ABŞ və Avropa dərin dövlətlərinin təxminən 100 ildir ki, Yaxın Şərqdə müstəqil Kürdüstan dövləti qurmaq planları var. Planını qurduqları bu dövlət marksist-leninist-stalinist bir proletariat diktatorluğu olacaq. Bu planın həyata keçirilməsi üçün Türkiyənin cənub-şərqini almaq plandadır. Kommunist terror təşkilatı olan PKK da sözügedən dərin dövlətlərin bu məqsədlə, yəni bölgədə Qızıl Kürdüstan qurmaq üçün istifadə etdikləri bir təşkilatdır.
Hazırlanan plan çox aşkardır: Cənub-şərqdə muxtariyyət yaradılacaq. Bu muxtariyyət Türkiyədən ayrılacaq, Şimali İraq və Şimali Suriyanı da özündə cəmləşdirən müstəqil kommunist bir dövlətə çevriləcək. Bu dövlət bütün dünya ölkələri tərəfindən sürətlə silahlandırılacaq, nəhəng hərbi gücə malik olan kommunist diktatorluğa çevriləcək.
Bəzi qüvvələr tərəfindən təkidlə təlqin edildiyi kimi, bölgədəki bu quruluş nə demokratik, nə də sülhyönümlü olacaq. Ora dərin Avropa və dərin Amerikanın Yaxın Şərqdəki bazası, hərbi mərkəzi olacaq.
Bəs dünya dərin dövlətinin müstəqil kommunist Kürdüstan planını qurmasının əsl məqsədi nədir?
MƏQSƏD: İSLAM BİRLİYİNƏ qarşı dəccali BİR MANEƏ YARATMAQDIR!
Dərin Avropa və dərin Amerika Yaxın Şərqdə quracağı Qızıl Kürdüstan ilə həm Türkiyənin gücünü zəiflətməyi, həm də İslam aləminin birləşməsinə əngəl yaratmağı planlaşdırır. Kommunist Kürdüstan Türkiyə ilə İslam aləmi arasında dəccali bir maneə olacaq.
Məqsəd kürdlərin mühafizəsi və ya xilası deyildir!
Dərin Amerika və dərin Avropa PKK-nı, kürdləri çox sevdiyi üçün, onları qorumaq üçün dəstəkləmir. Bölgədə müsəlman ölkələrə qarşı güclü bir müttəfiq yaratmaq üçün dəstəkləyir. Kürdlərin nə vəziyyətdə olduğu və ya bundan sonra nələr yaşayacağı bu qüvvələri heç maraqlandırmır da. Necə ki, əvvəlki illərdə də dəfələrlə kürdlərin adından istifadə edib və hər dəfə onları tək qoyurdular. Səddam kürdləri kütləvi qətl edərkən heç bir reaksiya vermədilər.
Avropa və Amerikanın dərinlərinin PKK sevgisinin məqsədi bəllidir: Marksist, leninist, stalinist və hərbi baxımdan çox güclü Kürdüstan müsəlmanlar üzərində güclü təzyiq yaradacaq. Bu qırmızı diktatorluq müsəlmanları kütləvi məhv etmək üçün istifadə ediləcək.
Məhz buna görə də Yaxın Şərqin qırmızı qan dənizində boğulmasına MANE OLMAQ ÜÇÜN PKK-ya qarşı MİLLİ MƏDƏNİYYƏT səfərbərliyi elan edilməlidir!
Bilmək lazımdır ki;
PKK əsla kürd qardaşlarımızın təmsilçisi deyildir. Kürdlər dindar, alicənab, gözəl əxlaqlı insanlardır. PKK isə dinsiz, Allah’sız, əxlaq və ailə anlayışlarını rədd edən despot təşkilatdır. Tərtəmiz kürd xalqı ilə terrorist PKK eyniləşdirilməməlidir.
Yerli idarəçiliyi gücləndirmə bəhanəsi ilə bölgə xalqının hər cür ehtiyacının və hüququnun PKK kimi despot və təcavüzkar bir təşkilatın öhdəsinə buraxılması əsla qəbul edilən hal deyildir.
PKK marksist, leninist, stalinist bir təşkilatdır və ideologiyasının prinsiplərinə uyğun olaraq, özündən fərqli düşünən heç bir təşkilatın və ya cəmiyyətin mövcud olmasına icazə vermir. Bölgədə başqa bir partiyanın, qeyri-hökumət təşkilatının fəaliyyət göstərməsi qeyri-mümkündür. PKK onlara şirin görünməyə çalışanlar da daxil olmaqla, fərqli düşünən heç kəsə bölgədə yaşamaq və mövcudluq hüququ tanımır, hamısını vəhşicəsinə əzir.
Türkiyə bu gerçəyi diqqət mərkəzində tutaraq başda Öcalanın sərbəst buraxılması və muxtariyyət tələbi olmaq üçün kürd qardaşlarımızı PKK-nın öhdəsinə buraxacaq bütün təkliflərə qarşı qəti münasibət göstərməlidir.
On illər boyunca iddia edilən Ərgənəkon təşkilatının zülmü altında əzilən kürdləri indi də marksist, leninist, stalinist rejimin təzyiqi altında qoymağı heç bir vicdan qəbul etməz.
Qərb dərin dövlətləri kürd xalqının dostu deyildir. Səddamın, Əsədin kürdləri vəhşicəsinə əzməsinə on illərlə səssiz qalanların son dövrlərdə kürdləri dəstəkləyirmiş kimi görünmələri aldadıcıdır. Bu qüvvələrin tək məqsədi dinsiz, Allah’sız, kitabsız PKK-nı bölgədə müstəqil kommunist Kürdüstan qurulması üçün istifadə etməkdir.
Bütün bölgə ölkələri bu oyuna qarşı diqqətli olmalıdır. Müsəlmanı müsəlmana qırdırmağı qarşısına məqsəd qoyan bu oyunun pozulması PKK-nın ideologiyasına elmi cavab verməklə, gəncləri darvinizmə, kommunizmə, materializmə qarşı maarifləndirməklə, Qurana tam sarılmaqla, İslam Birliyi və Mehdiyyətlə mümkündür. Bu əsr Allah`ın izni ilə PKK-nın tarixə qarışdığı, haqqın üstün gəldiyi əsr olacaq.
“De: “Haqq gəldi. Batil (ona qarşı) nə ortaya (bir şey) çıxarar, nə də (onu) qaytara bilər.” (Səba surəsi, 49)