Üstəlik artıq Qərb qüvvələri Balkanlarda qanayan yaranı sağaltmağa güclərinin çatmadığını özləri də etiraf edirlər. ƏvvəlkiXarici işlər Naziri Hikmət Çətin Zaman Qəzetində nəşr olunan bir xəbərdə Qərbin Balkan problemini həll etməkdə düşdüyü aciz vəziyyəti bu şəkildə ifadə etmişdir:
1992-ci ildə Bosniya-Hersoqovina mövzusunda bir iclas edilirdi. Türkiyə də çağırıldı. Miloşeviç, Karadziç hamısı otururdular. Mənim yanımda Amerikanın Xarici işlər Naziri vardı. Yuqoslaviyada yeddi il səfirlik etmişdi. Mənə tərəf dönərək 'Siz bu fəlakətli yerlərdə 500 il necə qaldınız?' dedi. "1
Göründüyü kimi, Balkanlarda sülh yaradılmasının yeganə yolu türk-İslam mədəniyyətinə malik dövlət qurmaqdır. Bu gün hər cür texnoloji vəəsgəri imkana sahib olan Qərb bölgəyə yalnız əsgəri qüvvə yığmaqla kifayətlənir, ancaq bölgə vətəndaşlarının etibar duyacağı asayiş və nizamı təmin edə bilmir. Əksinə, xarici müdaxilələr bölgədə yaşananları daha da kompleks hala gətirir, zülmün sürətini və şiddətini artırır.
Bu səbəblə Türkiyə Osmanlı mənşəyinə və tarixinə sahib çıxmaqda məsuldur. Üstəlik bu vəziyyət Türkiyə üçün böyük bir strateji üstünlük də meydana gətirir. "Osmanlı" anlayışı Türkiyənin təsirini onun sərhədlərindən çox kənara çıxaran böyük bir vizyonun adıdır. Bu, Balkanlarda olduğu kimi Orta Şərqdə də belədir.
TÜRK DÖVLƏTLƏRİNİ MÜVƏFFƏQİYYƏTLİ EDƏN İSLAM ƏXLAQININ TƏMƏLLƏRİ
Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir. (Həcc surəsi, 41)
Həqiqətən, Allah sizəəmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir. (Nisa surəsi, 58)
Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər! (Mumtəhinə surəsi, 8)
(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl surəsi, 125)
Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər! (Əraf surəsi, 199)
Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz (la ilahə illallah, Muhəmmədun rəsulullah) kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac (xurma ağacı) kimidir (İbrahim surəsi, 24-25)
O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər. (Ali-İmran surəsi, 134)
Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən! (Fussilət surəsi, 34)
Qaynaqlar:
1.İsmail Yediler, "Osmanlı'nın yani İslam'ın", 22 Eylül 1994, Zaman Gazetesi