Ahmet Akgündüz:
“Şükür Allah`a, Osmanlı dövrünə məxsus Bitlisin də daxil olduğu Mosul vilayətinin 123 şəxsiyyət vəsiqəsi hazırda mənim arxivimdədir. Bədiüzzaman həzrətlərinin 32 nəsildən bəri Rəsulullaha qədər uzanan və ata tərəfdən hz. Həsənin nəvəsi, Əbdülqadir Gilaninin oğlu Əbdüləzizin nəvəsi, ana tərəfdən isə Hüseyni, yəni seyid olduğu məlumdur. Mosuldakı qeyd dəftərində adının Məhəmməd Səid olduğunu da görürük” (4 fevral, 2012, http://www.harunyahya.org/tr/eserler/116702/Əhməd-Akgunduz-Hoca-Bediuzzaman-Hazretlerinin-Seyyid-Oldugunu-Iddia-Ediyor-)
Ahmet Akgündüz Xütbəyi Şamiyə əsasında keçirilən İslam Birliyi və Qlobal Barış konfransındakı çıxışında Bədiüzzaman Səid Nursi həzrətlərinin seyid olduğunu və bu barədə ƏLİNDƏ DƏLİLLƏR OLDUĞUNU iddia etmişdir. Ancaq 4 fevral 2012-ci tarixli çıxışından aylar keçməsinə baxmayaraq HEÇ BİR SƏNƏD GÖSTƏRMƏMİŞDİR!
Əgər Ahmet Akgündüzün arxivində iddia etdiyi sənədlər mövcuddursa, dediklərinin sübutu olaraq vaxt itkisinə yol vermədən bu dəlilləri ictimaiyyətlə paylaşmalıdır. Ustadımızın seyidliyini sübut edən belə bir “sənədi” gün işığına çıxartmaq Ahmet Akgündüz üçün heç bir problem ola bilməz.
Bədiüzzaman həzrətləri Bitlisin əhalisi kürdlərdən ibarət olan Nurs kəndində anadan olmuşdur və kürddür. Bədiüzzaman bütün risalələrində dəfələrlə kürd olduğunu dilə gətirərək bu həqiqətin dəyişdirilməsinə heç bir zəmin buraxmamışdır. (Münazarat, səh. 84; Tarixçəyi Həyat, səh. 228; Bədiüzzaman və Tələbələrinin məhkəmə Müdafiələri, səh. 18)
Ustadımızın kürd, Səlahəddin Əyyubinin nəslinə mənsub olması bizim üçün qürur mənbəyidir, dolayısı ilə, qeyri-səmimi şəkildə bunu gizlətməyə, hətta dəyişdirməyə çalışmaq böyük səhvdir.
Əgər Bədiüzzaman kürd deyil, seyid olsaydı da hazırda bu mübarək şəxsin şəcərəsi bəllidir. Gedib nüfuz idarəsindən araşdırmaq, yəni seyid, şərif və ya hər hansı nəslə mənsub olduğunu müəyyən etmək olduqca asandır. Ahmet Akgündüzün iddia etdiyi kimi olsaydı, bu qanuni yollarla araşdırılıb sübuta yetirilər və açıq şəkildə bəyan edilərdi. Bütün bu deyilənləri ehtiyac duymamağımızın yeganə səbəbi isə Bədiüzzaman həzrətlərinin açıq-aşkar bildirdiyi kimi “seyid” olmamasıdır.
Bədiüzzaman həzrətləri peyğəmbərimizin (s.ə.v) soyuna mənsub olsaydı, əsla bunu gizlətməyə çalışmazdı, çünki seyid olmaq bir müsəlman üçün çox böyük şərəfdir. Bədiüzzaman kimi mübarək, peyğəmbər aşiqi bir şəxs də bu halda qurur hissi ilə “Bəli, seyidəm, şərifəm, ancaq Mehdi deyiləm” deyərdi. Çünki seyidliyi qəbul etmək hökmən Mehdilik iddia etməyə əsas vermir. Ancaq buna baxmayaraq, seyid olmadığını bir neçə qaynaqda çox açıq şəkildə ifadə etmişdir.
Ustadımız dəfələrlə “seyid olmadığını” vurğulamışdır:
Mən seyid olduğumu düşünmürəm. Bu dövrdə nəsillər bilinmir. Halbuki, Axırzamanın o böyük şəxsi (yəni hz. Mehdi (ə.s)) Əhli Beytdən, peyğəmbərimizin (s.ə.v) nəslindən olacaqdır. (Emirdağ Lahikası, səh. 247-250)
....Mehdilik isnadını heç vaxt qəbul etmədiyimə bütün qardaşlar şəhadət verərlər. Hətta Dənizlidəki əhli vüqufun “Səid Mehdiliyi ortaya atdığı an bütün şagirdləri qəbul etməyə hazırdır” sözləri qarşısında Səid Nursi etiraznaməsində: “Mən seyid deyiləm, Mehdi seyid olacaqdır” deyə onları rədd etmişdir... (Şualar, on dördüncü şüa, səh.52)
Ustadımız hədisə uyğun olaraq “seyid bir şəxsin seyidliyini inkar etməsinin” haram olduğunu bildirmişdir:
Seyid olmadığı halda seyidəm deyən və ya seyidliyini danan şəxslər, ikisi də günahkar və duhul və huruc (üsyan) haram sayıldığı kimi... hədis və Quranda da belə, dəyişdirmə və ya nöqsan etmək memnudur (qadağandır). (Muhakəmat, s. 52)
Bədiüzzaman Risalə-i Nur Külliyyatında peyğəmbərimizin (s.ə.v.) “seyid bir şəxsin “mən seyid deyiləm” deməsinin haram olması ilə bağlı” hədisini də əlavə etmiş və beləliklə “seyid olmadığını” dediyi zaman qətiyyətlə həqiqəti söylədiyini vurğulamışdır.
Nəticə etibarı ilə, “Bədiüzzaman seyiddir, ancaq bunu gizlədirdi” iddiasını ortaya atan insanlar, eyni zamanda Bədiüzzamanın harama girdiyini, yəni hərami olduğunu da iddia etməkdədirlər (Bədiüzzamanı tənzih edirik).
Əsrinin mücəddidini, yüzlərlə insanın hidayətinə vəsilə olmuş böyük İslam alimini şərləyərək ittiham etmək, əlbəttə ki, yolverilməzdir. Buna görə də, Ahmet Akgündüz “Bütün sənədlər mənim arxivimdədir, ancaq ortaya çıxartmıram” deyərək Bədiüzzaman həzrətlərini ittihamlara məruz qoyduğunu da unutmamalıdır.
Ustadımız özünü yalnız “mənəvi seyid” adlandırmışdır.
Bədiüzzaman həzrətləri risalələrdə seyid olmadığını və seyidliyin gizlədilməsinin haram olduğunu açıq şəkildə ifadə etmiş, eyni zamanda özünü yalnız mənəvi seyid adlandırmışdır. Yəni seyid nəslindən gəlmədiyini, ancaq bununla belə özünü hz. Əlinin (ə.s) vələd-i mənəvisi, yəni mənəvi övladı adlandırmışdır. Hz. Əlidən (ə.s) haqq dərsi alan bir insan kimi həm özünü, həm də tələbələrini mənən seyid və şərif hesab etmişdir. Deyilənlərdən aydındır ki, peyğəmbərimiz (s.ə.v) hz. Mehdinin (ə.s) seyid olacağını bildirdikdə nəsəbən, yəni genetik olaraq onun soyundan gələcəyini nəzərdə tutmuşdur.
Əslində, mən mənəvi olaraq hz. Əlinin (ə.s) vələd-i mənəvisi hökmündə ondan həqiqət dərsi aldım və Əli Muhəmməd (ə.s.m) müəyyən mənada həqiqi Nur şagirdlərinə (tələbələrinə) şamil edildiyindən mən də Əhli Beytdən sayıla bilərəm. (Lem`alar, səh. 22)
Bədi (gözəl) mənasında olan Cəlcəlütiyə qəsidəsində imam Əlinin (ə.s) bir çox cəhətilə Risalə-i Nura sarahat dərəcəsinə yaxın işarəti içində, Bədiüzzaman ismini Risalə-i Nura verməsi səbəbi ilə mənə verilən adı Risalə-i Nura təslim etdim yazmışam. Eyni zamanda “Mən də mənəvi Əhli Beytdən sayıla bilərəm” deməkdə məqsədim bəzi müctəhidlər “Onun ailəsinə və əshabələrinə salam olsun duasına seyid olmayan, ancaq əhli təqva olanlar da daxildir” dediklərindən bu duaya mənim də bir hissəmin aid olması üçün ricakaranə bir təvildir. Yoxsa o xətakaranə məna heç ağlıma gəlməmişdir. (Şualar, 14. Şüa, səh.358)
Bədiüzzaman “mənən seyid sayılıram” dedikdə nəyi nəzərdə tutduğunu “Mən də mənəvi Əhli Beytdən sayıla bilərəm” deməkdə məqsədim bəzi müctəhidlər “Onun ailəsinə və əshabələrinə salam olsun” duasına “seyid olmayan, ancaq əhli təqva olanlar da daxildir” dediklərindən bu duaya “mənim də bir hissəmin aid olması üçün ricakaranə bir təvildir” sözləri ilə aydınlıq gətirmiş və “mənin sözlərimin mənası budur” demişdir.
Ustadımız bütün bu açıqlamaları ilə sadəcə mənəvi seyid olduğunu, ancaq Əhli Beytdən, yəni nəsəbən peyğəmbərimizin (s.ə.v) nəslindən olmadığını açıq şəkildə ifadə etmişdir. Bu barədə hər hansı zidd fikrin ortaya atılmamağı üçün də “bir seyid seyidliyini gizlətdikdə haram iş görür” sözləri ilə fikrini əsaslandırmışdır.
Dolayısı ilə, Ahmet Akgündüzün arxivində olduğunu iddia etdiyi ancaq gün işığına çıxartmadığı sənədlərə deyil, ustadımızın açıq-aşkar ifadələrinə etibar edilməlidir.
Ustadımız hz. Mehdinin (ə.s) seyid olacağını bildirmişdir.
İkincisi: Axırzamanın o böyük şəxsiyyəti Əhli Beytdən olacaqdır... (Şualar, 14. Şüa səh. 381, 382)
Bir halda ki, adəti belə cərəyan edir, Axırzamanın ən fitnəkar dövründə, əlbəttə, ən böyük müctəhid, həm ən böyük mücəddid, həm hakim, həm Mehdi, həm Mürşid, həm Qütbu əzam olaraq bir zati nurani göndərəcək və O zat da Əhli Beytdən olacaqdır. (Mektubat, səh.422)
Həm bu üç vəzaifin (keyfiyyətin) bir şəxsdə, yaxud camaatda bu dövrdə təzahür etməsi və mükəmməl olması və bir-birinə ziddiyyət təşkil etməməsi çox da uzaq, adətən qabil görünmür. Axırzamanda Əhli Beyti Nəbəvinin (ə.s.m) (peyğəmbərimizin (s.ə.v) soyunun) cəmaati nuraniyəsini (nurani camaatını) təmsil edən hz. Mehdidə və cəmaatındakı şəxsi mənəvidə ancaq içtima (cəm) edə bilər. (Kastamonu Lahikası, səh. 139)
Peyğəmbərimiz (s.ə.v) hz. Mehdinin (ə.s) seyid olacağını bildirmişdir
Qiyamətin qopmasına yalnız bir gün qalsa belə, Allah (c.c.) mənim Əhli Beytimdən bir şəxs göndərəcək. (Sünen-i Ebu Davud, 5/92)
Hz. Mehdi (ə.s) qızım Fatimənin nəslindəndir. (Sünen-i İbn Mace, 10/348)
Mənim Əhli Beytimdən bir şəxs (hz. Mehdi(ə.s)) bütün dünyaya hakim olana qədər günlər və gecələr keçməz. (En-Necmu's Sakıb, Ukayli)
Hz. Mehdi (ə.s) ilə müjdələnin. O Qureyş və Əhli Beytimdəndir. (Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 13)
Hz. Mehdi (ə.s) mənim uşaqlarımdan biridir. Üzü göy üzündə parıldayan ulduz kimidir. (Əli b. Sultan Muhamməd əl-Kari əl-Hanefi'nin "Risaletül Meşreb elverdi fi mezhebil Mehdi")