«Quran oxunan zaman onu dinləyin və susun ki, sizə rəhm olunsun!» (Əraf surəsi, 204)
Ayədə qəti şəkildə ifadə edildiyi kimi, Quran oxunarkən susaraq onu dinləmək yalnız gözəl bir davranış forması deyil, eyni zamanda, Allah'ın fərz qıldığı əməldir. Ayənin ardında da ifadə edildiyi kimi, bu əmrə göstərilən diqqət möminlərə rəhm olunmağına səbəb ola bilər.
Quran Allahın sözüdür. Buna görə də, Allah'a göstərilməli olan haşyət, yəni qorxu dolu hörmət Allahın sözünə qarşı da göstərilməlidir. Bu hörmətinilk mərhələsi isə Allah'ın sözünü eşitdiyi zaman susub, o sözə qulaq asmaqdır. Quran istər ərəb, istərsə də türk dilində və ya başqa dillərdə oxunduğu zaman ona həmin hörmətin göstərilməsi əsas şərtdir.
Hər insanın fərqli işlə məşğul olduğu və heç kimin dinləmədiyi bir şəraitdə xəbər vermədən Allahın ayələrini oxumaq, insanların istəmədən bu ayənin hökmünə girmələrinə səbəb ola bilər. Buna görə də, lazım olan şəraiti yaratmadan, Allah kəlamını oxumaq məqbul davranış deyil.
Hər kəsin bir işlə məşğul olduğu və heç kimin dinləmədiyi bir vəziyyətdə Quranın kaset və ya radiodan oxudulması bəzi cahil dairələrin nəzərində mühüm bir ibadət və təqva əlaməti sayılır. Halbuki, Quran hörmətlə, hər bir kəlməsi qəlbən, diqqətlə dinlənilməli, yadda saxlanılmalı, üzərində düşünüb nəsihət alınmalı və yetirilməli olan «üstün və şərəfli» sözdür.