İslam dünyasının yerləşdiyi ərazi qərbdə Afrikanın Atlantik okeanı sahillərində yerləşən Mərakeş və Mavritaniyaya, şərqdə isə Sakit okeanı sahillərindəki İndoneziyaya qədər uzanır. Bu böyük ərazidə yaşayanların təxminən 1,5 milyard olan müsəlman əhalisi son iki əsrdə sırf müsəlman olduqları üçün müxtəlif hücum, təzyiq, terror və hətta qırğınlara məruz qalmışdır. Çünki bir çox müsəlman müsəlman olmayan və ya müsəlman olduğunu söylədiyi halda, aldığı darvinist-materialist təhsil səbəbilə İslam əxlaqından uzaq bəzi rəhbərlərin hakimiyyəti altında yaşamaq məcburiyyətindədir. Ancaq İslam dünyasının yaşadığı bu mənfi kimi görünən hadisələri və çətinlikləri Allah İslam dinini dünyaya hakim etmək üçün hikmətlə yaratmışdır.
“Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir. (Saff surəsi, 4)” ayəsində xəbər verildiyi kimi, Allah Quranda müsəlmanları bir millət, bir birlik kimi qəbul edir. Dünyanın istənilən yerində bir müsəlmana zərər gəldiyi zaman ayənin hökmünə əsasən, bütün müsəlmanlar birləşməlidirlər. Bu, fərz olan Quran ayəsidir. Həmçinin bu ayə müsəlmanların birləşməsinin və ittihadi-İslamın əhəmiyyətinə də diqqət çəkir.
Müsəlmanlar darvinizm və materializmin verdiyi zərərlərin qarşısını almaq məqsədilə bir-birləri ilə birləşəndə Allahın izni ilə yer üzündən fitnə qalxacaq. Allah bir ayədə müsəlmanların birləşmədiklərində yer üzündə böyük fitnə olacağını belə bildirir:
Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər. (Ənfal surəsi, 73)
Unutmaq olmaz ki, Allahın müsəlmanların birləşmələrini əmr etdiyi ayələr namaz qılmaq və ya oruc tutmaq barəsindəki ayələr qədər açıqdır. Bu ayələrdə (Allahı tənzih edirik) Allah "bir qisminiz namaz qılın, bir qisminiz qılmayın" və ya "bir qisminiz oruc tutun, bir qisminiz tutmayın" şəklində əmr etmir. Ayələr bütün müsəlmanlara aiddir. "Birləşin" əmri də bu şəkildə bütün müsəlmanlar üçündür. Üstəlik, Allahın "Birləşin" əmri yalnız müsəlmanlara qarşı edilən zülm və təzyiqləri əhatə etmir, müsəlmanlar öz ölkələrində yaşayan xristian və yəhudiləri, hətta müşrikləri də qorumaqla mükəlləfdirlər. Bu həqiqət ayədə belə bildirilir:
Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu özünün xatircəm olduğu yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir camaatdır. (Tövbə surəsi, 6)
Bəzi insanlar və müsəlman ölkələrin bir qismi Allahın bu əmrini anlamazlıqdan gəlirlər. Halbuki Allah müsəlmanların cümə namazları, təravih namazları, iftar yığıncaqları və dini bayramlarda qıldıqları namazlarda olduğu kimi, həmişə birlikdə hərəkət etmələrindən razı olur. Çox az sayda müsəlmanın yoxsullara kömək etmək üçün təşkil etdiyi kiçik maddi yardımlar və ya bəzi ölkələrin zülmdən qaçanları mühacir kimi qəbul etmələri problemləri kökündən həll etmir. Problemlərə bu cür yanaşma tərzi çox səthidir və nəticəsi yoxdur. Ancaq Türk-İslam Birliyi meydana gəlsə, problemlər kökündən həll edilər. Allah problemlərin kökündən həll edilməsinin lazım olduğunu bir ayədə çox açıq şəkildə bildirir:
Fitnə aradan qalxana qədər və din tamamilə yalnız Allaha həsr edilənədək onlarla vuruşun! Əgər (şirkə) son qoysalar, (bilsinlər ki,) Allah onların etdiklərini görür. (Ənfal surəsi, 39)
Allah insanlara zülm etməz, O, həmişə qullarının yaxşılığını istəyər. Müsəlmanlara qarşı hücumların təşkil edilməsi, təzyiq, şiddət və zülmün artması xüsusi hikmətlə yaradılmış hadisələrdir. Çünki bu cür hadisələr müsəlmanların hamiyəti-İslamın (İslamı qorumaq arzusu) artmasına səbəb olar. Əgər Allah bu cür hadisələr yaratmazsa, insanlar böyük ətalətə düşər. Çünki Allah insanların nəfslərini imtahan etmək üçün tənbəlliyə, eqoizmə, xəsisliyə meyilli yaratmışdır. Lakin müsəlmanlar şəhid edildiyində, xüsusilə qadınlara, uşaqlara və yaşlılara qarşı zorakılıq tətbiq olunduqda müsəlmanların hamiyəti-İslamı coşur. Hamiyəti-İslamın coşmasının səbəbi Allahın insan ruhunda qoruma hissini yaratmasıdır. Zəif, məzlum, fiziki cəhətdən gücsüz insanların əziyyət çəkməsi, özünü müdafiə edə bilməyən insanların şəhid edilməsi, onlara əzab verilməsi vicdanlı insanları qəzəbləndirir. Bu da haqsızlığa qarşı birləşmək istəyini qüvvətləndirir.
Allah gücsüz və zəif insanlara edilən əziyyətin müsəlmanlarda meydana gətirəcəyi təsiri bir ayədə belə bildirmişdir:
Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!”– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? (Nisa surəsi, 75)
Allah bu təzyiq, zülm və işgəncələri qullarını sınamaq üçün xüsusi olaraq yaradır. Əslində, Allahın bu cür imtahanlara ehtiyacı yoxdur. Çünki qullarının etdiklərini və edəcəklərini yaradan Allahdır. Allah sonsuz qısa zaman içində, yəni bir anda, sonsuz uzun zamanı yaratmış və hər şey bu qısa zaman içində nəticələnmişdir. Cənnətdə qulların: "Mən mübarizə apardım, Allah yolunda cəhd göstərdim, çətinliklərə dözdüm, əzab çəkdim, Allah üçün hər cür fədakarlığı etdim, səbir etdim, comərdlik etdim", - deməsi üçün bu hadisələri yaradır. Əvvəl İslam dünyasında çətinliklər, təzyiq yaradır, sonra hz. Mehdini (ə.s.) çıxarır, İslamı dünyaya hakim edir və bu hadisələrə insanları vəsilə edir. Bu, çox böyük bir həyəcan yaradır. Allah bu şəkildə insanın özünə özünü sevdirir və cənnətdən daha çox zövq almalarını təmin edir.
Unutmaq olmaz ki, anarxiya, terror və şiddət hadisələrini, diktatorları Allah İslam əxlaqını dünyaya hakim etmək üçün xüsusi olaraq yaradır.
Adnan Oktar müsəlmanlara edilən zülmün hamiyəti-İslamın artmasına səbəb olacağını belə izah edir.
ADNAN OKTAR: Müsəlmanlara hücum edirlər. Ayılmasan, başqa cür hücum edəcək, küfr edəcək, təhqir edəcək, döyəcək, söyəcək, evini yandıracaq və s. O zaman müsəlmanın hamiyəti-İslamı coşar. Yoxsa çoşmaz. Bədiüzzaman nə deyir? "Hamiyəti-İslam çoşacaq. Başlarına hz. Mehdi (ə.s.) keçib haqq və həqiqətə sövq edəcək", - deyir. Yoxsa evində yatarsan. Yeməyini yeyərsən, plovunu yeyərsən, ətalət çökər, başını qoyub yatarsan. Müqəddəsata hücum edildikcə, Allaha, dinə qarşı sözlər deyildikcə, müsəlmanların evi yıxıldıqca, müsəlmanlar şəhid edildikcə müsəlmana nə olar? Hamiyəti-İslamı coşar, Allah elə yaratmışdır. Hətta Quranda cənabi-Allah: "Sizə nə olub ki, zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?" - deyir. Baxın, Allah necə hamiyəti-İslamı coşdurur? Qadınlar və uşaqlar - Allah ən zəif damarımızdan tutur. Çünki uşağa bir şey edildiyi zaman, məsələn, böyük insana bir zərər verilsə, orta dərəcədə təsirlənirik, amma uşaqda insanlar hiddətə gəlirlər, elə deyilmi? Məsələn, Allah əsirgəsin, bir uşağı öldürürlər, xalq özünü itirir sanki, hiddətlənir. Amma o biri hadisə adi kimi görünür, normal bir şey kimi. Əlbəttə ki, o da çox çirkin bir şeydir. Məsələn, qadın. Çox həssasdır bizim millətimiz. Qadına zülm edildiyi zaman təsiri daha ağır olur. Çünki qoruma hissi var ruhda, qadın daha zəif, fiziki cəhətdən daha gücsüz olduğu üçün bu insanların hiddətinə səbəb olur. Özünü müdafiə edə bilməyən bir insanı şəhid etmək və yaxud ona əzab vermək çox qəzəbləndirir insanı. Ona görə, Allah xüsusilə onlara diqqət çəkir. Yaşlılar, məsələn, bir yaşlının əzilməsi, əzab çəkməsi çox hirsləndirir insanları, çünki özünü qoruya bilmir. Allah: “Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!”– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? (Nisa surəsi, 75)” - deyir. (31 yanvar 2011, Adıyaman Asu TV)
Adnan Oktar Allahın hər hadisəni bir hikmətlə yaratdığını izah edir:
ADNAN OKTAR: Allahın bizi sınamağa ehtiyacı yoxdur. Çünki bizim nə edəcəyimizi yaradan Odur. Sonsuz qısa zamandır an. Sonsuz qısa zamana an deyilir. Sonsuz qısa zaman içərisində sonsuz uzun zamanı yaratmışdır Allah. Hamısını bitirmişdir. Şeytandan Allaha sığınaram: "Allah istəməsə, siz istəyə bilməzsiniz. (İnsan surəsi, 30)" - buyurur Allah ayədə. "Allahın izni olmadan heç kəsə bir müsibət üz verməz… (Təğabun surəsi, 11)" - buyurur. Yəni bir müsibət baş verəcəyi zaman, mütləq əvvəl Allah diləyir, sonra o meydana gəlir. Bu, nə deməkdir? "Hər şeyi mən yaradıram", - deyir Allah.
Bizim nə olduğumuzu Allah bizə göstərir. Özümüzü-özümüzə sevdirir. Öz şəxsiyyətimizi görürük, o zaman cənnət bizim üçün mənalı olur. "Mən mübarizə apardım, səy göstərdim, çətinliklərə səbir etdim, əzab çəkdim, Allah üçün hər cür fədakarlığı etdim, comərdlik etdim", - deyir. Halbuki hamısını Allah edir, insan ondan zövq alır, xoşuna gəlir axirətdə.
Axirətdə, cənnətdə xoşuna gəlsin deyə meydana gətirilir. Məsələn, hz. Mehdi (ə.s) çıxır. Allah İslamı əvvəl yıxır, Osmanlı İmperiyasını yıxır. Sonra hz. Mehdini (ə.s.) çıxarır, İslamı dünyaya hakim edir. Möhtəşəm bir həyəcandır, insanların özlərinin etdiyi hissini verir Allah. Təbii ki, Allah yaradır. Cənnətdə də Allah: "Məhz bu, hz. Mehdidir (ə.s.)" - deyir. "Bu Həsən, bu Hüseyn, bu hz. Əlidir". Bir sevgi səbəbi meydana gəlmiş olur. Həyəcanın səbəbi.
O zaman hz. Mehdi (ə.s.) mənalı olur. Hz. İsa (ə.s.) mənalı olur. Məsələn, hz. İsa (ə.s.) göyə alınır. Yenidən dünyaya gətirilir. Bu çox həyəcanlı hadisədir, elə deyilmi? Xoşdur, dünyada bir rəng, gözəllikdir. Rəng, gözəllik olsun deyə edir Allah. Yoxsa bizim nə edəcəyimizi, hamısını bilir. Məsələn, qarışıqlıq, anarxiya və s. bunların hamısı Allah tərəfindən yaradılır, hamısı. İslamı dünyaya hakim etmək üçün Allah tərəfindən xüsusi olaraq yaradılır hər şey, hər hadisə. (A9 TV, 10 Oktyabr 2011)
Azğın ideologiyalara qarşı imani mübarizənin əhəmiyyəti
İslam dünyası XIX əsrin əvvəllərindən etibarən xarici qüvvələr tərəfindən hədəf alınmışdır. Dünya müsəlmanları keçən 200 il ərzində bu qüvvələr tərəfindən işğal edilmiş, müstəmləkəyə çevrilmiş, təzyiq və zülm görmüşdür. Bu qüvvələrin bəzi müsəlman ölkələrdə qoyduqları kukla rəhbərlər də müsəlmanlara bir o qədər zülm etmiş və hələ də zülm etməyə davam edirlər. Həmçinin xarici qüvvələr İslam dünyasına aid olmayan bəzi ideologiyaları (həddindən artıq milliyyətçilik, faşizm və ya kommunizm) müsəlman cəmiyyətlərə təlqin etmiş, bu ideologiyaları təlqin etdikləri şəxsləri də müsəlman cəmiyyətlərə qarşı istifadə etmişlər.
Hələ də dünyanın hər tərəfində dinsiz sistemlər tərəfindən əzilən bir çox müsəlmanın olması bizə elmi mübarizənin nə qədər əhəmiyyətli olduğunu xatırladır. Unudulmamalıdır ki, dinsizliyə (və dinsizliyin dayağı olan fəlsəfə, ideologiya və darvinizm kimi “elmi” nəzəriyyələrə) qarşı qazanılacaq hər fikri zəfər, eyni zamanda, dünyadakı məzlum müsəlmanlara kömək mənasını daşıyan mənəvi zəfərdir.
İslam dünyasının qarşı-qarşıya qaldığı ən böyük çətinlik müstəmləkəçilik və İslam düşmənçiliyini ehtiva edən ideologiyalardır
İslam dünyasını təsiri altına alan darvinizm müstəmləkəçiliyin, zorakılığın, təzyiqin elmi əsasını meydana gətirir. Darvinizm əvvəlcə yaradılışı inkar edərək kainatın və canlılığın təsadüf nəticəsində meydana gəldiyi fikrini təlqin edir. Allahın varlığının inkar edilməsi, Allah qorxusu və inancının ortadan qalxmasına zəmin hazırlayır. Bu düşüncəyə sahib olan insan heç bir elmi əsası olmadığı halda, bütün insanlığın daim qarşıdurma və həyat mübarizəsinin davam etdiyinə, güclünün gücsüzü əzdiyinə inanır. Belə ki, Darvin "İnsanın törəməsi" adlı kitabında avropalı ağ adamı ən üstün irq saymış, asiyalı və afrikalı qövmləri isə demək olar ki, meymunlarla eyni səviyyədə göstərmiş və bunu təbiətin qanunu olaraq açıqlamışdır.
Deyilənlərdən aydın olur ki, İslam dünyasının düşməni hər hansı bir millət və ya sivilizasiya (məsələn, qərb sivilizasiyası) deyil, əslində, millətləri, sivilizasiyaları və ya İslam dünyasındakı idarəçiləri zalım halına gətirən bu azğın ideologiyadır. Bu ideologiya dünyanın böyük hissəsinə hakim olmuş və hakim olduğu hər əraziyə zülm və vəhşilik gətirmişdir. İslam dünyasını işğal edən, parçalayan, yağmalayan, kölələşdirən, qırğınlar törədən qüvvələr, əslində, bu azğın ideologiyadan doğan kommunizm, faşizm və vəhşi kapitalizmdir.
Bu halda, Darvinin fikirlərinə əsaslanaraq dinsizliyə qarşı aparılan mübarizənin də fikri olması çox əhəmiyyətlidir. Çünki dinsizlik yalnız insanların imanlarını yox edərək onları cəhənnəmə sürükləyən bir güc deyil, eyni zamanda, dünyanı qarışıqlıq və müharibə meydanına çevirməyə çalışan gücdür. Müsəlmanları isə bu qarışıqlıq və döyüş mühitində ən böyük hədəfə çevirir.
Allah bütün bu hadisələri müsəlmanları bu fitnəyə qarşı mübarizə aparmaları üçün yaradır. Bu şəkildə, həm böyük bir imani xidmət etmələrini, həm də dünyanı əhatə edən fitnəyə qarşı elm və düşüncə ilə böyük mədəni mübarizə aparmalarını təşviq edir. Onların cənnəti qazanmaları, eyni zamanda, dünyanı da cənnət kimi bir mühitə çevirmələri üçün gözəllik yaratmış olur.
Tarix əvvəlcədən təqdir edilmiş bir qədərdir
Dünya tarixində bütün hadisələr "... Allahın əmri əzəldən müəyyən edilmiş bir hökmdür" (Əhzab surəsi, 38) ayəsində bildirildiyi kimi, Allahın təyin etdiyi qüsursuz qədərə görə reallaşır. Tarixə düşmüş bütün müharibələr, sülh sazişləri, fəlakətlər, ideologiyalar, siyasi və iqtisadi dəyişikliklər, kəşflər, bütün hadisələrdə rol oynayan insanlar və saymaqla bitməyən detalların hamısı Allahın idarəsindədir və Onun hikmətli yaratmasının bir hissəsidir. Bu səbəbdən, yaxın tariximizdə dünyada yaşanan bütün hadisələri bu istiqamətdə qiymətləndirmək lazımdır. Rəbbimiz axır zamanda dünyada baş verən bütün hadisələri hz. İsa (ə.s.) və hz. Mehdinin (ə.s.) çıxışına zəmin olaraq yaradır. Bu səbəbdən, son dövrdə ölkəmizdə və dünyada reallaşan bütün hadisələr axır zamanın müjdələnən şəxsi hz. Mehdinin (ə.s.) çıxış əlamətlərini meydana gətirən hadisələrdir. Bu hadisələr dünyanı Allahın izni ilə həm İslam birliyinə, həm də mehdiyyət mövzusuna yaxınlaşdırır. Bu müjdəli xəbərlərin reallaşması isə Allahın izni ilə çox yaxındır. İnananlar İslamın gəlişindən sonra dünya tarixinin ən xüsusi və ən görkəmli zamanlarından biri olan bu günləri həyəcan və coşğu ilə gözləyirlər. O dövrdə Allahın izni ilə bu ayələr təcəlli edəcək: