Quran əxlaqından uzaq yaşayan cəmiyyətlərdə insanların çox əhəmiyyət verdikləri və əldə edə bilmək üçün bütün həyatları boyu səy göstərdikləri bəzi dəyərlər vardır. Bu dəyərləri qiymətli edən şey cəmiyyətin bu istiqamətdəki fikirləridir.
Quran əxlaqını yaşamayan insanlar həyatlarını cəmiyyətin qoyduğu ölçülərə görə istiqamətləndirirlər. Bu ölçülər insanların öz ağıllarına görə düşündükləri mənfəətlərdən ibarətdir. Buna görə də heç etibarlı deyildir.
İnsanların öz qoyduqları qaydalara uymalarının yanlış olmasını Allah bir Quran ayəsində belə bildirir:
“Onlar Cahiliyyət dövrünün hökmünümü istəyirlər? Tam qənaət sahibi olan bir camaat üçün Allah’dan daha yaxşı hökm verə bilən kimdir?!” (Əl-Maidə surəsi, 50)
Cahiliyyə inanclarına görə əsas məsələlərdən biri üstünlük anlayışıdır. Yalnız dünya həyatı üçün yaşayan insanlara görə üstünlük və imtiyaz qazandıran xüsusiyyətlər çox məhduddur. Kiminsə var-dövlət sahibi, etibarlı olması, müəyyən bir karyeraya sahib, şöhrətli, fiziki baxımdan daha cəlbedici olması bu düşüncədə olan insanlar üçün böyük əhəmiyyət daşıyır. Onlara görə bütün bunlar bir insanın bütün həyatı boyu əldə edə biləcəyi ən üstün xüsusiyyətlərdir. Əgər özləri bu insanlarda olan xüsusiyyətlərə sahib deyillərsə, onlara böyük hörmət edər və onlarla müqayisə etdiklərində özlərini daha dəyərsiz hesab edərlər.
Bu dəyərlər baxımından gündəlik qarşılaşdıqları detallara da böyük əhəmiyyət verir və insanları bu ölçülərə görə qiymətləndirirlər. Məsələn, kiminsə yaşadığı yerin adresi, istifadə etdiyi avtomobilin köhnə və ya son model olması, atasının hansı işdə işləməsi, özünün hansı məktəbdə oxuması, peşəsi, geyim tərzi, qohumlarının mövqeyi bu insanlar üçün çox əhəmiyyətlidir. Yoldaş olacaqları, birlikdə vaxt keçirəcəkləri, evlənəcəkləri insanları seçərkən bu xüsusiyyətləri əvvəlcədən araşdırar və seçimlərini ona görə edərlər.
Dünyanın bir çox ölkəsində bir qisim insan digərlərinə dərisinin rəngi, danışdığı dil, mənsub olduğu millətə görə dəyər verir. Bu üstünlük meyarları bəzi cəmiyyətlərdə bir az fərqlənsə də, demək olar ki, eyni ölçüdədir.
Qadınlar haqqında illərlə davam edən müzakirələrin mərkəzində də bu fikirlər rol oynayır. Çoxları qadını qiymətləndirərkən cəmiyyətin təyin etdiyi meyarları əsas götürür və ona uyğun hərəkət edirlər. Buna görə də bəziləri qadını ikinci təbəqəli insan hesab edir və onların həyatlarını bu yöndə istiqamətləndirirlər.
Halbuki, Allah Quranda insanlar üçün ən gözəl və ən doğru hökmün Allah`ın hökmü olduğunu bildirir. Qurana əsasən tək üstünlük ölçüsü təqvadır:
“Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allah`dan ən qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır” (Hucurat surəsi, 13)
“Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurub valideyninizi Cənnətdən qovdurduğu kimi Şeytan sizi də aldadıb yoldan çıxartmasın. Şübhəsiz ki, o və onun camaatı sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Biz şeytanları iman gıtirməyənlərin dostları etdik”. (Əraf surəsi, 26)
Başqa bir ayədə isə Allah “... Allah, gördüyünüz hər bir yaxşı işi bilir. Tədarük görün. Ən yaxşı tədarük isə təqvadır. Ey ağıl sahibləri, Məndən qorxun!”(Bəqərə surəsi, 197) deyə buyuraraq insanlara əldə edə biləcəkləri ən xeyirli xüsusiyyətin təqva olduğunu bildirmişdir. Buna görə də insanların ən əsas hədəfləri mal-mülk, şan-şöhrət kimi maddi dəyərlər deyil, onları həm dünyada, həm də Allah Qatında əsl dəyərli edəcək və üstünlük qazandıracaq olan təqva olmalıdır.
Allah bir ayəsində isə bəzi insanlar arasında üstünlük ölçüsü olmuş zənginlik əvəzinə Allah`ın lütfünü istəməyin daha məqbul olduğunu belə bildirir:
“Allah’ın birinizi digərinizdən üstün tutduğu şeyi arzulamayın. Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır. Allah’ın lütfündən istəyin! Şübhəsiz ki, Allah hər şeyi biləndir”. (Nisa surəsi, 32)
Allah`ın bildirdiyi bütün bu ayələrdən aydın olduğu kimi üstünlüyü qadın və ya kişi olmaqda, fiziki gücdə, ya da başqa bir cahillik meyarında axtarmaq böyük bir yalnışlıqdır. Yeganə üstünlük Allah`ın bizə bildirdiyi kimi iman və təqva üstünlüyüdür.