Sənət əsərlərini məhv etməklə bağlı Quranda bizə nə bildirilmişdir?
ucgen

Sənət əsərlərini məhv etməklə bağlı Quranda bizə nə bildirilmişdir?

997

Ötən ayların bəlkə də ən pis xəbəri İŞİD yaraqlılarının İraqdakı Mosul Muzeyində min illik heykəlləri qırıb dağıtması idi. “Qədim heykəllərin büt olduğu” iddia edilirdi və bu heykəlləri məhv edərək bütpərəstliyi yox etdiklərini düşünürdülər.

Halbuki İŞİD bir daha İslamı şərh etmədə yanlışlığa yol verirdi. Əslində heç kim bu heykəllərə sitayiş etmirdi. Hər bir halda sitayiş etsələr belə bu o insanların seçimi və xətası olardı, İŞİD-in seçimi deyil. Allah Quranda dində heç bir halda məcburiyyət olmadığını və hər kəsin öz inancını seçməkdə sərbəst olduğunu bildirmişdir. İŞİD də dinin azad iradəyə görə seçilməli və tətbiq edilməli olduğunu qəbul etməli və buna görə davranmalıdır.

İŞİD-in dağıtdıqları bu günə qədər qorunmuş min illik qalıqlar idi. Eramızdan əvvəl 700-612-ci illər arasında Assuriya İmperiyasının paytaxtı olan Ninovanın girişini qoruyan insan başlı, qanadlı öküz heykəlləri kimi. Başqa sözlə, bunlar sənət əsərləri idi. Minlərlə il əvvəlki mədəniyyəti əks etdirən çox dəyərli miras idi. Dünya tarixinin önəmli bir hissəsinin yox edən İŞİD əslində İslamın sənət və mədəniyyəti dəstəkləyən gözəl mirasını da dağıtmış oldu.

Allah sənətkarlığı sevir və qullarının da sevməsini təşviq edir. Rəbbimiz bütün kainatı sənətlə yaratmışdır. Quranda rəsm və heykəltəraşlığı qadağan edən heç bir ayə yoxdur. Əksinə bütün sənət əsərləri Quranda tərif edilir. Məsələn, heykəl kimi sənət əsərlərinin yer aldığı hz. Süleymanın sarayının ehtişamından Quranda təriflə bəhs edilir. Üstün sənətkarlıq anlayışına sahib olan hz. Süleyman Quranda verilən gözəl nümunədir və İslamın sənətə verdiyi dəyəri göstərir.

Qurandakı dəlillərdən hz. Süleymanın sarayında sənət, estetika və gözəlliyin hakim olduğunu başa düşürük. Məsələn, bu saraydakı ilk diqqəti cəlb edən sarayın zəmini idi. Sarayın zəmini şüşədən olub, su təəsuratı yaradırdı. Şəffaf zəmin görüntüsü insan ruhuna xoş gəlir və rahatlıq verir. Həmçinin tayı bərabəri olmadığı üçün də həyəcanvericidir. Sarayın ehtişamının Səba hökmdarı üzərində də çox müsbət təsiri olmuş və bu Quranda bildirilmişdir. Hökmdarın dərin hovuza girmək istəyən tərzdə ətəyini qaldırdığı və ayaqlarını açdığı bildirilir. Hökmdar çox təsirlənmiş və saraydakı gözəl sənətkarlıq nümunələri onun iman etməsinə səbəb olmuşdur.

Quranda bu şəkildə nümunələr verildiyi və sənətkarlıq kimi hər bir gözəllik tərifləndiyi halda, xurafata meyilli insanlar sənətə qarşı çıxmış və İslam cəmiyyətlərinə böyük ziyan vurmuşlar. İslam dünyası heykəl və rəsmlə bağlı bu tip batil inancların yayılmasından sonra inkişaf edə bilməmişdir. Sənətkarlığı inkişaf etdirə bilməyən cəmiyyətlər donuq, ruhsuz və gücsüz olur, yeniliklərə qarşı olurlar. Getdikcə yaradıcılıq, praktik düşünmə, incəlikləri anlama qabiliyyətlərini itirirlər. Bu nifrətin nəticəsi olaraq da monotonluq, sıxıntılı, incəlikdən uzaq düşüncə tərzi xurafatçıların qaranlıq dünyasına hakim olur.

Halbuki İslam mədəniyyəti Qurandan uzaqlaşmadan öncə əsrlər boyunca zirvədə olmuş və sənətkarlıq, elm və mədəniyyətə öncü olaraq dünyaya istiqamət vermişdir. O dövrün memarlığı, sənəti, kompleks şəhər sistemləri, görkəmli sarayları, elmi kəşflər və fəaliyyətlər dünyanı təəccübləndirməyə və dövrümüzün əsərlərinə ilham verməyə davam edir.

Bununla birlikdə Qurandan uzaqlaşmağa başladıqca fərqli məzhəblər, adətlər, mədəniyyətlər, fraksiyalar və ən dəhşətlisi isə saxta hədislər ortaya çıxdı. Bu İslam deyildi. Bu tamamilə başqa bir din, fanatik zehniyyət idi və müsəlman dünyasını xurafat çuxuruna saldı. Müsəlman dünyasını sənət, elm və azadlıqlar da daxil olmaqla Allah'ın insan üçün yaratdığı bütün gözəlliklərdən məhrum etdi. Bu gün də İŞİD yaraqlıları eyni problemin əzabını çəkirlər. Onlar da Quranı unutdular və uydurma hədis və ənənələrdən ibarət bir dini yaşayırlar.

Başqa bir önəmli məsələ də kitab yandırmağın və ya sənətkarlığı yox etmənin əsla bunu edənlərin istədikləri nəticəni əldə edə bilməməsidir. Bu, qarşı fikirlərin qorxusundan meydana gələn çox bəsit bir üsuldur. İlk xristianların 391-ci ildə İskəndəriyyə kitabxanasını yandırmaları və nasistlərin utanc verici kitab yandırma səfərbərliyi kimi dünya tarixində bənzərləri dəfələrlə tətbiq edilən bu kimi yanlış metodlar əsla gözlənilən nəticəni verməmişdir. Əksinə məhvə və kütləvi çöküşə səbəb olmuşdur.

Əgər İŞİD yaraqlıları İslamı yaşamaq istədiklərini iddia edirlərsə, Allah'ın Quranda qulları üçün demokratiya və azadlıq istədiyini bilərək hərəkət etməlidirlər. Sevmədikləri fikir, inanc və ya onların tərəfdarları varsa, buna hörmət etməli və bununla birlikdə yaşamağı öyrənməli, qəbul etməli, yox etməyə çalışmamalıdırlar. Çünki Allah Quranda bu şəkildə buyurur:

«...Sən onları məcbur edən deyilsən...» (Qaf surəsi, 45)

Allah’ın Quranda dində məcburiyyət olmadığına dair bir çox əmrinə qarşı, xurafat düşüncəli bəzi müsəlmanların İslamı bu şəkildə yanlış şərh etmələri çox qəribədir. İman gətirənlər Quranda zülm, məcburiyyət və zorakılığın olmadığını bilməlidirlər.

Xurafat daha da çox ziyan vurmamış həm müsəlmanlar, həm də Qərb dünyası bu xəstəliyin gerçək həll yolunun Quranda olduğunu anlamalıdırlar. Qardaşlıq və əminamanlığın təsis edilməsi məcburiyyət və ya dində olmayan xurafatlarla təzyiq edərək deyil, ancaq Quran əxlaqına tabe olunaraq mümkün ola bilər.

Adnan Oktarın «Malaysian Insider»də nəşr olunan məqaləsi:

http://www.themalaysianinsider.com/sideviews/article/what-does-the-quran-say-about-destroying-art-harun-yahya

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr