Sadəcə əyriyə əyri deyil, doğruya da doğru deyə bilmək...
ucgen

Sadəcə əyriyə əyri deyil, doğruya da doğru deyə bilmək...

850

Bir ölkəni daha firavan, daha güclü hala gətirməyin yollarından biri nədir? Qərarlı, vəzifəsini layiqincə yerinə yetirən, şüurlu və güclü bir müxalifət...

Bir çox insan bunu ilk anda qəbul etməyə bilər, hətta iqtidar baxımından müxalifəti faydalı görməyənlər belə ola bilər, lakin bu bir aldanışdır. Müxalifətin doğru tanıdılması və dünya səviyyəsində müxalifətsiz ölkələrin vəziyyətinə nəzər yetirilməsi güclü müxalifətin faydalarının anlaşılmasına kömək olacaq.

Hər kəs bilir ki, hədəfə doğru addımlayarkən nə qədər çox insandan  kömək alsaq, o qədər sürətlə irəliləyərik. Əsasən də, bu ortaq bir hədəfdirsə və insanlar eyni şəkildə motivasiya olunubsa müvəffəqiyyətə çatma sürəti da artar. Bu, eyni səviyyədəki ölkə mənfəətləri üçün də etibarlıdır. Şübhəsiz, bir ölkədəki hər növ potensialın ortaq ağıl, düşüncə və fəaliyyət birliyi içində olması və müəyyən müddət ərzində doğru istiqamətləndirilməsi müvəffəqiyyətə asan nail olmağı təmin edəcək.

Məhz bu cəhətdən baxdıqda müxalifət də hədəfə çatmaq uğrunda təsirli güc olaraq görülə bilər. Xüsusilə, ölkəmizdə bəzi insanların müxalif olmağı "qarşı tərəfə hər cəhətdən qarşı çıxmaq" kimi qəbul etməsi olduqca səhvdir. Belə məqamda cəmiyyətin fərqli təbəqələrinin bir-biri ilə fikir mübadiləsi yaşamasının, yəni müzakirə mədəniyyətinin əhəmiyyəti ortaya çıxır.

Müzakirə mədəniyyəti aşağı olan cəmiyyətlərdə müxalifət anlayışı yaxşı, pis ayırd etmədən tərəfdaş olmayanların hər şeyinə qarşı çıxmaq kimi anlaşılır. Təsirsiz, reallıqdan uzaq, nəticəsiz fərziyyələrlə qarşı tərəfi gücsüz qoymağa çalışmaq yerinə, güclü arqumentlərlə, dəqiq dəlillər təqdim edərək səhvlərin aşkar edilməsi, alternativ üsullarla problemlərin həll edilə bilməsi güclü müxalifətin dəlillərindəndir. Bütün bunlar nəzarət mexanizmini yaradacaq və doğru yol istiqamətində hərəkətverici güc olacaq.

Müxalifətin gücləndirilməsi bir ölkənin ölkə daxilində olduğu kimi ölkə xaricində də prestij qazanması yolunda faktordur. Müxalifətin varlığı o ölkədə demokratiyanın düzgün yaşandığının göstəricilərindəndir.

Müxalifət görünməyəni görməyi, işlərin yolunda getməsini təmin edir, nəticəyə çatmağı tezləşdirir. Təşviq edici və hərəkətverici gücdür. Xüsusilə, iqtisadi böhran və ya siyasi qeyri-sabitlik dövrlərində doğru olan istər daxili, istərsə də xarici güclərə qarşı millət olaraq hökumətin əlini gücləndirməkdir. Necə ki, dünyada son 60 ilin ən böyük iqtisadi böhranı yaşanarkən, Türkiyədə - yaşanmış hər cür mənfi hadisələrə baxmayaraq - siyasi sabitliyin qorunmuş olmasının böhrandan minimum dərəcədə təsirlənməmizdə böyük rolu var.

"Müxalifət nə qədər güclüdürsə həmin ölkə o qədər sabit və möhkəm olar" demişdik, müxalifət olmayan  iqtidar isə olduqca qorxunc və narahat edici vəziyyət yaradır ki, bunun nümunələrini də dünya səviyyəsində görürük. Məsələn, Şimali Koreyada müxaliflərə yönəldilən dəhşətverici tətbiqlər bütün dünyanın diqqətini çəkir.

Nə qədər ölkənin adında Xalq Respublikası ifadəsi keçsə də, Şimali Koreya xalq və media üzərində qurduğu təzyiq, eyni zamanda, insan hüquqlarının pozulması ilə xatırlanır. Şimali Koreyadakı qəzetlər tamamilə dövlətin nəzarəti altında və sistemi dəstəkləyən təbliğat vasitələri olmaqdan kənara çıxa bilmirlər.

Mediada olduqca çox sayda ölkənin həqiqi vəziyyətini, xalqın yaşadığı yoxsulluq və səfaləti, çətinlikləri izah etməklə yanaşı,, bu həqiqətlərin yayılmasına maneə törədən, hətta kütləvi informasiya vasitələrinin nə qədər zərərli olduğunu göstərən xəbərlər mövcuddur. Şimali Koreya haqqında dünyaya yayılan bütün məlumatlar rəsmi kanallar vasitəsilə əldə edilir, belə ki, bu 3 nəsildən bəri davam edən iqtidarı dəstəkləyə biləcək xüsusiyyətdədir. Qısası, Şimali Koreyada mövcud müxalifət halı belə yoxdur, hətta iqtidar haqqında narazılıq göstərənləri xalq qarşısında edamlar, olduqca çətin şərtlər altında çalışdırma düşərgələri gözləyir. Ölkədə 200 mindən çox insanın bu düşərgələrdə məhkum həyatı sürdüyü təxmin edilir ki, bunların böyük bir hissəsini müxaliflər meydana gətirir.

Hakimiyyətin atadan oğula keçdiyi Şimali Koreyada əks siyasi fikirlərin də eyni şəkildə yayılacağı cəfəngiyatı mövcuddur. Bu səbəbdən siyasi məhkumların ailələri də nəsillər boyu cəzalandırılıb, heç cinayətlər törətmədikləri halda düşərgələrdə məhkum edilirlər. Bütün bu qəddar tətbiqlərin nəticəsi isə qorxunun hakim olduğu cansıxıcı həyat, inkişaf etməmiş mədəniyyət və incəsənət, dünyadan xəbərsiz yetişən nəsil və soyuq simalardır.

Müxalifətin olmadığı ölkənin acınacaqlı vəziyyətinin anlaşılması üçün Şimali Koreya əhəmiyyətli bir nümunədir. Ölkəmizdəki müxalifətin çox səsliliyi isə belə vəziyyətdə gözəllik olaraq qarşımıza çıxır ki, bu daha çox güclənməli, müxalifətin önü daha da açılmalıdır.

Güclü müxalifət ölkəni zənginləşdirir, gözəlləşdirir. İnsanlar özlərini təhlükəsiz hiss edirlər, əks halda isə qəlblərdə narahatlıq meydana gəlir, təşviş yayılır. Hər kəsin fikrini rahatca bəyan etdiyi, müxalif düşüncələrin mediada rahatlıqla yer aldığı ölkə getdikcə güclənəcək, tənqidlər lokomotiv vəzifəsi görəcək, təbii ki, bütün bu tənqidlərin konstruktiv, təhqirdən uzaq, təşviq edici olması şərti ilə.

Bu məqamda müxalifətin üzərinə də əhəmiyyətli öhdəliklər düşür. Səmimiyyətsiz, süni etirazlar əvəzinə, həlli asanlaşdıran, real, sistemi gücləndirməyi, xalqın rifahını qarşısına məqsəd qoyan müxalifət anlayışı inkişaf etdirilməlidir.

Hökuməti kənar məsələlərlə məşğul edib yormağa çalışanlara qarşı ayıq olub, millətin və ölkəmizin maraqları ön plana alınaraq hər zaman demokratiyadan yana addım atılmalıdır. Demokratik olmayan yollara əl atanlara qarşı bir olub sabitlik qorunmalıdır. Həmçinin, hökumət dəyişikliyi də demokratik yollarla həyata keçirilməli, yəni seçki ilə gələn seçki ilə getməlidir.

Bu məqamda müxalifətin öz daxilində konstruktiv və razılıq yaradan danışıqlara icazə verməsinin vacibliyi ortaya çıxır.

Dünyada bir çox nümunəsini gördüyümüz kimi bəzi müxalif dairələr öz daxilində tənqid edilməsinə, ya da rəqiblərinə qarşı razılıq yaradan danışıqlar həyata keçirməsinə icazə vermir. Bu vəziyyət müxalifət edən bəzi şəxslərin məqsədinin dialoq qurmaq, problemləri həll etmək və ölkənin mənfəətlərini qorumaq deyil, özgələşdirmək və etibarsızlaşdırmaq olduğu təəssüratını oyandırır.

Fikirlərə, seçimlərə hörmət edilən, hər kəsin rahat şəkildə yaşaya bildiyi, fikir azadlığının maksimum yaşandığı, qanunların hər zaman tədbiq edildiyi, hər problemin leqal yollarla həll edildiyi ölkədə yaşamaq hər kəsin arzusudur. Bu mövzuda inkişafı təmin edəcək hərəkətverici qüvvə isə bizlərik. Hökumət tərəfdarları, ya da müxalifət tərəfdarları hər zaman razılıq yollarını seçməli, ölkə mənfəətlərini ön plana alaraq düşünüb demokratik yollarla hərəkət etməlidir.

Adnan Oktarın Harakah Daily-də nəşr olunan məqaləsi:

http://www.harakahdaily.net/index.php/headline-english/33487-to-be-able-to-say-what-is-right-as-well-as-just-what-is-wrong


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr