Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti
(20 fevral 2013; 21:00)
Adnan Oktar: Baxın, Allah Ənam surəsinin 99-cu ayəsində belə deyir: "Bar verdiyi və yetişdiyi zaman onların meyvəsinə baxın". Allah: “Meyvəni araşdırın” deyir. "Şübhəsiz ki, bunlarda iman gətirəcək insanlar üçün dəlillər var". Baxın, həmişə araşdırmaq. Bizim gördüyümüz işlər, məsələn, 300-dən çox kitabın xüsusiyyəti nədir? Həmişə Allahın sənətinin incəliklərindən danışmaq. Şəkillərini göstəririk, daxili incəliklərindən, xarici incəliklərindən danışırıq. Allah da: "Bir-birinə bənzəyən və bənzəməyən, üzümlərdən, zeytunlardan və narlardan bağçalar yetişdiririk" deyir. Allah: “Bunları araşdırın” deyir, baxın oradakı sənətə. Məsələn, Allah: “Onun qoxusunu, dadını, görünüşünü, çiçəklərinin quruluşunu, yarpaqlarının quruluşunu, hüceyrəsinin quruluşunu, hamısını görün, araşdırın, Mənə imanınızı artırın, Mənə olan sevginizi artırın” deyir. "Şübhəsiz ki, bunlarda iman gətirəcək insanlar üçün dəlillər var". Yəni Allah: “İnanmağa niyyəti olanlar üçün, həqiqətən dəlillər vardır” deyir.
Quran möcüzələri, iman həqiqətləri bizim əsas iş metodumuzdur. Yəni izah etdiyimiz əsas mövzulardır. Allah Quranda həmişə bu mövzulara diqqət çəkir.
Ənam surəsi, 95. "Şübhəsiz ki, toxumu da, çəyirdəyi də Allah çatladır". Allah toxuma və çəyirdəyə diqqət çəkir. Toxum, ayrılıqda araşdırdığımız bir mövzudur. Daxili quruluşu və təfsilatı. Çünki hər toxum çox təəccüb oyandırır. Özünəməxsus xüsusiyyəti var, hamısının ayrı əxlaqı var, hər toxumun. Hamısının özünəməxsus şəxsiyyəti var, xüsusi quruluşu var. Nə vaxt yarpaq çıxardacaq, nə edəcək, nə zaman meyvə verəcək, meyvənin qoxusu necə olacaq, hansı fəsildə nəyi necə əldə edəcək, çiçək açdıqda qoxusu necə olacaq, meyvə verdikdə qoxusu necə olacaq, meyvədəki şəkər miqdarı nə qədər olacaq, meyvədə hansı vitaminlər olacaq, hansı minerallar olacaq.