- Kommunizm nə üçün böyük təhlükə mənbəyidir?
- Nə üçün kommunizmin gizli inkişafına mane olmaq lazımdır?
- Adnan Oktarın kommunizm probleminin həlli üçün hansı təklifləri var?
Bütün dünyada olduğu kimi, ölkəmizdə də bir qrup insan başlarına gələnlərin fərqinə varmadan, kommunizm deyə bir təhlükənin olmadığını iddia edirlər. Kommunizmin XX əsrin dəhşətli ideologiyası olduğunu və bu ideologiyanın artıq süquta uğradığını düşünürlər. Bu fikrə o qədər inanırlar ki, nə başlarına gələn təhlükələrdən xəbərdardırlar, nə də buna qarşı tədbir görürlər. Əksinə, kommunizmin artıq təhlükəsiz olduğunu deyərək həm ətrafdakıları qəflətə sürükləyirlər, həm də özləri bu bataqlıqda batırlar. Belə fikirlər kommunizmin daha da güclənməsinə və geniş yayılmasına zəmin yaradır. Çünki kommunizm insanların “artıq heç bir kommunist təhlükə yoxdur” deyib qəflətə düşdükləri və bu bəlaya qarşı heç bir tədbir görmədikləri zaman daha da böyüyərək güclənir.
“Kommunizm təhlükəsi XX əsrdə bitdi” deyənlər yanılırlar. Kommunizm təhlükəsi bitməmişdir. Darvinizm yaşadıqca kommunizm də mövcudluğunu qoruyacaqdır. Çünki hər ikisi də eyni bünövrə üzərində qurulmuşdur: Dialektik materializm. Darvin bu fikri təbiətdə, Marks isə tarix və sosiologiyada tətbiq etmişdir. Yəni XX əsrdə olduğu kimi, hazırda da Marksizm varlığını qoruyub saxlamışdır və Darvinizm yaşadıqca bu ideologiya dünya siyasətindən silinməyəcəkdir.
“Darvinist diktatorluq” bütün dövlətlərə, təhsil ocaqlarına, mediaya hakim kəsilmişdir. Bu hakimiyyət kommunist düşüncə sisteminə xidmət edir və təhsil ocaqları fasiləsiz kommunistlər yetişdirməyə davam edir. Bir sözlə, kommunizm hazırda sadəcə pusquda gözləyir.
Hazırda kommunistlərin ən böyük xəyalı “Kommunizmi yenidən dirçəltmək”dir.
Məlumdur ki, kommunistlər XX əsrdə rus kommunizminin məğlubiyyətini Marksizmin təbliğatındakı səhvlərlə əlaqələndirirlər. Onların fikrincə, bu xəta bir daha təkrarlanmazsa, kommunist sistem yenidən canlana bilər. Bu fikir dünyada Marksizmə inanan bir çox təşkilat, qurum və qeyri-hökumət təşkilatları tərəfindən də dəstəklənir.
“Aktiv kommunistlər” hələ SSRİ və Şərq Blokunun dövründə bu ölkələrdəki kommunist rejimlərlə Marksist ideologiyanı bir-birindən fərqləndirmişdilər. Mövcud kommunist rejimlərə “real sosializm”, yəni cari sosializm deyir və bununla da sosialist ideologiyanın bu rejimlərə bağlı olmadığını, rejimlər süqut etsə belə, öz varlığını qoruyub saxlayacağını iddia edirdilər.
Bu gün iddialarını daha əmin şəkildə dilə gətirirlər. İddiaları belədir: Marksa görə, bütün cəmiyyətlər müəyyən mərhələlərdən keçməlidir. Əvvəlcə kapitalizmi yaşamalı, sonra sosializmi, daha sonra isə kommunizmə daxil olmalıdır. Halbuki, Rusiyada və digər XX əsr kommunist rejimlərində kənd təsərrüfatı cəmiyyətindən birbaşa sosializmə keçid baş verdi. İlkin mərhələ olan kapitalizm yaşanmadı. Dolayısı ilə, Marksistlərin fikrincə, bu rejimlərin məğlubiyyətinin səbəbi məhz budur. Bu ölkələrin kapitalizmi mənimsəməsi ilə birlikdə Marksın bəhs etdiyi “kapitalizm mərhələsi” yaşanacaq və ardınca gələn sosializm isə daha uzun ömürlü və güclü olacaqdır. Məhz buna görə də gizli şəkildə fəaliyyətlərini davam etdirən bütün kommunistlər kapitalizmin hakim kəsildiyi bu dövrü uzun müddətdir ki gözləyirlər.
Kommunistlərin “Bir addım önə, iki addım arxaya” taktikası hələ də tətbiq olunur.
Leninin “Bir addım önə, iki addım arxaya” taktikası çox məşhurdur. Bu taktikaya görə, lazım gəldikdə kommunistlər məqsədlərinə çatmaq üçün arxaya bir neçə addım ataraq məqsədlərindən əl çəkmiş kimi görünürlər. Leninin haqqında kitab yazdığı bu taktika bu gün də tətbiq edilir.
Lenin bunu belə bildirmişdir:
“Bir addım önə, iki addım arxaya... Cəmiyyətlərdə, millətlərin tarixində və partiyaların inkişafında belə şeylər mümkündür. Ancaq sosial-demokratiya qanunlarının, proletariat təşkilatın və partiya intizamının əvvəl-axır qalib gələcəyinə şübhə ilə yanaşmaq ən böyük alçaqlıq olar”. (Vladimir İliç Lenin, Bir Addım İrəli, İki Addım Geri, Çev. Yurdakul Fincancı, Sol Yayınları, Mart 1979, Dördüncü Baskı, s. 267)
Leninin bu ifadələrindən də aydın olur ki, kommunist üçün kommunizmdən əl çəkmək, hətta onun qalibiyyətinə şübhə ilə yanaşmaq alçaqlıqdır. Hazırda yalnız bir addım geriyə atılmışdır və kommunist sistemə keçmək üçün münasib vaxt gözlənilir. Bu münasib vaxt bütün dünyada kapitalizmin ən geniş yayılacağı vaxt kimi qəbul olunur. Vəhşi kapitalizm sistemi tətbiq edilən dövlətlərdə kapitalizm savaşı çıxacaq, insanlar mənəvi dəyərlərini unudaraq maddiyyata doğru qaçacaq və dindən tamamilə uzaqlaşacaqlar. Cəmiyyətlərdə dinsizliyin hakim kəsilməsi də, heç şübhəsiz, kommunizm sisteminə xidmət edəcəkdir. Kommunist cəmiyyətlərin formalaşmasının ən birinci şərti, yəni insanların dini, əxlaqi və mənəvi dəyərlərindən uzaqlaşması kapitalist rejim tərəfindən həyata keçiriləcəkdir. Bundan sonra pusquda duran kommunistlərin vəzifəsi kapitalları ələ keçirmək, burjuanı təhlükəsiz vəziyyətə salmaq, ailə və dövlət anlayışlarını məhv etmək olacaqdır. Kommunistlər imanları və əxlaqi dəyərləri olmayan, məqsədsiz cəmiyyətlərdə bu ideologiyalarını asanlıqla həyata keçirəcəklərini ümid edirlər.
Kommunizmin arzuladığı vəhşi kapitalizmin cəmiyyətlərə təsiri
Hal-hazırda dünyadakı xaos kommunistlərin bu planlarını reallaşdırmağa yardım edir. Ölkələrdə kapitalizm tətbiq edilir. Maddiyata olan hərislik insanların mənəvi və əxlaqi dəyərlərini zədələyir, din əxlaqından uzaqlaşdıraraq məqsədsiz və xaosa məhkum cəmiyyətləri formalaşdırır. Rusiyadakı kommunistlər tarixi ardıcıllığın pozulmasına görə məğlub olmuş kommunizmi yenidən dirçəltməyə çalışırlar. Buna görə də, rus xalqı mafiyaların əsirinə çevrilmiş və klassik kapitalizmin yaşanması üçün bütün şərait yaradılmışdır. Qurduqları bu sistemlə xalqı əzir və kommunizmdən başqa çarənin olmadığını qəbul etdirməyə çalışırlar.
Kapitalizm insanları öz güclü təsir dairəsinə çəkir. Ümumiyyətlə, bu cəmiyyətlərdə insanlar pul qazanmaq, xərcləmək və rahat yaşamaqdan başqa heç nə düşünmədikləri üçün pusquda olan təhlükədən tamamilə xəbərsizdirlər. Kommunistlər isə bütün hadisələrin gedişatını ətraflı şəkildə izləyirlər. İnsanların qazanc əldə etmək hərisliyindən kommunizm kimi bir təhlükəni hiss etmədiklərini və buna görə də kommunizmə məğlub olduqlarını daima dilə gətirirlər. Kommunizmin onları tamamilə öz əsarəti altına aldığının fərqinə varmalarına baxmayaraq, böyük bir kütlə mal və dünyaya olan hərisliyinə görə kordur və mübarizə aparmaqda acizdir. Məhz bu vəziyyət kommunistlərin fəaliyyətlərinə uyğun şərait yaradır.
Kommunizm gizli şəkildə fəaliyyət göstərir.
“Bir addım irəli, iki addım geriyə” strategiyasına əsaslanan kommunizm hələ də varlığını gizli şəkildə davam etdirir. Xüsusilə də, Rusiyadakı iqtidar və bürokratiya kadrlarının hamısı köhnə kommunistlərdir. Dialektik materializm təhsili alan bu insanlar öz kommunist məqsədlərindən əsla əl çəkmir, əksinə, kommunizmin kapitalist mərhələdən keçməli olduğuna inandıqları üçün baş verən kapitalist hadisələri kənardan zövqlə izləyirlər. Kommunizmə xidmət etdikləri üçün hazırda kapitalizmi tətbiq edir və dəstəkləyirlər.
Təkcə Rusiyada deyil, bütün dünyada baş verən hadisələrin kommunizm üçün zəmin yaratdığı göz önündədir. Demək olar ki, Avropanın bütün ölkələrində kommunist partiyalar hələ də varlığını qoruyub saxlamışlar. Kommunist yazıçılar, sənətçilər gizli şəkildə öz ideologiyalarını yaşamağa davam edir, kommunist düşüncələri insanların beyinlərinə yeritməyə çalışırlar. Əslində, onlar üçün heç nə dəyişməmişdir, sadəcə kommunizmin ilkin mərhələsi olan kapitalist hadisələri seyr edir, Marksın nəzəriyyəsinin reallaşmasını gözləyirlər.
Ancaq kommunistləri bəlkə də ən çox sevindirən hazırda dünyanı cənginə alan iqtisadi böhrandır. Yaxın vaxtlara qədər iqtisadi və demokratik təməlin əsla sarsılmayacağı düşünülürdüsə, bir anda bütün dünyanı bürüyən iqtisadi böhran insanların siyasi baxışları ilə yanaşı, həyata baxışlarını da tamamilə dəyişdirmişdir. Məhz bu, kommunistlər üçün əhəmiyyətli hadisədir. Xatırladaq ki, bu tarixdə də, 1929-cu ildə də yaranan Böyük Böhranın nəticəsində bütün dünyada iqtisadi böhran meydana gəlmiş, bu da Avropadakı kommunist və faşist partiyaların nüfuzlarının artmasına zəmin yaratmışdı. Böyük Böhranı “kapitalist sistemin çökməsi” kimi qiymətləndirən kommunistlər daha böyük kütlələrə təsir etmə imkanına malik olmuşdular. Xalq bu vəziyyətdən yeganə çıxış yolunun kommunizm olduğunu qəbul etmək məcburiyyətində qalmışdı.
Dünya bu təhlükə ilə yenidən qarşı-qarşıyadır. Pusquda gözləyən bütün kommunistlər, onların yaratdığı yeni kommunist qruplar və kommunist gənclər bu iqtisadi böhrandan istifadə etməyə çalışırlar. Dünyanın cari vəziyyəti kommunizm kimi böyük təhlükənin yenidən dünya siyasətində hakim mövqe qazanması üçün çox əlverişlidir. Kommunist partiyaların böyük bir qismi iqtisadi böhranı dünyanı kommunizm bataqlığına çəkmək üçün əhəmiyyətli fürsət kimi dəyərləndirirlər.
Kommunizmə qarşı geniş elmi mübarizəyə başlamaq təcilidir və labüddür.
Dünya bu kommunist terror bəlasından xilas olmaq istəyirsə, geniş miqyaslı anti-kommunist və anti-materialist elmi fəaliyyətlərə başlamalıdır. Belə fəaliyyətə ehtiyac duymayan, yaxud təsir gücünə inanmayan insanlar Darvinizmi təkcə təbiət hadisələri ilə məhdudlaşdırılmış nəzəriyyə kimi qəbul edən, burun-buruna dayandıqları təhlükənin böyüklüyündən xəbərsiz olan insanlardır. PKK terror təşkilatının yürütdüyü siyasət Stalinin, Leninin, Maonun, Pol Potun Darvinizm ideologiyası əsasında qurduqları siyasətin bir qoludur. Kommunizm tərəfdarı olan Darvinist hökumət təşkilatları və dövlət qurumları tərəfindən dəstək görən terroristlərə “silahlarınızı tərk edin” demək heç bir nəticə verməz.
Darvinizm məhv edilmədikcə, kommunist təhlükə dünyanı təhdid etməyə davam edəcəkdir. Bu bəladan xilas olmaq üçün YEGANƏ ŞƏRT VARDIR: DARVİNİZMİ FİKRƏN ÇÜRÜDÜB MƏHV ETMƏK!
Kommunizm XX əsrin tarixinə təzyiq, zülm, qan və göz yaşları ilə möhürünü vurmuşdur.
Tarixçilərin apardıqları araşdırmalara görə, təkcə XX əsrdə bu ideologiya 120 milyon insanın ölümünə səbəb olmuşdur. Bunlar cəbhədə ölən əsgərlər deyil, kommunist dövlətlərin öz vətəndaşlarıdır. 100 milyon kişi, qadın, qoca, uşaq, körpə “kommunizm” adlandırılan bu soyuq, qatı, sərt və vəhşi ideologiyanın tətbiqi nəticəsində həyatını itirmişdir. On milyonlarla insanın haqları və azadlıqları kommunist rejimlər tərəfindən əllərindən alınmış, evlərindən zorla sürgün edilmiş, aclığa məhkum edilmiş, həbs edilmiş, düşərgələrdə qula çevrilmişdilər. Milyonlarla insan da kommunist partizan və terror təşkilatlarının gülləsinə tuş gəlmiş, ya da öldürülmə qorxusu ilə yaşamışdır. Ancaq dünya bu təhlükədən xilas olmamışdır: Kommunizm pusqudadır.
120 milyon insanın həyatına son qoyan bu “qan quyusu” hələ də dünyanın hədələyən böyük təhlükədir. Bu quyu üzəri örtülmüş böyük tələdir. Kommunizm fəaliyyətlərinə gizli şəkildə davam edir. Əsil üzünü gizlədərək müxtəlif adlar altında varlığını qoruyub saxlayır və insanlara keçmişdəki kimi böyük əzablar yaşadacağı günü gözləyir.
Məhz buna görə də, kommunizm ideologiyasının əsil simasını, keçmişdə yaşatdığı böyük əzab və bəlaları bütün insanlara çatdırmaq və gizlicə böyüyən bu böyük təhlükəni ifşa etmək hər müsəlmanın əsas vəzifələrindən biridir.
Bədiüzzaman həzrətləri hz. Mehdinin (ə.s) kommunizmin təməli olan Materialist, Darvinist və Ateist fəlsəfələri fikrən məğlub edəcəyini müjdələmişdir.
“Təbiyyun, Maddiyun (darvinist, ateist, materialist) fəlsəfəsindən təvəllüd edən (yaranan) bir cərəyanı-nəmrudanə (inkar edən cərəyan) getdikcə axırzamanda fəlsəfeyi maddiyə (materialist fəlsəfəyə) vasitəsilə intişar edərək (yayılaraq) qüvvətlənib uluhiyəti (Allah`ın varlığını) inkar edəcək bir dərəcəyə çatacaq. (Əmirdağ Lahikası, səh. 259)
Bədiüzzaman Said Nursi həzrətləri ateist fəlsəfələrin Axırzamanda böyük təhlükəyə çevriləcəyini, xüsusilə Darvinist, materialist fəlsəfələrin ateizmlə vəhdət təşkil edərək çox güclənəcəyini və Allah`ın varlığını inkar edəcək qədər böyük təhlükəyə çevriləcəyini bildirmişdir. Buna görə də, hz.Mehdinin (ə.s) birinci vəzifəsinin, yəni maddəni təsdiqləyən fikri, yəni Allah`ı inkar üzərində qurulmuş materialist, Darvinist və ateist fəlsəfələrlə mübarizə aparmaq və bu fəlsəfələrin insanlar üzərindəki təsirini tamamilə məhv etmək olacağını bildirmişdir:
Birincisi: Fənn və fəlsəfənin təsəllütü ilə (təsiri ilə) və maddinin və Tabiiyyun TAUNU (materializm, darvinizm və ateizm epidemiyası), bəşər içinə intişar etməsilə (insanların içinə yayılması ilə), hər şeydən əvvəl fəlsəfəni və maddənin fikrini tam susduracaq bir tərzdə imanı qurtarmaqdır. Əhli-imanı zəlalətdən mühafizə etmək (iman gətirnələri azğınlıqdan qorumaq) ... (Emirdağ Lahikası, sf. 259)
Bədiüzzaman hz.Mehdinin (ə.s) üç böyük vəzifəsindən ən əhəmiyyətlisinin bu ifadələri ilə vurğulamışdır: "Ümmətin gözlədiyi, AXIRZAMANDA GƏLƏCƏK şəxsin üç vəzifəsindən ən mühümü, ən böyüyü və ən qiymətdarı (qiymətlisi) olan iman-i təhqiqiyi nəşr (dəlillərə əsaslanan imanı yaymaq) və əhli-imanı dəlalətdən qurtarmaq (iman gətirənləri azğınlıqdan qorumaq)" (Sikkəs-i Təsdiqi Qeybi, sf.9)
Adnan Oktar Kommunizmin yalnız fikri mübarizə ilə yox ediləcəyini bildirmişdir:
Adnan Oktar: Yobazlığa, yaxud səhv düşüncə tərzinə fikrən qalib gəlmək nə qədər əhəmiyyətlidirsə, kommunizmi də fikrən məğlub etmək o qədər əhəmiyyətlidir. Əks halda, dünyanın ən böyük dini olan kommunizmə insanlar dəstə-dəstə axışar. Cahil, alçaldılmış, kasıb insanlar, PKK-dan qorxan insanlar, ideologiyaya inanan, darvinizm-materializmi dövlət müəssisələrində öyrənib məqbul hesab edənlər axışar. Artıq biz bu hadisələrin şahidi oluruq. Kommunizm dinini, dünyanın ən böyük ideologiyasını təhlükəsiz hesab edib ona qarşı fikri mübarizə aparmağın əhəmiyyətini qəbul etməyən düşüncə məğlubiyyətə məhkumdur. Elmlə məğlub olar. Buna görə də ağıllı, dürüst və səmimi çıxış yolu ancaq elmi mübarizədən keçir. Fərz edək ki, ağlını itirən bir insan əlinə silah alıb deyir ki, "filankəsi vuracağam". Polis, əlbəttə ki, bu adamı əməlindən çəkindirmək üçün səy göstərəcəkdir: "Adama atəş açsan həbsə girərsən, o yaxşı insandır, sən də Allahdan qorxan insansan, sən də müsəlmansan, o da. Qan tökməyə nə ehtiyac var?" deyir. Uzun danışıqlardan sonra adamı razı salır. Baxın, polis burada fikirlə mübarizə aparır. Nəticədə bir həyat xilas etmiş olur. Bu da fikri fəaliyyətdir. Kommunizmə qarşı da fikri mübarizə aparılmazsa, ürəkaçan nəticə əldə edilməz. (21 iyun 2012, A9 TV müsahibə)
Kommunizm Darvinist-Materialist ideologiyanın məhsuludur
Kommunistlərin XX əsrdə törətdikləri vəhşiliklərin, insanlara yaşatdıqları zülmlərin və dəhşətlərin əsasında Darvinist və materialist ideologiya durur. Kommunistlər heç bir elmi dəlilə əsaslanmayan materialist fəlsəfəni kor-koranə qəbul edir, hər şeyin yalnız maddədən ibarət olduğuna inanır, ruhun varlığını rədd edirlər. Eyni zamanda Darvinin təkamül nəzəriyyəsini mənimsəyərək insanları "inkişaf etmiş heyvanlar" kimi xarakterizə edirlər.
Materialistlərin bu cahil və elmə zidd fəlsəfələri Quranda belə bildirilmişdir:
“Dünya həyatımızdan başqa heç bir həyat yoxdur; ölüb dirilirik (birimiz ölür, digərimiz anadan olur) və biz dirildiləcək deyilik” (Muminun surəsi, 37)
Başqa bir Quran ayəsində də (Allahı tənzih edirik) Allahı və axirəti inkar edənlərin dərin qəflət içində olduqları belə bildirilmişdir:
“Onlar dünya həyatının görünən tərəfini bilir, axirətdən isə büsbütün qafildirlər.” (Rum surəsi, 7)
Materialistlərin qavraya bilməməklərinin və dərin qəflət içində olmalarının səbəblərindən biri yaşadıqları müddətdə bu böyük həqiqətdən üz çevirmələridir. Bu həqiqəti dərk edə bilmədikləri üçün həyatın yalnız maddədən ibarət olduğunu və ölümlə bitdiyini düşünərək dünyaya böyük hərisliklə bağlanırlar.