatte) mövzu ilə əlaqədar bu şərhi etmişdir:
Tirannasour (xəyali) təkamülü ilə əlaqədar düşündüklərimizin çoxunun səhv olduğu ortaya çıxdı. 1
İndi əlimizdə T. Reksin 90-da biri, 100-də biri böyüklüyündə bir canlı var, lakin bu canlı, böyük bədənli canlının (T. Reks) adaptasiya üçün inkişaf etdirdiyini düşündüyümüz diqqətəçarpan xüsusiyyətlərin onsuz da hamsına sahibdir. 2
Darvinistlər qarşılaşdıqları bu xüsusiyyətlər nəticəsində, bu yeni fosilin təkamül haqqındakı bütün düşüncələrini dəyişdirdiyini etiraf etmiş və daha açıq danışaraq bu tapıntının xəyali təkamülü tamamilə süquta düçar etdiyini elan etmək məcburiyyətində qalmışlar.
Sözü gedən darvinist nəşrlərdə, mövzu haqqındakı detallar darvinistlər tərəfindən heyrətlə ifadə edilməkdədir:
Dişlərindən geniş çənə əzələlərinə, geniş kəllə sümüyünə, kiçik qol sümükləri, uzun arxa ayaqları, ovlarını tutmaq üçün sürətli qaçmağa yarayan basıq şəkilli ayaqları: bunların hamısını, təəccüblü şəkildə, bir insan ağırlığındakı (və ya Təbaşir dövrünün sonunda T. Reksə qədər uzanan öz növünün 90-da biri qədərlik) bir canlıda görürük.
Bütün bunların tək mənası vardır: illərdir insanlara xəyali dinozavr-quş təkamülünün bir dəlili olaraq göstərilməyə çalışılan T. Reks mükəmməl bir dinozavr növüdür. Canlı, milyonlarla il əvvəl necədirsə, dinozavr növünün varlığını davam etdirdiyi Təbaşir dövrünün sonunda da tam olaraq eynidir. MİLYONLARLA İL BOYUNCA HEÇ BİR ŞƏKİLDƏ DƏYİŞMƏMİŞDİR. Tapılan yeni canlı, Raptoreks, bütün canlılar kimi dinozavrların da heç bir şəkildə TƏKAMÜL KEÇİRMƏDİYİNİN, DƏYİŞMƏDİYİNİN çox böyük bir dəlilidir.
Darvinistlər quşların xəyali təkamülünü açıqlaya bilmək üçün indiyə qədər olduqca çox, ağla xəyala gəlməyəcək hekayələr hazırlamışlar. Saniyədə 1000 dəfə qanad çırpan ağcaqanadın varlığını belə açıqlaya bilməzkən, ağcaqanad qovan xəyali bir dinozavrın qanadlanıb uçduğunu iddia etmişlər. Xəyali dino-quş təkamülünü haqlı çıxara bilmək üçün fərqli canlı qalıqlarını bir araya gətirərək yeni bir saxta canlı əmələ gətirmiş, hətta bəzən dinozavr qalıqlarına tük əlavə edərək saxtakarlıq etmişlər. Bəzi darvinistlər, daha da irəli gedərək bütün dinozavrları aralıq forma elan etmişlər. Halbuki, bütün elmi dəlillərin və fosil tapıntılarının gün keçdikcə daha dəqiq göstərdiyi bir gerçək vardır: Dinozavrlar, bütün digər canlılar kimi fövqəladə komplekslikdə mükəmməl canlılardır və bütün xüsusiyyətləriylə yer üzündə bir anda meydana çıxmış, yəni YARADILMIŞLAR. Dinozavrların təkamülləşdiyinə, aralıq forma olduqlarına və günün birində quşlara çevrildiklərinə dair aciz izahatlar, böyük bir yalandır. Yeni tapıntılar qarşısında artıq darvinistlər də çarəsizliklərini etiraf etmək məcburiyyətində qalmış, canlıların milyonlarla il boyunca dəyişməmiş olduğu gerçəyi qarşısında açıqlamalarının olmadığını qəbul etmişlər.
Darvinistlər etiraf etsin və ya etməsin, tapılan bütün fosillər hər vaxt eyni nəticəni ortaya qoyur: CANLILAR MÜKƏMMƏLDİRLƏR, BİRDƏN ORTAYA ÇIXARLAR, YOXDAN VAR OLMUŞLAR. DƏYİŞMƏMİŞLƏR, TƏKAMÜLÇÜLƏRİN İDDİA ETDİKLƏRİ XƏYALİ ARALIQ MƏRHƏLƏLƏR YOXDUR. ONLARI YOXDAN YARADAN YERİN, GÖYÜN VƏ BÜTÜN ALƏMLƏRİN RƏBBİ OLAN UCA RƏBBİMİZ ALLAHDIR.
Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)